Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə31/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   27   28   29   30   31   32   33   34   ...   199

[67] 

 

Səhabələr haqqında yazılan əsərlərdən aşağıdakılar daha da məşhurdur: 



I.

 

İbn  Əbdülbirr  əl-Qurtubi  (öl.463  h/q).  “əl-İstiab  fi  mərifətil-əshab.” 



Alim burada 3.500-ə qədər səhabənin bioqrafiyasını vermişdir. 

II.


 

İbn əl-Əsir (öl 630 h/q). “Üsdül-qabə fi mərifətis-səhabə.” Bu əsərdə 

8.000-ə  qədər  səhabənin  tərcümeyi-halı  verilmişdir.  Bu  əsərin  son  VII  cildi  xanım 

səhabələr haqqındadır. 

III.

 

İbn  Həcər  əl-Əsqəlani  (öl.852  h/q).  “əl-İsabə  fi  təmyizis-səhabə.” 



Burada  12.279  səhabənin  bioqrafiyasından  bəhs  edilir.  Bu  əsər  mövzuya  aid  olan 

əsərlərin ən irihəcmlisidir.

311

 

IV.



 

İbn  Səd  (öl.  230  h/q)  “ət-Təbəqatül-kübra”  əsəri  də  bu  əsərlər 

içərisində ən məşhurudur. 

Şübhəsiz  ki,  hədis  rəvayət  edən  təbəqələr  haqqında  yazılan  əsərlər  müasir 

dövrümüzdə də davam etməkdədir. Son əsrdə bu barədə yazılan əsərdən aşağıdakıları 

qeyd etmək olar: 

1). 2). Ayətullah Burucerdinin “Mərkəbül-əsanid” və “Təbəqatür-rical” əsərləri. 

3). Ayətullah Ərdəbilinin “Camiür-rüvvat” əsəri 

4). Ayətullah Seyid Əbülqasim Xoinin “Möcəmu ricalil-hədis”əsəri. Bu əsər 23 

cilddədir. 

5) Ayətullah Cəfər Sübhaninin “Külliyatür-rical” əsəri. 

 

Ən son vəfat etmiş səhabə 

Hədis  alimlərinin  verdikləri  məlumatlara  görə  ən  son  vəfat  edən    səhabə  Əbu 

Tüfeyl  Amir  bin    Vasilə  əl-Leysidir.  O,  hicri  100  və  yaxud  110-cu  ildə  Məkkədə 

vəfat etmişdir. 

312


 

 

Səhabədən ən çox fətva verənlər 

Səhabələr  təbəqəsini  mükəmməl  və  hərtərəfli  tədqiq  edən  hədisşünaslar  hətta 

onlardan  hansının  daha  çox  hökm  və  ya  fətva  verməsini  belə  aydınlaşdırmışlar. 

Böyük  İslam alimləri ən çox fətva verən səhabələri aşağıdakı kimi siramışlar: 

Ömər  bin  Xəttab,  Əli  bin  Əbi-Talib  (ə),  Abdullah  bin  Məsud,  Abdullah  bin 

Ömər, Abdullah bin Abbas, Zeyd bin Sabit, Aişə bint Əbu Bəkr. Bunların içərisində 

ən  çox  fətva  verən  İbn  Abbasdır.  Bu  barədə  Əhməd  bin  Hənbəl  yazır:  “Peyğəmbər 

(s)səhabələrindən heç kəs İbn Abbasdan çox fətva verməmişdir.”

313


 

Bu  haqda  görkəmli  alim  ustad  Cəfər  Sübhani  Nəvəvidən  nəqlən  yazır: 

“Səhabələr içərisində ən çox fətva verən:  İbn Abbasdır. Məsruq deyir: “Səhabələrin 

elmi altı nəfərdə sona yetir: Ömər, Əli, Übeyy, Zeyd, Əbi Dərda, İbn Məsud, bunların 

da içərisində Əli və Abdullahla elm sona yetir.”

314


 

 

                                                 



311

İ. Çakan, Hədis üsulu, səh. 86 

312

İ. Canan, Hadis üsulu və Hədis Tarixi, səh.  455, İ. Çakan, Hədis üsulu, səh. 82 



313

H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 170 

314

Üsulul-hədis və əhkamuhu, səh. 126, həmçinin bunun üçün bax: Süyutinin Tədribür-ravi əsəri, c. II, səh. 216-217 və 



Ülumul-hədis, səh. 266 əsərinə. 


[68] 

 

Səhabələrdən  Abdullah adını daşıyanlar 

Səhabələrdən  Abdullah  adını  daşıyanlar:  İbn  Abbas,  İbn  Zübeyr,  İbn  Amr  bin 

As  hesab  edilir.  İbn  Məsud  bura  daxil  deyirldir.  Bütün  bunlardan  başqa  Abdullah 

adını təxminən 220-ə yaxın səhabə daşımışdır.”

315


 

Məşhur  hədis  alimi  Prof.  Haris  Süleyman  əd-Dari  yazır:  “Səhabələrdən 

abdullahlar  dedikdə  dörd  Abdullah  nəzərdə  tutulur.  Onlar:  Abdullah    bin  Ömər, 

Abdullah  bin Abbas, Abdullah bin Zübeyr və Abdullah bin Amr bin Asdır. Abdullah 

bin  Məsud  bura  daxil  deyildir.  Çünki  Abdullah  bin  Məsud  tez  dünyadan  getmişdir. 

Onlar  elmlərində  höccətdirlər,onlar  bir  şey  üzərində  icma  etsələr,  o  höccətdir.  Buna 

görə də onlara abdullahlar deyilmişdir

316


 

Səhabələrdən ilk İslam olanlar 

Səhabələrdən  kimin  ilk  müsəlman  olması  bəzi  İslam  alimləri  içərisində 

ixtilaflıdır. Bəzi alimlər ilk müsəlman olan səhabələri aşağıdakı kimi qeyd etmişlər: 

I.

 

Əbu Bəkr 



II.

 

Əli bin Əbi Talib 



III.

 

Zeyd bin Harisə 



IV.

 

Xədicə bint Xüveylid



317

 

İbn  Salah  yazır:  “Azad  insanlardan  ilk  müsəlman  olan  Əbu  Bəkr  əs-Siddiq, 



uşaqlardan  Əli  bin  Əbi  Talib,  qadınlardan  Xədicə  bint  Xüveylid,  məvalidən  (qeyri-

ərəb və yaxudda valideyni məcusi olan) Zeyd bin Harisə, qullardan Bilaldır.”

318

 

Prof.  Dr.  Sübhi  əs-Salih  isə  yazır:  “Səhabələrdən  ilk  müsəlman  olanlar  Xədicə 



bint Xüveylid, yaşlılardan Xədicənin əmisi oğlu Vərəqə bin Nofəl,  azad kişilərdfən 

Əbu  Bəkr,  azad  insanlardan  Zeyd  bin  Harisə,  uşaqlardan  Əli  bin  Əbi  Talib, 

kölələrdən Bilal, iranlılardan Salmandır.”

319


 

Digər  qrup  alimlər  isə  haqlı  olaraq  ilk  müsəlman  olan    səhabənin  Əli  bin  Əbi 

Talib (ə) olduğunu,  ondan sonra da Xədicə bint  Xüveylid olduğunu demişlər. 

Bildiyimiz kimi Əli bin Əbi Talib (ə) Peyğəmbər (s) risalətə yetişməzdən əvvəl 

daim onunla olmuş və mələyin səsini  eşitmişdir. Buna görə də Peyğəmbər (s): “Ya 

Əli,  əgər  mən  peyğəmbərlərin  sonuncusu  olmasaydım,  sən  də  peyğəmbərliyə  şərik 

olardın. Lakin sən peyğəmbər deyilsən, onun vəsisi  və  varisisən, hətta sən vəsilərin 

seyidisən.”

320

 

İmam Əlinin (ə) ilk müsəlman olması onun öz sözlərindən də anlaşılmaqdadır. 



Belə  ki,  Həzrət  (ə)  buyurur:  “And  olsun  Allaha,  onun  sözünü  təsdiq  edən  ilk  adam 

mənəm...” 

Bu  və  ya  digər  səhih  hədislərə  əsaslanaraq  İslam  alimlərinin  böyük  əksəriyyəti 

səhabələr içərisində ilk müsəlmanİmam Əli (ə) və Xədicə olduğunu demişlər

321



                                                 



315

Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 126, əs-Süyuti, Tədribür-ravi, c. II, səh. 192 

316

Muhadarat fi ülumil-hədis, səh. 170 



317

Muhadarat fi ülumil-hədis, səh. 171 

318

Abu Amr bin Salah, Ülumul-hədis, səh. 269-270 



319

Hədis elmləri və Hədis istilahları, səh. 296 

320

Nəhcül-bəlağə, Tehran-1995, səh. 139 



321

 həmin mənbə, səh. 69  




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə