Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə29/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   25   26   27   28   29   30   31   32   ...   199

[63] 

 

Ühuddan  başqa.  Bu  hərblərdə  iştirak  etməyə  atam  mane  olmuşdur.  Atam  şəhid 



olduqdan sonra Rəsululahın (s) qatıldığı heç bir savaşdan geri qalmadım.”

285


 

Cabir  atasının  ona  hərbə  getməsinə  izin  verməməsini  belə  nəql  edir:  “Oğlum! 

Vallahi  mən  Peyğəmbərdən  sonra  mənə  səndən  daha  sevimli  kimsəni  görmürəm. 

Mənim  borclarım  var.  Onları  sən  ödə,  bacılarına  bax,  onlara  yaxşı  şeyləri  tövsiyə 

et!…  bu  qızların  kimsəsiz  qalmalarını  düşünməsəm,  sənin  gözümün  önündə  şəhid 

olmağını istərdim.”

286

 

Rəvayətə  görə  Cabirin  atası  Ühud  müharibəsinə  gedərkən  bu  vəsiyyəti  oğluna 



etmiş və həmin müharibədə də şəhid olmuşdur. 

Yüksək  əxlaqi  keyfiyyəti  və  Allaha  imanı  ilə  tanınan  Cabir  bin  Abdullah 

Peyğəmbərin(s)  yanında  xüsusi  hörmətə  malik  olmuşdur.  Həzrət  Peyğəmbər  (s) 

həmişə  onu  yolda  görərkən  dəvəsinə  mindirmiş  və  xəstələndiyi  zaman  ona  baş 

çəkmişdir.  

Cabir bin Abdullah Məscidün-nəbidə dərs həlqəsi təşkil edib, orada tələbələrinə 

dərs  demiş    və  hədis  rəvayət  etmişdir.  Onun  rəvayətetdiyi  hədislər  bütün  məzhəb 

alimlərinin kitabında yer almışdır. Cabirdən rəvayətolunan ən məşhur hədislərdən biri 

budur: 

“Sizin  kişilərinizin  ən  yaxşısını  (xeyirlisini)  sizə  xəbər  verimmi?  Dedik:  Bəli. 



Həzrət  (s)  buyurdu:Sizin  kişilərinizin  ən  xeyirlisi...  bağışlayan  və  səxavətli 

olandır.”

287

 

Cabir  bin  Abdullah  94  və  ya  95  il  yaşadıqdan  sonra  hicri  73  və  ya  74-cü  ildə 



Mədinə  şəhərində  vəfat  etmişdir.  O,  onun  cənazə  namazına  Həccaci-Zalımın 

qatılmamasını vəsiyyət etsə də, Həccac orada iştirak etmişdir.

288

 

Cabir bin Abdullah İmam Əli (ə) ilə Süffeyn müharibəsindəiştirak etmişdir.



289

O, 


Əliyə (ə) və Peyğəmbər Əhli-beytinə (ə) sədaqəti ilə  tanınmışdir. Ondan İmam Əli 

(ə)  haqqında  soruşulduqda:  “O,insanların  xeyilisidir.  Biz  Rəsullahın  (s)  zamanında 

münafiqləri ona olan ədavətlərindən tanıyırdıq” cavabını vermişdi. 

O, Peyğəmbərin(s) salamını İmamBaqirə (ə) çatdırmışdır.

290

 

 



7.Əbu Səid əl-Xudri 

Əbu Səid əl-Xudri künyəsi ilə məşhur olan səhabədir. Onun adı Səid bin Malik 

bin Sinadır. O, mədinəlidir və Xəzrəc qəbiləsindəndir. 

291


 

Əbu Səid əl-Xudri hicrətdən on il  əvvəl doğulmuşdur. Onun anası Ənisə, atası 

isə Malik bin Sinandır. 

292


 

Əbu Səid əl-Xudri muksirun səhabələrdən olub,  Peyğəmbərdən (s) 1.170 hədis 

nəql etmişdir. 

293


 

                                                 

285

Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh.  309 



286

Mustafa Eriş, Səadətçağındansimalar,c. I,səh. 77 

287

Şərhi mən la yəhduruhül-fəqih, c. VIII, səh. 108 



288

İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 83 

289

Ali Özək, Hədis Ricalı, səh. 58 



290

Nəhcül-bəlağə, Tehran-1995, səh. 413  

291

İ. Canan, Hədis üsulu və tarixi, səh. 83 



292

M. Eriş, Səadət çağından simalar, c. I, səh. 78 




[64] 

 

Qaynaqların verdikləri məlumta görə Əbu Səid əl-Xudri uşaq olduğundan Bədr 



və  Ühud  qəzvələrində  iştirak  etməmişdir.  Onun  atası  Ühud  müharibəsində    şəhid 

olmuş və bundan sonra ailənin yükü Əbu Səidin üzərinə düşmüşdür. Çox kasıb həyat 

tərzi  keçirən  Əbu  Səidin  ailəsi  heç  kimsəyə  əl  açmamışdır.  Bir  gün  onun  anası: 

“Oğlum!  Get  Allah  Rsulundan  (s)  bir  şey  istə”  deyərkən  Əbu  Səid:  “Gözlə  anam, 

əgər bir şey tapa bilməsəm gedərəm” deyə cavab vermişdi. 

Əbu  Səid  əl-Xudri  mədinəli  olsa  da  Süffə  əhlindən  hesab  olunur.  Bunun  da 

səbəbi onun maddi sıxıntı içində olmasıdır.

294


 

Əbu  Səid əl-Xudrinin iştirak etdiyi qəzvələrin sayı on ikidir. O, Xəndək və daha 

sonrakı  savaşlarda  iştirak  etmiş  və  Peyğəmbərlə  (s)  birlikdə  Bəni  Müsətəliq 

qəzvəzində olmuşdur.

295

 

Əbu  Səid əl-Xudri xəlifə Əbu Bəkr, Ömər və Osmanın dövrlərində  Mədinədə 



fətva ilə məşğul olmuşdur. 

Ata  bin  əl-Müseyyib  atasından  o  da  Əbu  Səid  əl-Xudridən  nəqlən  belə  deyir: 

Əbu  Səid  əl-Xudriyə:  “Rəsulullahı  (s)  görməyinə  və  onunla  söhbət  etməyinə  görə 

sənə  xoşbəxtliklər  olsun”  dedik.  O,  bizə  siz  bizim  ondan  sonra  nə  kimi  bidətlər  

etdiyimizi bilmirsiniz dedi.

296


 

Tarixi  məlumatlara  görə  Əbu  Səid  əl-Xudri  İstanbul  fəthində  iştirak  etmiş  və 

Ədirnəqapı civarında həlak olmuşdur. O, öldüyü zaman 74 yaşında olmuşdur. Lakin 

bunu inkar edən Zəhəbi onun 86 yaşında olduğunu qeyd edir.

297

 

Təəssüflər  olsun  ki,  Əbu  Səid  əl-Xudri  Qədir-xum  hədisini  nəql  etsə  də,  onun 



şərtinə əməl etməmişdir. 

 

b)Muqillun səhabələr 

Muqillun sözü lüğətdə azlıq və ya az etmək mənasındadır.  Hədis istilahında isə 

Peyğəmbərdən  (s)  az  hədis  rəvayət  edənsəhabələrə  deyilir.

298

Bəzi  alimlərə  görə 



Peyğəmbərdən(s) 1.000-dən az, 100 dən çox hədis rəvayət edənsəhabələrə  muqillun 

deyilir. 

299

 

Bildiyimiz  kimi  İmam  Əli  (ə)Peyğəmbərin  (s)  evində  boya-başa  çatmış  bir 



şəxsdir. Amma təəssüflər olsun ki, bu gün mövcud olan sünniməzhəbinə məxsus bəzi 

mötəbər hədis kitablarında həzrət İmam Əli (ə) muqillun səhabələr sırasına daxildir. 

Bu xüsusda məşhur alimAyətullah Cəfər Sübhani yazırr: “Şübhə yoxdur ki, İmam Əli 

(ə)Peyğəmbərin  (s)  səhabəsidir.  O,  bütün  səhabələrin  və  başqalarının  fikrincə 

səhabələrin  ən  hafizi  və  ən  elmlisidir.  Onun  rəvayətetdiyi  hədislərin  sayı 

sünniməzhəbinin kitablarında 500-ü aşmır. Onun rəvayətlərinin sayı Peyğəmbərin(s) 

                                                                                                                                                                  

293


H. S. əd-Dari, Muhadarat fi ülumil-Hədis, səh. 170, A. Özək, Hədis Ricalı, səh. 59 

294


İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 84 

295


Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 310 

296


A. Özək, Hədis Ricalı, səh. 60, İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 84 

297


bax: Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 310, İ. Canan, Hədis tarixi və Hədis üsulu, səh. 84, M. Eriş, 

Səadət çağından simalar, c. I, səh. 80 

298

Talat Koçyigit, Hədis istilahları, səh. 277 



299

Ali Özək, Hədis Ricalı, səh. 60 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə