Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə63/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   59   60   61   62   63   64   65   66   ...   199

[136] 

 

Əsərdə yer alan hədislərin sayına gəldikdə, alimlər bu mövzuda ixtilaf etmişlər. 



Belə  ki,  İbn  Həcərə  görə  əsərdə  təkrarı  ilə  birlikdə  7.397  hədis  vardır,  amma  bura 

müəlləq,  məvquf  və  məqtu  hədislər  daxil  deyildir.

535

 Amma  alimlərin  çoxunun 



gəldiyi  qənaət  budur  ki,  Buxarinin  bu  əsərində  təkrarilə  birlikdə  9.082,  təkrarsız  isə 

4.000-ə yaxın hədis vardır.

536

 

Sünniməzhəbinin  əksər  alimlərinin  görüşlərinə  görə  Buxarinin  səhih  əsərində 



heç  bir  zəif  (uydurma)  hədis  yoxdur.  Amma  buna  baxmayaraq  bəzi  alimlərə  görə 

Buxari,  bəzən  istidlal  qəbilindən  olan  və  bab  başlığında  (tərcümə)  zəif  hədislər  də 

rəvayət etmişdir. O, burada bəzi hədisləri sənədsiz olaraq rəvayət etmişdir.

537


 

Bütün  bu  deyilənlərdən  əlavə  Buxarinin  “əl-Camiüs-səhih”  əsərini  tənqid  edən 

alimlər  də  vardır.Belə  ki,  bu  əsəri  ilk  tənqid  edən  şəxslərdən  biri,  görkəmli  alim  və 

hədisşünas Daraqutni (öl. 385 h/q) olmuşdur. 

Böyük Hənəfi alimi Şeyx Cəmaləddin əl-Hənəfi yazır: “Hər kəs Buxarinin Səhih 

əsərinə baxsa, zındıqlığı qəbul etmiş olar.”

538

 

Doktor Əhməd əl-Əmin isə yazr: “Buxarinin rəvayət etdiyi ravilərin bir hissəsi 



zəif ravilərdir. Hafiz bunlardan səksən ravini cərh edib. Buna bariz misal İbn Abbasın 

köləsi İkriməni göstərmək olar. O, dünyanı təfsir və hədislə doldurub. Halbu ki, bəzi 

alimləronun  yalançı  olduğunu  deyiblər.  Çünki  o,  xaricilərin  görüşlərini 

mənimsəmişdir...”

539

 

Əsəd Heydər isə “Səhihül-Buxari” əsəri haqqında yazır: “Buxarinin kitabı səhih 



olmayan  hədisləri  də  əhatə  edir.  Hətta  burada  uydurma  hədislərə  də  rast  gəlinir. 

Bunun  ən  bariz  misalı  Peyğəmbər  (s)  sehrlənmişdir  hədisidir.”  Sonra  müəllif 

Buxarinin adı çəkilən əsərindəki aşağıdakı ravilərin yalançı olduğunu vurğulayır: 

1.İsmayıl bin Abdullah bin Üveys bin Malik 

2.Ziyad bin Abdullah əl-Amiri 

3.Həsən bin Müdrək əs-Sədusi 

4.Həsən bin Zəkran 

5.Sələmə bin Rəca ət-Təmimi. 

Həmçinin İbn Qəyyum əl-Cəvziyyə də bu “Səhih” əsərdə zəif hədislər olduğunu 

demişdir.

540

 Bundan  əlavə  məşhur  alimlərdən  olan  Seyid  Şərəfuddin  əl-Amili  bu 



əsərdə də zəif hədislər olduğunu demişdir.

541


 

Əlbəttə  ki,  bütün  bu  deyilənlərə  baxmayaraq  “Səhihi-Buxari”  əsəri  hədis 

ədəbiyyatı tarixinin mühüm əsərlərindən biri kimi dəyərləndirilməli və onun hədisləri 

də saf-çürük edilkdikdən sonra ona əməl edilməlidir. 

Buxari  bu  əsərini  tərtib  edən  zaman  fiqhi  qayələri  əsas  almış,  bab  başlıqlarını 

fiqhi bir anlam daşıyacaq tərzdə seçdiyi hədislərə tənzim etmişdir. 

                                                 

535


həmin mənbə 

536


İ. Çakan, adı çəkilən əsəri, səh. 55 

537


 həmin mənbə, səh. 55 

538


 əl-Əzva alə sünnətil-Məhəmmədiyyə, səh. 286 

539


 əl-İmam əs-Sadiq vəl-məzahibil-ərbəə, c. I, səh. 77 

540


İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 189 

541


Əbu Hüreyrə, səh. 78 


[137] 

 

“Səhihi-Buxari”  üzərində  aparılan  tədqiqiatlar  bu  əsərdə  97  kitab  (böyük  fəsil) 



və 3.730 bab (kiçik fəsil) olduğunu xəbər verməkdədir.

542


 

Ümumiyyətlə, Buxarinin “Səhih” əsəri aşağıdakı mövzuları ehtiva etməkdədir: 

1.  Bədül-vəhy.  2.  İman.  3.  Elm.  4.  Vüzu.  5.  Qüsl.  6.  Heyz.  7.  Təyəmmum.  8. 

Salat.  9.  Məvaqitüs-salat.  10.  Azan.  11.  Cümə.  12.  Salatül-xauf.  13.  Salatül-eydeyn. 

14. Vitr. 15. İstisqa. 16. Küsuf. 17. Sücudul-Quran. 18. Təqsirüs-salat. 19. Təhəccüd. 

20. Salat fi Məscidi Məkkə. 21. Əməl fis-Salat. 22. Səhv. 23. Cənaiz. 24. Zəkat. 25. 

Həcc.  26.  Ümrə.  27.  Mühsər.  28.  Cazaus-səyd.  29.  Fədailül-Mədinə.  30.  Səvm.  31. 

Salatüt-təravih. 32. Fəzli leylətil-Qədr. 33. İtikat. 34. Buyu. 35. Salam. 36. Şufa. 37. 

İcarə.  38.  Xəvalat.  39.  Kəfalət.  40.  Vəkalət.  41.  Hərş  və  Muzarəə.  42.  Şurb.  43. 

İstiqraz və ədaud-duyun. 44. Xusumat. 45. Luqata. 47. Məzalim və qəsb. 47. Şərikə. 

48. Rəhn. 49. İtq. 50. Mükatəb. 51. Hibə. 52. Şəhadət. 53.Sülh. 54. Şurut. 55. Vasaya. 

56.  Cihad  və  siyər.  57.  Fərzül-xüms.  58.  Cizyə.  59.  Bədül-xəlq.  60.  Ənbiya.  61. 

Mənaqib.  62.  Fəzailüs-səhabən-Nəbiyyi.  63.  Mənaqibül-Ənsar.  64.  Məğazi.  65. 

Təfsirül-Quran. 66. Fəzailül-Quran. 67. Nikah. 68. Talaq. 69. Nəfəqat. 70. Ətimə. 71. 

Əqiqə. 72. Zəbaib. 73. Əzahi. 74. Əşribə. 75. Mərzə. 76. Tibb. 77. Libas. 78. Ədəb. 

79. İstizan. 80. Dəvat. 81. Riqaq. 82. Qədər. 83. Əyman və nuzur. 84. Kəffarat. 85. 

Fəraiz.  86.  Hüdud.  87.  Diyat.  88.  İstitabətül-murtəddin.  89.  İkrah.  90.  Hiyəl.  91. 

Təbirür-rüya.  92.  Fitən.  93  Əhkam.  94.  Təmənni.  95.  Əxbarul-ahad.  96.  İtisam  bil-

kitab vəs-sünnə. 97. Tövhid.

543


 

Mənbələrin  verdiyi  məlumatlara  görə  Buxari  bu  əsərini  on  minlərcə  tələbəyə 

oxumuşdur.

544


Lakin  bu  tələbələrdən  yalnız  bir  neçəsinin  ismi  bilinməkdədir. 

Buxaridən rəvayət edənlərdən aşağıdakıları qeyd etmək olar: 

ət-Tirmizi, Müslim, Nəsai, İbrahim bin İshaq əl-Hərbi, Məhəmməd bin Dulabi, 

“Səhih”i  isə  Buxaridən  son  olaraq  Mənsur  bin  Məhəmməd  əl-Bəzdəvi  rəvayət 

etmişdir.

545


 

Buxarinin  “Səhih”  əsəri  üzərinə  çoxlu  şərhlər  yazılmışdır.  Hələ  Buxaridən  bir 

əsr keçməmiş onun üzərinə ilk şərhi əl-Xəttabi (388/998) “İlamüs-sünən” adlı şərhini 

yazmışdır.

546

Katib  Çələbiyə  görə  Buxarinin  “Səhih”i  üzərinə  82  şərh  yazılmışdır. 



Amma  Katib  Çələbidən  sonrakı  şərhlər  də  bir  yerə  toplansa,  bunun  100-dən  artıq 

olduğu məlum olacaqdır. 

Bu  şərhlərdən  bu  gün  əldə  mövcud  olanlar  Kirmaninin  (786/1384)  “əl-

Kəvakibüd-dürər”, İbn Həcərin (852/1448) “Fəthül-bari”, Əllamə Eyninin (855/1451) 

“Ümdətül-qari” və Qəstəlaninin (923/1517) “İrşadüs-sari” əsərləridir. 

Zeynəddin Əhməd bin Əhməd Əbdüllətif əz-Zəbidinin (893/1488) “ət-Təcridüs-

sarih li əhadisil-camiis-səhihi Buxari” üzərinə yazılmış ixtisar bir əsərdir. 

                                                 

542

İ. Çakan, adı çəkilən əsəri, səh. 55 



543

T. Koçyigit, Hədis istilahları, səh. 67 

544

əs-Saati, əl-Fəthür-Rəbbani, c. I, səh. 15 



545

S.əs-Saleh, adı çəkilən əsəri, səh. 321 

546

İ. Çakan, adı çəkilən əsəri, səh. 59 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə