Qafqaz sorunu


saldırdığını  yazır.  Bu  ulusların  baĢında  türk  ulusunun



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   8   9   10   11   12   13   14   15   16

39 

saldırdığını  yazır.  Bu  ulusların  baĢında  türk  ulusunun 

durduğu  bəllidir.  Doğrudan  da  türklər  islamadək,  eləcə  də 

islamdan  sonra  Avropanın  dərinliklərinə  kimi  girib,  ölkələri 

tutmuş, insanları incitmişlər. Batıya saldıran Doğu elləri içində 

İspaniyanı yürüşlərilə tutub Fransa sınırınadək çatan ərəblər də 

var idi.  

Ancaq bəylər, bütün saldırılar tərs saldırı oyadır. Yağıların 

bu  saldırılarını  üncədən  görməyən,  bununla  bağlı  gərəkən 

ölçülər götürməyən güclər yenilir, ölürlər. 

Ərəblərə qarşı tərs saldırı Əndəlusda acı, sarsıdıcı dağılma 

ilə  başladı,  ancaq  onunla  qurtarmadı,  izləmə  bütün  Quzey 

Afrikada da sürdü. 

Atillanın  frankların  topraqlarına,  Batı  Romayadək  uzanan 

imperiyasını  yada  salaq.  Onun  ardınca  Səlcuq  dövlətinin 

dağıntılarından yaranmış Osmanlı İmperiyasına göz atıb, onun 

İstanbulda  Doğu  Romanın  tacını  aldığı  çağa  baxaq.  Osmanlı 

sultanlarından Almaniya ilə Batı Romanı tutub böyük imperiya 

yaratmaq  istəyən  də  var  idi.  Onlardan  bir  başqası  bütün 

müsəlman  topraqlarını  bir  ağalıqda  birləşdirmək  istəyirdi.  Bu 

amacla  Suriyanı,  Misiri  tutmuş,  xəlifə  adını  almışdı.  Üçüncü 

sultan  Avropanı  tutub  bütün  müsəlman  dünyasını  da  öz 

ağalığında saxlamağı düşünürdü. 

Batının bitməyən qarşı saldırıları, müsəlman ölkələrindəki 

qurtarmayan ayaqlanmalar, belə dönəmlərdə yaraq gücü ilə bir 

ağalıqda birləşdirilmiş ayrı-ayrı  güclər arasında  olan qaçılmaz 

çəkişmələr  sonda  Osmanlı  İmperiyasını  da  başqa  imperiyalar 

kimi tarixin arxivinə atdı. 

Ölkənin dış siyasəti üncə onun iç quruluşuna dayanır, baş-

qa sözlə dış siyasət ölkənin iç qurluşuna uyğun olmalıdır. Batı 

ilə  Doğunun  ayrı  huylu,  kültürlü,  istəkli  ellərini  içinə  almış 



40 

dövlətin iç quruluşu isə, sözsüz, dözümsüz, boş olacaqdır. Belə 

olanda  dış  siyasət  də  gücsüz  olur.  Belə  dövlətin  iç  quruluşu 

ulusal  olamaz.  O,  ulusal  siyasət  yeridəməz.  Bax,  nə  üçün 



Osmanlı dövlətinin siyasəti ulusal deyildi? O, özünün aydın 

olmayan, adda-budda, qırıq-qırıq siyasətini yürüdürdü.  

Ayrı-ayrı  ulusları  bir  ad  altında  toplayıb,  bu  dəyişik 

soyluları  oxşar  yollarla,  yasalarla  yönətmək  proqramı  çəkici 

olsa  da  aldadıcıdır.  Bunun  kimi,  dünyanın  bütün  türklərini 

içinə  alacaq  bir  dövlət  yaratmaq  amacı  da  gerçəkləĢməz 

düĢüncədir.  Bu,  bir  neçə  yüzillər  boyu  ağrı-acı  ilə  yaşanmış, 

çox qanlı olaylarla keçmiş gerçəkdir. 



Tarix bizə panislamizm, ya da panturanizm siyasi siste-

minin uğurla uyğulandığını göstərən bir gerçəyi, olayı belə 

vermir.  İrqi  yox,  elliklə  insanlığa  dayanaraq,  ancaq  tutuculuq 

istəyilə yaradılmış dövlətlərin gələcəyi tarixdə yazılmışdır. Biz 



hansısa  tutuculuq  sapmasından  uzağıq!  Humanist  ideyalara 

dayanıb  insanların  bütün  ulusal  duyğularını,  özəl  istəklərini 

unutduran dövlət qurmağa gəlincə, bundan ötrü uyğun ortamın 

olması gərəkdir. 



Bizə  görə  aydın,  uyğulanabilcək  tək  gerçək  siyasət 

ulusal siyasətdir! 

Çağdaş  dünyanın  gerçək  durumu,  onun  yüzillərcə  ağıllar-

da, huylarda kökləşmiş genəl düzəni, gerçəkləri bizi siyasətdə 

utopist olub bağıĢlanmaz suç buraxmağa qoymaz.  

Tarixin anlamı, elmin, ağlın, məntiqin buyuruğu belədir! 

Dövlət ulusumuzun güclü, sağlam olub dincliklə yaşaması 

üçün  bütünlüklə  ulusal  siyasət  yeritməlidir!  Bu  siyasətin 

dövlətimizin iç qurluşuna bütünlüklə uyğun olması da gərəkdir. 

Mən ulusal siyasət deyərkən aşağıdakıları gözə alıram: 

Öncə  ulusal  siyasətində  qalıb  öz  güclərinə  arxalanmaqla 



41 

varlığını  qorumaq,  böyük  səadətə,  uğura  çatmaq  amacı  ilə 

ölkənin yaxşılığı üçün çalışmaq. Kəsə desək, ulusu gerçəkləĢ-

məz,  utopik  amaclar  dalınca  qoĢdurub  soyğuna  uğrat-

mamaq.  Uyqar  dünyadan  uyqar  insan  yanaĢması  gözləyib 

onunla dostluğu sürdürmək».

1

  

Bax,  Zarevandın  diplomatik  deyib  1921-ci  il  Qars  anlaş-

ması ilə yozmağa çalışdığı bildiriş budur. 

Ancaq  biz  burada  da  gerçəklərlə  oynandığını  görürük.  Bu 

çıxış  Moskva,  Qars  anlaĢmalarından  yox,  Lozanna  anlaĢ-

masından çox-çox sonra edilmişdir… 

Bu,  diplomatik  yox,  daha  çox  doqmatik,  utopik  pantu-



ranizmi  çox  açıq,  kəsinliklə  atmış  çıxışdır.  Bax,  «Çağımızın 

gerçəklərə, bəlgələrə dayanan panturanizm»i belədir. 

 

 

 

 

 

                                                           

1

Bütün ayırmalar bizimdir.  




42 

 

IV 

 

PANTURANĠZM KEÇMĠġDƏ 

 

Gördüyünüz  kimi,  biz  indi  türk  ellərinin  toplumsal-siyasi 

yaşamında  bəlli  bir  ara  yeri  olmuş  panturanizmin  bütün 

romantik  görüntülərindən  ayrılmış  gerçəkçi  türkçülüklə  üz-

üzəyik. 

Doğudakı  ulusal  axınlardan  biri  olan  türkçülük  Batıdakı, 

çox  ara  geriçi  olay  sayılıb,  şovinizm  deyilən  nasionalizmdən 

bir az ayrıdır.  

Şovinizm saldırıcı axın olub, ulusal oluşmuş hansısa böyük 

kapitalist  dövlətinin  ağalığını  daha  çox  gücləndirmək, 

topraqlarını  genişləndirmək  istəklərinə  dayanır.  Avropa 

nasionalizmi  siyasi  saldırıcı,  sosial  tutucu  ideologiyadır.  Do-

ğudakı ulusalçılıq isə siyasi qurucu, sosial yenilikçi olaydır. 

Napoleonun savaşları Avropanın batısı ilə doğusunda ayrı-

ayrı  axınlar  doğurduğu  kimi,  böyük  dünya  savaşı  da  Batı  ilə 

Doğunun toplumsal axınlarının huyunu ayrı cür etkiləyirdi.  

Bu  olaylarda  Batıda  sosial  partlayışlar  göründü,  Doğuda 

isə tərsinə, ulusalçı axınlar önə çıxdı. 

Bu olayın öz açıqlaması vardır. Batıdakı toplumsal axınlar 

daha  çox  sosial  nədənlərdən  yaranır,  toplumun  gəlişməsini 

yubadan sosial qatlar, iç güclərinin basqısı ilə qırılırdı.  

Doğu toplumlarındakı Orta çağının dərəbəy quruluşları isə 

dış  güclərin  etkisilə  dağılırdı.  Dışdan  olan  bu  basqı  da  doğal 

olaraq irəli sosial yox, ulusal ideyaları çıxarırdı. 

Orta çağ ortamında doğulan ulusalçılıq klerikal ideologiya 

ilə  yoluxmaya  bilməzdi.  Doğunun  müsəlman  dünyasında 




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə