Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə47/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   43   44   45   46   47   48   49   50   ...   199

[104] 

 

Hədislərin tədvininə  gəldikdə isə demək lazımdır ki, bu iş səhabələr  yox, rəsmi 



şəkildə tabeunlar dönəminə məxsusdur. 

Məlum  olduğu  kimi  hədislərin  yazılması  (kitabətül-hədis)  ilə  tədvini  arasında 

müəyyən fərqliliklər  vardır. Ümumiyyətlə  tədvin  lüğətdə  “davvənə” felindən əmələ 

gəlib,  “kitab  halına  salmaq”,  “toplamaq”  deməkdir.  Hədis  elmindəki  mənası  isə 

“Hədislərin rəsmən yazılıb kitab halına salınması” deməkdir. Bəzi alimlər hədislərin 

tədvini ifadəsini belə tərif etmişlər: “Hədislərin hamısına şamil olan və dövlət əli ilə 

yürüdülən ikiknci hicri əsrdəki yazma fəaliyyətidir.”

447


 

Hədislərin  rəsmi  tədvini,  yəni  yazılıb  kitab  halına  salınması  hicri  ikinci  əsrin 

əvvəllərində  (miladi  VIII  əsrin  əvvəlləri)  olmuşdur.  Bu  işə  başlamaq  məşhur  əməvi 

xəlifəsi Ömər binƏbdüləziz (717-719) tərəfindən rəsmiləşdirmişdir. Bütün mənbələrə 

görə  rəsmi  və  sistemli  bir  tədvin  fəaliyyəti  hicri  birinci  əsrin  sonları,  ikinci  əsrin 

əvvəllərində yaşamış xəlifə Ömər bin Əbdüləzizin adı ilə bağlıdır. 

 

Ömər bin Əbdüləziz (öl.101/719) 

Əvvəldə qeyd  etdiyimiz kimi Allah  Rəsulunun (ə) hədisləri birdəfəlik  qadağan 

olunmuşdur.  Hətta  mənbələrin  verdiyi  məlumatlara  görə,  hər  hansı  bir  yerdə  yazılı 

hədis  tapılsaydı,  yaxud  bir  kəsdən  eşidilsəydi,  onu  zəbt  edib  yandırardılar.

448

 Bu 


qadağanlar    əməvi  xəlifəsi  Ömər  bin  Əbdüləzizin  (hicri  99-102/miladi  717-719) 

zamanına qədər davam etmişdir.

449

 

Əməvi  xəlifələri  içərisində  nisbətən  ədalətli  və  dindarlığı  ilə  tanınan  Ömər  bin 



Əbdüləziz  hicri  99-cu  ildə  hakimiyyət  başına  gəldi.  O,  xəlifə  təyin  edildikdən  bir 

müddət  sonra  sünnəni  bilən  səhabə  nəslinin  aradan  getdiyini  görüb  və  bununla  da 

Peyğəmbər (ə)sünnəsinin məhv olmasından əndişə edərək hədislərin yazılıb bir araya 

toplanması haqqında rəsmi göstəriş vermişdi. Xəlifə hədislərin tədvin edilməsi üçün 

tabeçiliyində  olan  vali  və  əmirlərə  məktublar  göndərmiş  və  müxtəlif  bölgələrdə 

yaşayan alimləri bu işə təşviq etmişdir. Onun göndərdiyi məktubların biri də Mədinə 

valisi  Əbu  Bəkr  bin  Hazma  olmuşdur.  Bu  məktubun  mətni  müxtəlif  hədis 

əbədiyyatına aid olan kitablarda mövcuddur. Həmin məktubun mətni belədir: 

“Peyğəmbərin(ə)  hədislərindən  nə  varsa  araşdır,  topla  və  yaz.  Mən  elmin 

(hədislərin)  yox  olmasından  və  alimlərin  tükənməsindən  qorxuram.  Bu  iş  edilərkən 

sadəcə  Peyğəmbərin(ə)  hədisləri  qəbul  edilsin.  Alimlər  hər  kəsə  açıq  olan  yerlərdə 

oturub  tədrislə  məşğul  olsunlar  və  elmi  yaysınlar,  bilməyənlərə  öyrətsinlər.  Çünki 

elm gizli qalmasa yox olmaz.”

450


 

Şübhəsiz  ki,  xəlifə  Ömər  bin  Əbdüləzizi  tədvinə  şövq  edən  səbəblər  onun 

Peyğəmbər (ə) sünnəsinin aradan getməsi və hədis dəllallarının fəaliyyəti olmuşdur. 

O, təkcə bu işdə fərman verməklə kifayətlənməmiş, əlinə qələm-dəftər alaraq özü də 

hədisləri yazmağa başlamışdır. 

                                                 

447

İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 106 



448

Əllamə Təbatəbai, adı çəkilən əsəri, səh. 42 

449

 həmin mənbə, səh. 42 



450

Səhihi-Buxari,  c.  I,  səh.  33,  İbn  Sad,  ət-Təbəqat,  c.  II,  səh.  134,  Sübhi  əs-Saleh,  adı  çəkilən  əsəri,  səh.  34-35,  İ. 

Canan, adı çəkilən əsəri, səh. 106-107, M. Ə. əl-Xuli, Miftahüs-sünnə, səh. 21 



[105] 

 

Xəlifəinin  bu  rəsmi  göstərişindən  sonra  bölgə  valiləri  yazılan  hədisləri  dəftər 



halında xilafət mərkəzinə göndərmişlər. İbn Şihab əz-Zühri rəvayət edir: “Ömər bin 

Əbdüləziz sünnənin cəm edilməsini əmr etdi. Biz də onu dəftər-dəftər yazdıq. Ömər 

bin Əbdüləziz hakimiyyəti altında olan hər bir yerə bunlardan bir dəftər yolladı.”

451


 

Əməvi xəlifəsinin bu rəsmi fərmanından irəli gələn bu işdə hədis yazanlar təkcə 

Peyğəmbərin (ə) deyil, o cümlədən səhabə və tabeundan gələn xəbərdəri də qələmə 

almışlar.  Həmçinin  hədisləri  tədvin  edən  zaman  hədislərin  bütün  növünün  (səhih, 

həsən, zəif) bir-birlərindən fərqləndirmədən bir yerə toplamışlar. 

Xəlifə  verdiyi  bu  rəsmi  fərmanın  bəhrəsini  görməmiş,  hicri  101-ci  ildə  vəfat 

etmişdir.  Lakin  onun  atdığı  bu  addım  bütün  İslam  alimləri  tərəfindən  müsbət 

qarşılanmış və ona bu əməlinə görə rəhmət oxumuşlar. 

Şübhəsiz  ki,  xəlifənin  atdığı  bu  rəsmi  addımın  İslam  dünyası  üçün  böyük 

faydaları olmuş, şəri dəlillərin itib-batmasının qarşısı alınmışdır. 

Ömər  bin  Əbduləzizin  bu  rəsmi  fərmanına  ilk  əməl  edən  və  bu  işdə  böyük  

zəhmətlər  sərf  edən  şəxs  İbn  Şihab  əz-Zühri  olmuşdur  (öl.124/742).  O,  etdiyi  bu 

əməlindən  iftixar  hissi  keçirərək  demişdir:  “Bu  elmi  məndən    öncə  heç  kəs  tədvin 

etməmişdir.”

452

 

İbn Həcər də Zührinin haqqında:  “Hədisləri Ömər bin Əbdüləzizin əmri ilə ilk 



tədvin edən kimsə İbn Şihab əz-Zühridir” demişdir.

453


 

Əlbəttə ki, Zühri haqqında verilən bu məlumatlar heç də tədvin işinin məhz ona 

aid  olub,  başqalarının  bu  işdə  rolu  yoxdur  mənasına  gəlməməlidir.  Əgər  biz 

Peyğəmbər  (ə)  dönəminə  nəzər  salsaq  tədvin  işinin  əsil  kökünün  məhz  o  dövrdə 

olduğu  qənaətinə  gələcəyik.  Çünki  Allah  Peyğəmbərinin(ə)  ən  yaxın  səhabələri,  o 

cümlədən  İmam  Əlinin  (ə)  və  digərlərinin  Peyğəmbərin  (s)  hədislərini  yazıb  kitab 

halına salması tarixə məlumdur.

454


 

Zührinin  ilk  müdəvvin  olması  isə  onun  bu  işə  rəsmi  dövlət  fərman  ilə 

başlamasına  görədir.  Deməli,tədvinül-hədis  Zühri  ilə  rəsmən  başlamış,  onun 

müasirləri  və  tələbələri  tərəfindən  geniş  yayılmışdır.  Tədvin  işindən  çox  keçmədən 

toplanan  hədislər  fiqh  bablarına,  ehtiva  etdiyi  mövzularına  və  səhabə  ravisinə  görə 

təsnif edilmişdir. 

 

9.2.HƏDİSLƏRİN TƏSNİFİ 

 

Təsnif  lüğətdə  “sinifləndirmək”,  “eyni  cünsdən  olan  şeyləri  bir  araya  gətirib 



digər  cinslərdən  ayırmaq”  mənalarındadır.  Hədis  elmindəki  mənası  isə  hədisləri 

mövzularına  görə  ayırıb  eyni  mövzudakıları  bir  bab  (fəsil)  içində  toplamaq 

deməkdir.

455


 

                                                 

451

İ. Canan, adı çəkilən əsəri, səh. 109 



452

Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 36 

453

Fəthül-bari, c. I, səh. 140 



454

 bax: Seyid Həsən əs-Sədr, Təsisüş-şiə, səh. 278-295 

455

T. Köçyigit, Hədis istilahları, səh. 429 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə