Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə59/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   55   56   57   58   59   60   61   62   ...   199

[127] 

 

əgər belə  olsaydılar insanlıq həddindən çölə çıxıb heyvanlıq həddinə  yetişərdilər  və 



möhkəm  kitabında  buyurduğu  kimi  olardılar:  «Onlar  heyvan  kimidirlər  bəlkə 

onlardan daha da azğındırlar». Mübarək vücudundan bizə tanıtdıqlarından şükründən 

bizə  ilham  etdiklərinə  görə,Öz  elmindən  üzümüzə  açdığı  üçün,  tohidində  ixlaslı 

olmağa  bizə  yol  göstərdiyinə  görə,  Öz  işində  şəkkə  düşməyimizdən  bizi 

uzaqlaşdırdığı  üçün  Allaha  Həmd  olsun,  Bir  cür  Həmd  ki,  o  həmdlə  şükr  edən 

bəndələri  sırasında  ömür  keçirək,  onunla  razılığına  öndə  gedənlərdən  irəli,  onunla 

razılığına  bir  cür  həmd  ki,  bərzəxin  qardaşlarını  bizə  nurlandırsın,  onun  səbəbi  ilə 

qiyaməti  bizlərə  asan  etsin,  o  günün  şahidləri  yaşındakı  məqamımızı  artırsın,  o  gün 

heç kəsə zülm edilməz və zalımlara yardım göstərilməz, bir həmd ki, müqərrəblərinin 

şəhadət  verdiyi  illiyyun  kitabında  qeyd  edilsin,  bir  həmd  ki,  göz  qamaşan  gündə 

gözlərimizin  işıqlanmasına  səbəb  olsun,  üzlər  qaralanda  üzümüz  nurani  olsun,  bir 

həmd ki, bizi odun şiddətli əzabından Allahın kərəm sayəsində yerləşdirsin, bir həmd 

ki,  onunla  mələklərlə  bərabər  olaq,  inayət  hüzurunda  yeri  onlara  dar  edək  və  onun 

vasitəsi ilə əbədi evdə Mürsəl peyğəmbərlərin sırasında birləşək. 

Həmd  olsun  o  Allaha  ki,  xilqətin  gözəlliklərini  bizlərə  ixtiyar  etdi  və  pakizə 

ruziləri bizə sarı yönəltdi, bütün məxluqata sahib olmaqla bizə üstünlük bəxş etdi, bu 

hesab üzrə onun yaratdıqlarının hamısı qüdrəti əsasında bizə itaət edirlər , onun iradə 

qüvvəsi ilə bizə tabe olmaqda çarəsizdirlər. 

Həmd olsun o Allaha ehtiyac qapımızı başqasından bağladı, ona nə cür şükr edə 

bilərik?! 

Yaxud şükrünü nə zaman yerinə yetirə bilərik?! Heç vaxt! 

Həmd  o  Allaha  məxsusdur  ki,  işi  yerinə  yetirmək  əzalarını  bizə  lütf  etdi,  bizə 

pakizə ruzilərlərlə  yemək  verdi, fəzli ilə bizi  ehtiyac-sız  etdi, öz ehsanı ilə sərmayə 

bağışladı, sonra bizə göstəriş verdi ki, şükrümüzü imtahan etsin, bütün bu lütflərdən 

sonra  əmrində  çıxdıq,  haram  etdiklərini  mərkəbinə  mindik,  bütün  bunlarla  belə  bizi 

cəzalandırmağa, bizdən intiqam almağa tələsmədi, bizimlə rəhmət və kərəmi üzündən 

rəftar  etdi,  mehribanlıq  və  helm  üzündən  bizim  xəta  yolundan  dönməyimizin 

intizarını  çəkdi.Həmd  o  Allaha  məxsusdur  ki,  bizə  tövbə  yolunu  göstərdi  ki,  bu 

həqiqəti onun ehsanından savayı bir şey tapmadıq, əgər fəzilətindən olan yalnız bu bir 

lütfü  hesaba  gəlsə  haqqımızdakı  ənamı  yaxşı,  ehsanını  böyük,  bəxşişi  çox 

əzəmətlidir,  çünki  keçmişdə  tövbə  edənlərlə  adəti  belə  olmamış,  şübhəsiz  ki, 

qüdrətimiz çat-mayan  işi üzərimizdən götürülmüş, imkan  olmadan bizə vəzifə təyin 

etməmişdir, asan işlərdən savayı bizə bir şey əmr etməmiş, bu sahədə heç birimizə bir 

üzr,  bəhanə  yeri  qoymamışdır.  Beləliklə  aramızda  bədbəxt  o  kəsdir  ki,  onun 

razılığının  əksinə  olaraq  itaəti  tərk  etsin  və  xoşbəxt  o  kəsdir  ki,  ona  sarı  diqqət 

yetirsin.

 

Həmd olsun Allaha bütün o həmdlə ki, ona ən yaxın mələklər, onun yanında ən 



əziz  məxluq,  onu  vəsf  edir,  başqalarının  etdiyi  həmdin  ən  üstün  kimi,  indiki, 

keçmişdəki  və  gələcəkdəki  bəndələrinə  nemətləri  üçün  həmd  olsun  Allaha,  elminin 

əhatə  etdiyi  əşyaların  sayı  qədər,  həmişəlik  olaraq  qiyamətədək.  Bir  həmd  ki, 

ölçüsünün  sonu,  sayının  hesabı,  sonunun  axırı,Müddətinin  nəhayəti  olmayan  qədər. 

Bir  həmd  ki,  onun  itaət  və  bəxşiişinə  yetməyə,  razılığına  səbəbə,  bağışlanmasına 



[128] 

 

vasitə, Behiştinə sarı yol, intiqamından pənah, qəzəbindən amanlıq, ita-ətinə yardım, 



məsiyətə maneə, o həzrətin haqqını ödəməyə kömək olmuş olsun. Bir həmd ki, onun 

səbəbi  ilə  dostlarından  olan  xoşbəxtlərin  sırasına  keçək,  düşmənlərinə  qarşı  qılınc 

işlədən  şəhidlərinin  zümrəsində  qərar  tutaq.  Həqiqətən  də  o,  yardım  edən,  hər  cür 

tərifə, şükrə layiqdir.”

 

 

“Səhifeyi-Səccadiyyə”nin siyasi cəhətləri 

“Səhifeyi-Səccadiyyə” təkcə dua, münacat və Allahdan hacət istəməkdən ibarət 

deyil.  Eyni  zamanda,  onda  siyasi,  ictimai,  mədəni  və  əqidəvi  məsələlər  də  vardır. 

İmam Səccad (ə) öz duaları əsnasında dəfələrlə siyasi məsələlərə, xüsusilə də, imamət 

və  İslam  cəmiyyətinin  rəhbərliyi  məsələsinə  toxunmuşdur.  İndi  onlardan  bəzi 

nümunələri sizin nəzərinizə çatdırırıq: 



1)  İmam  Səccad  (ə)  (Məkarimül-əxlaq  duasının)  iyirminci  duasında  buyurur: 

“İlahi, Məhəmməd (s) və Ali-Məhəmmədə salam göndər, mənə mənə əl (qüvvə) ilə 

zülm  edənə  qarşı,  mənimlə  dil  (sübut  dili)  ilə  mübarizə  aparana  qarşı,  mənimlə 

düşmənçilik və inadkarlıq edənə qarşı mənə qələbə əta et! Mənə qarşı hiylə işlədənə 

və fırıldaqçılıq edənə qarşı mənə tədbir, mənə təzyiq edənə qarşı mənə qüvvə, məndə 

səhv tutan və məni söyənlərə qarşı mənə təkzib qüdrəti və mənə düşmənlərin qorxu 

təhlükəsi qarşısında əmniyyət əta et...” 

İmam  Səccad  (ə)  Əbdülməlikin  Hişam  ibn  İsmayıl  Məxzumi  (Mədinənin 

hakimi) kimi nümayəndələrinin zülm, inad, bədgümanlıq, hədə-qorxu və təzyiqlərinə 

məruz  qalmamışdımı?  Buna  əsasən,  İmam  Səccadın  (ə)  bu  duası  öz  dövrünün 

hökumətinin  zülmlərinə  qarşı  bir  şikayət  olmuş  və  bu  baxımdan  da  siyasi  xarakter 

daşımışdır. 



2)  İmam  Səccadın  (ə)  Qurban  bayramı  günü  və  eləcə  də,  hər  cümə  günləri 

oxuduğu  duada  deyilir:  “...İlahi,  bu  məqam  (Qurban  bayramının,  cümə  gününün 

namazı və xütbələri, onun vəzifəsi olan bu hakimiyyət və ümmətin rəhbərlik məqamı) 

Sənin seçilmiş bəndələrinə və canişinlərinə məxsusdur. Bu rütbələr Sənin onları çox 

yüksək  mərtəbədə  qərar  verdiyin  əmin  bəndələrinə  məxsus  olub,  ancaq  zalımlar 

(zalım Əməvi xəlifələri) onu güclə qəsb edib ona sahib çıxmışlar... İş o yerə çatıb ki, 

Sənin  xəlifələrin  (biz  İmamlar)  məğlub  olmuşlar.  Onlar  Sənin  ehkamının 

dəyişilməsini,  Sənin  kitabının  əməl  meydanından  uzaq  düşdüyünü,  vacib  əməllərin 

təhriflərə  məruz  qaldığını,  Peyğəmbər  sünnəsinin  tərk  olunduğunu  öz  gözləri  ilə 

görürlər. 

İlahi,  Sənin  seçilmiş  bəndələrinin  düşmənlərinə,  əvvəldən  axıra  kimi,  eləcə  də 

onların ardıcılları və onların işlərinə razı olanlara lənət olsun, onları Öz rəhmətindən 

uzaqlaşdır...” 

Bu  duada  İmam  Səccad  (ə)  Peyğəmbər  ailəsinə  məxsus  olan  imamət 

məsələsindən və onun zalımlar tərəfindən qəsb edilməsindən açıq-aşkar söhbət etmiş, 

bununla  da,  Bəni-Üməyyə  hökumətinin  qeyri-şəri  (qanunsuz)  hökumət  olduğunu 

bəyan etmişdir. 

İmam  Səccad  (ə)  Ərəfə  gününün  duasında  buyurur:  “İlahi,  camaata  rəhbərlik 

etmək  və  Sənin  əmrlərini  yerinə  yetirmək  üçün  seçdiyin,  onları  Sənin  elm 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə