Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   8   9   10   11   12   13   14   15   16

56 

ğıları  sırasına  qatmağa  qalxıb,  Azərbaycanın  qardaş  ulusunun 

uğradığı  ağrı-acıdan  xoşlandığını  da  gizlətmirsə,  burada  daha 

nə  söz  ola  bilər.  Bu  adam  beləcə  deyir:  «Azərbaycanda 



liberal,  konservativ  partiyalar  yaransa  da,  Türkiyəyə  bir-

ləĢmək partiyası yaranmamıĢdır»

Əliheydərin  sözlərinin  çağdaş  Türkiyədə  də  dəyərinin 

olmaması  görkəmli  türk  curnalisti  Məhyəddin  bəyin  atdığı  at-

macadan  da  görünür.  Smirnə  ayaqlanmasına  baxan  olanüstü 

məhkəmənin  başçısı  isə  bir  sıra  suçlananlara  onlara  sevgilə 

qucaq açan Azərbaycana keçərək, qonşu, bağımsız bir dövlətin 

iç işlərinə sorumsuzluqla qarışdıqlarını demişdir.  

 

*** 

Romantiklər  panturanizmdən  danışarkən  çox  ara  onu 

klassik  irq  quraması  –  panalmanizmlə  tutuşdururlar.  Bu  tutuş-

durmadan  necə  olursa-olsun  «Turan  axını»  ilə  qorxuzmaq 

istəyən  boşboğazlar  da  yapışırlar.  Ancaq  burada  panal-

manizmlə  yox, panslavizmlə yanaşdırmaq düzgün olardı. Bəlli 

olduğu  kimi,  uzun  illər  çar  Rusiyasının  dış  siyasətinin  özül 

cizgisi  olan  panslavizm  Rusiyada  yox,  Avstriya-Macarıstan 

monraxiyasının  ağalığındakı  slavyan  ellərində  yaranmışdır. 

Çexiya  bu  ideologiyanın  beşiyidir.  Panslavizmin  Palatski, 

Şafarik  kimi,  eləcə  də  başqa  böyük  romantikləri  bax,  burada 

ortaya  çıxmışlar.  Bu,  ilk  çex  panslavistlər  dəstəsinin  öncülləri 

böyük  qardaş  slavyan  Rusiyasının  ağrı-acı  çəkən,  bir  parçası 

alman,  başqası  türk  imperializminin  ayaqları  altında  əzilən 

qardaşlarına yardıma gələcəyini, qurtulmuş slavyanların ikibaşlı 

rus 


qartalının  başçılığında  böyük  slavyan  imperiyası 

quracaqlarını düşünürdülər. 




57 

Bu  ideologiya  slavyan  ellərini  Avstriya-Macarıstan,  eləcə 

də Osmanlı imperiyaları ilə çatışmağa umudlandırırdı. Onlar bu 

umudla içdən güc alırdılar. Bundan başqa rus slavyanofillərinin 

etkisi,  eləcə  də  çarların  dövlət  siyasəti  slavyan  ellərinin  bu 

umudunu artırırdı. 

Panslavistlər  özləri  də  panalmanist  əzənlər  adını  qoyduq-

larının  öyrənənləri  idilər.  Onlar  ideologiyalarının  özəyini 

bütünlüklə  onlardan  alsalar  da,  gerçək  sonucları  başqa  oldu. 

Panalmanizm Prussiyanın başçılığında bir alman imperiyasının 

yaranmasına gətirdi, slavyanların gələcəyi başqa oldu. 

Ancaq  çex  romantiklərilə  birgə  yetənəkli  çex  gerçəkçiləri 

də  yetişirdi.  Onlardan  Qavliçik  kimiləri  «slavyan  gerçəkliyi-

nin ancaq ayrı-ayrı slavyan ellərinin gerçəklərinə dayandı-

ğını»  düşünürdülər.  O,  çexləri  çalışmağa  çağıraraq  deyirdi: 

«Oturub, əllərimizi yanımıza salıb, Rusiyanın gəlib bizi qurta-

racağını gözləmək asan işdir, ancaq ünsüzdür». 

Qavliçik  slavyan  ideologiyasına  çox  yenilik  gətirdi.  O, 



«böyük  slavyan  dövləti»  çağırışını,  «slavyan  federasiyası» 

ilə dəyişdi. Bu federasiya çağırışı sonralar çex demokratik ulu-

salçıların ideologiyasına çevrilib, slavyanofilliyə elə də sayğısı 

olmayan  prezident  Masarikin  başçılığında  bağımsız  Çexos-

lovakiya Respublikasının yaranmasına gətirdi. 

Panslavizmin  Rusiyanın  Polşanı  üç  yol  bölməsinin  qarşı-

sını  almadığını,  özgürlüyündən  dolayı  Rusiyaya  borclu  olan 

Bolqarıstanın onunla savaşdığını deməyə dəyərmi? 

Nə  üçün,  Almaniya  birləşib  dünya  savaşının  basqısına 

dözə bildi, slavyan elləri isə parçalandılar?... Bu ayrılıq nədən-

dir? 

Bizə  görə,  Almaniyada  kültür  birliyi,  iqtisadi  gəlir-




58 

çıxarlar,  coğrafi  bütövlüklə  Prussiya  özəyinin  birləşdiriciliyi 

göz  qabağında  idi.  Slavyanlarda  bu  koşullar  yox  idi.  Tək  soy 

birliyi isə bir dövlətin yaradılması üçün yetərli deyildi. 

Panslavizm  idealı  gerçəkləşməsə  də,  slavyan  ellərində 

özgür  ulusal  yaşam  duyğusunun  oyanmasında  böyük  gerçək 

olub, özgür slavyan dövlətlərinin yaranmasını etkilədi. 

Panturanizmlə də belə oldu. O da panalmanizmi yamsıla-



maqla  baĢladı,  ancaq  gəliĢdikcə  panslavizm  yolu  ilə  getdi, 

indi isə panslavizmin yetdiyi uğurlara çatır.  

 

 

 

 

 

 

 

 

 

 

 


59 

 

VI 

 

QAFQAZ KONFEDERASĠYASI ĠDEYASI 

 

Biz  irəlidə  Azərbaycanda  panturanizmin  ideoloji  çıxarları 

ölkənin  gerçəklərilə  uzlaşdıran  gerçəkçi  axınının  gəlişdiyini 

demişdik.  Azərbaycan  türkçülüyü  federalist  yolla  irəliləyib 

azərbaycanlıları  Çexiya  örnəyində  olduğu  kimi,  Azərbaycanın 

bağımsızlığı  ideyasından  başqa,  Qafqaz  Konfederasiyası 

yaratmağın gərəkliyi düşüncəsinə də gətirdi. Azərbaycan Türk 

Federalist  «Müsavat»  partiyası  1919-cu  ildə  toplanan  ikinci 

qurultayında aşağıdakıları bəlirlədi: 

«Müsavat»  partiyasının  ikinci  qurultayı  siyasi  bölmənin 

Qafqaz  Konfederasiyası  ideyası  ilə  bağlı  çıxışını  çəkişib,  ulu-

sal, iqtisadi, siyasi gerçək çıxarlardan çıxış edərək, ancaq Qaf-

qaz respublikalarının sıx birliyilə uluslararası birlikdə asanlıqla 

tanınıb  siyasi,  eləcə  də  topraq  bütünlüklərinin  güvənc  altına 

alına  biləcəyini  anlayaraq:  Qafqaz  respublikalarının  özgür 

Qafqaz  Konfederasiyasında  birləĢməsini  gərəkli  sayıb, 

Qafqazın  bütün  demokratiyasını,  eləcə  də  qonĢu  respub-

likaların ağalıqlarını bu ideyanın gerçəkləĢməsi üçün çalıĢ-

mağa çağırır.

1

 

O  ildə  də  Azərbaycan  ağalığı  Bakıda  keçirilən  erməni-

Azərbaycan  görüşündə  Qafqaz  respublikalarının  konfedera-

siyada  birləşməsi  önərgəsini  irəli  sürdü.  Azərbaycanın  sun-

duğu,  ermənilərin  geri  qaytardığı  önərgə  1920-ci  ildə 

Gürcüstanla Azərbaycan arasında savaş-qorunma anlaşmasının 

                                                           

1

«Azərbaycan» qəzeti, Bakı, 14 dekabr 1919, № 271. 




60 

bağlanması ilə sonuclandı. Ermənistan da istəyəndə bu  birliyə 

girə  bilərdi.  O  günlərdə  Azərbaycan  basınında  Qafqazın 

gömrük, eləcə də dəmir yol sorunu çəkişilirdi. 

Təkcə  ağalıqdakı  «Müsavat»  partiyasının  öncülləri  yox, 

Azərbaycan siyasi düşüncəsinin bütün axınları, görkəmli siyasi 

öncüllər  Azərbaycan  Respublikası  yaradılandan  Qafqaz 

ellərinin bir konfederativ dövlətdə birləĢməsinin gərəkliyini 

deyirdilər. 

Bundan ölkənin sorumlu öncüllərinin çıxışlarında danışılır, 

çağırış  parlament  kürsüsündən  səslənir,  yuxarıda  deyildiyi 

kimi, partiya qurultaylarında bəlirlənirdi. 

Bizim  sığınmaçı  basında  Qafqaz  Konfederasiyasından bü-

tün  illərdə  danışılmış,  indi  də  danışılır.  Azərbaycan  özgür-

lükçülərinin  İstanbulda  yayımlanan  «Odlu  yurd»  curnalı  bu 

sorundan yaxşı anlamda danışmağı yaddan çıxarmır. 

Azərbaycanın  siyasi  öncülləri  bu  düşüncəni  boş  yerə 

qızğınlıqla  savunmurlar.  Qafqaz  keçidinin  siyasi,  iqtisadi 

koşulları bütünlüklə bu siyasi yolun gərəkliyini deyir.  

Qafqaz  keçmişdə  qonşu  ellərin  çatışma  yeri  olmuşdur. 

Birgəyaşayışın  son  dönəmində  bu  bölgənin  çəkdikləri  də  bir 

sıra  Qafqaz  ellərinin  separat  davranıĢlarının  təkcə  onlara 

yox, bütün uluslara ağrı-acı gətirdiyini aydın göstərdi.  

Tarix  ortaqlığı,  ağrı-acıların  birliyi,  daha  doğrusu  olmuş-

olacaq  birliyi  Qafqazın  bütün  uluslarında  ortaq,  az-çox  yaxın 

psixologiya yaratmışdır. Terrorun, qırmızı imperializmin bütün 

ulusları  qanlı,  ağır  daş  altında  sıxdığı  illər  bu  ulusları  daha 

yaxınlaşdırıb  onlarda  ulusal-siyasi  çıxarların  birliyi 



düĢüncəsini yaratdı.  

Qafqazdan gələn bilgilər Qafqaz uluslarının siyasi düşünən 

qatlarının elliklə bu ovqatda olduğunu deyir. Bu ovqat bu gün 



61 

Qafqazın siyasi sığınmaçıları arasında olan siyasi tutuma, başqa 

sözlə Qafqaz birliyinə bütünlüklə uyğun gəlir. 

Bağımsız Qafqaz təkcə onun uluslarının xoşbəxtlik girovu 

yox,  eləcə  də  uluslararası  önəmli  gerçəkdir.  Quzeyin  sürəkli 

qorxusu  altında  olan  doğulu  qonĢularımız  ancaq  özgür 



konfederativ  Qafqaz  bufer  dövlətnin  olması  ilə  gələcək-

lərindən  arxayın  ola  bilərlər!  Qafqaz  dövləti  yaratmaq  yo-

lunda  gerçək  işlərimizin  doğulu  qonşularımızda  bizə,  bizim 

işlərimizə sayğı yaradacağına quşqu yoxdur. 

Bağımsız  Qafqaz siyasi, eləcə də iqtisadi gücü ilə ulusla-

rarası dünya siyasəti üçün də önəmli dəyər qazanardı. 

 

 



 

 

 



 

 

 



 

 

 




62 

 

VII 

 

ÇIXARIġLAR, ÖZƏTLƏR  

 

Deyilənlərdən aşağıdakılar çıxır: 



Türk  ellərini  devrimçiləşdirib  onları  ulusal  özünüanlama-

ğa,  özgürlüyünü  doğrulamağa  diricəsinə  yönəltmiş  pan-

turanizm  ideologiyası  obyektiv  olaraq  qabaqcıl  ideya  olub, 

bütün  kəskinliyilə  Rusiya  imperializminə,  bəlli  «bütöv, 

bölünməz Rusiya» ideyasına qarĢı yönəlmiĢdir. 

Panturanizm yaranışının başlanğıcında irqi qurama yolu ilə 

gedirdi.  Ancaq  obyektiv  tarix  nədənlərindən  gücü  ilə  onun  ən 

tanınmış  başçıları  da  elin  ulusa  keçməsinin  təkcə  irq  birliyilə 

ola bilməyəcəyi, bir irqi materialdan  ayrı-ayrı ulusların  yarana 

biləcəyi düşüncəsinə çatdılar.  

Biz, olayların gedişi, ağıllardakı gəlişmə ilə bu gün gerçək-

lərə  dayanaraq  deyirik:  Daha,  romantik,  siyasi  panturanizm 



yoxdur,  ancaq  ulus  istəklərini  güdən  gerçək  türkçülük 

vardır! 

Ən  gərəkli  çıxarışlardan,  çox  önəmli  gerçəklərdən  biri 

kimi  aşağıdakını  demək  olar:  Türk  ellərinin  özünüanlaması 

irq  ideologiyasından  ulus  ideologiyasına  keçir,  bu  da 

saldırıcılığı  ideoloji  qurama  baxımından  da  aradan 

qaldırır. 

Düşüncənin  bu  gəlişməsi  türk  ölkələrinin  çağdaş  siyasi-

iqtisadi  durumuna  bütünlüklə  uyğundur.  Yeni  Türkiyə 

Respublikasının  böyük  başçısının  göstərdiyi  dış  siyasət  də 

ölkənin  sosial-iqtisadi  durumuna  bütünlüklə  uyğundur.  O, 



63 

ürətdiklərini satmaq üçün əlaltı ölkələri olmalı gəlişmiş sənaye 

ölkəsi, ya da yaşayanları çox olduğundan topraq tutmaq istəyən 

ölkə deyildir, tərsinə, o, Anadolunun boş çöllərini əkmək üçün 

köçənləri çağırma siyasəti yürüdür. Buna görə Mustafa Kamal 

paşa  «Ac,  yoxsul Anadolunun başqalarına verəcəyi bir quruşu 

belə yoxudur!», – deyərkən min yol düzgün deyir. 

İşlər belədirsə, Türkiyənin saldırıcı siyasətindən danışmaq 

olmaz! 

Deməli,  «Yeni  Moğol  saldırısı»  fantastik  düĢüncə  nağ-

ılıdır. Gerçəkdə belə qorxu yoxdur. Bunu Kerenskinin başçılıq 

etdiyi,  necə  deyərlər,  rus  demokratiyası  da  çox  yaxşı  bilir. 

Ancaq o, bizə bəlli olan nədənlərlə, bilə-bilə boyaları qatılaşdı-

rıb, azğın boşboğazlıq yayır. 

Moğol saldırısının olmayacağı onlara yaxşı bəllidir. Onlar 

çağımızda imperiyaların  yaranmadığını, tərsinə, dağıldığını da 

bilirlər.  Onları  Kamalın  belə  deyək,  guya  Qazanı  qurtarmağa 

gedən  polkları  yox,  çox  bacarıqlı  siyasətçilərlə  sübayların 

bütün bicliklərinə baxmayaraq, əlindəki, ulusal özünü anlamış, 

özgürlüyə  can  atan  ulusların  basqısı  ilə  dağılan  Avstriya-

Macarıstan  İmperiyasının  örnəyi  qorxuzur.  Bu  yürüşün  də 

panslavizm ideyasından ilhamlandığı bəllidir!... 

Bu  gün  bağımsız  olan  o  slavyan  elləri  kimi  Azərbaycan 

ulusu  da  bir  çağ  panturanizmin  devrimçi  ideyalarından  ilham-

lanaraq  ulusal  varlığını  qorumaq  ideyasına  çatıb  bağımsız 

Qafqaz  Konfederasiyası  siyasi  birliyindən  qıraqda  qurtu-

luĢunun olmadığını anladı.  

Bu  ideya  Gürcüstanla  Azərbaycanın  yuxarıda  deyilən 

ordu-savunma anlaşması ilə bir az gerçəkləşdi. Çıxışımın sürəsi 

onu bütünlüklə uyğulaya bilməməyimizin çoxlu nədənlərindən 

danışmağa  qoymur.  Təkcə  bunu  deyirik:  bu  ideyanı 



64 

gerçəkləşdirməyə  qoymayan  nədənlərdən  biri  indi  də 

Xondkaryan  ağa  ilə  K-

0

-nun  dililə  Qafqaz  ellərinin  birləş-

məsini pozmağa çalışılan qarayaxma, boşboğazlıq idi. 

 

*** 

Biz, gerçəklərə dayanaraq indiki durumunda türkçülüyün 



Qafqaza heç  bir  qorxu törətmədiyini,  tərsinə, rus imperaliz-

minə qarşı yönələn ideya kimi onunla bir olduğunu gördük.  

Ancaq  bizim  üçün  «panturanizm  sorunu»nun  qorxulu 

çözüm yolu vardır. Mən, Mandelştam ağanın planını deyirəm. 

Onun  «Turan  topraqlarının  Rusiyadan  biryönlü  ayrılma-

sı»nı  heç  cür  alqılamayan  düşüncəsinə  görə  bütün  türk  elləri 

özərklik  alıb  «Böyük  Rusiya  Federasiyası»nın  iç  quruluşu 

kimi  Rusiya  sınırlarında  qalırlar.  Bura  istəsə  Türkiyə, 

gələcəkdə İran belə qatıla bilər. 

Böyük  rus  dövlətçiliyinin  aşırı  qanadının  türk  ellərinin 

özərkliyindən danışması özlüyündə çox yaxşı gerçəkdir. Bura-

da  bizim  tutduğumuz  ideyanın  gücü  görünür.  Bu,  çağın  in-

sanları ağıllarını işlətməyə zorlayan ruhudur. 

Mandelştamın  önərdiyi  sorunu  çözüm  yolu  rus  siyasi 

düşüncəsində  çox  yayılmış  uydurmalardandır.  Ancaq  sorun 

böyük 


dövlətçilərin 

yumaqla 

aparamadıqlarını 

sürüĢdürməklə silmək kimi yeni fantaziyası ilə çözüləməz! 

Biz,  Rusiya  ağalığındakı  uluslar  rus  siyasi  düşüncəsinin 

belə  aldadıcı  ürünlərindən  çox  çəkmişik.  Heç  bir  yalançı, 

liberal  söz  Rusiya  imperialistlərinin  ata-babalarının  zorla 

tutduqları  topraqlardan  çəkilmələri  bir  yana,  tərsinə,  bu  ya 

başqa  yolla  daha  yenilərini  ələ  keçirmək  istədiklərini  görən 

gözlərimizi bağlayamaz!... 

Hə,  ağalar,  Kamalın  gerçəkdə  olmayan  «pantürkizmin-




65 

dən»,  «Müsavat»  partiyasından  qorxmaq  yox,  tərsinə,  Man-

delştam,  Kerenski  kimi  ağaların  «panrusizm»indən  qorunmaq 

gərəkdir!...  

Rus  imperializmilə  çarpışan  Qafqaz,  Ukrayna,  Türküstan 

ellərini,  başqa  əzilmiş  ulusları  heç  nəyə  dayanmayan  çəkin-

dirmə  çabaları  bizi  qorxuzmur,  aramıza  çəkindirmə,  ayrılıq 

salmaq  istəyən  yağıların  azğın  boşboğazlığına  baxmayaraq, 

uluslarımızın  bir  yol  bəlirlənmiş  özgürlük  amacına  doğru 

dostyana, düzgün addımlarla gedək! 



Rusiya  asılılığında  olan  bütün  uluslar,  özəlliklə  də  biz, 

Qafqaz  ulusları  bir  yağıya  –  bu  gerçək  qorxuya  qarĢı  bir 

bayraq altında birləĢməlidirlər!... 

 

Paris, aprel 1930-cu il. 



 

 

 



 


66 

 

YADĠGAR TÜRKEL 

1951-ci il aprelin 28-də Biləsuvar ra-

yonunun Bəydili kəndində doğulub.  

1969-76-cı  illərdə  Nəriman  Nərima-

nov adına ADTİ-də oxuyub.  

1993-cü  ildə  «Ekoloji  mədəniyətin 

formalaşmasının  sosial-fəlsəfi  və  tibbi 

aspektləri»ndən  namizədlik,  2005-ci  ildə 

«İnsan,  təbiət,  cəmiyət  münasibətləri  (Biososial  və  fəlsəfi  as-

pektlər)» konusuda doktorluq dissertasiyası müdafiə edib. 

1999-cu  ildən  AMEA  Milli  Münasibətlər  İnstitutunda, 

2003-cü  ildən  Fəlsəfə,  Sosiologiya  və  Hüquq  İnstitutunun 

politologiya şöbəsində işləyir, aparıcı elmi işçidir. 

«İnsan, təbiət, cəmiyət», «Biləsuvar», «Dünyanın mahiyəti 

və  dərki  haqqında»,  «İnsan,  təbiət,  cəmiyət  münasibətləri 

(Biososial  və  fəlsəfi  aspektlər»,  «Yazışma  və  kargüzarlıq» 

(1997, 1999, 2007), «Demokratik cəmiyətin milli-mənəvi prob-

lemləri»,  «Politologiya  (açıqlamalarla  sözlük)»,  «Politlogiya 

(açıqlamalarla  sözlük,  ya  da  milli  kimlik  dərsləri)»,  «Nizami 

Gəncəvinin siyasi və dini-ideoloji baxışları», eləcə də başqa ki-

tablar  yazmışdır.  Respublika  basınında  toplumun  sosial-siyasi 

sorunlarından yüzdən çox elmi-publisistik yazı çap etdirmişdir. 

Məhəmməd  Əmin  Rəsulzadənin  «Azərbaycan  şairi  Niza-

mi» (2008), «Milli birlik» (2009),  «Azərbaycan şairi Nizami» 

(Bitkin  çapı,  2011),  «Qafqaz  türkləri»  (2012),  kitablarının 

işləyib çap etmişdir. 



 


67 

 

 

ĠÇĠNDƏKĠLƏR 

 

 

Məhəmməd Əmin Rəsulzadə  ................................................... 3 

2012-ci il çapına ön söz  ........................................................... 6 

«Qafqaz» Yayım Evindən [2007]  .......................................... 10 

Yayım Evindən  ...................................................................... 11 

Ön söz  .................................................................................... 12 

Rusiyanın qulluğunda  ............................................................ 15 

Nə peyindir, nə də material  .................................................... 23 

Panturanizm. Qafqaz sorunu  .................................................. 29 

 

 



 

 

 




68 

 

 



Komputer bəzəkçisi: Fariz Məhərrəmov 

 

 



 

 

 



 

 

 



 

 

 



~~~~~~~~~~~~~~~~~~~~~~~ 

Çapa imzalanmışdır: 30.10.2012. 

Formatı: 60x84 1/16  Həcmi: 4 ç.v. 

Sifariş 51. Tiraj 300. 

«Təknur» MMC-nin mətbəəsində  

hazır elektron variantdan çap olunmuşdur. 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 

Mətbəənin direktoru: Ələkbər Məmmədov 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 

Mətbəə kitabın məzmununa görə  

heç bir cavabdehlik daşımır! 



~~~~~~~~~~~~~~~~~~~~~ 

Ünvan: Bakı ş., H.Cavid pr., 31 

Telefon: 408-86-23 

Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə