Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   2   3   4   5   6   7   8   9   ...   16



 

2012-CĠ ĠL ÇAPINA ÖN SÖZ 

 

Qafqaz  Bağımsızlıq  Komitəsi  Azərbaycan  Cümhuriyyəti-



nin  qurucusu,  ulusal  ideoloq  Məhəmməd  Əmin  Rəsulzadənin 

«Panturanizmdən.  Qafqaz  sorunu  ilə  bağlı»  kitabını  1930-cu 

ildə  Parisdə  yayımlamışdır.  Kitabda  Məhəmməd  Əmin 

Rəsulzadənin  erməni  «yandaş  ideoloq»larından  Xondkaryana 

cavab  kimi  yazdığı  «Rusiyanın  qulluğunda»,  Rusiya  Keçid 

Ağalığının  başçısı  Aleksandr  Kerenskiyə  yazılmış  «Nə 

peyindir,  nə  də  material»  yazıları,  eləcə  də  1930-cu  ilin 

aprelində  Qafqaz,  Ukrayna,  Türküstanın  siyasi  sığınmaçıları 

qarşısında  edilmiş  «Panturanizm.  Qafqaz  sorunu»  adlı  çıxışı 

toplanmışdır. 

Məhəmməd  Əmin  Rəsulzadə  «Panturanizm.  Qafqaz  soru-

nu»  kitabında  türkün  içgüdüsü  –  özünüqoruma  instinkti  olan, 

gerçək  tarixi  Oğuz  xanın  Gündoğandan  Günbatana-dək  bütün 

ölkələri tutub xanlar xanı – dünya xanı olduğu çağdan başlayan 

türkçülüyün  XIX-cu  yüzilin  sonu,  XX  yüzilin  başındakı  yeni 

dirçəlişindən  yaşadıqları  çağa  kimi  gəlişimini  ən  üst  düzəydə 

araşdıraraq,  onun  yüksək  uyqarlıq  dəyərlərindən  yaranmış 

ulusal  ideologiya  olduğunu  göstərmişdir:  «Doğudakı  ulusal 

axınlardan biri olan panturanizm Batıdakı, çox ara geriçi olay 

sayılıb, şovinizm deyilən nasionalizmdən bir az ayrıdır.  

Şovinizm saldırıcı axın olub, ulusal oluşmuş hansısa böyük 

kapitalist  dövlətinin  ağalığını  daha  çox  gücləndirmək, 

topraqlarını  genişləndirmək  istəklərinə  dayanır.  Avropa 

nasionalizmi  siyasi  saldırıcı,  sosial  tutucu  ideologiyadır.  Do-

ğudakı ulusalçılıq isə siyasi qurucu, sosial yenilikçi olaydır». 

Türklərə yağı kəsilən rus strateqlərilə «yandaş ideoloqlar»ı 




isə  türkçülük  ideologiyasına  pan  damğası  vurub  çağın  siyasi 

düşüncəsinə  panturanizm  adı  ilə  saldırıcı  ideologiya  kimi 

yeritməyə  çalışırdılar.  Məhəmməd  Əmin  Rəsulzadənin 

«Panturanizm. Qafqaz sorunu» kitabında onların bu siyasətinin 

yanlışlığı  göstərilmişdir:  «Biz  gerçəklərə  dayanaraq  indiki 

durumunda  türkçülüyün  Qafqaza  heç  bir  qorxu  törətmə-

diyini,  tərsinə,  rus  imperalizminə  qarşı  yönələn  ideya  kimi 

onunla bir olduğunu gördük».  

Türkçülük  çağdaş  Azərbaycan  Respublikasında  azərbay-

cançılıq ideologiyasının içindədir. 

Türkçülüklə  yanaşı  qafqazçılıq  da  türk  bilginlərinin 

yaradıb  gəlişdirdiyi  ideyadır.  Məhəmməd  Əmin  Rəsulzadə 

Parisdəki çıxışında Qafqaz ellərini Qafqaz Konfederasiyasında 

birləşdirməklə çar Rusiyasından elliklə qurtulmağa çalışıldığını 

yetkin 


siyasətçitək 

göstərir:  «Bu  ideya  Gürcüstanla 

Azərbaycanın yuxarıda deyilən ordu-savunma anlaşması ilə bir 

az  gerçəkləşdi.  Çıxışımın  sürəsi  onu  bütünlüklə  uyğulaya 

bilməməyimizin  çoxlu  nədənlərindən  danışmağa  qoymur. 

Təkcə  bunu  deyirik:  bu  ideyanı  gerçəkləşdirməyə  qoymayan 

nədənlərdən  biri  indi  də  Xondkaryan  ağa  ilə  K-

0

-nun  dililə 

Qafqaz  ellərinin  birləşməsini  pozmağa  çalışılan  qarayaxma, 

boşboğazlıq idi». 

Qafqazçılıq  ideyası  ən  azı  rusların  Azərbaycana,  Qafqaza 

quldur basqınlarının başladığı IX  yüzildən başlayır. Qaynaqlar 

Şirvan şahı Ağsartanın gürcülərin də yardımı ilə Azərbaycanın 

Sarı  adasının  yaxınlığında  rus  quldurlarının  72  gəmisini 

batırdığını bildirir.  

Qafqazçılıq  ideyası  Azərbaycan  şairi  Nizami  Gəncəvinin 

«İskəndərnamə»  poemasında  yüksək  düzəydədir.  Nizami 

Gəncəvi böyük türkçü, islamçı, azərbaycançı, qafqazçı  ide-





oloqdur. 

Məhəmməd  Əmin  Rəsulzadə  1934-cü  il  noyabrın  5-də, 

Parisdə  Əlimərdan  bəy  Topçubaşovun  qəbri  üstündə  danışar-

kən  Azərbaycan  ideoloqlarının  Qafqaz  Konfederasiyası  ide-

yasına  necə  içdən,  dönməz  bağlı  olduğunu  aşağıdakı  sözlərlə 

bildirmişdir:  «O,  İstanbulda,  Mudros  anlaşması  günlərində, 

Azərbaycan  Elçiliyinin  başçılığında  ikən,  yayımladığı,  özü 

kiçik, anlamı böyük kitabında Qafqaz sorunundan danışmış, 

qafqazlılar üçün konfederasiyadan başqa çıxış yolu olmadığını 

uzaqgörənliklə göstərmişdir». 

«Panturanizm.  Qafqaz  sorunu»  kitabında  rusların  XIX-cu 

yüzilin  başlarında  Qacarlar,  eləcə  də  Osmanlı  dövlətlərindən 

köçürüb  Qafqaza  gətirdiyi  ermənilərin  yüz  il  sonra  da  Rusiya 

imperializminin  əlaltısı  olduğu  incəliklə  göstərilir:  «Qafqaz 

keçmişdə  qonşu  ellərin  çatışma  yeri  olmuşdur.  Birgəyaşayışın 

son  dönəmində  bu  bölgənin  çəkdikləri  də  bir  sıra  Qafqaz 

ellərinin  separat  davranıĢlarının  təkcə  onlara  yox,  bütün 

uluslara ağrı-acı gətirdiyini aydın göstərdi».  

 Qafqaz  birliyinə  dönük  çıxan  ermənilər  dağılmış  Rusiya 

İmperiyasının hansı biçimdə olur-olsun dirçəldilməsinə çalışır-

dılar.  Onlar  Qafqaz  Konfederasiyasına  dönük  çıxmasaydılar, 

rus-sovet-erməni-mason 

bolşefaşizmi 

Qafqazı 

tutamaz, 

ellərimiz özgür, demokratik, uyqar çağa qovuşardı. 

Bolşevik güclərinə qarşı Gəncə ayaqlanmasının başçıların-

dan  biri  polkovnik  Jahangir  Kazım  Bəy  1935-ci  ildə  «Şimali 

Kafkasiya  –  Severniy  Kafkaz»  curnalının  18-ci  nömrəsindəki 

yazısını  bu  sözlərlə  bitirirdi:  «Qafqaz  Konfederasiyası 

Anlaşması bağlanıb, işləsəydi, Qafqaza istənilən özgürlüyü gə-

tirərdi».  [İz  naslediya  politiçeskoy  emiqrasii  Azerbaydcana  v 

Polşe (30-ye qodı XX veka). Bakı, 2011, s.295]. 




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə