Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə28/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   24   25   26   27   28   29   30   31   ...   199

[61] 

 

Tarixi məlumatlara görə Aişənin Peyğəmbərdən (s) heç bir övladı olmamışdır. 



Aişəni digər qadın səhabələrdən fərqləndirən ən ümdə məsələlərdən biri də onun 

siyasi fəaliyyəidə olmasıdır. Onun siyasi fəaliyyətinə gəldikdə demək olar ki, onun bu 

fəaliyyəti  ilk iki xəlifənin dövründə nəzərə çarpacaq dərəcədə deyildir. Onun hər iki 

xəlifə ilə münasibətləri yaxşı olmuşdur. 

İkinci  xəlifə  Ömər  bin  Xəttab  ona  beytül-maldan  ildə  on  iki  min  dirhəm  pul 

vermişdir.

271

İslamın  üçüncü  xəlifəsi  Osman  binƏffanın  dövründə  (644-656)  Aişə 



onun bəzi qərar və təsərrüfləri ilə razılaşmayıb, onun əleyhinə çıxmışdır və ona qarşı 

son dərəcə sərt olmuşdur. 

Mədinəyə  gələnlər  ondan  xəlifənin  bəzi  təyinlərindən  vaz  keçməsini  istəmişlər. 

Buna görə də o, xəlifədən xəlifənin süd qardaşları olan Kufə valisi Vəlid binÜqbəni 

və Misir valisi İbn Əbinivəzifədən azad etməsini tələb etmişdir. 

Hicri  36-cı  ildə  (m.656)  Aişə  ilə  İmam  Əli  (ə)  arasında  baş  verən  müharibə 

Cəməl  müharibəsi  adlanır.  Döyüşü  uduzan  Aişə  əsir  düşmüşdür.  İmam  Əli  (ə)ona 

qayğı  göstərmiş,  onu  qardaşı  Məhəmmədbin  Əbi  Bəkrin  nəzarəti  altında  Bəsrəyə 

göndərmiş,  ona  on  iki  min  dirhəm  verərək  Bəsrəli  qırx  qadınla  Mədinəyə  yola 

salmışdır.

272

 

İmam Əli (ə) bu dəhşətli döyüşdən əvvəl bu savaşın təşkilatçılarını  və başında 



duranlanlarını qınayaraq buyurmuşdur: 

“Ömrümə  and  olsun,  haqqa  qarşı  duranlara,  azğınlığa  ayaq  basanlara  qarşı 

savaşdan  heç  vaxt  çəkinməyəcəyəm.  Ey  Allah  bəndələri,  Allahdan  qorxun,  çəkinin, 

ona sığının…”.

273

 

Qaynaqların verdiyi məlumatlara görə Aişə bint ƏbiBəkr hicrətin 57 və ya 58-ci 



ilində  66  yaşında  vəfat  etmişdi.  Bəqi  qəbiristanlığında  dəfn  edilən  Aişənin  cənazə 

namazını Əbu Hüreyrə qıldırmışdır.

274

 

5.Abdullah bin Abbas 



Abdullah bin Abbas bin Əbdülmütəllib bin Haşim bin Əbdülmənaf Peyğəmbərin 

(s) əmisi oğludur. Onun anası Ummulfəzl Lübabə bint Haris əl-Hilaliyyədir.

275

 

Abdullah  bin  Abbas  muksirun  səhabələrdən  olub  Peyğəmbərdən(s)  1.660  hədis 



rəvayət  etmişdir.

276


Hicrətdən  üç  il  əvvəl  doğulmuş  İbn  Abbas  haqqında  Peyğəmbər 

(s):“Allahım,  onu  dində  fəqih  et  və  Quranın  yozumunu  ona  öyrət”  deyə  dua 

etmişdir.

277


 Bəzi qaynaqlarda Peyğəmbərin (s) onun haqqında “Allahım, ona hikməti 

öyrət” deyə dua etməsi də qeyd edilir. 

Səhabələr  içərisində  öz  elmi  dünyagörüşü  ilə  tanınan  Abdullah  bin  Abbas 

“bəhrül-ümmə” və “fəqihül-ümmə” ləqəblərilə şöhrət tapmışdır. O, təfsir, fiqh, hədis 

və digər elmlər sahəsində dərin biliyə malik  olmuş, xüsusilə də Qurani-kərimin izah 

edilməsində  böyük  işlər  görmüşdür.  Kiçik  yaşlarında  Peyğəmbərin  (s)  yanında  olan 

                                                 

271


İslamEnsiklopediyası, c. II, səh. 201-202 

272


həmin mənbə, c. II, səh. 201-202 

273


Nəhcul-bəlağə,səh. 196 

274


 bax: Sübhi əs-Saleh, Hədis elmləri və Hədis itilahları, səh. 306, İ. Canan, Kütubus-sittətərcüməsivəşərhi, c. I, səh. 78 

275


Ali Özək, HədisRicalı,səh. 55 

276


Cəfər Sübhani, Üsulul-hədisvəəhkamuhu, səh.  125, H. S. əd-Dari, Muhadaratfiülumil-hədis, səh. 169 

277


Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları,səh. 306 


[62] 

 

bu  məşhur  səhabə  Həzrətin  (s)  əxlaqı  ilə  əxlaqlanmış,  onun  və  həzrət  Əlinin  (ə) 



elmindən geniş istifadə etmişdir. 

Elm  və  anlayışının  yüksək  olması  onu  xəlifələrin  köməkçisi  etmişdir.  Xəlifə 

Ömərdən  onu  yaşlılarla  bir  tutması  səbəbi  soruşulduqda:  “Şübhəsiz  İbn  Abbas  bir 

gəncdir. Onun çox soruşan bir dili, çox anlayışlı bir qəlbi vardır”

278

 demişdir. 



Qaynaqların  məlumatına  görə  Peyğəmbər  (s)  ona  “tərcümanül-Quran”  ləqəbini 

vermişdir.

279

 

Abdullah  bin  Abbasın  təfsiri  xeyli  vaxt  müsəlmanlar  içərisində  oxunmuş, 



alimlər də onun haqqında: “Rumlular bunu oxusaydılar,  mütləq müsəlman olardılar” 

demişlər. Ondan bu qədər elmi nə ilə əldə etdiyi deyə soruşulduqda: “Çox soruşan bir 

dil və anlayışlı bir qəlb ilə” deyə cavab vermişdi. 

İmam  Əlinin  (ə)  məşhur  tələbələrindən  olan  İbn  Abbas  Peyğəmbərin  (s)  vəfatı 

zamanı 13 yaşında bir gənc idi.

280


 

Peyğəmbər  (s)  ona  bir  çox  tövsiyələr  etmişdi.  O  mübarək  nəsihətlərdən  biri 

budur: 

“Övladım, sənə bir neçə söz nəsihət edirəm. Geniş vaxtında Allaha özünü sevdir 



ki, o da səni sıxıntı zamanı sevsin…” 

Məşhur İslam alimlərindən olan İbn Əsir yazır: “Özündən əvvəl söylənmiş olan 

hədislərlə  əlaqəli  xüsusları  heç  kim  İbn  Abbasdan  yaxşı  bilməzdi.  Şeir,  ərəb  dilini, 

təfsir,  hesab,  fəraiz  mövzularında  onlan  daha alim  kimsə  yoxdur.  İbn  Abbas  bir  gün 

fiqh, bir gün məğazi, bir gün də əyyamül-ərəb ilə məşğul olardı.” 

Bu məhşur səhabədən bütün məzhəb alimləri hədis rəvayət etmişlər. 

İbn  Abbas  71  yaşında  hicri  68-ci  ildə  Taifdə  vəfat  etmişdir.

281


Digər  qaynaqlar 

isə onun hicri 74-cü ildə Mədinədə vəfat etidiyini qeyd edir.

282

 

6.Cabir bin Abdullah 



Cabir  bin  Abdullah  bin  Haram  əl-Ənsari  əs-Süləmi  Allah  Rəsulunun  (s)  ən 

məşhur  səhabələrindən  biridir.  Cabirin  üç  müxtəlif  künyəsi  vardır:  Əbu  Abdullah, 

ƏbuƏbdürəhman  və  Əbu  Məhəmməd.  O,  Mədinədə  doğulmuşdur  və  Xəzrəc 

qəbiləsindəndir.  Muksirun  səhabələrdən  olan  Cabir  həzrət  Peyğəmbərdən  (s)  1.540 

hədis rəvayətetmişdir.

283


 

Cabir bin Abdullah dayısı və atası ilə birlikdə Peyğəmbərə (s) beyət etmək üçün 

Mədinədən Məkkəyə gəlib ikinci Əqəbə beyətində olan uşaq səhabədir.

284


 

Cabirin atası Ühud qəzvəsində ilk şəhid edilən səhabə anası isə Ənisə (Üneysə) 

bint Anəmə Həzrət Peyəğəmbərə (s) ilk beyət edən xanımlardandır. Hicrətdən on altı 

il öncə (m.607) Mədinədə doğulan  Cabir İslamın 19 qəzvəsində iştirak etmişdir.  O, 

yalnız Bədr və Ühud qəzvələrində iştirak edə bilməmişdir. Cabir bunu belə açıqlayır: 

“Rəsulu-əkrəm  (s)  ilə  birlikdə  on  doqquz  hərbdə  iştirak  etdim,  yalnız  Bədr  və 

                                                 

278


MustafaEriş,Səadətçağındansimalar, c. I,səh. 141 

279


Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 307 

280


Mustafa Eriş, Səadətçağındansimalar, c. I,səh. 140 

281


Ali Özək,HədisRicalı, səh. 57 

282


Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 309 

283


İ.Canan,HəlisüsuluvəHədistarixisəh. 83, A. Özək, HədisRicalı,səh. 58 

284


Sübhi əs-Saleh,Hədis elmləri və Hədis istilahlarısəh. 309, Mustafa Eriş,  Səadətçağındansimalar c. I,səh. 75 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə