[69]
B)
Muhadramun
Muhadram sözü lüğətdə çoxmənalıdır. Bu kəlmə lüğətdə “soymaq (məs, ağac
qabığını soymaq)”, “kəlmədə qrammatik xətaya yol vermək”
322
, “qulağı kəsmək”
mənalarındadır. Buna görə də “qulağı kəsik dəvəyə” muhadram deyilir.
Hədis alimlərinin istilahında isə muhadram “Peyğəmbərin (s) sağlığında
müsəlman olan, lakin onunla görüşməyən kimsələrə deyilir.”
323
Bəzi hədisşünaslar də muhadramı “cahiliyyə dövründə yaşayan, Peyğəmbərin
(s) də dövrünü görən, amma onunla söhbət etməyən müsəlmandır” kimi tərif
etmişlər.
324
Görkəmli hədisşünas Hakim ən-Nuşapuri muhadram təbəqəsini aşağıdakı kimi
tərif etmişdir: “Cahiliyyə və həzrət Peyğəmbər (s) dövrünü idrak edən, Peyğəmbərlə
(s) söhbət etməyən kimsələrə muhadram deyilir. Bu sözün cəmi muhadramundur.”
325
Muhadramun təbəqəsinə verilən tərifdən belə anlaşılır ki, onlar səhabə vətabeun
təbəqələrindən fərqlənirlər. Çünki onlar Peyğəmbəri (s) görsəydilər və onunla söhbət
etsəydilər şübhəsiz ki, səhabə, tarixilik baxımından da Peyğəmbərin(s) vəfatından
sonra doğulub səhabə ilə görüşsəydilər tabeun adlanacaqdılar. Lakin onlar nə
səhabələrə aid xüsusiyyətləri, nə də ki, tabeuna aid özəllikləri daşımadıqlarına görə
muhadramun adlanmışlar.
Muhadramların dəqiq sayları bəlli olmasa da onların sayının lap çox olmadığını
da alimlər qeyd etmişlər.
Məşhur hədisşünas Müslim bin Həccac onların sayının iyirmi olduğunu yazır.
326
Digər alim Süyuti “Tədribür-ravi” adlı əsərində Müslimin qeyd etdiyi iyirmi
kişini qeyd etdikdən sonra, digər qaynaqlardan bir neçə muhadram
sadalamaqdadır.
327
Şübhəsiz ki, muhadramlar içərisində hədis rəvayətlərində böyük xidmət
göstərənlər də vardır. Onlardan Əbu Osman ən-Nəhdi, Amr bin Meymun əl-Əvdi,
Cübeyr bin Nufər əl-Hadrami öncül ravilər içərisində yer almaqdadırlar.
328
Muhadram təbəqəsini mükəmməl şəkildə öyrənmək üçün İbn Həcər əl-
Əsqəlaninin “Əl-İsabə fi təmyizis-səhabə” əsərinə müraciət etmək lazımdır. Bu
görkəmli İslam alimi yazdığı məşhur əsərinin üçüncü cildini muhadram təbəqəsinə
həsir etmiş və bu təbəqə haqqında geniş məlumat vermişdir.
Yuxarıda adı çəkilən muhadramlardan əlavə, bu gün mövcud olan kitablarda
adları çox çəkilən və daha məşhur olan bir neçə muhadramın da adlarını qeyd etmək
faydalı olardı:
İbn Rəca əl-Ütaridi, Əhnəf bin Qeys ət-Təmimi, İbn Amir əl-Qərəni, Sureyh bin
Haris, Əlqəmə bin Qeys, Kəb əl-Əxbar, Məsruq bin Əcda, Ətrat bin Süheyyə və s.
329
322
Möcəm, h.d.r. maddəsi
323
Prof. Dr. İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 457
324
Prof. Dr. Talat Koçyigit, Hədis istilahları, səh. 266
325
Mərifəti ülumil-hədis, səh. 44
326
A. Yardım, Hədis I-II, səh. 76
327
c. II, səh. 239
328
A.Yardım, Hədis I-II, səh. 76
[70]
C)
Tabeunlar təbəqəsi
Tabeun sözü lüğətdə “izləmək”, “ardınca getmək”, “izinə düşmək”, “yapışmaq”,
“bağlanmaq”, “təqib etmək”, “tabe olmaq” və s. bu kimi mənalarda işlədilir.
330
Hədis elmindəki mənası hədis alimləri tərəfindən verilmiş səhih tərif əsasında
bilinməlidir. Belə ki, böyük İslam alimi Əllamə Məclisi bu təbəqəni belə tərif edir:
“Tabeunlar: səhabə ilə görüşən, Peyğəmbərə (s) iman gətirən, iman və İslam
üzərində ölən kimsədir.”
331
Digər hədis alimi Hakim ən-Nişapuri isə tabeunlar təbəqəsini belə tərif
etməkdədir:
“Mömin olaraq Peyğəmbərin(s) səhabələri ilə görüşən kimsə tabeundur.”
332
əl-İraqi isə tabeun təbəqəsinə aşağıdakı tərifi vermişdir:
“Səhabələrdən birini və ya bir neçəsini görən şəxs tabeundir.
333
Yuxarıda verilən
məşhur təriflərdən belə qənaətə gəlmək olur ki, Allah Rəsuluna (s) iman edən onun
səhabələrinin biri və ya bir neçəsi ilə görüşən, onlarla həmsöhbət olan kimsəyə
tabeun deyilir.
Bu təbəqəyə hədisşünaslar bəzən də “Səhabələrin səhabəsi” demişlər. Bəzi
hədisşünaslar bu adın tabeunlar təbəqəsinə verilməsini Qurani-kərimə və hədislərə
bağlayırlar. Belə ki, Allahın “Tövbə” surəsinin 100-cü ayəsində bu təbəqəyə işarə
etdiyini deyirlər. Allah həmin ayədə buyurur:
“İslamda birinci dərəcəni qazanan Muhacirlərə və Ənsar, həmçinin yaxşı
işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar
da Allahdan razıdırlar.”
Həmçinin Allah Rəsulunun (s) bəzi hədislərində, o cümlədən “Məni görəni
görən nə xoşbəxtdir”, “Nəsillərin ən xeyirlisi mənim çağdaşlarım, sonrada onları
təqib edənlərdir” hədislərində səhabələrdən əlavə tabeuna də işarə olunduğu qeyd
edilir.
334
Şübhəsiz ki, Peyğəmbərdən(s) sonra gələn bu ikinci nəsli tanımaqda böyük
faydalar vardır. Bu faydalardan ən önəmlisi isə hədisin sənədini müəyyən etməkdə
yanlışlıqla yol verməmək və müttəsil hədisi mürsəldən ayırmağı düzgün müəyyən
etməkdir.
Tabeunlar təbəqəsi də səhabələr təbəqəsi kimi müxtəlif qruplara bölünmüş,
onların dərəcələri müəyyənləşdirilmişdir. Bu təbəqəni ən çox təbəqəyə bölən Hakim
ən-Nişapuridir. O, bu təbəqəni on beş təbəqəyə bölmüşdür.
O, “Mərifətu ülumil-hədis” əsərində yazır: “Tabeunlar on beş təbəqədir,
sonuncu təbəqə bəsrəlilərdən Ənəsə, kufəlilərdən Abdullah bin Əbi Əfvaya,
mədinəlilərdən Saib bin Yezidə, misirlilərdən Abdullah bin Harisə rast
329
İ. Canan, Hədis üsulu və hədis elmləri, səh. 457
330
Arapça-türkcə sözlük, t.b.a. maddəsi
331
Biharül-ənvar, c. II, səh. 439
332
Mərifətu ulumil-hədis, səh. 42
333
Şərhi əlfiyyə, c. IV, səh. 52
334
Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 298