Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

31 

Rus  ulusalçıları  qarşısında  suçlarını  yumaq  istəyən  Ke-

renski  ağa  bu  «qorxu»nu  göstərməklə  rus  nasionalizminin  ən 

yaralı duyğusunu oyatmaq istəyir. Sosialist Rusiyanın devrimçi 

Keçid  Ağalığının  başçısının  düşüncəsinə  görə,  «Rus  ulusu 

baĢqa  uyqarlıqlara  peyin,  özgə  dövlətlərin  tikintisində 

material olmaq istəmirsə, rus olmayan ulusların alovlandığı 

kimi ulusal düĢüncəsinin qutlu özünüanlama alovunda yan-

malıdır».

1

 

Kerenskinin  təkcə  bu  açıqlaması  ilə  «panturanizm»dən, 



onun  Rusiyaya  yönəlmiş  «saldırıcı  planlarından»  danışan  rus 

siyasətçilərinin,  publisistlərinin  hansı  yol  tutduqları  çox  aydın 

görünür.  

Ancaq genəl amacdan başqa onlar bu strategiya ilə heç də 

gərəksiz  olmayan  ikinci  istəklərini  yeritməyə  çalışırlar.  Gö-

rünür  onu  başa  çatdırmağı  da  «Dni»nin  [Günlər]  əməkdaşı 

Xondkaryan  ağa  boynuna  götürüb.  Onun  işi  yaxşı  işlərdən 

deyildir.  O,  Rusiyanın  bağımsızlığa  çalışan  türk  ellərinin 

bütünlüklə,  daha  çox  da  azərbaycanlıların  Rusiyadan  ayrılıb 

Türkiyəyə  birləşmək  istədiyini  düşündüklərini  göstərməyə 

çalışır.  Sözsüz,  boşboğazlar  bununla  Qafqaz  Konfederasiyası 

yaratmağın  gərəkliyini  anlamış  Qafqaz  ellərinin  beyninə 

umudsuzluq salıb, psixoloci bölməyə çalışırlar. 

«Panturanizm»dən  qaldırılan  bütün  hay-haray  iki  anlam 

daşıyır: 

1.

 

Rus ulusu oyan, səni yeni Moğol axını gözləyir! 

2.

 

Qafqaz  ulusları  düĢünün,  Rusiyadan  ayrılandan 

sonra Türkiyənin ağalığı altına düĢəcəksiniz! 

 

                                                           

1

«Dni» № 60. 




32 

 

 

II 

 

ZAREVANDIN PAMFLETĠ 

 

Rus  sığınmaçı  basınındakı  bu  hay-küyünün  qaynağı 



Zarevand adlı birinin son çağlarda yayımlanmış «Türkiyə. Pan-

turanizm» adlı pamfletidir. 

Pamflet  [sataşma]  keçmiş  çar  Rusiyasının  İstanbuldakı 

Böyük  Elçiliyinin  baş  çevirəni,  uluslararası  hüquq  ilişkiləri 

bilicisi  Mandelştam  ağanın  Zarevandın  kitabına  verdiyi  «bü-

tünlüklə obyektivdir» dəyərilə başlayır. 

Kitabın  ilk  bölmələrindəki  türkçülük  axının  yaranma 

tarixi,  panturanizm  ideologiyasının  oluşumu  ilə  bağlı  deyilən-

lərlə, onun yazarın obyektivliyinə verdiyi dəyərilə Mandelştam 

ağa  ilə  bəlkə  də  barışmaq  olar.  Ancaq  bu  obyektivlik  yazara 



elmi  yox,  ancaq  diplomatik  biçimlərdə  gərəkdir.  O, 

başlanğıcda  oxucunu  bir  sıra  obyektivliklə  ələ  alıb  getdikcə 

subyektiv  istəklərinə  daha  çox  qurşanaraq  hay-küyçü 

ədəbiyatın çox parlaq örnəklərini verir. Bizim günlərə yaxınlaş-

dıqca  ondakı  subyektivizm,  hay-küyçülük,  gerçəklərin  qa-

tışdırılması,  doğrulamalarının  tutalqasızlığı  daha  da  gözə  çar-

pır. 

Bu  dəyərləndirməmizdə  tutalqasız  görünməmək  üçün 



sözlərimizi bir sıra örnəklərlə doğrulamağa çalışacağıq: 

Başdan-ayağa yalan: 

1.

 

Guya  1913-cü  ildə  Bəyazid  kəndində  panturançıların 



qurultayı  keçirilib,  Azərbaycandan  Məhəmməd  Əmin  Rəsul-

zadə,  Əhməd  bəy  Ağayev,  Əlimərdan  bəy  Topçubaşov  o 




33 

qurultaya qatılıb.  

Mən ömrümdə Bəyazid kəndini görməmişəm! 

2.

 



Guya  Azərbaycanın  Baş  bakanı,  rəhmətlik  Fətəli  Xan 

Xoyski türk ordusu gələndə pantürkçü çıxış edib. 

3.

 

Guya  Ərzurumda  Azərbaycanla  Türkiyə  Ermənistana 



qarşı  savaş  anlaşması  bağlamışlar.  Burada  Kazım  Qarabəkir 

paşanın  məktubuna  dayanılsa  da,  bu  bilginin  düzgün  qaynağı 

göstərilmir. 

4.

 



Guya Akçura bəy çıxış edib ermənilərin öldürülməsinin 

gərəkliyini  söylədi.  Bu  suçlamanı  deyərkən  onun  düzgün 

qaynağını göstərmək gərəkirdi. 

5.

 



Guya mən Sovet okullarında inspektor olmuşam. Sovet 

yox,  genəlliklə  heç  yerdə,  haçansa,  hansısa  okulun  inspektoru 

olmamışam. 

6.

 



Guya  Əhməd  bəy  Ağayev  İstanbulla  Astarxan  arasını 

gəzmişdir. O belə gəzintidə olmamışdır! 

7.

 

Guya  Akçurinlə  İsmayıl  bəy  Qaspıralı  Gənc  türklərin 



«İttihad və Tərəqqi» partiyası MK-nın üyələri olmuşlar. Onlar 

beləsi olmayıblar! 

Bunlar  Mandelştam  ağanın  «obyektiv»  dediyi  yazarın  bil-

gilərinin yalanını, tutalqasızlığını göstərən bir sıra örnəklərdir. 

Faktların  dolaşdırılmasını  göstərmək  üçün  isə  aşağıdakı 

örnəyi gətiririk: 

Zarevand  ağa  «Türkçülüyün  əsasları»na  dayanaraq  rəh-

mətlik Ziya bəyin dilindən aşağıdakıları bildirir: 



«Oğuzıstan yaxın gələcəyin böyük Türkiyəsidir». 

Ziya  bəy  isə  «Türkçülüyün  əsasları»  kitabının  20-ci  səhi-

fəsində bununla bağlı deyir: 

«Bu gün ancaq Oğuz türklərinin kültür birliyini düşünmək 

olar. Türkiyənin, Azərbaycanın, İranın, Xarəzmin türkləri Oğuz 



34 

türkləridir.  Bax,  buna  görə  türkçülüyün  yaxın  idealı  Oğuz,  ya 

da Türkmən birliyidir. 

Bu hansı birlik olmalıdır? Siyasimi? 

İndilik  yox,  gələcəkdən  danışmağa  isə  gərək  yoxdur.  Bi-

zim  indiki  idealımız  ancaq  oğuzların  kültür  birliyilə 

sınırlıdır. Türkçülüyün yaxın amacı bu topraqlarda (Oğuz 

ellərində) təkcə kültürün ağalığına çalıĢmaqdır!». 

Bax, gerçəklərlə belə oynayırlar!... 

Zarevand ağa Ziya bəyin savaş çağında yazdığı, Rusiyanın 

dağılmasından,  onun  dağıntıları  üzərində  «Turan»ın  ya-

ranmasından danışılan şeirini sıralayır, ancaq Ziya bəyin sonra 

o «Turan»dan nə yazdığını gizlədir. Ziya bəy Oğuz birliyindən 

yuxarıda  verdiyimiz  abzası  panturanizmlə  bağlı  baxışları  ilə 

bitirir.  



«Panturanizm – bu, Leninin komunizmi, Məhəmmədin 

cənnəti  kimi  utopiyadır!  İdeal  kimi  onun  ancaq  insanları  ro-

mantik  qıcıqtək  alovlandırmaq,  devrimçiləşdirmək  dəyəri 

vardır». 

Biz  başqa  örnəklər  də  gətirə  bilərdik,  ancaq  bu  da  yetər. 

Dinləyicilər aşağıda bir az ayrı yöndə açıqlayacağımız gerçək-

lərdən başqa örnəklər də tapacaqlar. 

 

 

 

 

 

 

 

 

 



Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə