Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə44/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   40   41   42   43   44   45   46   47   ...   199

[96] 

 

 



VII.əl-İsavə yaəl-Vəsiyyət(Şeyxin rəvayətetdiyi hədisləri ehtiva edən kitab və ya 

cüzü, vəfat edərkən və ya bir səfərə çixarkən bir şəxsə vəsiyyət etməsi) 

Bu haqda hədisşünaslar arasında görüş ayrılığı olsa da, onların çoxu bu cür rəvayət 

metodunu caiz bilmişlər. 

 

VIII.əl-Vicadə-“tapmaq” mənasına gələn bu metod, bir ravinin əlyazma bir kitab və 

ya  bəzi  hədis  səhifələrini  taparaq  ondan  rəvayət  etməsidir.  Belə  birkitabı  tapan 

kimsənin həm şeyxin müasiri ola bilər, həm də olmaya bilər. Amma gərək o hədisləri 

rəvayət  edən  zaman  “həddəsəni”  və  “əxbərəni”  sözlərindən  istifadə  etməyə.  Ravi 

belə kitablardan hədis rəvayət edən zaman “vəcədtü bi xətti fülan” və s. ifadələrdən 

istifadə edə bilər.

425

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VIII FƏSİL 

 

HƏDİS RƏVAYƏT ETMƏYİN YOLLARI 

 

8.1.RƏVAYƏTİN ADABI 

 

                                                 

425

Bu fəsildən  yer alan  mövzular üçün bax:  Cəfər Sübhani, Üsulul-hədis  və  əhkamuhu, səh. 225-230, Əllamə  Məclisi, 



Biharül-ənvar, c. II, səh. 445-446, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 68-80, İ. Canan, Hədis üsulu 

və hədis tarixi, səh. 502-517 




[97] 

 

Rəvayəthədisin  təhəmmül  və  ədası  deməkdir.  Rəvayətbir  öyrənib-öyrətmək 



fəaliyyətidir.  Adab  isə  “ədəb”  kəlməsinin  cəmi  olub  hər  hansı  bir  məslək 

mənsublarının tabe olması vacib olan mənəvi qayda və elmi metodlardır.  

Bildiyimiz  kimi  hədis  elmlərin  ən  şərəflilərindəndir.  Çünki  onun  əsas 

qayələrindən  biri  əxlaqı  saflaşdırmaq  və  insan  xarakterini  (təbiətini) 

gözəlləşdirməkdir. Buna görə də hədis öyrənən və öyrədən şəxsin bu işdə mütləq saf 

və təmiz qəlbi olmalıdır.  

Ümumiyyətlə  hədis  alimləri  hədis  öyrənib-öyrədən  adamın  müəyyən  adaba 

məxsus  olduğunu  göstərmişlər.  Hədis  kitablarında  mövzuya  aid  başlıqlar  “Adabül-

mühəddis” və “Adabu-talibil-hədis” adı aldtında keçməkdədir. 

Bu mövzuya aid irihəcmli əsəri Xətib əl-Bağdadi (öl. 463/1071) yazmışdı. Onun 

bu mövzu haqqında yazdığı əsərin adı “əl-Cameu li əxlaqir-ravi və adabüs-sami”dir. 

O,  bu  əsərində  hədis  öyrədən  və  hədis  öyrənənin  əxlaq  və  əməl  etməsini  tövsiyə 

etmişdir. 

 

A)

 

Hədis öyrənənin adabı 

İlahiyyat  elmləri  içərisində  öyrənilməsi  zəruri  hesab  edilən  hədis  elmi 

Peyğəmbər (s) və onun pak əhli-beytinin (ə) əxlaqi gözəlliklərini, yüksək ədəblərini 

və  müqəddəs  yaşayışlarını  və  s.  ehtiva  etdiyindən  bu  elmi  öyrənməyin  əlbəttə  ki, 

böyük  faydaları  vardır.  Şübhəsiz  ki,  belə  bir  müqəddəs  elmi  öyrənməyin  böyük 

fəzilətləri olduğu kimi özünəməxsus adab qaydaları da vardır.  

Hədis öyrənən şəxsin bir neçə adaba əməl etməsi zəruri sayılmışdır ki, onlardan 

da bir qismi aşağıdakılardır: 

 

I. İxlas (təmiz niyyət) 

Hədis  öyrənənin  ilk  adabı  təmiz  niyyətdir.    Hədis  öyrənməyə  başlayan  şəxs 

gərək niyyətini təmiz edərək gördüyü işi və öyrəndiyi elmi Allaha xatir etmiş olsun. 

Çünki  insanın  gördükləri  iş  əgər  Allah  rizası  üçün  olmazsa,  şübhəsiz  ki,  onun 

faydaları  lazımı  nəticəni  verməyəcəkdir.  Peyğəmbər  (s)  buyurur:  “Hər  bir  əməl 

niyyətə  mövcuddur”.  Deməli,  hədis  elmini  Allaha  xatir  öyrənən  kimsə  dünya  və 

axirət xoşbəxtliyinə nail olur, Allah və bəndə yanında yüksəlir, şərəflənir.  

Həmmad  bin  Sələmə  yazır:  “Hədis  elmini  Allah  rizasından  başqa  bir  amacla 

öyrənən öz-özünüaldadır.” Xətib əl-Bağdadi yazır: “Hədis öyrənən şəxs öyünmək və 

riyakarlıqdan  çəkinməli,  hədis  öyrənməkdə  məqsədi  əsla  rəyasətə  keçmək  və  s. 

olmamalıdır.”

426


 

II. Üstün əxlaq 

Hədis  öyrənən  şəxs  gərək  fərdi  və  ictimai  həyatında  özünü  əxlaqlı  aparmalı, 

əxlaqın  bütün  keyfiyyətlərini  özündə  əks  etdirməlidir.  Çünki  Peyğəmbərin  (s)  və 

onun pak əhli-beytindən olan məsum imamların (ə) kəlamları əxlaqi anlayışları ehtiva 

etməkdədir.  

                                                 

426

əl-Cameu li-əxlaqir-ravi və adabüs-sami 




[98] 

 

Peyğəmbər 



(s)  buyurur: 

“Mən  gözəl  əxlaqı  tamamlamaq  üçün 

göndərildim.”Deməli,  Peyğəmbər  (s)  yolunu  gedən  hər  bir  fərd  bütün  davranış 

qaydalarında nəzakətli  olmalı  və ali əxlaqi keyfiyyətlər nümayiş  etdirməlidir.  İmam 

Əli  (ə)  buyurur:  “Ey  elm  öyrənən!  Elm  bir  çox  fəzilətlər  sahibidir.  Bunların  başı 

təvazökarlıq,  gözü  həsəddən  uzaqlıq,  qulağı  anlayış,  dili  doğruluq,  hifzi  araşdırma, 

qəlbi təmiz niyyət, ağılı əşyanı və vacib olan işləri bilmək, əli rəhmət, ayağı alimləri 

ziyarət, himməti ayıblardan salamat olmaqdır...”

427

 

 



III. Hədisi əhlindən almağa çalışmaq 

Hədis  öyrənən  şəxs  gərək  hədisi  ictimaiyyətdə  yüksək  əxlaqı,  elmi,  təqvası  və 

əməli  ilə tanınan şəxslərdən alsın. Əgər onun vətənində belə məziyyətlərə malik bir 

alim yoxdursa, yaxşı olar ki, imkan daxilində səfərə çıxsın. 

 

IV.Məslək sahibi olmaq 

Hədis  öyrənən  şəxs  ailə  sahibidirsə,  gərək  onların  yaşayışlarını  təmin  edə, 

ailəsinin  rifahı  üçün  bütün  mövcud  imkanlardan  istifadə  etməlidir.  Əks  təqdirdə 

Peyğəmbərin  (s)  və  digər  Məsumların  (ə)  sünnəsini  pozmuş  olar.  Peyğəmbər  (s) 

buyurmuşdur:  “Hər  kəs  halal  yolla  özünün  və  ailəsinin  ruzisini  təmin  etmək  üçün 

çalışsa, onun savabı Allah yolunda cihad edən şəxslərin savabı kimidir.”

428

 Həzrət (s) 



digər bir hədisində buyurur: 

“Hər  kəs  maddi  imkanları  olan  halda  öz  ailəsinin  rifahını  və  rahatlığını 

genişləndirməsə bizdən deyildir.”

429


 

 

V. Öyrəndiyini digərlərinə öyrətməlidir 

 Hədis  öyrənən  şəxs  gərək  öyrəndiyi  hədisləri  digər  şəxslərə  də  öyrətsin. 

Həmçinin ondan bir şey soruşularsa, bildiyi halda gərək onları gizlətməyə, əks halda 

Allahın qəzəbinə səbəb olar. Çünki Peyğəmbər (s) buyurur: “Hər kəs bir elmi bildiyi 

halda gizlətsə, qiyamət günü Allah onu oddan olan noxta ilə noxtalayacaqdır.”

430

 

 



VI. Müəllimə ehtiram etmək 

Hədis tələbəsi gərək öz ustadlarına təzim edib onların ehtiramını saxlasın. Hədis 

öyrənən  şəxsə  yaraşmaz  ki,  öz  ustadına  qarşı  sayğısız  olsun,  onun  ehtiramını 

saxlamasın.  Peyğəmbər  (s)  buyurur:  “Ata  üçdür:  1).insanı  dünyaya  gətirən  ata, 

2).Qayınata.  3).Müəllim.

431


İmam  Əli  (ə)isə  buyurur:  “Əgər  valideyniniz  və 

müəlliminiz siz oturan məclisə girərsə, dərhal ayağa qalxın.” 

Göründüyü kimi müəllimin məqamı çox uca bir məqam olduğundan Məsumlar 

(ə)  bu işə xüsusi önəm vermiş və ona ehtiramı vacib bilmişlər.  

 

                                                 



427

Xətib Bağdadi, adı çəkilən əsəri, səh. 28 

428

Vəsailüş-şiə, c. XII, səh. 11 



429

Müstədrəkül-vəsail, c. II, səh. 643 

430

Üsuli-kafi, c. I, kitabül-elm fəsli  



431

İsna əşəriyyə, səh. 81 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə