[75]
4.1.HƏDİS TƏHSİLİ ÜÇÜN EDİLƏN SƏYAHƏTLƏR
Hədisşünas alimlərinin nəzərində hədis öyrənmək üçün edilən səyahətlərin
böyük önəmi vardır. Buna görə də hədis tarixçiləri yazdıqları əsərlərində “Hədis
öyrənmək üçün edilən səyahətlər” adlı başlıqlar açmış və bu mövzunu geniş şəkildə
işıqlandırmışlar.
Bildiyimiz kimi hədis öyrənmək üçün edilən səyahətlər səhabələr dövründə
başlamış və bu müqəddəs iş onlardan sonra da davam etmişdi. Səhabələr içərisində
hədis öyrənmək üçün müxtəlif regionlara səyahətlər edənlər içərisində Cabir bin
Abdullah, Ənəs bin Malik, Əbu Əyyub əl-Ənsari və digərlərini misal göstərmək
mümkündür.
Tarixi məlumatlara görə Peyğəmbərin (s) vəfatı ərəfəsində artıq bütün Ərəbistan
yarımadası tamamilə İslam dinini qəbul edib müsəlman olmuşdu. Şübhəsiz ki,
İslamın digər bölgələrdə yaylmasını Peyğəmbər (s) istəmişdi. Hələ vəfat vaxtına az
bir müddət qalmış Peyğəmbər (s) qonşu bölgələrdən olan və hələ İslama qatılmamış
Şama böyük bir ordu göndərməyi qərarlaşdırmışdır. Bu məqsədlə o, İslam
əsgərlərindən bir ordu hazırlayaraq onun başına Üsamə bin Zeydi komandan təyin
etmişdi. Təssüflər olsun ki, Peyğəmbərin (s) ömürü buna imkan verməmiş və o
Həzrətin (s) sağlığında bu iş gerçəkləşə bilməmişdi. Peyğəmbərin (s) vəfatından
sonra Əbu Bəkr (632-634) xilafəti ələ alaraq əsası Peyğəmbər (s) tərəfindən qoyulan
bu əməli həyata keçirdi. Hakimiyyət başına gələn Əbu Bəkrin ilk icra etdiyi işlərdən
biri Şam bölgəsinin fəthi olmuşdur. Şam fəth edildikdən sonra İslam dini Ərəbistan
yarımadasından kənara çıxdı.
Şamın fəth edilməsindən sonra İslam ordusu istər Əbu Bəkrin, istərsə də ondan
sonra gələn xəlifələrin dövründə müxtəlif ölkələri fəth edilib əhalisi İslamlaşdırmışdı.
İslam fəthlərinin ən qüvvətli dövrü bəlkə də ikinci xəlifə Ömər bin Xəttabın
hakimiyyəti dövrünə (634-644) təsədüf edir. Adı çəkilən xəlifə demək olar ki, o
dövrün məşhur bölgələrini fəth edərək orada İslamın yayılmasını təmin etmişdi. Belə
ki, onun hakimiyyəti illərində Suriya, Fələstin, Livan, İordaniya və İraq tamamilə fəth
edilərək İslamlaşdı. Bundan bir neçə il sonra (m.641) Misir fəth edilərək İslam
torpaqlarına qatıldı.
İslam fəthləri heç də adı çəkilən bölgələrin fəth edilməsi ilə sona yetmədi. Bu iş
üçüncü xəlifə Osman bin Əffanın (644-656) dövründə də davam edərək
Məvarünnəhrə qədər olan bölgələr fəth edildi.
Şübhəsiz ki, fəth edilən hər bir bölgədə insanlar İslamın müqəddəs ayinlərini
qəbul edir və yeni müsəlman olmuş şəxslərə İslam elmlərini təlim edirdilər. Artıq fəth
edilmiş bölgələrin əhalisi İslam dininin ideologiyası ilə yaxından tanış olur və bu
dinin təməl prinsiplərini könül xoşluğu ilə qəbul edərək onun təlimlərini öyrənirdilər.
İslamın humanizmini, onun azadlıq sevərliyini, zülmə, əsarətə qarşı olduğunu
dərk edən insanlar bu dinin elm və mədəniyyətini öyrənib-öyrətməkdə böyük əmək
sərf etmişlər. İslam hakimiyyətinə tabe olan bölgələrin əhalisi İslam elmlərini daha da
dərindən öyrənmək üçün dövrün müxtəlif elm mərkəzləri olan şəhərlərə səyahətlər
[76]
etmişlər. Bu səyahətlərin böyük əksəriyyəti o dövrdə hədis mərkəzi kimi tanınan
şəhərlərə olmuşdur. Çünki dinin bütün elmlərinin əsas qaynağından biri olan hədisi
öyrənməklə müsəlmanlar İslamın bütün təlimləri ilə daha da dərindən öyrənmək
şərəfinə nail olurdular. O dövürdə ən məşhur olan hədis mərkəzləri Mədinə, Məkkə,
Kufə, Bəsrə, Şam, Bağdad, Xorasan, Misir və digər bölgələr idi.
Şübhəsiz ki, insanların öz doğma torpaqlarından uzaqlaşıb hədis öyrənmək üçün
etdiyi səyahətlər bir neçə məqsədlə olmuşdur ki, bunların da başında Allahın və onun
Peyğəmbərinin (s) elmə təşviqi durur.
Bildiyimiz kimi elm öyrənmək və bu işdə bütün əzab-əziyyətlərə qatlaşmağın
Allah yanında çox böyük savabı vardır. Bu barədə həm Qurandan, həm də
Məsumların (ə) hədislərindən kifayət qədər məlumat əldə etmək olar. Belə ki, Quran
buyur: “Tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda,
elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səsdə
edənlər, yaxşı işləri görməyi əmr edib pis işləri yasaq edənlərdir. Belə
möminləri müşdələ!”.
355
Peyğəmbər (s) insanları elmə təşviq etmək xüsusunda
buyurur: “Elm öyrənmək fərzdir”, “Elm Çində də olsa öyrənin.”
356
Həmçinin bu xüsusda Əhli-beyt imamlarından (ə) da hədislər vardır. İmam
Cəfər Sadiq (ə) buyurur: “Sizə Allahın dinində dərin qavrayış qazanmağı və bədəvilər
kimi olmamağı tövsiyə edirəm, çünki bir şəxs Allah dinində dərin qavrayışa sahib
olmamışsa, qiyamət günü Allah onun üzünə baxmaz, əməllərini pisliklərdən təmizə
çıxarmaz.”
357
İmam Əli (ə) buyurur: “Elm öyrənən şəxs Allah yolunda cihad edən
kimsə kimidir. Həqiqətən elm öyrənmək hər bir müsəlmana vacibdir. Möminlərdən
neçəsi vardır ki, onlar elm öyrənmək üçün evlərini tərk etmiş və geriyə bağışlanmış
halda qayıtmışlar.”
358
Peyğəmbər (s) digər bir hədisində buyurur: “Ey Əba Zər! Hər kəs evindən çıxıb
elmdən bir şey əldə edərsə, Allah onun hər addımına peyğəmbərlərdən olan bir
peyğəmbərin savabını yazar. Allah onun yazdığı və ya eşitdiyi hər bir hərf üçün
cənnətdə şəhər bağışlayar. Elm öyrənən kimsə Allahın, mələklərin və peyğəmbərlərin
dostudur...”.
359
Səyahətlərin səbəbləri
Peyğəmbərin (s) elmə təşviq etməsi nəticəsində müsəlmanlar müxtəlif regionlara
uzun və ya qısa müddətli səyahətlər etmişlər. Bu səyahətlərin başında savab
qazanmaq olmuşsa da, heç şübhəsiz ki, bunun digər əsas səbəbləri də vardır.
Hədisşünasalim Prof.Dr.İ.Canan bu səbəblərdən bir neçəsini aşağıdakı kimi sadalayır:
1). Ülüvvi-isnad
2).Raviləri tanımaq
3).Hədis bilgisini artırmaq
355
Tövbə-112
356
Küleyni, Üsuli-kafi, c. I, elm fəsli, Biharül-ənvar c. II, elm öyrənməyin fəzilətləri fəsli
357
Küleyni, Üsuli-kafi, c. I
358
Biharül-ənvar, c. II, səh. 229
359
həmin mənbə, c. II, səh. 298