Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə11/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   7   8   9   10   11   12   13   14   ...   199

[25] 

 

Yuxarıda  qeyd  edilən  hədisi  səhih  bilən  alimlər  hətta  hədis  yazmağın  qadağan 



olunmasının  da  özlərinəməxsus  şəkildə  səbəblərini  göstəmişlər.  Belə  ki,  müasir 

hədisşünaslardən  olan  Prof.  Dr.  Ali  Yardım  “Hədis  I-II”  adlı  əsərində  bu  səbəbləri 

belə açıqlayır: 

1).  Müsəlmanlar  yazını  yeni  öyrənirdilər  və  yazılarında  çoxlu  xətalara  yol 

verirdilər. 

2).  Müsəlmanlar  kağız  qıtlığına  görə  Peyğəmbərdən(s)  eşitdikləri  hədisləri  bəzi 

vaxtlarda  “Müshəfi-şərif”  yarpaqlarının  boş  yerlərinə  yazırdılar.  Bunu  görən 

Peyğəmbər (s) Quran və hədislərin bir-birinə qarışacağından ehtiyat edərək hədislərin 

yazılmasını qəti şəkildə qadağan etmişdir.  

3).  Yazının  mükəmməl  olmaması  və  yazı  yazanların  uşaq  olub  maarif 

sistemindəki yetərsizlikləri.

85

   



Hədislərin  yazılmasının  qadağan  olunması  yalnız  Peyğəmbərin  (s)  vəfatından 

sonrakı  dövrə,  daha  doğrusu  xəlifələr  dövrünə  təsadüf  edir.  Belə  ki,  görkəmli 

hədisşünas alim Zəhəbi  “Təzkirətül-hüffaz” adlı məşhur əsərində  yazır:  “Xəlifə Əbu 

Bəkr  Peyğəmbərin  (s)  vəfatından  sonra  insanları  bir  yerə  toplayıb  onlara  dedi: 

Peyğəmbərdən (s) heç bir hədis rəvayət etməyin. Bu haqqda sizdən bir şey soruşsalar 

belə deyin: bizimlə sizin aranızda Allahın kitabı vardır. Onun halalını halal, haramını 

da haram bilin.”

86

 Həmçinin adı çəkilən müəllif Peyğəmbərin (s) xanımı Aişədən nəql 



edərək  atası  Əbu  Bəkrin  Peyğəmbərin  (s)  dövründə  yazdığı  500  hədisi  yandırdığını 

əsərində qeyd etmişdir.

87

 

Bundan  əlavə  Zəhəbi  və  digər  görkəmli  hədisşünas  alimlər,o  cümlədən  Əllamə 



əl-Hindi xəlifə Ömər bin Xəttabın camaata hədislərin yazılmasını və nəql olunmasını 

qadağan  etməsi  haqqında  məlumatları  öz  əsərlərində  qeyd  etmişlər.

88

 Həmçinin 



Əllamə  əl-Hindi  xəlifə  Ömərin  Əbu  Hüreyrəyə:  “Əgər  hədis  rəvayət  etməyi  tərk 

etməsən,  səni  mütləq  Dus  bölgəsinə  gödərəcəyəm”  sözünü  öz  əsərində  qeyd 

etmişdir.

89

 



Məşhur hədisşünas alim Hakim Nişapuri “Müstədrək” əsərində Qərzə bin Kəbin 

belə dediyini nəql  edir:  “Ömər bin  Xəttab biz  İraqa yola düşərkən bizi  yola saldı  və 

belə  dedi:  bilirsinizmi  sizi  niyə  yola  salıram?  Dedik:  bəli  biz  Peyğəmbərin  (s) 

səhabələriyik,  sən  də  bizimlə  birlikdə  gəlirsən.  Dedi:  ...getdiyiniz  yerdə 

Peyğəmbərdən (s) hədis deməyi azaldıb Qurandan danışın...”

90

 



Göründüyü  kimi  adı  çəkilən  bəzi  böyük  səhabələr  hələ  Peyğəmbərin  (s) 

dövründə  belə  hədislərin  yazılmasına  etiraz  etmişlər.  Bütün  qaynaqların  verdikləri 

məlumatlara görə Peyğəmbər (s) can üstə olarakən kağız və qələm istəmiş lakin bəzi 

                                                 

85

səh. 13-14 



86

 Hafiz əz-Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 2 

87

 həmin mənbə, c. I, səh. 5 



88

 Hafiz əz-Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 7,  Əllamə Əli Müttəqi əl-Hindi, Kənzül-ümmal, c. I, səh. 291 

89

 Əllamə Əli Müttəqi əl-Hindi, Kənzül-ümmal, c. I, səh. 291, hədis № 29472 



90

 Hakim Nişapuri, Müstədrək aləs-səhiheyn, c. I, səh. 102, elm fəsli 




[26] 

 

səhabələr  ona  kağız  və  qələmin  verilməsinimünasib  görməmişlər.  Bunun  da 



nəticəsində Peyğəmbər (s) onların evi tərk etmələrini əmr etmişdir.

91

 



Xəlifə Osman bin Əffan da hədislərin yazılmasını əvvəlki xəlifələr kimi qadağan 

etmişdir. Belə ki, İbn Səd Məhəmməd bin Ləbiddən belə nəql edir: “Osman bin Əffan 

minbər üstündə olarkən ondan eşitdim ki, deyirdi: “Heç bir kəsə Əbu Bəkr və Ömərin 

dövründə  deyilmiş  hədislərdən  başqa  hədis  rəvayət  etməyə  icazə  verilmir.  Osman 

hətta mənə belə hədis nəql etməyə mane olurdu.”

92

 



Əli  bin  Əbu  Talibin  (ə)  dövründə  əvvəlki  xəlifələrin  hədislər  üzərində 

qoyduqları qadağa da aradan götrülməmişdir. 

 

b.Hədislərin nəqli və yazılması 

Hədislərin    yazılması  və  onun  gələcək  nəsillərə  ötürülməsi  haqqında 

Peyğəmbərdən (s) və onun Əhli-beytindən (ə) kifayət qədər dəlillər vardır. Məlumdur 

ki,  hədisləri  əzbərləyibyadda  saxlamaq  hamıya  xas  olan  birəməl  olmadığı  kimi,  onu 

əzbər bilənin də əbədi yaşaması mümkün olan iş deyildir. 

İslamın  ikinci  əsas  qaynağı  hesab  edilən  hədisin  yazıya  köçürülməsi 

müsəlmanların  ən  ümdə  vəzifələrindən  biri  olmuşdur.  Çünki  hədislər  vasitəsilə 

müsəlmanlarQurani-kərimin  izahına  və  şəri  məsələlərin  icrasına  mükəmməl  şəkildə 

vaqif olurlar. 

Ümumiyyətlə, əgər hədisin yazılmasını qadağan edən “hədislər” səhih olsa belə, 

onların əksini söyləyən hədislər daha çoxluq və mütəvatirlik təşkil etməkdədir. 

Hədislərin  yazılmasını  qadağan  edən  xəbərlərə  bir  çox  İslam  alimləri,  o 

cümlədən Buxari və bütün şiə məzhəbli alimlər etiraz edib, Peyğəmbərdən (s) belə bir 

hədisin nəql edilmədiyini əsaslandırmışlar. Belə ki, hədis ədəbiyyatı tarixində məşhur 

alim  kimi  tanınan  Məhəmmədbin  İsmayıl  bin  İbrahim  əl-Buxari  (öl.256/870) 

Müslimbin  Həccac  Nişapurinin  nəql  etdiyi  hədisi  tənqid  etmişdir.  Buxari  və  digər 

hədisşünaslara  görə  yuxarıda    qeyd  olunan  hədis  Peyğəmbərdən  (s)  deyil,  Əbu  Səid 

əl-Xudridən gələn məvquf hədisdir.

93

 

İstər  sünni,  istərsədə  şiə  qaynaqlarında  Peyğəmbərin  (s)  öz    səhabələrinə  onun 



sözlərini dinləyib öyrənmələri haqqında çoxlu hədislər vardır. Həmçinin Həzrət (s) bu 

işi görənlərə çoxlu dualar etmişdi və hədisləri hifz edənin dünya və axirət xeyrinə nail 

olması  haqqında  hədislər  söyləmişdir.

94

 Şübhəsiz  ki,  Peyğəmbərdən  (s)  eşidilən 



hədislər  səhabələr  tərəfindən    qələmə  alınmış  və  qorunaraq  gələcək  nəsillərə 

ötürülmüşdür. 

Bunu 

təsdiq 


edən 

dəlillər 

əlimizdə 

kifayət 


qədərdir. 

Ümumiyyətlə,Peyğəmbərin  (s)  hədislərin  yazılmasını  qadağan  yox,  əmr  edən 

dəlillərdən bir neçəsini göstərmək olar: 

1). Məşhur hədisşünas Buxarinin və digər hədisşünasların Əbu Səid əl-Xudridən 

gələn hədisi tənqid etməsi bu hədisin Peyğəmbərə (s) məxsus olmadığını sübut edir. 

                                                 

91

 Səhihi-Buxari, c. IV, səh. 490, hədis № 229, c. IV, səh. 317, hədis № 872, Səhihi-Müslim, c. III, səh. 454, hədis № 



1632, Əhməd bin Hənbəl, Müsnəd, c. I, səh. 293 

92

 İbn Səd, ət-Təbəqatül-kübra, c. II, səh. 633 



93

Prof. Dr. Sübhi əs-Saleh, Hədis elmləri və Hədis itilahları, səh. 16 

94

 bax: Səhihi-Buxari, Elm-9, Həcc-132, Əbu Davud, Elm-10, Tirmizi, Elm-7, Biharül-ənvar, c. II, səh. 433, 436, 553, 



Şeyx Abbas əl-Qumi, Zübdətül-əhadis, c. I, səh. 4-9 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə