Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   8   9   10   11   12   13   14   15   16

46 

ları  yenidən  uyğulamaq  istədi.  Gənc  türklər  ağalığa  «uluslara 

eşitlik»,  başqa  sözlə  bütün  yurddaĢların  dinindən, 

ulusundan  asılı  olmadan  siyasi  eĢitliyi  çağırışı  ilə  gəldi. 

Ancaq Osmanlı İmperiyasının üncə xristian uluslarını çulğamış 

özünübəlirləmə  tarixi  sürəci  tək  bu  çağırışla  qurtarmadı.  O, 

Balkan savaşı adı altında, Türkiyənin demək olar bütün xristian 

bölgələrini itirməsilə bitdi. 

Bu  yaşananlar  «İttihad  və  Tərəqqi»  (Birlik  –  Yüksəliş) 

partiyasının «Osmanlı qanadı»nı öldürüb, ondakı islamçı axını 

gücləndirdi.

1

 

Ancaq  az  sonra müsəlman uluslarının da  «çağın  ruhu»  ilə 



alovlandığı  aydınlaşdı.  Albaniyadakı  ayaqlanma,  ərəb 

aydınlarının  ulusalçı  axınları,  eləcə  də  başqa  çıxışlar  Gənc 

türklərin  panislamizm ideologiyasının  gerçəkliyinə  umudlarını 

kəsinliklə  qırdı.  Dünya  savaşı  da  bunu  aydın  göstərdi.  Ərəb 

bölgələri  İstanbula  qarşı  ayaqlandılar,  İngiltərənin  Hin-

distandan  olan  müsəlman  döyüşçüləri  Dardaneli  –  müsəl-

manların xəlifəsinin qutsal kəndindəki boğazı gülləyə tuturdu. 

Bu ağır sınaq çağında türkçülük ideologiyası siyasi sistem 

kimi  önə  çıxmağa  başlayır.  Ancaq  uyqar  düşüncə  biçimi  olan 

türkçülüyün son onillərin savaş çağında yarandığını düşünmək 

yanlış  olardı.  Yox,  o,  birdən  yaranmamışdır!  Türkçülük  türk 

aydınlarında  özünü  çoxdan  göstərirdi.  Yusif  bəy  Akçura 

oğlunun  doğruladığına  görə  bu  ovqat  «tənzimat»  dönəminin 

görkəmli şairləri  Şinasilə Ziya paşada belə vardı. XIX  yüzilin 

ortalarında  yaşamış  Vefiq  paşa  Osmanlı  dilinin  sözlüyünü 

yazıb,  bu  dilin  köklərinin  Türküstandakı  dillərlə  birliyini 

göstərmişdir. 

                                                           

1

«İttihad  və  Tərəqqi»  içində  üç  ayrı,  özgür  ideoloji  sistemli  osmanlıçı, 



islamçı, türkçü fraksiya olan siyasi toplum idi. 


47 

Biz  ulusal  ovqatın  sonralar  tarix-ədəbiyat  alanındakı 

araşdırmalara  keçdiyini  görürük.  Yeri  gəlmişkən,  bilənlər  bu 

olayın  türk  toplumunun  düşünən,  tanınmış  bölümünün  hansı 

yollasa  eşitdiyi,  Batıdakı  ulusal  amacların  yayğın  olub 

özgürlük  ideyalarının  yayıldığı  tarixi  ana  uyğunluğunu 

deyirlər. 

Bu  ideyalar  özü  ilə  ulusal  ayaqlanmalara  qatılmış,  Türki-

yədə sığınacaq  tapan bir  sıra  sığınmaçıları  da  özü ilə  gətirirdi. 

Sonralar Jəlaləddin Mustafa paşa müsəlman adını almış polşalı 

sığınmaçı  Konstantin  Bocetski  bu  baxımdan  dəyərli  iz 

qoymuşdur. 

Akçura  bəy  «Türkçülüyün  tarixi»

1

  adlı  «Özət»ində  onun 



«Les  Turcs  anciens  et  modernes»  [Türklərin  çağdaş  tarixi] 

kitabının adını çəkir. Mustafa paşa bu kitabında Avropa ilə türk 

ellərinin  bir  irqdən  olub,  Qərb  uyqarlığının  «Turan-arilər»in 

ağlının  yaratdığı  ürün  olduğunu  deyən  «Tauro-Ariennisma» 

baxışını  gəlişdirir.  Başqa  sözlə  Avropa  uyqarlığının  yaradıcısı 

eləcə  də  turanlılardır.  Turanlıların  bir  bölümü  islama  keçib 

semit  uyqarlığı  ilə  qovuşdu.  Batı  uyqarlığını  alan  türklər  isə 

bununla elə bil keçmişlərini qaytarırlar.  

Akçura bəy Jəlaləddin paşanın çox elmi olmasalar da onun 

açıqladığı  sualla  bağlı  çox  dəyərli  baxışlar  söylədiyini  deyir. 

Bu  kitabda  ilkin  olaraq  türk  ulusun  böyüklüyü,  gücü,  onun 

dünya tarixindəki  yeri, türk dilinin dolğunluğu,  özgə sözlərsiz 

yaşaya biləcəyi, Asiya ilə Avropanın  çox  yerində  yayılmış bu 

dilin  dəyəri  gözə  çarpdırılmışdır.  Kitabda  imperiyanın  xristian 

uluslarını  türk  ulusu  ilə  kültürlə,  dillə  bağlamağın  gərəkliyi 

söylənmişdir. 

                                                           

1

«Türk ili», s. 304. 




48 

Türk  aydınlarının  ulusal  düşüncəsinin  aydınlaşmasında 

genəlliklə, türkiyəlilərinsə özəlliklə Avropa, eləcə də rus doğu-

çu-türkoloqlarının  o  çağadək  kökləşmiş  baxışların  tərsinə, 



türklərin yeni soylarının anıtları ilə öyünməyə baĢladığı əs-

ki  türk  kültürünün  olduğunu  deyən  elmi  tapıntılarının  çox 

böyük etkisi olmuşdur.  

German  Vamberinin  Orta  Asiya  gəzisi,  Fon  Le  Koxun 

ideal tapıntısı, Leon Kaxonun türk ulusunun tarixindən danışan 

tanınmış  kitabı,  Vasili  Radlovun  türk  dilləri  sözlüyü,  Vasili 

Bartoldun  [Avropa,  eləcə  də  Rusiyanın  türk  tarixi,  türk  dili, 

türk  uyqarlığı  ilə  bağlı  böyük  işlər  görmüş  doğuçu  alimləri] 

Türküstan  tarixilə  bağlı  elmi  araşdırmaları,  eləcə  də  başqa 

doğuçu  türkoloqların  tapıntıları  bu,  ya  başqa  biçimdə  türk 

aydınlarına çatır, onları duyğulandırırdı. 

Türk  ulusal  özünüanlama  düşüncəsinin  başlıca  dirəyi  isə 

sözsüz,  bu  gün  dünyanın  qabaqcıl  gerçəklərindən  birinə 

çevrilmiş ulusal ideologiyanın elliklə gəlişməsi olmuşdur.  

 

*** 

Rusiya  İmperiyasının  müsəlman  uluslarının  ulusal  türk 

düşüncəsinin çoxdan, ilk türk dramaturqu,  azərbaycanlı  Mirzə 

Fətəli  Axundzadənin  1850-ci  ildə  ölməz  komediyalarını  aydın 

el dilində yazması ilə başlandığına quşqu yoxdur. 

1875-ci  ildə  Azərbaycanın  başqa  bir  oğlu  –  Həsən  bəy 

Zərdabi  Bakıda  «Əkinçi»  qəzetini  çap  etdirir.  İki  il  sonra  isə 

ünlü  İsmayıl  bəy  Qaspıralı  Baxçasarayda  (Krımda)  ulus 

okullarının yenidən qurulmasını, oxutmanın doğma türk dilində 

olmasını  amaclayan  dəyərli  «Tərcüman»ını  yayımlamağa 

başlayır. O çağadək oxutma ərəb, ya da fars dilində idi.  

Biz  Balkan  savaşı  ilə  dünya  savaşı  çağının  türk  ulusal 




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə