Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə62/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   58   59   60   61   62   63   64   65   ...   199

[134] 

 

aldığına görədir. Belə ki, Sübhi “Tabaqatüş-Şafeiyyə” əsərində onun Şafei məzhəbinə 



mənsub  əz-Zəfərani,  Əbu  Səvr,  Hümeydi  və  s.  kimi  alimlərdən  dərs  aldığını  irəli 

sürərək Buxarinin Şafei məzhəbli olduğunu demişdir. 

Əl-Fərra  isə  “Təbəqatül-Hənabilə”  əsərində  Buxarini  Əhməd  bin  Hənbəldən 

dərs aldığına görə Hənbəli məzhəbli bilmişdir. 

Maliki  məzhəblilərə  görə  isə  Buxari  malikidir.  Çünki,  O,  Malikin  “Muvatta” 

əsərini Abdullah bin Yusif ət-Tunisidən almışdır. 

Əl-Əhnət isə:  “Buxari hənəfidir, cünki Səhihin  yazılmasını tövsiyə edən ustadı 

İshaq ibn Rahuyə hənəfidir” demişdir.

523

 

Amma  İslam  alimlərindən  bir  qismi  Buxarinin  Əbu  Hənifə  ilə  ixtilafının 



olduğunu qeyd etmişlər. Əlbəttə ki, Buxari Əbu Hənifə ilə müasir deyildir. Çünki o, 

Əbu Hənifənin ölümündən 44 il sonra dünyaya gəlmişdir. 

Bir çox müəlliflər bu mövzuya toxunmuş və hətta Əbu Hənifənin ardıcılları bu 

barədə  müstəqil  əsərlər  yazmışlar.  Onlardan  Əbdülqəni  əl-Meydani  əd-Diməşqinin 

“əl-Lübab”  və  “Kəşfül-iltibas  əmma  əvrədəhül-Buxari  əla  bəzin-nas”  əsərlərini 

göstərmək olar.

524

 

Buxari səhih əsərinin tam 18 yerində Əbu Hənifəyə hücum edir.



525

 

Buxarini  digər  məzhəblərdən  fərqləndirən  xüsusiyyətlərdən  biri  də  onun  qiyası 



qəbul etməməsidir. 

Məlum  olduğu  kimi  Buxari  dövrünün  məşhur  hədisşünası  olmaqla  yanaşı  həm 

də  böyük  fəqihlərindən  olmuşdur.  Amma  onun  hədis  elmindəki  üstünlükləri 

fəqihliyinə  bir  kölgə  salmışdır.  Buna  görə  də  onun  haqqında  hədisşünas  sözü  öndə, 

fəqih  sözü  isə  ikinci  planda  işlədilmişdir.  Onun  fiqhi  görüşləri  haqqında  danışanda 

alimlər onun “zamanının ən böyük fəqihi”, “fəqihlərin əfəndisi”, “bu ümmətin fəqihi” 

deyə  mübaliğəli  halda  yad  etmişlər.  Hətta  əhli-sünnə  alimləri  onu  ustadları  Əhməd 

bin Hənbəldən və İshaq bin Rahuyədən daha fəqih saymışlar.

526

 Buna görə də alimlər 



Buxarini fəqih və mütləq müctəhid bilmişlər. 

Dövrünün tanınmış fəqihlərindən olan Buxari sadəcə öz görüşlərini zikr etməklə 

kifayətlənməmiş,  eyni  zamanda  bəzi  fiqhi  məsələlərdə  muxalif  görüşləri  də  qeyd 

etmiş və müxalifləri ilə çəkişmədən çəkinməmişdir. 

Buxaridən  sonra  gələn  müsəlman  alimləri  onun  şəxsiyyətinə  və  yaradıcılığına 

böyük  qiymət  vermiş,  bu  böyük  mühəddisin  qarşısında  baş  əymişlər.  Dövrünün 

məşhur alimlərindən  olan  İbn Həcər (852/1448)  onun haqqında belə demişdir:  “Göy 

qübbəsinin  altında  Peyğəmbər  (s)  hədislərini  əl-Buxaridən  daha  yaxşı  bilən  birini 

görmədim.”

527


 

Buxarinin  əsərlərinə  gəldikdə  şübhəsiz  ki,  bunların  sayı  daha  çoxdur.  O,  hələ 

gənclik  yaşlarında  əsərlər  yazmağa  başlamış  və  18  yaşı  olan  zaman  məşhur  tarix 

əsərlərindən biri olan “Tarixül-kəbir” əsərini yazmışdır. O, bu haqda belə deyir: “18 

                                                 

523


İ. Canan, adı çəkilən əsəri, səh. 178 

524


həmin mənbə 

525


həmin mənbə 

526


İbn Həcər, Hədyüs-sari, c. II, səh. 237 

527


İ. Çakan, adı çəkilən əsəri, səh. 54 


[135] 

 

yaşına çatınca səhabə və tabeunun fətva və sözlərini Übeydullah bin Musa dövründə 



yazmağa  başladım.  Bundan  sonra  da  “ət-Tarix”i  Peyğəmbərin  (s)  qəbri-şərifinin 

yanında mehli gecələrdə qələmə aldım.”

528

 

Onun  “Səhih”  adlı  əsərindən  başqa  aşağıda  adı  keçən  məşhur  əsərləri  də 



vardır:1.Tarixül-kəbir 

2.Tarixül-əvsət 

3.Tarixüs-səğır 

4.əl-Ədəbül-müfrəd 

5.Rəfül-yədeyn fis-səlat 

6.Xəyrül-kəlam fil-airaat xəlfəl-imam 

7.Birrül-valideyn 

8.ət-Təfsirül-kəbir lil-Quran 

9.Xəlqu əfalil-ibad 

10.Kitabül-iləl fil-hədis 

11.Kitabu müsnədil-kəbir 

12.Kitabül-vuhdan 

13.Kitabül-məbsut 

14.əd-Düəfa və s.

529

 

Buxarinin  qələmə  aldığı  əsərlər  içərisində  sübhəsiz  ki,  hədis  toplusu  olan  “əl-



Camiüs-səhih”  əsəri  xüsusi  yer  tutmaqdadır.  Bu  əsərin  tam  adı  “əl-Camiüs-səhihül-

müsnəd  min  hədisi  Rəsulillahi  və  sünənihi  və  əyyamihi”dir.

530

 Bu  əsər  qısa  olaraq 



“Səhihi-Baxari” adı ilə məşhurdur. 

Mənbələrin məlumatına görə Buxari bu əsərini  İshaq bin Rahuyənin (238/852): 

“Peyğəmbərin  (s)  səhih  hədislərini  müxtəsər  bir  kitabda  toplasaydın”  deməsindən 

sonra yazmağa başlamışdır.

531

 

Buxari  “Səhih”  adlı  əsərini  16  il  müddətində  600  min  hədis  içərisindın  seçib 



yazmışdlr.

532


 

Qaynaqların  verdiyi  məlumatlara  görə  Buxari  yazmaq  istədiyi  hədisi  kitabına 

daxil  etməzdən  əvvəl  qüsl  edər,  iki  rükət  namaz  qılar,  hədisin  səhhəti  üçün  Allaha 

istixarələr  etmişdir.

533

 O,  bu  əsərini  tamamladıqdan  sonra  dövrünün  böyük 



hədisçilərindən  olan  Əhməd  bin  Hənbələ,  Yəhya  bin  Mainə,  Əli  bin  əl-Mədiniyə  və 

digər ustadlara göstərmiş və onların müsbət rəyini öyrənmişdir. Zəhəbi Buxarinin bu 

əsəri  haqqında  bir  az  da  ifratla  demişdir:  “Buxarinin  əl-Camiüs-səhihi  Allahın 

kitabından sonra kütubu-İslamiyyənin ən üstünüdür..” 

Buxari  adı  çəkilən  əsərini  Məscidül-haramda  yazmışdır.  Sünniməzhəbinin 

alimlərinin rəyincə bu əsər Qurandan sonra ən səhih kitabdır.

534

 

                                                 



528

İ. Canan, adı çəkilən əsəri, səh. 182 

529

M. Ə .əl-Xəvli, adı çəkilən əsəri, səh. 39 



530

İ. Canan adı çəkilən əsəri, səh. 182 

531

İbn Həcər, Hədyüs-sari, səh. 6-7, İ. Çakan, adı çəkilən əsəri, səh. 54 



532

İ. Canan, adı çəkilən əsəri, səh. 183 

533

M. Ə .əl-Xəvli, adı çəkilən əsəri, səh. 40 



534

 həmin mənbə, səh. 39 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə