Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

35 

 

III 

 

PANTURANĠZM ÇAĞIMIZDA 

 

Zarevand ağanın əsərinin gerçəyə bütünlüklə tərs olan baş-



lığının  adı  belədir.  Aydınlatmaq  üçün  «çağımızın  panturi-

nizm»ini  Zarevanda  görə,  bir  də  bəlgələrlə,  gerçəklərlə  gös-

tərməyə çalışacağam. 

Zarevanda  görə  çağımızın  «panturanizm»i  kamalizmdir. 



Kamalizm «yüzdə-yüz büllurlaĢmıĢ türkçülükdür». 

Yazarın  dediyinə  görə  Mustafa  Kamal  «bir  ara  pantürk-

çülükdən  yetkili  olaraq  əl  çəkmiş  olsa  da,  panturançılıq 

proqramının böyük bölümünü işdə uyğulamışdır». 

Zarevand  ağanı  görkəmli  Mandelştam  da  doğrulayır. 

Baxın, o nə yazır:  «Görünür panturançılıq ideyaları ilə qovuş-

muş o tək amac (Mustafa Kamalın amacı) türkləri altdan-altdan 

Rusiyanın yerində böyük Turan dövləti yaratmağa yönəldir».  

Zarevandın panturanizmdən olan nağılı da elə bu sözlərlə 

başlayır: «Ġndiki çağın panturanizmi Türkiyədə ağalıq edən 



siyasi doktrindir». 

Kitabın  sonrakı  yerlərində  ayrı-ayrı  biçimlərdə  aşağıdakı 

düşüncə  yeridilir:  «Mustafa  Kamal  göydən  ulduz  tutmur.  O 

ancaq  Türkiyə  pantürkçülərinin  son  onillikdə  biçimlədiyi 

toplumsal  düşüncəyə  ürəkdən  bağlılığına  dayanaraq  yaratdıq-

ları  türkçülük  proqramını  uyğuladı.  Bununla  da  o,  adını 

panturanizmlə kəsinliklə bağladı». 

«Bütün türk-tatar uluslarının birləşməsi ideyasının indi də 

türklərin  ulusal  idealı  olduğuna  heç  bir  quşqu  yoxdur.  Kamal 

paşanın  ağalığı  bu  ideyanı  ölkəsində  açıq,  özgürcə  yaymağa 




36 

qoyduğu  kimi,  bütünlüklə  dəstəkləyib  sayğınlığının  gücü  ilə 

yaşayanlara uyğulayır». 

Bir sözlə: «Kamalçıların bayrağı pantürkizm, pantura-



nizm idi!».  

Zarevand  ağanın  bizə  çəkdiyi  görüntü  budur.  İndi  də  ger-

çəklərin, bəlgələrin nə dediyinə baxaq. 

Biz  Zarevanddan  «kamalçılığın  yüzdə-yüz  türkçülük 

olduğunu öyrəndik». 

Bəs türkçülük nədir? 

Türkçülüyün  tanınmış  quramaçısı  Ziya  bəy  ölümqabağı 

yazdığı,  1923-cü  ildə  Ankarada  çap  olunmuş  «Türkçülüyün 

əsasları» kitabında bu sualla bağlı aşağıdakıları deyir: 

«Türkçülük  siyasi  axın  deyildir,  elmi-fəlsəfi-estetik  okul-

dur. Başqa sözlə, bu, kültürdə birləşmə  yoludur.  Buna  görə də 

türkçülük  bugünədək  siyasi  partiya  biçiminə  girmə-mişdir. 

Onun bundan sonra da bu yola keçməyəcəyi sözsüzdür. 

Buna  baxmayaraq  türkçülük  siyasi  amaclara  da  yad 

deyildir,  onlardan  bütünlüklə  qaçamaz,  kültür  ideallarıtək  si-

yasi ilkələri də vardır. 

Türkçülük  heç  çağ,  heç  bir  biçimdə  klerikalizmlə,  dinçi 

ağalıqla,  geriçiliklə  barışamaz.  Türkizm  çağdaşlıq  axınıdır.  O 

ancaq çağdaş ideya axınları ilə barışa, uyğunlaşa bilər. 

Biz siyasətdə ulusalçı, kültürdə türkçüyük!». 

Türkçülüyün  belə  bəlirlənməsi  türkçülük  ideologiyasının 

başqa  bir  sayğını  Yusif  bəy  Akçura  oğlunun  son  bildirişilə 

doğrulanır. 

Zarevand  Yusif  bəyin  1908-ci  ildə  yazdığı  «Siyasətin  üç 

sistemi»  kitabını  incələyərək,  onun  pantürkçülərə  «komunist 



manifesti»nin marksistlərə gərəkliyi dəyərində olduğunu deyir. 

Bax, panturançıların bu Marksı 1928-ci ildə yayımlanan türk 




37 

illiyində  (Türk  ili)  türkçülüyün  tarixini  açıqlarkən,  yeri 

gəlmişkən  özünün  «Siyasətin  üç  sistemi»  kitabına  toxunaraq 

aşağıdakıları deyir:  

«…Ancaq  bu  gün  mən  oçağkı  incələməmdə  gözəçarpan 

bir çatışmazlıq görürəm. Mən «türkçülük siyasətini» «pantu-



ranizm»dən,  «islam  siyasətini»  «panislamizm»dən  ayıra  bil-

səydim, «Türkiyədə türkçülük, ya da islamçılıq siyasəti yü-



rütmənin heç də dıĢda pantürkçü, panislamçı olmaq olma-

dığını» bilərdim. 

Mən o çağda bunu ayıra bilsəydim, ola bilər 1908-ci ildən 

sonrakı bütün olayları üncədən daha aydın görərdim». 

«Türk  ocaqları»  «türkçülük»  anlayışını  siyasətdə  uyğula-

maqdan  ötrü  1927-ci  ildəki  qurultayında  İç  düzüyünün  birinci 

düzüyünü  dəyişərək,  çalışma  alanını  ancaq  Türkiyə 

Respublikasının sınırları ilə bəlirlədi. 

Rəhmətlik  Ziya  bəyin  öyrəncisi,  İstanbul  Universitetinin 

professoru,  iqtisadçı,  sosioloq,  tanınmış  curnalist,  indi  Böyük 

Millət  Məclisinin  elçisi  Nəcməddin  Sadiq  bəy  rəhmətlik 

öyrədəninin bir anma törənində onun öyrətimini elmi-sosioloci 

incələyib,  gerçəklərə  dayanaraq  göstərdi:  Ziya bəy  çox  yayğın 



«Turan»  anlayışı  altında  ancaq  «Türk  Türkiyəsini»,  başqa 

sözlə özünü ulus kimi anlamış «Türkiyəni» düşünürdü. 

Bu  yozumdan  «Turan»ın  təkcə  «Türk  Türkiyəsi»  yox, 

«Türk  Azərbaycan»ı,  «Türk  Türküstan»ı,  eləcə  də 

baĢqaları olduğu aydındır. 

Son  çağın  türkçüləri  ilk  axınçılardan  ayrı  olaraq  ulusu 

ancaq  irq  göstəricilərilə  bəlirləməyib  ona  ayrı-ayrı  tarixi, 

sosial, kültür etkenlərinin qarĢılıqlı ürünü kimi baxdılar. 

Bu  doğal  dəyişimin  sononcunda  türkçü  aydınlar  içərisin-

dən ulusun ən başlıca birləşdirici gerçəyinin irq olduğunu alqı-



38 

lamayan  ayrı-ayrı  «denətimçilər»  ortaya  çıxdılar.  Bu  denə-

timçiliyin ideya atası «Anadolunun geosiyasisi Anadolu ulu-

sunun yaradılması üçün ən yaxĢı özəkdir», – deyən Xəlil bəy 

Mükrimin oldu.  

Bu  ideologiyanın  etkisilə  bir  ara  «Andadolu»  adlı  curnal 

da buraxan ayrıca bir «anadoluçular» okulu yarandı. «Anado-

luçular»ın bildirişlərinə görə «türk» sözü ulusu yox, irqi gös-

tərir,  ayrıca  bir  türk  ulusu  yoxdur,  ancaq  türk  irqinin  ulusları 

vardır.  Onlara  görə  «türklər»ə  türk  yox,  anadolulular 

deyilməlidir. Bu baxımdan onlar çox irəli gedərək respublikanı 



Türkiyə yox, Anadolu adlandırmağı irəli sürdülər. 

Bu  anadolu  ulus  baxışı  təkcə  bir  sıra  aydınların  düşüncə-

sini  sarmamışdır,  onu  Türkiyə  Respublikasının  yüksək  gö-

rəvlilərinin siyasi düşüncəsində də görmək olur.  

Kamal  paşa  1928-ci  ildə  Cümhuriyyət  Xalq  Partiyasının 

qurultayındakı  çıxışında  Türkiyənin  bağımsızlıq  savaşının 

tarixinindən geniş danışaraq Türkiyənin çağdaş siyasətinin baş 

yollarını  göstərdi.  Bu  çıxışın  özü  türk  dilində  basında  çap 

olundu, alman, fransız dillərinə çevrilmişi də vardır.

1

 



Bu çıxışdan bizi ilgiləndirən bölümü alırıq. Mustafa Kamal 

dış  siyasətin  başlıca  ilkələrini  bəlirtərək  sözü-sözünə  aşa-

ğıdakıları deyir: 

«Yaşam  başdan-başa  savaşdır.  Yaşamda  ancaq  uğurlu 

savaşla uğur qazanmaq olur. Buna isə ancaq siz maddi-mənəvi 

güclü  olanda  çatılır.  İnsanları  çulğayan  bütün  suallar,  onların 

düşdüyü bütün qorxular, qazandıqları uğurların bütünü çoşqun 

birgəsavaş dənizinin dərinliklərindən gəlir.  



Dünya tarixinin baĢ səhifələri Doğu uluslarının Batıya 

                                                           

1

Bu yaxınlarda rus dilinə çevrilmişi də yayımlanıb. Moskva çapı.  




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə