56
ğıları sırasına qatmağa qalxıb, Azərbaycanın qardaş ulusunun
uğradığı ağrı-acıdan xoşlandığını da gizlətmirsə, burada daha
nə söz ola bilər. Bu adam beləcə deyir: «Azərbaycanda
liberal, konservativ partiyalar yaransa da, Türkiyəyə bir-
ləĢmək partiyası yaranmamıĢdır».
Əliheydərin sözlərinin çağdaş Türkiyədə də dəyərinin
olmaması görkəmli türk curnalisti Məhyəddin bəyin atdığı at-
macadan da görünür. Smirnə ayaqlanmasına baxan olanüstü
məhkəmənin başçısı isə bir sıra suçlananlara onlara sevgilə
qucaq açan Azərbaycana keçərək, qonşu, bağımsız bir dövlətin
iç işlərinə sorumsuzluqla qarışdıqlarını demişdir.
***
Romantiklər panturanizmdən danışarkən çox ara onu
klassik irq quraması – panalmanizmlə tutuşdururlar. Bu tutuş-
durmadan necə olursa-olsun «Turan axını» ilə qorxuzmaq
istəyən boşboğazlar da yapışırlar. Ancaq burada panal-
manizmlə yox, panslavizmlə yanaşdırmaq düzgün olardı. Bəlli
olduğu kimi, uzun illər çar Rusiyasının dış siyasətinin özül
cizgisi olan panslavizm Rusiyada yox, Avstriya-Macarıstan
monraxiyasının ağalığındakı slavyan ellərində yaranmışdır.
Çexiya bu ideologiyanın beşiyidir. Panslavizmin Palatski,
Şafarik kimi, eləcə də başqa böyük romantikləri bax, burada
ortaya çıxmışlar. Bu, ilk çex panslavistlər dəstəsinin öncülləri
böyük qardaş slavyan Rusiyasının ağrı-acı çəkən, bir parçası
alman, başqası türk imperializminin ayaqları altında əzilən
qardaşlarına yardıma gələcəyini, qurtulmuş slavyanların ikibaşlı
rus
qartalının başçılığında böyük slavyan imperiyası
quracaqlarını düşünürdülər.
57
Bu ideologiya slavyan ellərini Avstriya-Macarıstan, eləcə
də Osmanlı imperiyaları ilə çatışmağa umudlandırırdı. Onlar bu
umudla içdən güc alırdılar. Bundan başqa rus slavyanofillərinin
etkisi, eləcə də çarların dövlət siyasəti slavyan ellərinin bu
umudunu artırırdı.
Panslavistlər özləri də panalmanist əzənlər adını qoyduq-
larının öyrənənləri idilər. Onlar ideologiyalarının özəyini
bütünlüklə onlardan alsalar da, gerçək sonucları başqa oldu.
Panalmanizm Prussiyanın başçılığında bir alman imperiyasının
yaranmasına gətirdi, slavyanların gələcəyi başqa oldu.
Ancaq çex romantiklərilə birgə yetənəkli çex gerçəkçiləri
də yetişirdi. Onlardan Qavliçik kimiləri «slavyan gerçəkliyi-
nin ancaq ayrı-ayrı slavyan ellərinin gerçəklərinə dayandı-
ğını» düşünürdülər. O, çexləri çalışmağa çağıraraq deyirdi:
«Oturub, əllərimizi yanımıza salıb, Rusiyanın gəlib bizi qurta-
racağını gözləmək asan işdir, ancaq ünsüzdür».
Qavliçik slavyan ideologiyasına çox yenilik gətirdi. O,
«böyük slavyan dövləti» çağırışını, «slavyan federasiyası»
ilə dəyişdi. Bu federasiya çağırışı sonralar çex demokratik ulu-
salçıların ideologiyasına çevrilib, slavyanofilliyə elə də sayğısı
olmayan prezident Masarikin başçılığında bağımsız Çexos-
lovakiya Respublikasının yaranmasına gətirdi.
Panslavizmin Rusiyanın Polşanı üç yol bölməsinin qarşı-
sını almadığını, özgürlüyündən dolayı Rusiyaya borclu olan
Bolqarıstanın onunla savaşdığını deməyə dəyərmi?
Nə üçün, Almaniya birləşib dünya savaşının basqısına
dözə bildi, slavyan elləri isə parçalandılar?... Bu ayrılıq nədən-
dir?
Bizə görə, Almaniyada kültür birliyi, iqtisadi gəlir-
58
çıxarlar, coğrafi bütövlüklə Prussiya özəyinin birləşdiriciliyi
göz qabağında idi. Slavyanlarda bu koşullar yox idi. Tək soy
birliyi isə bir dövlətin yaradılması üçün yetərli deyildi.
Panslavizm idealı gerçəkləşməsə də, slavyan ellərində
özgür ulusal yaşam duyğusunun oyanmasında böyük gerçək
olub, özgür slavyan dövlətlərinin yaranmasını etkilədi.
Panturanizmlə də belə oldu. O da panalmanizmi yamsıla-
maqla baĢladı, ancaq gəliĢdikcə panslavizm yolu ilə getdi,
indi isə panslavizmin yetdiyi uğurlara çatır.
59
VI
QAFQAZ KONFEDERASĠYASI ĠDEYASI
Biz irəlidə Azərbaycanda panturanizmin ideoloji çıxarları
ölkənin gerçəklərilə uzlaşdıran gerçəkçi axınının gəlişdiyini
demişdik. Azərbaycan türkçülüyü federalist yolla irəliləyib
azərbaycanlıları Çexiya örnəyində olduğu kimi, Azərbaycanın
bağımsızlığı ideyasından başqa, Qafqaz Konfederasiyası
yaratmağın gərəkliyi düşüncəsinə də gətirdi. Azərbaycan Türk
Federalist «Müsavat» partiyası 1919-cu ildə toplanan ikinci
qurultayında aşağıdakıları bəlirlədi:
«Müsavat» partiyasının ikinci qurultayı siyasi bölmənin
Qafqaz Konfederasiyası ideyası ilə bağlı çıxışını çəkişib, ulu-
sal, iqtisadi, siyasi gerçək çıxarlardan çıxış edərək, ancaq Qaf-
qaz respublikalarının sıx birliyilə uluslararası birlikdə asanlıqla
tanınıb siyasi, eləcə də topraq bütünlüklərinin güvənc altına
alına biləcəyini anlayaraq: Qafqaz respublikalarının özgür
Qafqaz Konfederasiyasında birləĢməsini gərəkli sayıb,
Qafqazın bütün demokratiyasını, eləcə də qonĢu respub-
likaların ağalıqlarını bu ideyanın gerçəkləĢməsi üçün çalıĢ-
mağa çağırır.
1
O ildə də Azərbaycan ağalığı Bakıda keçirilən erməni-
Azərbaycan görüşündə Qafqaz respublikalarının konfedera-
siyada birləşməsi önərgəsini irəli sürdü. Azərbaycanın sun-
duğu, ermənilərin geri qaytardığı önərgə 1920-ci ildə
Gürcüstanla Azərbaycan arasında savaş-qorunma anlaşmasının
1
«Azərbaycan» qəzeti, Bakı, 14 dekabr 1919, № 271.
60
bağlanması ilə sonuclandı. Ermənistan da istəyəndə bu birliyə
girə bilərdi. O günlərdə Azərbaycan basınında Qafqazın
gömrük, eləcə də dəmir yol sorunu çəkişilirdi.
Təkcə ağalıqdakı «Müsavat» partiyasının öncülləri yox,
Azərbaycan siyasi düşüncəsinin bütün axınları, görkəmli siyasi
öncüllər Azərbaycan Respublikası yaradılandan Qafqaz
ellərinin bir konfederativ dövlətdə birləĢməsinin gərəkliyini
deyirdilər.
Bundan ölkənin sorumlu öncüllərinin çıxışlarında danışılır,
çağırış parlament kürsüsündən səslənir, yuxarıda deyildiyi
kimi, partiya qurultaylarında bəlirlənirdi.
Bizim sığınmaçı basında Qafqaz Konfederasiyasından bü-
tün illərdə danışılmış, indi də danışılır. Azərbaycan özgür-
lükçülərinin İstanbulda yayımlanan «Odlu yurd» curnalı bu
sorundan yaxşı anlamda danışmağı yaddan çıxarmır.
Azərbaycanın siyasi öncülləri bu düşüncəni boş yerə
qızğınlıqla savunmurlar. Qafqaz keçidinin siyasi, iqtisadi
koşulları bütünlüklə bu siyasi yolun gərəkliyini deyir.
Qafqaz keçmişdə qonşu ellərin çatışma yeri olmuşdur.
Birgəyaşayışın son dönəmində bu bölgənin çəkdikləri də bir
sıra Qafqaz ellərinin separat davranıĢlarının təkcə onlara
yox, bütün uluslara ağrı-acı gətirdiyini aydın göstərdi.
Tarix ortaqlığı, ağrı-acıların birliyi, daha doğrusu olmuş-
olacaq birliyi Qafqazın bütün uluslarında ortaq, az-çox yaxın
psixologiya yaratmışdır. Terrorun, qırmızı imperializmin bütün
ulusları qanlı, ağır daş altında sıxdığı illər bu ulusları daha
yaxınlaşdırıb onlarda ulusal-siyasi çıxarların birliyi
düĢüncəsini yaratdı.
Qafqazdan gələn bilgilər Qafqaz uluslarının siyasi düşünən
qatlarının elliklə bu ovqatda olduğunu deyir. Bu ovqat bu gün
61
Qafqazın siyasi sığınmaçıları arasında olan siyasi tutuma, başqa
sözlə Qafqaz birliyinə bütünlüklə uyğun gəlir.
Bağımsız Qafqaz təkcə onun uluslarının xoşbəxtlik girovu
yox, eləcə də uluslararası önəmli gerçəkdir. Quzeyin sürəkli
qorxusu altında olan doğulu qonĢularımız ancaq özgür
konfederativ Qafqaz bufer dövlətnin olması ilə gələcək-
lərindən arxayın ola bilərlər! Qafqaz dövləti yaratmaq yo-
lunda gerçək işlərimizin doğulu qonşularımızda bizə, bizim
işlərimizə sayğı yaradacağına quşqu yoxdur.
Bağımsız Qafqaz siyasi, eləcə də iqtisadi gücü ilə ulusla-
rarası dünya siyasəti üçün də önəmli dəyər qazanardı.
62
VII
ÇIXARIġLAR, ÖZƏTLƏR
Deyilənlərdən aşağıdakılar çıxır:
Türk ellərini devrimçiləşdirib onları ulusal özünüanlama-
ğa, özgürlüyünü doğrulamağa diricəsinə yönəltmiş pan-
turanizm ideologiyası obyektiv olaraq qabaqcıl ideya olub,
bütün kəskinliyilə Rusiya imperializminə, bəlli «bütöv,
bölünməz Rusiya» ideyasına qarĢı yönəlmiĢdir.
Panturanizm yaranışının başlanğıcında irqi qurama yolu ilə
gedirdi. Ancaq obyektiv tarix nədənlərindən gücü ilə onun ən
tanınmış başçıları da elin ulusa keçməsinin təkcə irq birliyilə
ola bilməyəcəyi, bir irqi materialdan ayrı-ayrı ulusların yarana
biləcəyi düşüncəsinə çatdılar.
Biz, olayların gedişi, ağıllardakı gəlişmə ilə bu gün gerçək-
lərə dayanaraq deyirik: Daha, romantik, siyasi panturanizm
yoxdur, ancaq ulus istəklərini güdən gerçək türkçülük
vardır!
Ən gərəkli çıxarışlardan, çox önəmli gerçəklərdən biri
kimi aşağıdakını demək olar: Türk ellərinin özünüanlaması
irq ideologiyasından ulus ideologiyasına keçir, bu da
saldırıcılığı ideoloji qurama baxımından da aradan
qaldırır.
Düşüncənin bu gəlişməsi türk ölkələrinin çağdaş siyasi-
iqtisadi durumuna bütünlüklə uyğundur. Yeni Türkiyə
Respublikasının böyük başçısının göstərdiyi dış siyasət də
ölkənin sosial-iqtisadi durumuna bütünlüklə uyğundur. O,
63
ürətdiklərini satmaq üçün əlaltı ölkələri olmalı gəlişmiş sənaye
ölkəsi, ya da yaşayanları çox olduğundan topraq tutmaq istəyən
ölkə deyildir, tərsinə, o, Anadolunun boş çöllərini əkmək üçün
köçənləri çağırma siyasəti yürüdür. Buna görə Mustafa Kamal
paşa «Ac, yoxsul Anadolunun başqalarına verəcəyi bir quruşu
belə yoxudur!», – deyərkən min yol düzgün deyir.
İşlər belədirsə, Türkiyənin saldırıcı siyasətindən danışmaq
olmaz!
Deməli, «Yeni Moğol saldırısı» fantastik düĢüncə nağ-
ılıdır. Gerçəkdə belə qorxu yoxdur. Bunu Kerenskinin başçılıq
etdiyi, necə deyərlər, rus demokratiyası da çox yaxşı bilir.
Ancaq o, bizə bəlli olan nədənlərlə, bilə-bilə boyaları qatılaşdı-
rıb, azğın boşboğazlıq yayır.
Moğol saldırısının olmayacağı onlara yaxşı bəllidir. Onlar
çağımızda imperiyaların yaranmadığını, tərsinə, dağıldığını da
bilirlər. Onları Kamalın belə deyək, guya Qazanı qurtarmağa
gedən polkları yox, çox bacarıqlı siyasətçilərlə sübayların
bütün bicliklərinə baxmayaraq, əlindəki, ulusal özünü anlamış,
özgürlüyə can atan ulusların basqısı ilə dağılan Avstriya-
Macarıstan İmperiyasının örnəyi qorxuzur. Bu yürüşün də
panslavizm ideyasından ilhamlandığı bəllidir!...
Bu gün bağımsız olan o slavyan elləri kimi Azərbaycan
ulusu da bir çağ panturanizmin devrimçi ideyalarından ilham-
lanaraq ulusal varlığını qorumaq ideyasına çatıb bağımsız
Qafqaz Konfederasiyası siyasi birliyindən qıraqda qurtu-
luĢunun olmadığını anladı.
Bu ideya Gürcüstanla Azərbaycanın yuxarıda deyilən
ordu-savunma anlaşması ilə bir az gerçəkləşdi. Çıxışımın sürəsi
onu bütünlüklə uyğulaya bilməməyimizin çoxlu nədənlərindən
danışmağa qoymur. Təkcə bunu deyirik: bu ideyanı
64
gerçəkləşdirməyə qoymayan nədənlərdən biri indi də
Xondkaryan ağa ilə K-
0
-nun dililə Qafqaz ellərinin birləş-
məsini pozmağa çalışılan qarayaxma, boşboğazlıq idi.
***
Biz, gerçəklərə dayanaraq indiki durumunda türkçülüyün
Qafqaza heç bir qorxu törətmədiyini, tərsinə, rus imperaliz-
minə qarşı yönələn ideya kimi onunla bir olduğunu gördük.
Ancaq bizim üçün «panturanizm sorunu»nun qorxulu
çözüm yolu vardır. Mən, Mandelştam ağanın planını deyirəm.
Onun «Turan topraqlarının Rusiyadan biryönlü ayrılma-
sı»nı heç cür alqılamayan düşüncəsinə görə bütün türk elləri
özərklik alıb «Böyük Rusiya Federasiyası»nın iç quruluşu
kimi Rusiya sınırlarında qalırlar. Bura istəsə Türkiyə,
gələcəkdə İran belə qatıla bilər.
Böyük rus dövlətçiliyinin aşırı qanadının türk ellərinin
özərkliyindən danışması özlüyündə çox yaxşı gerçəkdir. Bura-
da bizim tutduğumuz ideyanın gücü görünür. Bu, çağın in-
sanları ağıllarını işlətməyə zorlayan ruhudur.
Mandelştamın önərdiyi sorunu çözüm yolu rus siyasi
düşüncəsində çox yayılmış uydurmalardandır. Ancaq sorun
böyük
dövlətçilərin
yumaqla
aparamadıqlarını
sürüĢdürməklə silmək kimi yeni fantaziyası ilə çözüləməz!
Biz, Rusiya ağalığındakı uluslar rus siyasi düşüncəsinin
belə aldadıcı ürünlərindən çox çəkmişik. Heç bir yalançı,
liberal söz Rusiya imperialistlərinin ata-babalarının zorla
tutduqları topraqlardan çəkilmələri bir yana, tərsinə, bu ya
başqa yolla daha yenilərini ələ keçirmək istədiklərini görən
gözlərimizi bağlayamaz!...
Hə, ağalar, Kamalın gerçəkdə olmayan «pantürkizmin-
65
dən», «Müsavat» partiyasından qorxmaq yox, tərsinə, Man-
delştam, Kerenski kimi ağaların «panrusizm»indən qorunmaq
gərəkdir!...
Rus imperializmilə çarpışan Qafqaz, Ukrayna, Türküstan
ellərini, başqa əzilmiş ulusları heç nəyə dayanmayan çəkin-
dirmə çabaları bizi qorxuzmur, aramıza çəkindirmə, ayrılıq
salmaq istəyən yağıların azğın boşboğazlığına baxmayaraq,
uluslarımızın bir yol bəlirlənmiş özgürlük amacına doğru
dostyana, düzgün addımlarla gedək!
Rusiya asılılığında olan bütün uluslar, özəlliklə də biz,
Qafqaz ulusları bir yağıya – bu gerçək qorxuya qarĢı bir
bayraq altında birləĢməlidirlər!...
Paris, aprel 1930-cu il.
66
YADĠGAR TÜRKEL
1951-ci il aprelin 28-də Biləsuvar ra-
yonunun Bəydili kəndində doğulub.
1969-76-cı illərdə Nəriman Nərima-
nov adına ADTİ-də oxuyub.
1993-cü ildə «Ekoloji mədəniyətin
formalaşmasının sosial-fəlsəfi və tibbi
aspektləri»ndən namizədlik, 2005-ci ildə
«İnsan, təbiət, cəmiyət münasibətləri (Biososial və fəlsəfi as-
pektlər)» konusuda doktorluq dissertasiyası müdafiə edib.
1999-cu ildən AMEA Milli Münasibətlər İnstitutunda,
2003-cü ildən Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
politologiya şöbəsində işləyir, aparıcı elmi işçidir.
«İnsan, təbiət, cəmiyət», «Biləsuvar», «Dünyanın mahiyəti
və dərki haqqında», «İnsan, təbiət, cəmiyət münasibətləri
(Biososial və fəlsəfi aspektlər», «Yazışma və kargüzarlıq»
(1997, 1999, 2007), «Demokratik cəmiyətin milli-mənəvi prob-
lemləri», «Politologiya (açıqlamalarla sözlük)», «Politlogiya
(açıqlamalarla sözlük, ya da milli kimlik dərsləri)», «Nizami
Gəncəvinin siyasi və dini-ideoloji baxışları», eləcə də başqa ki-
tablar yazmışdır. Respublika basınında toplumun sosial-siyasi
sorunlarından yüzdən çox elmi-publisistik yazı çap etdirmişdir.
Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Niza-
mi» (2008), «Milli birlik» (2009), «Azərbaycan şairi Nizami»
(Bitkin çapı, 2011), «Qafqaz türkləri» (2012), kitablarının
işləyib çap etmişdir.
67
ĠÇĠNDƏKĠLƏR
Məhəmməd Əmin Rəsulzadə ................................................... 3
2012-ci il çapına ön söz ........................................................... 6
«Qafqaz» Yayım Evindən [2007] .......................................... 10
Yayım Evindən ...................................................................... 11
Ön söz .................................................................................... 12
Rusiyanın qulluğunda ............................................................ 15
Nə peyindir, nə də material .................................................... 23
Panturanizm. Qafqaz sorunu .................................................. 29
68
Komputer bəzəkçisi: Fariz Məhərrəmov
~~~~~~~~~~~~~~~~~~~~~~~
Çapa imzalanmışdır: 30.10.2012.
Formatı: 60x84 1/16 Həcmi: 4 ç.v.
Sifariş 51. Tiraj 300.
«Təknur» MMC-nin mətbəəsində
hazır elektron variantdan çap olunmuşdur.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəənin direktoru: Ələkbər Məmmədov
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəə kitabın məzmununa görə
heç bir cavabdehlik daşımır!
~~~~~~~~~~~~~~~~~~~~~
Ünvan: Bakı ş., H.Cavid pr., 31
Telefon: 408-86-23
Dostları ilə paylaş: |