Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti


II.  Müslim və “Səhih” əsəri



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə64/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   60   61   62   63   64   65   66   67   ...   199

[138] 

 

II.  Müslim və “Səhih” əsəri 

Hicri üçüncü əsrin ən böyük hədisşünaslarından biri heç şübhəsiz ki, Müslim bin 

Həccac  bin  Müslim  əl-Qüşeyridir.  O,  hicri  204-cü  ildə  (miladi  820)  Nişapurda 

doğulmuşdur.  Buna  görə  də  ona  döğuduğu  yerə  nisbətlə  ən-Nişapuri  də 

deyilməkdədir.  

Müslim  bin  Həccacın  doğum  tarixi  müxtəlif  illərdə  göstərilmişdir.  Belə  ki, 

ixtilaflı doğum tarixi hicri 204, 202, 206-cı illər göstərilmişdir.

547

Onun künyəsi Əbül-



Hüseyndir.

548


 

Dövrünün  öndə  gedən  şəxsiyyətlərindən  olan  Müslim  kiçik  yaşlarında  elm 

öyrənməyə  başlamış,  dövrünün  Buxari,  Əhməd  bin  Hənbəl,  İshaq  bin  Rahuyə  və 

digər  nəhəng  hədisşünaslarından  dərs  almışdır.  O,  hədis  və  digər  elmləri  öyrənmək 

üçün  müxtəlif  ölkələrə,  o  cümlədən  Hicaz,  Misir,  Şam  və  İraq  kimi  məşhur  elm 

ocaqları yerləşən bölgələrə səyahətlər etmişdir.

549

 

Dərin  hafizəsi  və  fitri  istedadı  hesabına  Müslim  tez  bir  zamanda  İslam 



elmlərinin  müxtəlif  sahələrini  dərindən  öyrənmiş  və  böyük  ustadlarını  heyrət 

içərisində buraxmışdır. 

İslam  dünyasının  böyük  alimlərindın  sayılan  Müslimİslam  ideyalarının  böyük 

carçılarından  olmuş  və  dövrünün  ən  məşhur  hədisşünaslarından  hesab  edilmişdir. 

Şübhəsiz  ki,  onun  hədis  elmi  sahəsində  yüksək  nailiyyətlər  əldə  etməsində 

ustadlarının böyük rolu olmuşdur. 

Müslim  bin  Həccac  istər  öz  dövründə,  istərsə  də  özündən  sonra  gələn  İslam 

alimlərinə  qüvvəli  təsir  göstərmiş  və  hər  dövrdə  yaşayan  alimlərin  diqqətini 

çəkmişdir.  Belə  ki,  həm  onun  dövründə,  həm  də  sonrakı  dövrlərdə  yaşayan  alimlər 

Müslimin  şəxsiyyəti  və  yaradıcılığını  yüksək  qiymətləndirmiş  və  onun  haqqında 

dəyərli  fikirlər  söyləmişlər.  Onun  haqqında  məşhur  şeyxlərdən  biri  Məhəmməd  bin 

Əbdülvəhhab  əl-Fərra  demişdr:  “Müslim,  xalqın  alimlərindən  və  elm 

dağarcıqlarından biridir. Onun haqqında xeyirdən başqa bir şey bilmirəm.” 

Kiçik  yaşlarından  elm  öyrənməyə  başlayan  Müslim  sonralar  məşhur  bir 

hədisşünas  kimi  bütün  həyatını  hədisə  sərf  etmişdir.  Dövrünün  böyük  şeyxlərindən 

elm  öyrənən  Müslim  digər  hədisşünaslaranisbətən  daha  ciddi  və  daha  mühüm 

mövzular üzərində işləmişdir. 

Mənbələrin verdiyi məlumatlara görə o, səyahət etdiyi müxtəlif bölgələrdən elm 

əldə  etdikdən  sonra  Nişapura  qayıtmış,  burada  həm  ticarətlə  məşğul  olub  gündəlik 

yaşayışını təmin etmiş, həm də hədislə məşğul olmuşdur.

550

 

“Hədisşünasların lideri” ləqəbi ilə tanınan Müslim bin Həccac hicri 261-ci ildə 



(miladi  874)  dünyaya  əbədi  gözlərini  yummuşdu.

551


 Mənbələr  onun  Nişapur 

şəhərində 55 yaşında vəfat etdiyini qeyd etmişlər.

552

 

                                                 



547

bax: İ. Çakan, Hədis, səh. 130 

548

əl-Əhadisül-qüdsiyyə, c. I, səh. 11 



549

bax: A. Özək, adı çəkilən əsəri, səh. 109 

550

bax: İ. Çakan, adı çəkilən əsəri, səh. 60 



551

M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 46 

552

S. əs-Saleh, adı çəkilən əsəri, səh. 332 




[139] 

 

Yaşadığı  dövrün  ən  böyük  hədis  alimlərindəın  biri  olan  Müslim  bin  Həccacın 



yaradıcılığı  çox  zəngindir.  O,  İslam  elmlərinin  müxtəlif  sahələrinə  aid  dəyərli  və 

mühüm  əsərlər  meydana  gətirmişdir.Onun  qələmə  aldığı  əsərlərdən  aşağıdakıları 

qeyd etmək olar: 

1. əl-Camiüs-səhih 

2. Kitabül-iləl 

3. Kitab əvhamil-mühəddisin 

4. Kitab mən leysə ləhu illa ravin vahid 

5. Kitabtabaqatüt-tabeun 

6. Kitabül-muhadramin 

7. Kitabül-müsnədil-kəbir əla əsmair-rical 

8.Kitabül-camil-kəbir əlal-əbvab 

9. əl-Əsma və kuna 

10. əl-Əfrad vəl-vuhdan 

11. Kitabu əvlad vəs-səhabə  

12. Əfradüş-Şamiyyin 

13. ət-Təmyiz 

14. Kitabu sualatihi Əhməd bin Hənbəl 

15. Kitabu məşayixi-Malik və s.

553

 

Şübhəsiz ki, Müslimin yazdığı bu əsərlər içərisində ən məşhuru və önəmlisi “əl-



Camiüs-səhih” əsəridir. O, bu əsərini “əl-Müsnədüs-səhih” adlandırmışdır. Müslimin 

qələmə  aldığı  bu  mötəbər  əsər  müsəlman  alimləri,  xüsusilə  də  sünniməzhəbli 

üləmalar tərəfindən yüksək qiymətləndirilmiş və hətta ifrata vararaq onun bu əsərini 

Buxarinin “Səhih” əsəri kimi Qurandan sonra ikinci ən səhih əsər hesab etmişlər.

554

 

Müslimin  böyük  zəhməti  hesabına  meydana  gətirilən  bu  əsər  “Səhihi-



Buxari”dən sonra kütubus-sittənin ikinci pilləsini təşkil etməkdədir. Çünki alimlər bu 

əsəsrdə yer alan hədislərin səhih olduğunu mütləq şəkildə ifadə etməkdədirlər. 

Mənbələrin verdiyi məlumatlara görə Müslim bin Həccac bu əsərini üç yüz min 

(300.000) hədis içərisindın seçərək meydana gətirmişdir.

555

 

Müslim  yazdığı  bu  mühüm  əsərini  bablara  (fəsillərə)  ayırmamışdır.  Hazırda 



onun  bu  əsərində  olan  bab  başlıqları  isə  məşhur  alim  ən-Nəvəvi  (676/1277) 

tərəfindən qoyulmuşdur.

556

 Əsərə yüksək qiymət verən ən-Nişapuri: “Göy qübbəsinin 



altında Müslimin kitabından daha səhih heç bir kitab yoxdur”demişdir.

557


 

Müəllif yazdığı bu əsəri haqqında deyir: “Kitabımı Əbu Zuraya ərz etdim, illət 

var dediyi hər bir rəvayəti tərk etdim.” 

HədisşünaslarMüslimin “Səhih” əsərində təkrarı ilə birlikdə 7.275, təkrarsız isə 

3.033 hədis olduğunu deyirlər.

558


 

                                                 

553

bax: A. Özək, Hədis Ricalı, səh -110, S. əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 331, İ. Canan, Hədis üsulu 



və Hədis tarixi, səh. 198 

554


bax: S. əs-Saleh, adı çəkilən əsəri, səh. 331, İ.Canan, adı çəkilən əsəri, səh. 198 

555


S. əs-Saleh, adı çəkilən əsəri, səh. 331 

556


İ. Çakan, adı çəkilən əsəri, səh. 62 

557


M. Ə. əl-Xəvli, Miftahüs-sünnə, səh. 46 

558


İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 199 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə