Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə41/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   37   38   39   40   41   42   43   44   ...   199

[88] 

 

 



IV.

 

Suil-hifz 

Ravinin yaddaşının zəif olması. Əgər bir ravinin hafizə qüvvəsi pis olarsa, onun 

nəql etdiyi hədis qəbul edilmir.

404


 

 

Cərh və tədildə işlənən bəzi kəlmələr 

Hədisşünaslar  və  rical  alimləri  hədis  rəvayət  edən  ravini  mədh  və  təzkiyə, 

həmçinin  məzəmmət  və  cərh  etmək  üçün  bəzi  kəlmələr  işlətmişlər.  Ümumiyyətlə 

ravilər haqqında işlədilən kəlmələr iki qismdir: 

 

I.Mədh və təzkiyə edən kəlmələr 

 

a)Oadilvəgüvəniləndir 

b)Höccətdir 

c) Onun hədisi səhihdir. 

 

II.Məzəmmət və cərh edən kəlmələr 

 

a) Zəifdir 

b) Yalançıdır 

c) Həddi aşandır 

d) Zəif, səbəbsiz söz deyəndir 

e)Bir şey deyil, heç bir dəyəri yoxdur.

405


 

 

Rəvayəti qəbul və ya rədd edilən kimsə 

Əvvəldə qeyd etdiyimiz kimi hədis elmində kimin rəvayəti qəbul edilir və yaxud 

da  kimin  rəvayəti  rədd  edilir  mövzusu  ən  əhəmiyyətli  və  ən  faydalı  mövzulardan 

biridir. Bu mövzuya bəzi hədisşünaslar“Ravidə aranan şərtlər” adı altında toxunurlar. 

Ümumiyyətlə ravidə aranan şərtlər aşağıdakılardır: 



 

1. Müsəlman olmaq. Bütün İslam alimləri hədis rəvayət edən şəxsin müsəlman 

olması  şərtini  irəli  sürmüşlər.  Deməli,  qeyri-müsəlmanın  və  həmçinin  mürtəd  olan 

şəxsin rəvayəti heç vaxt qəbul edilmir. 

Məşhur hədisşünas Zeynüddin əl-Amili yazır:“Hədis imamları və fiqh üsulçuları 

ravinin  müsəlman  olmasında  həmfikirdirlər.  Kafirin,  yəhudi  və  xristian  kimi  qeyri-

qiblə  əhlinin  və  həmçinin  məcusi,  xaricilər,  ğulat  və  s.  şəxslərin  rəvayətləri  qəbul 

edilmir.”

406


 

 

                                                 

404

geniş məlumat üçün bax: İ .Çakan, Hədis üsulu, səh. 93-95, İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 466-474 



405

geniş məlumat üçün bax: Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 153-170, Zeynüddin əl-Amili, ər-Riayə  fi 

elmid-dirayə, səh. 209 

406


ər-Riayə fi elmid-dirayə, səh. 181-182 


[89] 

 

2.  Ağıl  sahibi  olmaq.Hədisşünaslara  görə  dəli  olan  adamdan  heç  vaxt 

rəvayətqəbul edilməz. 

 

3.  Həddi  buluğa  yetişmək.  Hədis  alimləri  yetkinlik  yaşına  yetişməyən 

uşaqlardan gələn rəvayəti qəbul edilməz bilmişlər. 

 

4.  İmanlı  olmaq.  Burada  şiə  alimlərinin  iman  dedikdə,  ravinin  etiqadının  şiə-

imamiyyə  məzhəbində  olmasını  şərt  bilmişlər.  Bu  şərt  bir  çox  şiə  hədis  alimlərinin 

əsərlərində,  o  cümlədən  Zeynüddin  əl-Amilinin“ər-Riayə  fi  ilmid-dirayə”

407

,Həsən 


bin  Zeynüddinin“əl-Məalim”

408


,  Cəfər  Sübhaninin  “Üsulul-hədis  və  əhkamuhu” 

əsərlərində

409

yer almaqdadır. 



Lakin bəzi şiə alimləri, o cümlədən Məhəmməd bin Həsən ət-Tusi“İddətül-üsul” 

adlı  əsərində

410

şiə  olmayan  şəxsin  İmamlardan  (ə)  etdiyi  rəvayəti  məqbul  hesab 



etmişdir.

411


 

Həmçinin  hədis  rəvayət  edən  ravi  əgər  şiə  məzhəbinin  hansısa  bir  firqəsinə 

mənsub olsa, məsələn Vaqifiyyə, Fəthiyyə, Navusiyyə kimi, onunrəvayətinə baxmaq 

lazımdır. Əgər onun nəql etdiyi  xəbər siqə hesab edilənlərə ziddirsə, qeyri-məqbul, 

əgər siqə hesab edilənlərə zidd deyilsə, məqbul hesab edilə bilər.

412


 

 

5.  Ədalətli  olmaq.  İslam  alimləri  onun  mənası  və  şərtləri  haqqında  ixtilaf 

etmişlər. Lakin məşhur görüş budur ki, insanın təqvalı olmasına səbəb olan işləri icra 

etmək,  böyük  günahlardan  və  həmçinin  kiçik  günahlardan  çəkinmək,  insanın 

mürüvvətinə  (insanın  əxlaqi  yönünə)  mənfi  təsir  edən  amilləri  tərk  etmək  və  s. 

ədalətli olmağa dəlalət edər. 

Onun  şərtlərinə  gəldikdə  isə  alimlərin  bir  qrupunun  fikrincə  bu  ağıl,  həddi-

buluğ, İslam, etiqad, dəyanət, sidq, mürüvvət, şöhrətdən ibarətdir.

413

 

 



6.  Zabt  sifətinə  malik  olmaq.  Zabt  dedikdə,  ravinin  təhəmmül  etdiyi  (öyrənib 

rəvayətetdiyi)  bir  rəvayəti  əda  anına  qədər  aldığı  (öyrəndiyi)  şəkildə  muhafizə 

etməsidir.  Bunu  Cəfər  Sübhani  belə  tərif  edir:“Zabt  dedikdə  məqsəd  (ravinin) 

əzbərindən dediyi hədisi  muhafizə  etməsi. Əgər  onu kitabına  yazıbsa, onu səhvdən, 

yanlış oxumadan və təhrifdən rəvayət edən zaman qorumasıdır.”

414


 

 

Ravinin ədaləti necə bilinir? 

Ravinin ədaləti aşağıdakı yollarla məlum olur: 

1. Şöhrət yolu ilə 

                                                 

407

səh. 181-182 



408

səh. 200 

409

səh. 132 



410

səh. 379-381 

411

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 133 



412

bax: həmin mənbə, səh. 133 

413

bax: İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 460-461, Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 134 



414

Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 135 




[90] 

 

Əgər  bir  ravinin  ədalətli  olması  alimlər  arasında  məşhurdursa,  onun  adil 



olmasına şəkk edilməz. 

 

2. Ravinin haqqında üsul alimlərinin tədil etməsilə 

Əgər  ravi  haqqında  cərh  və  tədil  vaqi  olarsa,  onun  ədalətli  olması  ortalığa 

çıxarsa, bu halda ravi ədalətli qəbul edilir. 

 

3.Ravidən iki adil şəxsin rəvayət etməsi yolu ilə  

Ravidən iki adil şəxs rəvayətedərsə, bu onun ədalətli olmasına dəlalət edər. 

 

4.Ravidən bir nəfər adilin rəvayət etməsi yolu ilə 

Əgər  bir  ravidən  bir  nəfər  adil  şəxs  rəvayətedərsə,  bu  həmin  ravinin  ədalətli 

olmasına dəlalət edər.

415


 

Ravinin ədaləti məsələsinə  gəldikdə, burada olan şərtlər həqiqətən insanda belə 

bir təsəvvür yaradır ki, müsəlmanlar aldıqları hədisləri çox incə və dərin bir diqqətlə 

öyrənmiş  və  onu  tarix  boyu  çox  böyük  qeyrətlə  qoruyub  saxlamışlar.  Bəlkə  də  bu 

Peyğəmbərimizin  (s)  böyük  möcüzələrindən  biridir  ki,  möminlər  onun  müqəddəs 

kəlamlarına  bu  qədər  böyük  önəm  vermiş  və  o,  Həzrətin  (s)  sünnəsini  olduğu  kimi 

yaşamışlar. Həmçinin Peyğəmbərimizi (s) digər peyğəmbərlərdən (ə) fərqləndirən ən 

mühüm    xüsusiyyətlərdən  biri  də  yenə  o  Həzrətin  (s)  sünnəsinin  qorunub 

saxlanmasıdır. Çünki biz tarixə nəzər salsaq keçmiş peyğəmbərlərin heç birindən bu 

qədər  hədislər  rəvayət  olunmamış  və  öz  ümmətləri  tərəfindən  bu  qədər  muhafizə 

edilməmişdir. 

 

II. Hədis raviləri (Rical) elmi 

Hədis  elminin  bu  şöbəsində  ravilərin  bioqrafiyaları,  təbəqələri,  onların  tarixi, 

şeyxləri  və  tələbələri,  vətənləri  və  s.  öyrənilir.  Hədis  elmləri  içərisində  ən  mühüm 

elmlərdən hesab edilən rical elminin tarixi qədimdir. 

Mənbələrin  verdikləri  məlumatlara  görə  bu  elm  “sədrül-İslam”  dövründə 

meydana çıxmışdır

416


Şübhəsiz  ki,  bu  elmin  qədimliyi  onun  əhəmiyyətindən  xəbər  verir.  Çünki  bu 

elmin  vasitəsi  ilə  ravilərin  halları  və  təbəqələri  öyrənilir  və  bunun  da  nəticəsində 

hədisin sənədinin səhih və ya zəif olması məlum olur. 

Bu  elmə  olan  ehtiyac  Peyğəmbərin  (s)  vəfatından  sonra  daha  da  güclənmişdir. 

Çünki onun (s) vəfatından sonra hədis dəllalları Həzrətin (s) sünnəsinə etiraz olaraq 

hədis  uydurmağa  başladılar.  Peyğəmbərin  (s)  adına  uydurulmuş  hədislər  az  da  olsa 

özünü biruzə vermiş və ən mötəbər hədis kitablarında belə yer tapmışdır. Amma buna 

baxmayaraq  İslam  alimləri  zəif  raviləri  doğrularından  ayırmaq  üçün  rical  elminin 

əsasını qoymuş və bu sahədə külli miqdarda əsərlər meydana gətirmişlər. 

Rical  elminə  aid  əsərlər  hələ  birinci  hicri  əsrdə  yazılmışdır.  Bu  sahədə 

Ubeydullah bin Əbi Rafei “ət-Təbəqat”, Abdullah əl-Kənani (öl.219 h/q) “ər-Rical”, 

                                                 

415


Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 94-95 

416


Seyid Əli Xamneyi, əl-Üsulu ərbəə fi ilmir-rical, səh. 5 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə