Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə36/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   32   33   34   35   36   37   38   39   ...   199

[77] 

 

4).Hədisləri təhqiq etmək  



5). Hədislərin fərqli rəvayətyollarını (turuqunu) ortaya çıxarmaq və s.

360


 

 

Səyahətin nəticələri 

Şübhəsiz  ki,  hədis  öyrənmək  üçün  edilən  ilk  səyahətlər  səhabələr  dövründə 

başlamışdı.  Bu  xüsusda  əlimizdə    kifayət  qədər  xəbərlər  vardır.  Buna  misal  olaraq 

Cabir  bin  Abdullahın  rəvayətini  demək  əlbətə  ki,  faydalı  olaraqdı.  O,  deyir:  “Qisas 

haqqında  Peyğəmbərin(s)  hədisini  eşitdim.Amma  hədisin  ilk  ravisi  Misirdə  idi.  Bir 

dəvə  satın  alıb  yola  çıxdım.  Misirə  çataraq  o  şəxsi  tapdım.  Beləcə,  adı  keçən  hədisi 

onu rəvayət edən şəxsdən  öyrəndim.”

361

 

Şübhəsiz  ki,  hədis  öyrənmək  məqsədi  ilə  edilən  səyahətlərin  böyükfaydalı 



nəticələri  olmuşdu.  Bu  səyahətlər  nəticəsində  bir  bölgənin  mədəniyyəti  digər 

bölgənin  mədəniyyətilə  qarşılaşaraq  bir-birlərini  “mayalamış”,  Peyğəmbər  (s) 

hədisləri  yox olmaqdan xilas  olaraq kitablara  toplanmış, ravilərlə əlaqəli məlumatlar 

dəqiqləşdirilmişdi.  Həmçinin  bu  səyahətlər  nəticəsində  nəinki  hədis,  o  cümlədən 

digər  İslam elmləri  yayılmış və  İslam mədəniyyəti müxtəlif regionlarda parıldamağa 

başlamışdı.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

V FƏSİL 

 

HƏDİSŞÜNASLARIN TƏBƏQƏLƏRİ VƏ LƏQƏBLƏRİ 

                                                 

360


Hədis üsulu və Hədis tarixi, səh. 127 

361


Ali Yardım, Hədis I-II, səh. 154 


[78] 

 

 



5.1.HƏDİSŞÜNASLARIN LƏQƏBLƏRİ 

 

İslam  alimləri  hədis  öyrənmək  üçün  səyahət  edən  şəxslərə  müxtəlif  ləqəblər 

vermişlər.  Şübhəsiz  ki,  onların  ləqəbləndirilməsi  əbəs  yerə  olmayıb,  onların 

təbəqələrini, dərəcələrini, hədis rəvayətindəki üsullarını göstərmək üçün böyük önəm 

danışıyır. 

Alimlər hədis öyrənmək üçün səyahətlər edən şəxslərə bir-birindən fərqlənən üç 

ləqəb vermişlər: 

I.Müsnid 

II.Mühəddis 

III.Hafiz 

IV.Höccət 

V.Hakim.


362

 

Şübhəsiz ki, bu kəlmələrin həm lüğəti həm də istilahı mənaları vardır. 



1).  Müsnid  –  lüğəti  mənası  hədisi  isnadı  ilə  birlikdə  rəvayət  edən  kimsə 

deməkdir. İstər rəvayətetdiyi hədisə vüqufu olsun, istərsədə olmasın, fərqi yoxdur.

363

 

Müsnid  kəlməsi  terminoloji  mənada  isə  hədisləri  “Müsnəd”  adı    verilən 



kitablarda toplayan şəxslərə deyilir. Buna görə də “Müsnəd” adlı əsərlərin sahiblərinə 

Müsnid demişlər.

364

 

2). Mühəddis – lüğətdə “təhdis” məsdərindən olub hədis rəvayət edən kimsədir. 



Buna  görə  də  alimlər  onu  ravi  kəlməsinin  sinonimi  bilmiş,  lakin  bunların  arasında 

fərq  olduğunu  da  bəyan  etmişlər.  Alimlərə  görə  hər  mühəddis  ravidir,  lakin  hər  ravi 

mühəddis deyildir.

365


 

Mühəddis  Müsniddən  da  üstündür.  Çünki,  mühəddis  hədisin  sənədlərini, 

illətlərini,  ravilərin  adlarını,  isnadın  ali  və  nazil  olanını  bilən,  çox  sayda  hədis 

əzbərləyən,  kütubu-sittəni,  Əhməd  bin  Hənbəlin  “Müsnəd”ini,  Beyhəqinin 

“Sünən”ini və Təbaraninin “Möcəm”ini dinləmişolan kimsədir.

366


 

3).  Hafiz  –  lüğətdə  əzbərləyən  deməkdir.  İstilahi  mənada  isə,  dərəcələrin  ən 

üstünü  olub,  onda  aşağıdakı  xüsusiyyətlər  bilinən  adamdır:  Peyğəmbərin  (s) 

sünnəsini bilmək, hədislərin təriqlərinə (rəvayət kanallarına) vaqif olmaq, isnadlarını 

bir-birindən ayırmaq, hədis mütəxəssislərinin səhhətində ittifaq etdikləri, ictihad fərqi 

üzündən nəql edənlərin durumunda ixtilaf etdiyi sünnələri əzbərləmək.

367

 

Hafiz  hədislərin  aşağıdakı  adı  keçən  təbirlərin  arasındakı  fərqi  bilir:



368

Hafiz  ən 

önəmli  xüsusiyyəti,  alimlərin  söz  və  təriflərindən  məlum  olduğuna  görə  təbəqə-

təbəqə,  amma  hər  təbəqədə  bildikləri  bilmədiklərindənçox  olmaq  şərtilə  şeyxlərini, 

şeyxlərinin də şeyxlərini tanımış  olmasıdır. Bir çox hədis alimləri hafizlərdə aranan 

                                                 

362

Cəfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. 234 



363

Cəfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. .235, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 57 

364

Talat Koçyigit, Hədis islahatları, səh. 320 



365

 həmin mənbə, Hədis istilahları, səh. 262 

366

Cəfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. 235, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 57 



367

Cəfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. 235, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 57 

368

 Bax: həmin mənbələr 




[79] 

 

şərtlər çox çətin olduğu üçün, bu adı alan şəxsin hər dövrdə və hər yerdə az olduğu və 



hətta “tapılması imkan olmadığı” qənaətindədirlər.

369


Şübhəsiz ki, hafiz dedikdə hədis 

elmindəki hafiz nəzərdə tutulur. Burada bir Quran hafizinə yer yoxdur. 

Hafiz adını alan kimsənin nə qədər hədis bilməsi alimlər arasında ixtilaflıdır. Bir 

qrup  alimlərə  görə  bu  adı  alan  şəxs  beş  yüz  min  (500.000)  hədis  əzbər  bilməlidir. 

Digər  qrup  alimlərə  görə  isə  bu  ad  alan  şəxs  iyirmi  min  (20.000)  hədis  əzbər 

bilməlidir.

370

 

4). Höccət– lüğətdə dəlil, sübut deməkdir. İstilahi mənada isə hədis alimləri ona 



aşağıdakı  tərifi  vermişlər:  “Höccəthədisşünaslardan  və  digər  elm  adamlarından  hər 

kəs  nəzərində  hədis  sahəsindəki  məharəti  olmaqla  bərabər  hifz  və  itqanda 

(mükəmməllik)  əzbərlədikləri  ilə  ihticac  edilməyə  (dəlil  gətirməyə)  layiq  bir  kimsə 

olduğunu təmin edən bir dərəcəyə çatmış kimsədir.”

371

Digər alimlər höccəti belə tərif 



etmişlər:  “Üç  yüz  min  hədisi  əzbər  bilən,  həmin  hədislərin  bütün  sənədlərini, 

ravilərinin hallarını cərh və tədil baxımından mükəmməl bilən şəxsdir.”

372

 

Digər  bir  qruphədisşünaslar  isə  höccəti  “Sənəd,  cərh,  tədil  və  digər  xüsuslarda 



ravilərin  hallarını  bilməsi  ilə  bərabər  səkkiz  yüz  min  (800.000)  hədisi  bilən”  kimi 

tərif etmişlər.

373

Hədis alimləri bu dərəcəni hafizdən daha üstün bilmişlər.      



5).  Hakim–  nəşət,  rihlət,  iqamət,  şeyxlər,  qəbul,  rədd  və  digər  xüsusiyyətlər 

baxımından  ravilərin  tarixinə  hər  şeyin  bilgisi  ilə  bərabər,  cərh  və  tədil  baxımından 

rəvayətedilən  bütün  hədisləri  bilən  kimsədir.  Hakim  olan  kimsə  yeddi  yüz  min 

(700.000) və daha çox hədisi bütün sənədləri ilə bilən kimsədir.

374

 

 



 

 

 

 

 

 

 

 

 

 

VI FƏSİL 

 

HƏDİS ELMLƏRİ 



 

6.1.HƏDİS ELMLƏRİNİN BÖLÜMLƏRİ 

 

                                                 

369

Sübhi əs-Saleh, Hədis elmləri  və Hədis istilahları, səh. 57-58 



370

Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 235, Sübhi Saleh, Hədis elmləri  və Hədis istilahları, səh.  59 

371

Ali Özək Hədis Ricalı, səh. 142 



372

H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 19 

373

Ali Özək, Hədis I-II, səh. 142 



374

H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 19, Ali Özək, Hədis I-II, səh. 142 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə