[113]
Malik tərtib etdiyi bu əsərini hər il gözdən keçirmiş və bəzi hədisləri
çıxarmışdır. Hazırda əlimizdə olan bu əsərdə 1720 hədis vardır. Muvattanı şərh edən
Zürqani (öl.1120/1710) bu rəqəmi belə sinifləndirir:
600-ü müsnəd (mərfu),
222-si mürsəl,
613-ü məvquf,
285-i məqtudur.
471
“Muvatta”da olan hədislərin sayı barədə digər görüşlər də vardır. Belə ki, Malik
yüz min hədis rəvayətetmiş, onlardan on min hədis seçərək “Muvatta”da
yerləşdirmişdir. Ancaq bunları da Quran və sünnə ilə tutuşduraraq bir qismini daha
ayırmış və nəticədə hamısını beş yüzə endirmişdir.
472
Əbu Bəkr əl-Əbhərinin rəvayətinə görə “Muvatta”da yer alan hədislərin hamısı
1720-dir, bunlardan 600 qədəri müsnəd, 300-ə qədəri mürsəl olub, digərləri səhabə və
tabeun sözlərindən və fətvalarından ibarətdir. Bunlar arasında 70-ə qədər zəif hədis
vardır ki, Malik bu hədisləri tərk etmişdir.
473
“Muvatta” əsərinin səhhətinə gəldikdə əhli-sünnə məzhəbi, xüsusilə də malikilik
məzhəbinin ardıcıllarının fikrincə orada yer alan hədislər səhihdir. Bu haqda Şah
Vəliyullah əd-Dehləvi yazır:
“Muvatta kitabların ən səhihi, ən məşhurudur. Səhhət və qiymətdə ən öndə
gələni və ən cami olanıdır. Alimlərin böyük əksəriyyəti onunla əməl etmədə,
rəvayətvə dirayələrində ittifaq etmişlər… Muvatta, həm maliki məzhəbinin əsası və
dayandığı, həm Şafei və Hənbəli məzhəblərinin başı və təməli, həm də Əbu Hənifə və
iki dostu Əbu Yusif və Məhəmmədin məzhəblərinin qəndil və lampasıdır.”
474
“Muvatta”nın kütubüs-sittə sıralarına daxil olmamasının səbəbini bu əsərin hədis
kitabından çox bir fiqh kitabı olaraq yazılmış və içərisində yer olan hədislərin
mərfusunun az olmasıdır.
Hədis ədəbiyyatı tarixində özünəməxsus mövqe qazanmış “Muvatta” əsərində
yer alan hədislərin böyük bir qismi Buxarinin və Müslimin, həmçinin kütubüs-
sittənin digər kitablarında yer almışdır.
Malikin bu məşhur əsəri hələ onun sağlığında böyük şöhrət tapmış və müəllifə
şan-şöhrət qazandırmışdır.
“Muvatta” əsəri həmişə alimlərin baş vurduğu əsərlərdən olub və müxtəlif
dövrlərdə şərh edilmişdir. Onun üzərinə yazılan şərhlərdən aşağıdakıları göstərmək
olar:
1.
CəlaləddinSüyutinin“Tənvirül-həvalıq”əsəri
2.
Zürqaninin, “Şərhu-muvatta”əsəri
3.
ƏbülvəlidSüleymanbinXələfəl-Malikinin“əl-Müntəqa”əsəri.
471
İ. Çanan, adı çəkilən əsəri, səh. 47, İ. Canan, adı çəkilən əsəri, səh. 1445, Məhəmməd Əbdüləziz, Miftahüs-sünnə,
səh. 24
472
T. Köçyigit, Hədis istilahları, səh. 354
473
Süyuti, Tənvirül-həvaliq, c. I, səh. 9
474
İ. Canan, adı çəkilən əsəri, səh. 147
[114]
Xülasəolaraq“Muvatta”haqqındabunudeməkkifayətdirki,
buəsərbəziİslamalimləritərəfindəntənqidedilməsinəbaxmayaraqsünniməzhəbindəsəhi
hbirəsərkimiqiymətləndirilmişdir.
Həttabuməzhəbinbəzialimlərionukütubu-
sittəsıralarınadaxiletmişvəkütubus-sittəniyeddikitabolduğunudemişlər.
“Muvatta”əsərinəyetiriləndiqqətonunİslamdünyasındadəfələrlənəşredilibyayılma
sınavəelmocaqlarındatədrisedilməsinəsəbəbolmuşdur.
İslamdünyasınınorjinaləsərlərindənsayılanvəmüstəsnaəsərlərdənhesabedilənbuəsərhə
diskitabıolmaqlayanaşıhəmdəfiqhkitabıkimidəyərləndirilmişdir.
MalikbinƏnəsinbuməşhurəsəriMuxtarBöyükçinarınrəhbərliyialtındabirqrupaliml
ərtərəfindəntürkdilinətərcüməedilmişdir.
İslamfiqhininvəPeyğəmbər
(s)
sözlərinindərinbilicisiolanMalikbinƏnəsin“Muvatta”əsəriayrıbiradaltındameydanagət
irilsədə,
müsənnəfəsərlərqrupunaməxsusdur.
ƏsərinbuadıalmasınınsəbəbiisəonunbirqrupMədinəfəqihlərinəgöstərilməsivəonlarınb
unamüsbətrəyvermələrinəgörədir.
Əsərinərəbcədənadı“Hamıüçünanlaşılan”mənasındadır.
2) Məhəmməd bin İdris əş-Şafei və əsərləri
Hicri ikinci əsrin nəhəng elm sahiblərindən biri də heç şübhəsiz ki, Məhəmməd
bin İdris əş-Şafeidir. Onun nəsəbi Məhəmməd bin İdris bin Abbas Osman
binŞafeidir. Göründüyü kimi o, sonuncu babasına nisbət edilərək əş-Şafei deyə
tanınmışdır. Onun künyəsi Əbu Abdullahdır.
Şafei hicrətin 150-ci (miladi 766) ilində Qəzzədə doğulmuş, süddən kəsildikdən
sonra isə Məkkəyə aparılmışdır.
475
Digər bir mənbəyə görə isə o, Məkkədə doğulmuşdur.
476
Məhəmməd bin İdris əş-Şafei gənclik yaşlarında məşhur bir atıcı kimi
tanınmışdır. O, ilk dövrlərdə şeir, ərəb dili və əyyamül-ərəb mövzularında güclü elmə
malik olmuşdur. Sonralar fiqh və hədis elmlərini öyrənmiş və tez bir zamanda
dövrünün məşhur fəqih və hədisşünaslarından birinə çevrilmişdir.
O, hədis elmini dövrünün məşhur hədisşünaslarından olan Malik bin Ənəsdən
öyrənmişdir. Mənbələrin verdikləri məlumatlara görə Şafei on üç yaşında bir neçə
gün ərzində Malikin “Muvatta” əsərini əzbərləmiş və ustadının önündə onu
oxumuşdur.
477
Əhməd bin Hənbəl onun haqqında yazır:
“Səhər vaxtı altı kişi üçün dua edərdim. Onlardan biri Şafeidir. İnsanlar üçün
Şafei aləm üçün günəş, xalq üçün afiyət kimidir.”
Digər bir alim Beyhəqi Davud bin Əli əl- İsfəhanidən nəqlən belə yazır:
“Başqaları üçün müyəssər olmayan üstünlük vəsilələri İmam Şafei üçün
toplanmışdır. Məsələn, nəsəb və mövqeyinin şərəfli, Peyğəmbərin (s) əşirətindən
olması, dininin sağlam, etiqadının pis arzu və bidətlərdən salim olması, özündəki ruh
475
Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 323
476
Ali Özək, Hədis Ricalı, səh. 88
477
Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 323