Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə49/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   45   46   47   48   49   50   51   52   ...   199

[108] 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

X FƏSİL 

 


[109] 

 

HİCRİ İKİNCİ (MİLADİ VIII) ƏSRDƏ YAZILAN MƏŞHUR HƏDİS 



ƏSƏRLƏRİ 

 

10.1.HİCRİ İKİNCİ ƏSRDƏ YAZILAN ƏSƏRLƏRİN ADLARI 

Hədis ədəbiyyatı tarixində hicri ikiknci (miladi VIII) əsrin özünəməxsus önəmi 

vardır.  Çünki  bu  əsrdə  iki  önəmli  məsələ  -  tədvin  və  təsnif  məsələsi  öz  həllini 

tapmışdır.  Belə  ki,  əvvəlcədən  səhifələr  üzərində  olan  hədislər  toplanıb  bir  araya 

gətirilmiş və bunun ardınca da bir yerə toplanıb yığılan hədislər təsnif edilmişdir. 

Hicri ikinci əsrdə çoxlu sayda əsərlər meydana gətirilmişdir. Hədis tarixçiləri bu 

əsrdəyazılan hədis əsərlərini beş qrupa bölmüşlər: 

 

1) Siyər və Məğazi 

Peyğəmbərin  (s)  əxlaqına,  şəmailinə,  yaşayış  tərzinə,  qəzvələrinə  və  s.  aid 

hədisləri  ehtiva  edən  əsərə  siyər  və  ya  məğazi  adı  verilmişdir.  Bu  ad  altında  yazılan 

kitablarda  Peyğəmbərin(s)  Məkkə  və  Mədinə  şəhərlərindəki  həyat  tərzi,  yaşayışı, 

hərəkət  və  davranışları,  peyğəmbərlikdən  öncəki  və  sonrakı  bütün  həyatını  ehtiva 

edən xəbərlər mövcuddur. 

Bu ad altında ilk əsərlər birinci əsrin sonları, ikinci əsrin isə əvvəllərinə təsadüf 

etməkdədir.  Siyər  və  məğazı  adını  daşıyan  ilk  əsərləri  İbn  əl-Avvam  (öl.94  h/q),  

Ürvə bin Zübeyr və başqaları yazmışlar.

460

 

 



2) Sünən 

Əvvəldə  qeyd  etdiyimiz  kimi  bu  ad  altında  yazılan  əsərlər  fiqhi  və  ya  əhkami 

hədisləri  ehtiva  etməkdədir.  Bu  əsərlərdə  yer  alan  hədislər  Peyğəmbərin  (s)  söz, 

hərəkət  və  təqrirlərindən  ibarət  olan  mərfu  hədisləri  ehtiva  etmişdir.  Sünən  adını 

daşıyan  əsərlərdə  hədislər  əsasən  təharət,  namaz,  oruc,  həcc,  cihad,  cənazə,  nigah, 

talaq, içkilər, tibb, libas və s. bablar altında bir araya toplanır. 

İlk sünən əsərləri hicri ikinci əsrdə tədvin və təsnif fəaliyyətinin başlanması ilə 

meydana  gəlmişdir.  Bu  əsrdə  ilk  sünən  əsəri  yazanlar  Məqhul  bin  Əbi  Müslim  əş-

Şami (öl.112 h/q), Əbdüləziz bin Cüreyc (öl.150 h/q) və başqaları olmuşdur. 

 

3) Cami  

Hicrətin ikinci əsrində meydana gətirilən bəzi kitablara da cami adı verilmişdir. 

Cami adını daşıyan əsər sünən kimi məlum babları ehtiva edən hədis əsərinə deyilir. 

Deməli,  səkkiz  babı  ehtiva  edən  cami  adlı  əsər  həm  də  digər  dəyişik  mövzuları,  o 

cümlədən  Quranın  fəziləti,  təfsiri,  Peyğəmbərin  (s)  siyər  və  məğazisini  və  s. 

mövzuları ehtiva etməkdədir. 

Bu dövrdə cami adı altında ilk  əsəri Mömər binRaşid (öl.153 h/q)  yazmışdı.

461

 

Bu əsərin iki əlyazma nüsxəsi dövrümüzə qədər gəlib çıxmışdı. “əl-Camiül-kəbir” və  



“əl-Camiüs-səğir”  əsərlərində  ilk  olaraq  Əbu  Abdullah  Süfyan  bin  Məsruq  əs-Səvri 

(öl. 161 h/q) olmuşdur. 

                                                 

460


T. Köçyiğit, Hədis tarixi 

461


 həmin mənbə 


[110] 

 

 



4) Müsənnəf 

Hicri  ikinci  əsrin  məhsullarından  biri  də  müsənnəf  adını  daşıyan  kitablardır. 

Müsənnəf  adı  altında  yazılan  əsərlər  sünənlərdən  fərqlənmirlər.  Bu  əsərlərdə  də 

hədislər fiqh əhkamına görə yerləşdirilmişdir. Müsənnəf adlı əsərlər camilər kimi hər 

mövzunu  ehtiva  etməsələr  də,  sünənlərdən  fərqli  olaraq  camilərdə  yer  alan 

mövzuların bəzilərini özündə əks etdirmişdi. 

Hicri ikinci əsrdə yazılan müsənnəf  adlı əsərlərin müəlliflərindən Həmmad bin 

Sələmə (öl.167 h/q), Vəki bin Cərrah və digərlərini qeyd etmək olar. 

Məşhur  alim  İbn  Nədim  “Fihrist”  adlı  əsərində  müsənnəflə  sünəni  eyni 

bilmişdir. 



 

5) Kitab 

Hicri  ikinci  əsrdə  yazılan  bir  qrup  hədis  əsərlərinə  də  kitab  adı  verilmişdir.  Bu 

ad altında yazılan əsərlər müxtəlif mövzuları ehtiva etməkdədir. Bu dövrdə kitab adı 

altında  yazılan  əsərlərdən  İbn  Səid  əs-Səvrinin  (öl.161  h/q)  “Kitabül-fəraiz”  və 

“Kitabüt-təfsir”,  İbrahim  bin  Təhmanın  (öl.163  h/q)  “Kitabül-mənaqib”  əsərlərini 

qeyd etmək olar. 

Şübhəsiz  ki,  hicri  ikinci  əsrdə  yazılan,  sünən  və  camilərdən  fərqli  olub, 

müsənnəf  hədis  əsərlərindən  sayılan  dəyişik  bir  adla  yad  edilən  kitablardan  biri  də 

“Muvatta” əsəridir. Bu əsəri məşhur hədisşünas Malik bin Ənəs (öl.179 h/q) meydana 

gətirmişdir. 

Ümumiyyətlə hicri iknci əsrdə yazılan əsərlərin böyük əksəriyyəti günümüzədək 

gəlib  çıxmamış  və  tarixin  qaranlıq  səhifələrində  itib-batmışdır.  Lakin  buna 

baxmayaraq o dövrdə yazılan əsərlərin adları müəllifləri ilə birlikdə bu gün də hədis 

ədəbiyyatı tarixində qeyd edilməkdədir. 

Hicri  ikinci  əsrdə  sünən  yazan  ən  məşhur  şəxslərdən  aşağıdakıları  qeyd  etmək 

olar: 


Məqhul  əş-Şami  (öl.112  h/q),  İbn  Cüreyc  (öl.150  h/q),  Səd  bin  Əbi  Ərubə 

(öl.156 h/q), İbn Əbi Zib (öl.159 h/q), İbrahim bin Təhman (öl.163 h/q), Həmmad bin 

Sələmə (öl. 167 h/q), Abdullah bin Mübarək (öl.181 h/q), İbn Əbi Zaidə (öl.183 h/q), 

Hüseym  bin  Bəşir  (öl.183  h/q),  əl-Vəlid  bin  Müslim  (öl.195  h/q),  Məhəmməd  bin 

Füzeyl (öl.195 h/q) və s. 

Bu  dövrdə  yazılan  camilərdən  və  onların  müəlliflərindən  ən  məşhurlarından 

aşağıdakıları qeyd etmək olar: 

Mömər  bin  Raşid  (öl.152/769),  Əbdürrəzzaq  bin  Həmmam  əs-Sinani 

(öl.211/826) və b. qeyd etmək olar. 

 

 

10.2.HİCRİ İKİNCİ (MİLADİ VIII) ƏSRDƏ YAZILMIŞ VƏ 



GÜNÜMÜZƏDƏK GƏLİB ÇIXMIŞ BƏZİ MƏŞHUR HƏDİS ƏSƏRLƏRİ 

 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə