[106]
Hədis ədəbiyyatı tarixindən bizə məlumdur ki, hədislər Peyğəmbərin (s)
dönəmində və ya onun vəfatından bir az sonra səhabələr tərəfindən yazılmış
(kitabətül-hədis), daha sonra isə xəlifə Ömər bin Əbdüləziz tərəfindən rəsmi fərmanla
Zühri tərəfindən toplanıb kitab halına (tədvinül-hədis) salınmışdır.
Hədislər tədvin edildikdən dərhal sonra təsnif dövrü başlamışdır. Çünki tədvin
edilən hədis kitablarında hər hansı bir hədis axtarıb tapmaq çətin olduğundan təsnifə
böyük ehtiyac duyulmuşdur. Buna görə də hədis alimləri hədislərin toplanıb yazıldığı
kitablarda yer alan hədisləri fiqhi bablara görə təsnif etmişlər.
Fiqh bablarına görə təsnif edilən hədis əsərlərinin bir qisminə sünənlər, bir
qisminə camilər, digər bir qisminə isə müsənnəf adı verilmişdir. Bunlarla yanaşı
müsnəd deyilən hədis əsərləri də vardır ki, bu qrup əsərlərdə yer alan hədislər fiqhi
bablara görə deyil, onları rəvayət edənsəhabə adlarına və ya məşhur bir şeyxin
rəvayətləri olaraq təsnif edilmişdir.
Sünən adı altında təsnif edilən hədis əsərlərində fiqhin müamilat, ibadət və s.
mövzuları haqqında hədislər yer tutur.
Camilər də sünən kitabları kimi fiqhi mövzuları ehtiva etməkdədir. Amma
camilər sünənlərdən fərqli olaraq fiqhdən kənar şeyləri də, o cümlədən Quranın
fəzilətləri, Quranın təfsiri, Peyğəmbərin (s) yaradılışı, keçmiş peyğəmbərlərin
əhvalatlarını ehtiva edən hədisləri də içinə almaqdadır.
Müsənnəflər isə sünənlərə çox oxşar hədis əsərləridir. Lakin onları sünən və
camilərdən fərqləndirən xüsusiyyət ehtiva etdikləri mövzuların sünənlərdən çox,
camilərdən az olmasıdır. Yəni, müsənnəf adını daşıyan əsərlər sünən adlı əsərlərə
nisbətən daha artıq mövzuları, cami adlı əsərlərə nisbətən isə daha az mövzuları
ehtiva etməkdədir.
Hədis tarixində hədisləri ilk təsnif edən şəxslər haqqında məlumatlar vardır.
Dirayə elminə aid ilk əsəriyazan alimlərdən olan Rəmahürmüzü (öl.360 h/q) təsnif
haqqında aşağıdakı məlumatı verir:
“Bildiyimə görə hədisləri ilk dəfə təsnif edib bablara ayıran kimsə, Bəsrədə ər-
Rabi ibn Şübeyl (öl. 160 h/q), Səd bin Əbi Arubə (öl.156 h/q), Yəməndə Əhd deyə
adlandırılan Xalid bin Cəmil və Mömər bir Raşid (öl.153 h/q), Məkkədə İbn Cüreyc
(öl.150 h/q), Kufədə Süfyan əs-Səvri (öl.161 h/q), SüfyanbinÜyeynə (öl.198 h/q),
Samda əl-Vəlid binMüslim (öl.195 h/q), Xorasan və Mərvdə Abdullah binMübarək
(öl.181 h/q)… olmuşdur.”
456
Məşhur hədis alimlərindən olan Tirmizi hədislərin ilk təsnifini hicri ikinci
(miladi VIII) əsrdə olduğunu bildirdikdən sonra yazır: “Hədislərin təsnifinə çalışıb bu
xüsusda rəhbərlik edən bir çox hədisşünas tanıyırıq: Hişam bin Hassan (öl. 147/764),
Əbdülməlik bin Əbdüləziz bin Cüreyc (öl. 150/767), Malik bin Ənəs (öl.179/795),
Həmməd bin Sələmə (öl. 167/783), Abdullah bin Mübarək (öl.181/797)… və daha bir
çox elm adamları müsənnəf əsərlər meydana gətirdilər. Beləcə, bunlar hədislərin
təsnifində öndərlik etdilər.”
457
456
Talat Köçyigit, adı çəkilən əsəri, səh. 430
457
Sünən, XIII, 304-305
[107]
Əbu Talib əl-Məkki (öl.386/986) təsnif ədəbiyyatının başlanğıcını belə müəyyən
edir: “Bu müsənnəf kitablar hicri 120 və ya 130-cu illərdən (miladı 738-748) sonra
ortaya çıxmışdır. İslamda ilk müsənnəf əsərlərin İbn Cüreycin hədislərə dair kitabı
ilə, Mücahid, Əta və İbn Abbasın müasirləri tərəfindən Məkkədə meydana gətirilən
bəzi təfsir kitabları olduğu söylənilir. Sonra Mömər bin Raşid gözəl şəkildə və
müəyyən bablar halında sünən topladı. Malik bin Ənəs “Muvatta”nı Mədinədə ortaya
qoydu…”
458
Xülasə olaraq bunu demək kifayətdir ki, hicri ikinci əsrdə hədis alimləri
müxtəlif adlar altında əsərlər meydana gətirmişlər. Ortalığa çıxan əsərlər əsasən iki
ana sistem altında olmuşdur. Bunlardan biri, hədislərirəvayət edənsəhabə ravilərin
adlarına görə (alər-Rical), digəri isə mövzularına görə (aləl-Əbvab) təsnif edilmişdir.
Kitabət, tədvin və təsnif arasındakı fərq
Hədis alimləri kitabət, tədvin və təsnif arasında olan fərqi müəyyənləşdirmişlər.
Yuxarıda adı çəkilən kəlmələrin ortaq mənası “toplamaq” olsa da, bunların arasında
sistem, zaman və anlam baxımından müəyyən fərqlər vardır.
Kitabət dedikdə hər hansı bir səhabənin Peyğəmbərdən (s) eşidib dinlədiyi
hədisləri özü üçün yazıb bir araya gətirməsi nəzərdə tutulur. Deməli, hədislərin
kitabəti zaman baxımından Peyğəmbər (s) və səhabə dövrünə aiddir.
Tədvin dedikdə isə müxtəlif səhabələr tərəfindən rəvayətedilmiş hədisləri yazıb
bir araya toplamaqla yanaşı başqa-başqa səhabələr tərəfindən yazılmış səhifələri
toplayıb bir araya gətirmək nəzərdə tutulur. Hədislərin tədvini zaman baxımından
hicri I əsrin lap sonları, II əsrin isə əvvəllərinə aiddir.
Təsnif dedikdə isə tədvin edilmiş hədislərin ya səhabə ravisinə, yaxud da ehtiva
etdiyi mövzuya görə məlum bölüm və bablarda toplanması nəzərdə tutulur.
Hədislərin təsnifi zaman baxımından tədvindən dərhal sonra meydana gəlmişdir.
459
Yuxarıda adı keçən terminlərdən və onlara verilən təriflərdən məlum oldu ki, hər
bir terminin özünəməxsus tərifi və zamanı vardır. Hədislərin kitabəti (yazılması)
səhabələrin yalnız Peyğəmbərdən (s) eşidib yazdıqları hədislərdir. Onlar hətta bir-
birlərindən eşitdikləri hədisləri də yazmayıb yalnız Peyğəmbərdən (s) dinlədiklərini
qələmə almışlar.
Hədislərin tədvini isə kitabətdən sonra meydana gələrək tabeunların
səhabələrdən eşitdikləri hədisləri və həmçinin onların Peyğəmbərdən (s) eşidib
yazdıqları səhifələri bir araya toplayaraq kitab halına salmalarıdır.
Hədislərin təsnifi də həmin tədvin edilən kitablarda yer alan hədisləri mövzuya
və ya səhabə adına görə fəsillərə (bablara) bölməkdir ki, bu da şübhəsiz ki, zaman
baxımından tədvindən dərhal sonra olmuşdur.
458
Qutül-Qutub, c. I, səh. 324-325, Ali Yardım, Hədis I-II, səh. 52
459
geniş məlumat üçün bax: İ. Canan, Hədis ədəbiyyatı, səh. 16-17, Ali Yardım, Hədis I-II, səh. 43-44