Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə25/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   21   22   23   24   25   26   27   28   ...   199

[55] 

 

zaman  onları az hədis  rəvayətedən, çox hədis rəvayətedən, şair, süffə əhlindən  olan 



və s. səhabələr deyə bir-birindən fərqləndirməyə çalışmışlar.  

Səhabələri ən çox təbəqəyə ayıran alim Hakim ən-Nişapuridir. O, bu təbəqəni on 

iki təbəqəyə bölmüşdür. Həmin təbəqələr aşağıdakılardır: 

-Məkkədə ilk müsəlman olanlar. 

-Ömərin müsəlman olmasından sonra müsəlman olan Darün-nədvə əhli. 

-Həbəşistana hicrət edənlər. 

-Birinci əqəbə beyətinə qatılanlar. 

-İkinci əqəbə beyətinə qatılanlar. 

-Peyğəmbər Mədinəyə qirməmiş ona Qubada qoşulan mühacirlər. 

-Bədr savaşına qatılanlar. 

-Bədrdən sonra Hüdeybiyyə sülhünədək hicrət edənlər. 

-Hüdeybiyyədə Beyətür-rizvana qatılanlar. 

-Hüdeybiyyə ilə Məkkə fəthi arasında hicrət edənlər. 

-Fəth günü müsəlman olanlar. 

-Fəth  günü,  vida  həcci  və  digər  vaxtlarda  Peyğəmbəri  (s)  görən  səhabə 

uşaqlar.


229

 

Səhabələr göstərilən hansı təbəqədən olmasından asılı olmayaraq İslamda böyük 



nüfuz  və  ehtiram  sahibidirlər.  Çünki  onlar  Peyğəmbərdən  (s)  sonra  İslamın 

yayılmasında,  təbliğ  edilməsində,  İslam  dininin  dünyanın  müxtəlif  regionlarında 

yayılmasında böyük əmək və zəhmət sərf etmişlər. 

Həmçinin  səhabələri  yuxarıda  göstərilən  bölgüdən  də  əlavə  elm,  iman  və  digər 

keyfiyyətləri  baxımından  müxtəlif  qruplara  bölmək  olar.  Onların  hamısı  birdən 

müsəlman olmadığı kimi, hamısı da eyni elmə, imana malik deyillər. Onların bəziləri 

haqqında  Peyğəmbər  (s)  dua  etmiş,  onun  elmi-irfanının  artmasını,  nəslinin 

qiyamətədək  davam  etməsini  və  cənnətə  daxil  olmasını  Allahdan  diləmişdir. 

BizbunuƏlinin  (ə)  timsalında  görməkdəyik.  Məsələn,  o  Həzrətin  (s)  sonsuz  elmi 

şübhəsiz  ki,  Peyğəmbərin  (s)  duasının  nəticəsi  idi.  Bu  barədə  İmam  Sadiq  (ə) 

buyurur:“Allahın Rəsulu (s) Əliyə (ə) bir elm öyrətdi ki, ondan da min qapı açılır.”

230


 

Həmçinin Peyğəmbərin (s) Ənəs bin Malikə dua etməsidə buna misal  ola bilər. 

Belə  ki,  Ənəsin  anası  onu  Həzrətin  (s)  yanına  gətirib  ona  dua  etməsini  və  xidmətə 

götürməsini  xahiş  edir.  Peyğəmbər  (s)  da  Ənəsin  haqqında  bu  duanı edir:  “Allahım 

onun malını və övladlarını çoxalt və ona əta etdiklərini onun üçün xeyirli et!”

231


 

Səhabənin tanınması üçün müəyyən yollar vardır.Bir şəxsin səhabə olması üçün 

şübhəsiz ki, müəyyən yollar mövcudur. Hədis alimləri səhabə olan şəxsi tanımaq və 

onun səhabəliyini bilmək üçün aşağıdakı yolları göstərmişlər: 



-Təvatür və istifazə yolu 

Bu  yolla  bilinən  və  ya  tanınan  səhabənin  haqqında  Peyğəmbərdən  (s)  səhih 

hədis  varsa,  deməli,  onun  səhabəliyi  inkar  edilməzdir.  Məsələn,  Peyğəmbər  (s) 

buyurmuşdur: 

                                                 

229


 İ.Canan, Kütubüs-sittə tərcüməsi və şərhi, Ankara 1995, səh. 519  

230


 Biharül-ənvar, c. VI, səh. 522 

231


həmin mənbə, c. VIII, səh. 12 


[56] 

 

“Əli mənbəndir, mən də Əlidənəm.”



232

 

-Ədalətlisəhabənin şəhadəti ilə 

Səhabə olan bir şəxs başqa birinin səhabə olduğuna şəhadət  verərsə, onun sözü 

məqbul  hesab  edilir.  Məsələn,  Əbu  Musa  əl-Əşəri  Hümamə  bin  Əbi  Hümamənin 

səhabə olduğuna şəhadət verməsi kimi. 

-İqrar yolu ilə 

Ədalətli  və  doğru  danışmaqda  məşhur  olan  bir    şəxs  özünün  səhabə  olmasını 

iqrar etməsidir. Bu şərtlə ki, həmin şəxs hicri 110-cu (miladi 730) ildən çox yaşamış 

olmasın. Çünki sonuncu səhabə Əbu Tüfeyl Amir bin Vasilə əl-Leysi hicri 100 və ya 

110-cu ildə Məkkədə vəfat etmişdir.

233


 

-Tabeundan bir şəxsin şəhadət verməsi yolu ilə.

234

 

Hədis rəvayət edən səhabələr iki qismə bölünür.  



-Muksirun səhabələr 

-Muqillun səhabələr. 

 

a)Muksirun səhabələr 

Peyğəmbərdən  (s)  nəql  etdikləri  hədislərin  sayına  görə  birinci  yeri  muksirun 

deyilən səhabələr təşkil edirlər. Bu qrupa yalnız yeddi səhabə daxildir.  Ümumiyyətlə 

Peyğəmbərdən (s) mindən artıq hədis nəql edən səhabəmuksirun qrupuna daxil olur. 

Bu qrupa daxil olan yeddi səhabə ardıcıl şəkildə aşağıdakı kimi sıralanır: 



1.Əbu Hüreyrə əd-Dusi 

Səhabələr  içərisində  ən  çox  hədis  rəvayət  edən  şəxs  Əbu  Hüreyrədir.  O, 

Peyğəmbərdən(s) 5.374 hədis nəql etmişdir.

235


 

Əbu  Hüreyrənin  Allahın  peyğəmbərinin  (s)  səhabəsi  olması  şübhəsizdir.  İslam 

alimləri  onun  əsil-nəsəbi  haqqında  böyük  ixtilafa  varmışlar.  Məşhur  alimlərdən  biri 

Abdullah  əz-Zəhəbi  onun  adının  Əbdürrəhman  bin  Sahr  olduğunu  yazır.

236

Digər 


alimlər  isə  onun  atasının  adının  məlum  olmadığını  bildirir  və  bu  səbəbdən  də  onun 

künyəsi ilə tanındığını qeyd edirlər.

237

 

Hədis  alimlərinin  çoxunun  fikrinə  görə  Əbu  Hüreyrə“Dus”  qəbiləsinə  mənsub 



olmuşdur.  Onun  atası  Ümeyr  bin  Əbd  Zimişəra,  anası  isə  Səfih  bint  Haris 

olmuşdur.

238

 

Deyilənlərə  görə  Əbu  Hüreyrəyə  Əbdürrəhman  adını  Peyğəmbər  (s)  vermiş  və 



onun  pişiyə  vurğun  olduğunu  görüb  onu  “Əbu  Hüreyrə-kiçik  pişik  atası”  deyə 

adlandırmışdır.

239

Amma  Əbu Hüreyrədən gələn rəvayətə görə ona bu künyəni atası 



                                                 

232


 Səhihi-Buxari, c. III, səh. 168 

233


 Hədis üsulu, səh. 82 

234


 geniş  məlumat  üçün  bax:  C.  Sübhani,  Üsulul-Hədis  və  əhkamuhu,  səh.  125,  Prof.  H.  S.  əd–Dari,  Muhadarat  fi 

ülumil-hədis, səh. 168, Süyuti, Tədribür-ravi, c. II, səh. 213 

235

 Cəfər  Sübhani,  Üsulul-hədis  və  əhkamuhu,  səh.  125,  H.  S.  əd-Dari,  Muhadarat  fi  ülumil-hədis,  səh.  168,  Süyuti, 



Tədribür-ravi, c. II 

236


Ali Özek, HədisRicalı, səh. 43 

237


Seyid Şərəfuddin, Əbu Hüreyrə, səh. 53 

238


 həmin mənbə 

239


 Hədis Ricalı səh. 43 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə