Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə54/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   50   51   52   53   54   55   56   57   ...   199

[119] 

 

kütub-sittədə də rast gəlmək mümkündür. Zamanının güvvəli hədisşünaslarından biri 



olan Abdullah bin Vəhb hicri 107-ci (miladi 813) ildə vəfat etmişdir. 

Onun  tərtib  etdiyi  “Cami”  əsərinə  gəldikdə  demək  lazımdır  ki,  bu  əsər  hədis 

ədəbiyyatı  tarixində  özünəməxsus  mövqeyi  vardır.  Zəhəbi  və  digər  alimlərə  görə 

Abdullah  bin  Vəhbin  “Cami”  əsərində  120.000  civarındahədis  vardır.

497

 Lakin  digər 



bir alim İbn Həcər isə bu əsərdə 100 000 hədisin olduğunu demişdir.

498


 Yuxarıda adı 

çəkilən müəlliflər bu əsərdə münkər və mövzu hədislərin olmasını istisna etməmişlər. 

İkinci  əsrin  böyük  məhsulu  olan  bu  əsərin  böyük  bir  qismi  müəllifin  vəfatına 

yaxın bir dövrdə (hicri II əsr) papiruslar üzərində yazılmış halda tapılmışdır. Bu əsər 

1942-ci ildə David Veil tərəfindən nəşr edilmişdir.

499


 

Şübhəsiz ki, hicri ikinci  əsrin hədis ədəbiyyatı tarixində çox böyük və  önəmli 

yeri vardır. Bu dövrdə hədisləri tədvin və təsnif dövrü başlamış, çoxlu sayda əsərlər 

meydana gətirilmişdir. Təəssüflər olsun ki, bu dövrdə meydana gətirilən əsərlərin bir 

qismi günümüzədək gəlib çıxmamışdır. Əlbəttə ki, dövrdə yazılan əsərlərin bir qismi 

itib-batsa  da,  hədis  ədəbiyyatı  tarixində  adları  qamış  və  onların  haqqında  az  da  olsa 

müəyyən məlumatlar verilməkdədir. 

Ümumiyyətlə hicri ikinci  (miladi VIII) əsrdə yaşayan hədisşünaslar və fəqihlər 

ətbau-tabeundan  olmuş  və  onların  böyük  əksəriyyətinin  bioqrafiyası  haqqında 

məlumatlar  verilmişdir.  Ravilər  təbəqəsinin  üçüncü  pilləsini  təşkil  edən  bu  dövrün 

müəllifləri  hədislərin  yazılıb  gələcək  nəsillərə  ötürülməsində  böyük  əmək  sərf 

etmişlər. Bu təbəqədən olub, hədis əsəri yazan kimsələrdən bir qismini sadalamağın 

əlbəttə ki, faydaları vardır. 

1.

 



Abdullah bin Əbdüləziz binCüreyc 

2.

 



Süfyanəs-Səvri 

3.

 



MəhəmmədbinİshaqbinYasər 

4.

 



əl-İmaməl-Leys 

5.

 



AbdullahbinLeyhia 

6.

 



HəmzəbinAbdullah 

7.

 



HəmzəbinMəhəmmədbinHəmzə 

8.

 



MəhəmmədbinSəibəl-Kəlbi 

9.

 



LeysbinSəd 

10.


 

HəmzəbinƏbiHəmzəəl- Cəzərivəbaşqaları. 



 

7.

 İmam Əli bin Hüseyn (ə) və “Səhifətüs-Səccadiyyə” əsəri 

İmam Hüseynin (ə) oğlu İmam Əli (ə)şiələrin dördüncü imamıdır. O, daha çox 

əs-Səccad  (çox  səcdə  edən)  və  Zeynülabidin  (ibadət  edənlərin  zinəti)  ləqəbləri  ilə 

tanınır.  Bunlardan  başqa  onun  Zus-səfanat  (qabarlar  sahibi),

500

 Zeynüssalehin 



(salehlərin  zinəti)  və  Mənarül-qanitin  (dua  edənlərin  işığı)  adlı  ləqəbləri  də  vardır. 

                                                 

497

 Zəhəbi, Mizanül-etidal, c. I, səh. 522 



498

Təhzib, c. V,  səh. 71-74 

499

A. Yardım, adı çəkilən əsəri, səh. 59 



500

 Şeyx Səduq, İləlüş-şərae, səh. 88  




[120] 

 

Sibt  bin  Cövziyə  görə  ona  Zeynülabidin  ləqəbini  Peyğəmbər  (s)  qabaqcadan 



vermişdir.

501


 

İmam  Zeynülabidin  (ə)  hicri  38-cı  (miladi  659)  ildə  Mədinə  şəhərində 

doğulmuşdur.  O, Hüseyn bin Əlinin (ə) oğlu, Əli bin Əbi Talibin (ə) isə nəvəsidir. 

Buna  görə  də  onun  nəsil  şəcərəsi  Peyğəmbərin  (s)  nəsil  şəcərəsi  ilə  eynidir.Əksər 

mənbələrə  görə  İmam Zeynülabidinin (ə) anası sonuncu Sasani padşahı Yezdəgirdin 

qızı Şəhribanudur.

502

 

Onun  Məhəmməd  Baqir  (ə),  Hüseyn,  Hüseyn  əl-Əsğər,  Əli,  Abdullah,  Zeyd, 



Əbdürrəhman, Məhəmməd əl-Əsğər, Həsən, Ömər, Süleyman, Xədicə, Ümmigülsüm, 

Fatimə və Əliyyə adlı on beş övladı olmuşdur.  

İmam Zeynülabidin (ə) Kərbəla faciəsində iştirak etmiş, lakin həmin anda İlahi 

təqdir  əsasında  xəstə  olduğundan  öldürülməyib  Kufəyə  oradan  da  Şama  əsir 

aparılmışdır.  Onun  Kufədə  İbn  Ziyadın  və  Şamda  Yezidin  məclislərində  söylədiyi 

cəsarətli xütbələri Əməvi xilafətinin iç üzünü tanımaqda ən mühüm mənbədir. İmam 

Zeynülabidin  (ə)  İslam  elmlərinin,  xüsusilə  də  hədis  və  fiqh  elmlərinin  inkişafında 

müstəsna  xidmətlər  göstərmiş  şəxsiyyətdir.  Görkəmli  rical  alimi  Zəhəbinin  verdiyi 

məlumata görə onadan aşağıdakı şəxslər hədis rəvayət etmişlər. 

Məhəmməd  Baqir  (ə),  Ömər,  Zeyd,  Abdullah,  Zühri,  Ömər  bin  Dinar,  Hakim 

bin Üteybə, Zeyd bin Əsləm, Yəhya bin Səid, Əbu Zənad, Əli bin Cədan, Müslim əl-

Bətin,  Həbib  bin  Əbi  Sabit,  Asim  bin  Abdullah,  Asim  bin  Amr  bin  Qətadə  bin 

Neman,  Amr  bin  Qətadə,  Qəqə  bin  əl-Həkim,  Əbüləsvəd  Yetim  Ürvə,  Hişam  bin 

Ürvə bin Zübeyr, Əbu Zübeyr əl-Məkki, Əbu Hazim əl-Ərəc, Abdullah bin Müslim 

bin  Hörmüz,  Məhəmməd  bin  Furat  ət-Təmimi,  Mənhal  bin  Ömər  və  başqaları. 

Bundan başqa şiə hədis elmində xüsusi məqama malik olan Əban bin Təğlib və Əbu 

Həmzə əs-Somali İmamın (ə) ən yaxın tələbələri olmuşlar. Adı çəkilən bu və ya digər 

tələbələr ondan hədis, fiqh, təfsir və digər elmləri əldə etmişlər. 

 

İmam Zeynülabidinin (ə) müasiri olduğu Əməvi xəlifələri: 

1.Müaviyə bin Əbi Süfyan (661-680), 

2.Yezid bin Müaviyə (680-683), 

3.Müaviyə bin Yezid (683-684), 

4.Mərvan bin Həkəm (684-685), 

5.Əbdülməlik bin Mərvan (685-705), 

6.Vəlid bin Əbdülməlik (705-715). 

İmam  Zeynülabidin  (ə)  hicri  95-ci  (miladi  713)  ildə  Vəlid  bin  Əbdülməlikin 

göstərişilə  zəhərləndirilmiş  və  nəticədə  şəhid  olmuşdur.  Onun  mübarək  nəşi 

Mədinədə Bəqi qəbristanlığında torpağa tapşırılmışdır. 



 

Haqqında deyilmiş təriflər 

Onun  haqqında  istər  müasiri  olmuş  alimlər,  istərsə  də  ondan  sonar  gələnlər 

həmişə  yaxşı  sözlər  demiş  və  onu  elm  və  təqvada  hamıdan  öndə  olduğu 

                                                 

501

 İbn Cövzi, Təzkirətül-xəvvas, səh. 291 



502

 Carullah Zəməxşəri, Rəbiül-əbrar, c. II, səh. 44 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə