Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə46/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   42   43   44   45   46   47   48   49   ...   199

[102] 

 

Həmçinin  Məsumların  (ə)  özlərindən  gələn  hədislərdə  də  mənan  rəvayətə  icazə 



verilməsi  açıq-aşkar  görünməkdədir.  Belə  ki,  Peyğəmbər  (s)  buyurur:  “Haramı 

halal,halalı  haram  edəcək  dərəcədə  mənanı  pozmadığınız  halda  hədisi  dəyişik 

ləfzlərlə  (mənan)  rəvayətetməniz  caizdir.”

440


 Həmçinin  Məhəmməd  bin 

Müslimrəvayətedir: İmam Sadiqə (ə) dedim: “Səndən hədis eşidirəm, sonra da buna 

bəzi  sözləri  artırır,  bəzilərini  də  azaldıram”.  O,  buyurdu:  “Əgər  anlamı  qəsd 

edirsənsə, bunun eybi yoxdur.”

441

 

Hədis  məna  baxımından  rəvayətedilməsi  doğru  olsa  da,  buna  Malik  bin  Ənəs 



kimi alimlər etiraz etmişlər.

442


 

Hədisin məna ilə rəvayətedilməsini caiz bilən alimlər bəzi şərtlər irəli sürmüşlər. 

Bu şərtlərlə tanış olmaq əlbəttə ki, faydalı olardı. Həmin şərtlər aşağıdakılardır:  

1) Hədisi mənən rəvayət edən şəxs, kəlmələrin anlamlarını yaxşı bilməlidir. 

2) Dəyişdirdiyi kəlmələrin sinonimləri olmalıdır. “Qüud” yerinə “cülus” kimi… 

3) Hədis sifat hədisləri kimi mütəşabeh olmamalıdır.  

4) Hədisin əsli əzbərindədirsə, mənan rəvayət caiz deyil.

443


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

IX FƏSİL 

 

HƏDİSLƏRİN YAZILIB KİTAB HALINA SALINMASI VƏ MÖVZUSUNA 

GÖRƏ TƏSNİFİ 

 

                                                 

440

İ. Çakan, Hədis, səh. 66 



441

 Küleyni, Üsuli-kafi, c. I, səh. 64 

442

Sübhü əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 64 



443

geniş məlumat üçün bax: İ. Çakan, adı çəkilən əsəri, səh. 67, Şövkani, İrşadül-fuhul, səh. 54-55 




[103] 

 

9.1.HƏDİSLƏRİN TƏDVİNİ 

 

Qeyd olunduğu kimi hədis İslam dinində dini təfəkkürün və hökmlərin Qurani-



kərimdən  sonra  ikinci  əsas  mənbəsidir.  Elə  bu  səbəbdəndir  ki,  hələ  səhabələr 

dönəmində  hədisə  böyük  önəm  verilmiş  və  onların  yazılıb  qorunmasına,  gələcək 

nəsillərə ötürülməsinə böyük zəhmət sərf edilmişdir. 

Təəssüflər  olsun  ki,  hədislər  ilk  dövrlərdə  rəsmi  şəkildə  yazılıb  bir  araya 

gətirilməmişdir.  Əlbəttə  ki,  qeyri-rəsmi  şəkildə  olsa  da  hədislər  yazılmış  və 

qorunaraq  sonrakı  dövrlərə  intiqal  edilmişdir.  Bunun  bariz  misalı  bəzi  səhabələrin 

Peyğəmbərdən  (s)  eşidib  yazdıqları  və  hədis  ədəbiyyatı  tarixində  “Səhifə”  deyə 

adlanan yazılardır. 

Şükrlər  olsun  ki,  sonrakı  dövrlərdə  hədislərin  rəsmi  yazılması  və  bir  araya 

toplanması  işi  gerçəkləşmişdir.  Məlum  olduğu  kimi  xülafai-raşidin  dövründə  (632-

661)  hədislərin  yazılması  işinə  rəsmi  şəkildə  başlanmamışdır.  Hətta  bu  işə  nəinki 

rəsmi  şəkildə  başlamaq,  hədislərin  özünü  belə  yazmaq  və  ya  nəql  etmək  əvvəlki  iki 

xəlifənin dövründə qadağan edilmişdir. İslamın ilk xəlifəsi Əbu Bəkr (632-634) öncə 

bəzi  hədisləri  toplamış  sonra  da  onları  yandırmışdı.

444

 Həmçinin  ikinci  xəlifə  Ömər 



bin  Xəttab  (634-644)  hədislərin  rəsmi  yazılıb  bir  araya  gətirilməsinə  qərar  vermiş, 

lakin  sonradan  bu  qərarından  daşınaraq  hədislərin  rəvayətedilməsini  belə  qadağan 

etmişdir. Ürvə bin Zübeyr rəvayət edir: “Ömər bin Xəttab hədislərin yazılmasını arzu 

edərək  bu  mövzuda  səhabələrin  fikrini  öyrəndi.  Onlar  bu  görüşə  qatıldılar.  Ömər 

tərəddüd içərisində olduğu üçün bir ayçəkən bir məşvərət etdi. Nəhayət o, bir gün gəti 

qərarını  verərək  dedi:  “Bildiyiniz  kimi  hədislərin  yazılmasını  sizlərə  ərz  etmişdim, 

sonra  düşündüm  və  bu  qərara  gəldim:  Sizdən  öncə  əhli-kitabdan  bəziləri  Allahın 

kitabından başqa şeylər yazmışlar və onlara əhəmmiyyət verərək Allahın kitabını bir 

tərəfə  buraxmışlar.  Allaha  and  içirəm  ki,  mən  onun  kitabını  bir  şey  ilə  əsla 

qarışdırmaram.”

445

 

Əllamə  Təbatəbai  yazır:  “Dövri  xəlifələr  hədislərin  yazılmasını  qadağan  edir, 



əllərinə  düşən  hədisləri  yandırır  və  hədis  nəql  olunmasını  qadağan  edirdilər.  Buna 

görə  də  hədislərin  əksəriyyəti  təhrif  olundu,  unuduldu  və  nəticədə  hal-hazırda 

mövcud olan arzuolunmaz vəziyyət yarandı.”

446


 

Lakin bütün bu deyilənlərə baxmayaraq bir çox səhabələr qeyri-rəsmi şəkildə də 

olsa,  hədislər  yazmışlar.  Xəlifələrin  hədislərin  yazılmasını  qadağan  etmələri  isə 

onların  öz  dövrlərini  lazımı  səviyyədə  qiymətləndirmələrinin  nəticəsidir.  Ola  bilsin 

ki,  onların  dövründə  hədislərin  kütləvi  şəkildə  yazılıb  nəql  olunması  müsəlmanlar 

içində bir çox problemlərə səbəb ola bilərdi. Hər halda bu böyük səhabələr atdıqları 

addımlarında  hansı  məsuliyyəti  daşıdıqlarını  daha  yaxşı  bilirdilər.  Buna  görə  də 

onların  gördükləri işlərə görə tarix qarşısına çıxarılıb dəyərləndirilməsi və bir az da 

irəli gedib tənqid edilməsi yolverilməzdir. 

                                                 

444

Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 30, Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 5   



445

Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 30, həmçinin bax: X. Bağdadi, Təqyidül-elm, səh. 50, Cameu bəyanil-elm, c. I, 

səh. 64, İbn Səd, Ət-Təbəqat, c. I, səh. 206, Əllamə əl-Hindi, Kənzül-ümmal, c. V, səh. 239 

446


Əllamə Təbatəbai, İslamda şiəlik, səh. 116 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə