52
Rusiya kimi bütün qurama dövlətlər dağılmalı idilər. Türk
elləri isə oyanıb ulusalca yaşamağa, özgürlüyə yönəldilər.
Bu baxışda idealla gerçək birləşirdi. Alman dövlətinə
bənzər Turan dövlətinin yaradılması ilə «Türk ulusunun ünü ən
yüksəyə çatar, onun içindəki böyük güc açılaraq dünyaya yeni
uyqar dəyərlər verərdi».
Bu ideal türk ulüslarının yurddaşlarını sözsüz devrimçiləş-
dirirdi. Ancaq onlar ayrı-ayrılıqda qarşılarındakı yağıların çox
böyük güclərinin qorxusundan özgürlükdən, bağımsızlıqdan
söz belə açamazdılar. Bununla belə, onların kiçik ellər yox,
ünlü tarixi, eləcə də gələcəyi olan çoxmilyonlu ulusun üyələri
olmalarını anlamaları doğal olaraq umudlarını artırıb, yüzilin
yağısı ilə dönmədən çatışmaya çağırırdı.
Gerçəkdə isə türk ulusunun aydınları bu ideala çatmağa
çalışdıqca öz uluslarının tarixləri, sosial özəlliklərilə yanaşı
ulusal özgürlüyə onlardan qabaq çatmış ulusların yolunu da
öyrənirdilər. Onlar bu öyrənmə ilə, eləcə də çağın etkilərindən,
olaylarından siyasətdə, ideologiya alanında yavaş-yavaş,
yuxarıda dediyimiz gerçək sonuclara çatdılar.
Türkçülüyü yaymağın gerçək dəyərini daha yaxşı
anlamağınız üçün sizə bir türk paşasının bir türk əskərinə özü-
nün müsəlman yox, türk olduğunu necə çətinliklə anlatdığını
danışacağam.
– Sən hansı ulusdansan, Mehmet? – paşa yançısından
sordu.
– Allaha şükür, müsəlmanam! – Mehmet cavab verdi.
– Ancaq islam – dindir, mən isə səndən hansı ulusdan
olduğunu soruram.
– Mən müsəlmanam – əskər yenidən dedi.
Paşa ona ulusun dinlə yox, dillə bəlirləndiyini, Mehmetin
53
dilinin türk dili, özünün də türk olduğunu anlatmağa başladı.
Mehmetcik duruxdu.
– Hə, Mehmetcik duruxma, sən də mənim kimi türksən.
– Allah saxlasın, bu necə ola bilər, mənim paşam türk
olsun!... – Mehmetcik gözlərini bərəldərək dilləndi.
20 il qabaq Rusiyanın yetərincə oxumuş «müsəlmanları-
nın» çoxu belə gülünc, acı durumda idi.
Ancaq indi «panturanizm»in etkisilə Sovet Rusiyasındakı
müsəlmanlar, eləcə də «Osmanlılar» özlərini türk adlandırırlar.
54
V
PANTURANĠZMĠN ĠKĠ AXINI
Panturanizm axını böyüyüb siyasi düşüncənin bəlli siste-
minə keçdikcə onda özəkçilərin romantik, federalistlərin
gerçəkçi axını kimi iki yol göründü.
Birinci axının alman quramaçılarının ulusal baxışlarının
bəlli etkisində olan öncülləri türk uluslarının qan qohum-
luğunu, dillərinin elliklə yaxınlığını, eləcə də din birliyini
uyğun siyasi birləşdirmələrlə bir türk dövlətinin yaradılması
üçün yetərli görürdülər.
Romantiklərin bu savaşçı-qat özəllikli, daha çox tutucu-
avtoritar toplumsal-siyasi baxışı demokratik ovqatlı, liberal
düşüncəli aydınlar arasında geniş yayılamazdı.
Gerçəkci axın isə türkçülüyün yüksək idealları ilə çoşsa
da, ondakı ulusal özünüanlamanın gerçəklərini romantik ar-
zulardan daha çox dəyərləndirirdi. Türk uluslarının ulusal
kültür çıxarlarının ortaqlığını anlayan gerçəkçi axın onları
ortaq bir dövlətdə birləşdirməyin olmayacağını anlayırdı. O,
üncə ayrı-ayrı türk ellərinin bağımsız dövlətlər qurub
özgürlüyə qovuşmasına çalışırdı.
Yeri gəlmişkən, kəsin bir siyasi proqrama dönməyən ilk
axının Azərbaycan türkçülərini özünə çox da çəkmədiyini de-
məliyik. Orta çağ dərəbəyliyinin dağıntıları üzərində gəlişən
demokratik quruluşlu Azərbaycan toplumuna bütünlüklə tərs
bir axının uğur qazanmayacağı bütünlüklə aydın idi.
55
Doğrudan da Azərbaycan siyasətçiləri, daha çox da «Mü-
savat»ın başçıları gerçəkdən uzaq, ayağı altında yer olmayan
romantik
panturanizmə
qarşı idilər. Tərsinə, onların
düĢüncəsincə Qafqaz uluslarının konfederasiyası çağırıĢı
Azərbaycanın, eləcə də bütün türk dünyasının gerçək istək-
lərinə daha uyğun idi.
Azərbaycan siyasətçilərinin bu baxışını panturanizmin
praktik siyasətdə gücsüz bir sıra «ortodoksal» yandaşları ələş-
dirirdi.
Buna Zarevand ağanın da kitabında dediyi, türk curnalisti
Əliheydər Əmir bəyin «Vaxt» qəzetində «Müsavat»ın siya-
sətinə qarşı çıxması, ona verdiyimiz cavab yaxşı örnəkdir.
Biz ona Azərbaycanın bağımsızlığı çağırışının Türkiyənin
çıxarlarına, türklərin kültür birliyinə tərs olmadığını, Qafqaz
Konfederasiyası ideyasının onun düĢündüyü kimi, Tür-
kiyənin yaxĢı anladığımız çıxarlarına qarĢı yönəlmədiyini
anlatmalı olduq.
Əliheydər çağdaş Türkiyədə siyasətin gedişini azacıq da
etkiləyə bilməsələr də, romantikanın qorxuducu duyğularından
keflənib, dörd yanlarındakı bütünlüklə başqa şey deyən ger-
çəkləri görmək istəməyən, ya da bacarmayan, öz duyğularına
qapılmış sayca az, qızğın başlardan biri idi. Mən ona ancaq
Türkiyə siyasətinin çıxarlarına qarşı yağı aktı kimi işıq-
landırdığı, oxucularda çoxlu yanlış duyğular oyada biləcək
Qafqaz Konfederasiyası ideyasını qorumaq istəyilə cavab
vermişəm.
Ayrı-ayırı axınlardan uzaq olub bu çəkişməni anlayan
oxucular dediklərimizi doğrulamaya bilməzlər. Qarşıçıxan
Qafqaz – Azərbaycan siyasətimizə görə bizi türk birliyinin ya-
Dostları ilə paylaş: |