Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə38/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   34   35   36   37   38   39   40   41   ...   199

[82] 

 

7).  Sünənlər- fiqh bablarına  görə təsnif edilmiş əhkam hədisələrini  ehtiva edən 

və  hədislərinin  hamısını  həzrət  Peyğəmbərin(s)  söz,  fel  və  təqrirlərindən  ibarət  olan 

mərfu hədisləri təşkil edən kitablara deyilir.

388

 

 



8).Müstədrək-  bir  müəllifin  şərtlərinə  uyğun  olduğu  halda  kitabında  qeyd 

etmədiyi  hədislərin  toplandığı  kitablara  deyilir.  Müstədrəklərin  ən  məşhuru  Hakim 

ən-  Nişapurinin  “Səhiheyn”  üzərinə  yazdığı  “Müstədrəkaləs-səhiheyn”  əsəri,

389


 

Şiəlikdə isə Əllamə Nurinin “əl-Müstədrək alə vəsailiş-şiə” əsəridir. 



 

9).  Müstəxrəc-  mühəddisin  hər  hansı  bir  kitabın  hədislərini,  o  kitabın 

müəliflərinin  sənədləri  ilə  deyil,  özünə  çatan  başqa  sənədlərlə  rəvayət  etməsidir. 

390

 

Müstəxrəclərə  misal  olaraq  Əbu  Bəkr  əl-İsmayılın  “Səhihi-Buxari”  üzərinə,  Əbu 



Əvanənin  “Səhihi-Müslim”  üzərinə,  Əbu  Əli  ət-Tusinin  “Sünəni-Tirmizi”  üzərinə 

yazdıqlarını göstərmək olar.

391

 

 



10). Ərbəun- müəllifi maraqlandıran hər hansı mövzu və ya dəyişik mövzularda 

toplanmış  qırx  hədisdən  ibarət  olan  kitablara  deyilir.

392

İlk  ərbəun  müəllifi  olaraq 



tanınan şəxs Abdullah bin əl-Mübarəkdir (öl.181 h/q). Bundan sonra da bu iş davam 

etdirilmiş  və  məşhur  hədisşünaslar,  o  cümlədən  Dəraqutni,  Hafiz  bin  Həcər  və  s. 

şəxslər bu ad altında əsərlər meydana gətirmişlər.

393


 

 

11).  Möcəm-  səhabələrin  İslama  ilk  girənlərin,  şeyxlərin  və  yaxud  da  ölkələrin 

adlarına görə hədislərin əlifba sırası ilə sıralandığı kitablardır.

394

 Möcəmlər içərisində 



ən məşhuru Təbəraninin “Möcəmu-səğir, mütəvəssit və səğir” əsərləridir. 

 

B).Dirayə yönündən hədis elmi 

Hədis  elminin  ikinci  ən  böyük  və  ən  mühüm  hissəsi  dirayə  baxımından  hədis 

elmidir.  Bu  elmin  tərifi  şübhəsiz  ki,  hədisşünaslar  tərəfindən  verilmiş  və  onun 

hüdudları göstərilmişdi. Ümumiyyətlə dirayəelminə aşağıdakı təriflər verilmişdir: 

“Dirayə lüğətdə elm və diqqətlə oxumaq (mütaliə) mənasındadır… İstilahda isə 

bir  elmdir  ki,  onunla  hədisin  mətni,  onun  sənədi,  nəql  olma  yolları,  səhihindən  zəifi 

araşdırılır. Həmçinin bu elmin vasitəsi ilə məqbul hədislər mərdud hədislərdən seçilib 

öyrənilir.”

395


 

Həmçinin bu elmə aşağıda göstərilən digər bir tərif də verilmişdir: 

                                                 

388


Talat Koçyigit, Hədis islahatları, səh. 398 

389


Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 100-101 

390


Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232S.əs- Salih, Hədis elmləri və Hədis istilahları, səh. 101 

391


bax: həmin mənbələr 

392


İ. Çakan, Hədis üsulu, səh. 70 

393


İ. Çakan, Hədis üsulu, səh. 278-279 

394


Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232S.əs- Salih, Hədis elmləri və Hədis istilahları, səh. 100 

395


Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 14 


[83] 

 

“Dirayə  yönündən  hədis  elmi,  qəbul,  rədd  və  bunlara  məxsus  sənəd  və  mətnin 



halları onunla öyrənilən elmdir.”

396


 

Digər nəhəng hədis alimi Şeyx Bəhaəddin əl-Amili bu elmə belə tərif vermişdir: 

“Həqiqətən  onunla  hədisin  sənədi,  mətni,  onun  keyfiyyəti  öyrənilib 

rəvayətedilməsi və nəql edilməsinin metodu öyrənilir.”

397

 

Təriflərdən 



belə 

məlum 


olur 

ki, 


dirayə 

baxımından  hədis  elmi 

rəvayətbaxımından  hədis  elmindən  mövzusuna  görə  fərqlənir.  Belə  ki,  bu  elmin 

vasitəsilə  Məsumlardan  (ə)  nəql  olunan  hədislər,  bu  hədisləri  nəql  edən  ravilər  tam 

tədqiq  edilir,  səhihi  zəifindən  ayrılır  və  nəql  etmə  metodları  göstərilir. 

Rəvayətbaxımından  hədis  elmində  hədis  kitabları,  onların  müəllifləri,  hansı  dövrdə 

yazılması  tədqiq  edildiyi halda, dirayə  elmində  isə bu kitablarda  yer alan hədislərin 

mətn və sənədi araşdırılıb tədqiq edilir. 

Dirayə  baxımdan  hədis  elminə  bəzən  hədis  üsulu  və  ya  hədis  istilahları  adı  da 

deyilir. Həmçinin bu elmə bəzən Ülumul-hədis də deyilmişdir. 

Hədis  elminin  bu  bölümü  ümumiyyətlə  İslam  elmləri  içərisində  ən  şərəfli  bir 

elm  olmaqla  yanaşı, həm də ən iri  həcmli  və ən çətin  elm kimi dəyərləndirilmişdir. 

Çünki bu elm vasitəsi ilə alimlər şəri hökmləri əldə edirlər. 

Bildiyimiz kimi, bütün şəri məsələlərin ikinci əsas qaynağı olan hədis mütləq bir 

şəkildə incələnərək kitablarda yer almışdır. Şübhəsiz ki, hər hansı bir hədisi kitabına 

yazan  müəllif  həmin  hədisləri“qəlbir”dən  keçirərək  ən  səhihini  ələ  almış  və 

“qəlbir”dən keçməyənləri kənara qoymuşlar. 

Ümumiyyətlə dirayə və ya üsul elminin tərifindən belə nəticə çıxarmaq olur ki, 

bu elmdə hədisin lüğəti və istilahi mənaları, hansı şərtləri və çeşidləri daşıması, hansı 

yollarla alınır və nəql edilir, onun sənədi nədir, sənədində yer alan ravilər araşdırılır 

və  kimliyi  ortalığa  qoyulur.  Deməli,  buradan  bir  daha  aydın  olur  ki,  üsul  elmi 

olmadan hədislərdən hökm çıxarmaq mümkün deyildir. Buna görə də bu elmə müasir 

dövrdə hədis elminin metadologiyası da deyilir. 

 

Dirayə elminin meydana gəlməsi və bu sahədə ilk əsər yazan şəxslər 

Məlum  olduğu  kimi  hədisləri  tədqiq  və  təhlil  etmədən  İslamın  ideologiyasına, 

onun  əsaslarına  və  şəri  hökmlərinə  dürüst  şəkildə  əməl  etmək  qeyri-mümkündür. 

Buna görə də müsəlman alimləri nəql edilən hədisləri daha da dəqiqləşdirmək üçün 

üsul elmini yaratmış və bunun vasitəsilə məqsədlərinə nail olmuşlar. 

Üsul  elminin  nə  vaxt  meydana  gəlməsi  və  bu  sahədə  ilk  əsərin  kim  tərəfindən 

yazılması  hədis  alimləri  içərisində  ixtilaflı  məsələlərdəndir.  Amma  bu  ixtilafın 

olmasına    baxmayaraq  əksər  hədisşünaslar  bu  elmin    tarixini  Peyğəmbərin  (s) 

dövrünə  bağlayırlar.  Belə  ki,  Peyğəmbərin  (s)  bu  elm  haqqında  xüsusi  bir  buyruğu 

olmasa da özü haqqında yalana yer verilməməsini çox israr etmişdir. 

Şübhəsiz  ki,  bu  elmin  tarixinə  nəzər  saldıqda  bizə  məlum  olur  ki,  üsul  elminə 

aid  olan  bəzi  məsələlər  məhz  səhabələr  dövrünə  aiddir.  Çünki  bəzi  səhabələr  bir-

birlərindən eşitdikləri hədisləri daha da dəqiqləşdirmək üçün eşitdiyi kimsədən şahid 

                                                 

396

Ali Özək, Hədis Ricalı, səh. 3 



397

Bəhaəddin əl-Amili, əl-Vəcizə, səh. 7 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə