Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   8   9   10   11   12   13   14   15   16

43 

panislamizm ideologiyasını doğurmuş erkən ulusalçılığın dinçi 

huyu bununla bağlıdır. 

Panislamizm  bir  ara,  demək  olar,  bütün  müsəlman  türk 

ellərini  ilhamlandırırdı.  Türk  ellərinin  toplumsal-siyasi  axının-

da islam dini baxışı bir ara çox önəmli olmuşdur. İslam bilgin-

lərinin  çoxu  müsəlman  dünyasını  son  çöküşdən  dinin  köklü 

doqmalarına qayıtmaqla, o biri yandan da müsəlmanların siyasi 

birləşməsilə qorumağı düşünürdülər. 

Ancaq  islamçılıq  ideologiyasının  bu  dini-siyasi  ikiüzlüyü 

sonralar panislamizmdə iki axının ayrılmasının başlanğıcı oldu.  

Bir  axın  dış  güclərlə  savaşan,  ancaq  o  gücləri  andıran  hər 

bir  yeniləşməyə  qarşı  çıxıb,  hər  hansı  bir  avropaçılığa  savaş 

deyən ortodoksal-tutucu axındır.  

Yenidənqurucu,  ikinci  axın  isə  Avropa  saldırısı  ilə  siyasi 

savaşmaqla  ideologiya  alanında  çağın  liberalizmini  şəriətə  u-

yğun uyğulamaq istəyirdi.  

Panislamizmdəki  liberal-yenidənqurucu  axın  sonrakı 

gəlişməsilə  müsəlman  aydınlarında  ulusal-kültürçü  dünyagö-

rüşünün yaranması üçün gərəkən özülü yaradırdı. 

Bax,  örnək kimi panislamizmin  liberal-yenidənqurucu  dü-

şərgəsindən  görkəmli  bilgin  Jəmaləddin  Əfqani

1

  müsəlman-



ların ulusal düşüncəsini oyatmağın gərəkliyini birinci göstərir. 

                                                           

1

Əfqani  XIX  yüzilin  ortalarında  yaşamış,  islam  dünyasının  ən  böyük 



devrimçisi, panislamizmin quramaçısı olmuşdur. Yüksək oxuma görən şeyx 

Qahirənin  tanınmış  Camiül-Əzhar  Universitetinin  professoru  olmuşdur. 

Ərəbi paşa ayaqlanmasının başçılarından biri Şeyx Məhəmməd Əbduh onun 

yetirməsi  idi.  Əfqani  Londonda  İngiltərə  imperializminə  qarşı  yönəlmiş, 

panislamçı  curnal  yayımlayırdı.  Sonralar  ingilislərin  izləməsindən 

qurtulmaq  istəyilə  Parisə  gəlir,  oradan  Sankt-Peterburqa  gedib  Katkovun 

başçılığındakı  slavyanofillərlə  Hindistanda  oyanış  törətmək  çalışmalarına 

başlayır.  Ancaq  o,  tezliklə  bu  istəklərindən  uzaqlaşıb  Rusiyadan  gedir. 

Əfqani  bütün  müsəlman  dünyasını  gəzmişdir.  Onun  ideyaları  müsəlman 

ölkələrinin  liberal  axınlarını  çox  etkiləmişdir.  Qacarlarla  Osmanlıların 

sarayları onu güclü şəxsiyət sayırdı.  



44 

O,  «Ulus  birliyinin  fəlsəfəsi»  adlı  yazıda  «Ulusundan 



qıraqda xoĢbəxtlik yoxdur. Qohumluq dilsiz düĢünüləməz. 

Dil  isə  toplumun  bütün  qatlarınının  anlaĢma  nədəni  ol-

mazsa,  özünün  sosial  görəvini  yerinə  yetirəməz»  baxışını 

doğrulayır.  

Jəmaləddin  Əfqaniyə  görə,  dinlə  dil  toplumu  birləşdirən 

iki köklü başlanğıcdır. Ancaq dilin birləşdirici başlanğıctək də-

yəri  dininkindən  çox  gərəklidir.  Əfqani  açıqlayır:  «Biz,  dilin 

dəyiĢmədən dindən daha çox qaldığını görürük. Biz, bir dil-

də danıĢan irqin min ildə dinini bir neçə yol dəyiĢdyini gö-

rürük».  

Jəmaləddin Əfqani deyir: «Bütün müsəlman ulusları öz-

gür,  bağımsız,  uyqar  yaşamaq  üçün  uluslarını  anlamalıdır-

lar!».  

Panislamizmin  bu  quramaçısının  Doğunun  müsəlman 

uluslarının  özlərini  anlamağının  devrimçi  dəyərini  kəsinliklə 

göstərilməsi  türk  ulusal  dünyagörüşünün  ideoloqu,  aşağıda 

geniş  danışacağımız,  mərhum  Ziya  bəydə  aydınlanaraq 

bütünlüklə  panislamizm  ideologiyasına  qarşı  çevrildi.  Onun 

«Türkçülüyün  əsasları»  kitabından  aldığımız  sözləri  belədir: 

«…Bir  ara  panislamizm  ideologiyasının  müsəlman  uluslarını 

özgürlüyə  qovuşdurub,  ölkələrini  özgələrin  əli  altında  olmaq-

dan  qurtaracağı  düşünülürdü.  Yaşananlar  isə  panislamizmin 

bir yandan aşırı dini-klerikal-geriçi axın doğurub, o biri yandan 

da  müsəlman  dünyasında  ulusal  ideologiyanın  yaranmasını 

əngəlləyərək,  bu  ulusların  ulusal  özünüanlamasını, 

gəliĢməsini  yubadıb,  onları  özgür  uluslara  çevrilməyə 

qoymadığını göstərdi.  Ulusal özünüanlamanın  qarşısını alma-

ğa  çalışmaq  isə  bu  ulusların  bağımsız  ağalıq  yaratmasının 

qarşısını  almağa  çalışmaqdır.  Dini-klerikal  düşüncəyə  gəlincə 

isə o, bütün çağlarda toplumu geri çəkir! 




45 

Bütün  gəliĢmələrin  mayası,  ulusal  bağımsızlığın  özülü 

anlaĢılmıĢ 

«Mən» 

olduğunudan,  bütün 

müsəlman 

ölkələrində 

ulusal 

özünüanlamanın 

güclənməsinə 

çalıĢılmalıdır!». 

 

 

    

 

 

*** 

XIX  yüzilin  birinci  yarasında  Türkiyənin  dövlət  adamları 

böyük  dış  dövlətlərin  Osmanlı  İmperiyasının  iç  işlərinə  qa-

rışmasından  qorunmaq,  bununla  da  imperiyanın  dağılmasının 

qarşısını  almaq  üçün  ölkənin  siyasi  yönətim  quruluşunu 

yeniləşdirib, 

din 

ayrılığı  qoymadan  bütün  insanların 



hüquqlarını  eşitlədilər.  Bu  yenidənqurmanın  (tənzimat)  özəyi 

Sultan  Əbdüləzizin  Gülhanə  Xətt-i  Hümayunu  [Ulu  Gülhanə 

Yolu] adlı uca buyuruğunda açıqlandı. 

Tənzimatın  yaradıcıları  bu  liberalizmlə  imperiyanın  xris-

tian  uluslarının  istəklərini  bir  az  ödəmək,  onları  türk  döv-

lətçiliyilə  barışdırmaq  istəyirdilər.  Ancaq  Doğu  Avropanın 

bütün  uluslarını  dərindən  çulğamış  1848-ci  il  devriminin 

ideyaları  ilə  alovlanmış,  arxalarında  Avropanın  ayrı-ayrı 

dövlətləri,  daha  çox  da  Rusiya  İmperiyası  duran  xristian 

ulusları «Xətt»lə keçinə bilməzdilər. 

«Tənzimat»  özünü  doğrultmadı.  O,  xristian  uluslarının 

ortadanqaçma  istəklərini  azaldamadı.  Onlar  başdan-başa 

ulusalçı axınlara qapılmışdılar. 

İmperiyanın  bütün  uluslarının  padşahın  ağalığı  altında 

birləşməsi  –  «Osmanlıçılıq»  gerçəyinin  dağılması  özlüyündə 

din  birliyi  olan  islamçılıq  tezisini  gücləndirdi.  Bu  siyasətin 

arxasında Sultan Əbdülhəmid dururdu. 

Əbdülhəmidin  anayasanı  pozmasının  qarşısını  almaq 

çağırışı  ilə  başlayan  Gənc  türklər  devrimi  «tənzimat»da  olan-




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə