Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

27 

də Türküstanın Rusiyaya heç bir qatışacağı yoxdur.  

Biz,  bu  ulusların  doğal  hüquqlarını  almaq  istəklərinə, 

bağımsızlığa, ulusal topraqlarında ağalığa çatmalarına nə üçün 

Rusiyanı parçalamaq aktı kimi baxıldığını anlaya bilmirik! 

Bu  axmaqlığı  ancaq  rus  ulusunun  keçmiş  Rusiya  İmperi-

yasındakı  rus  olmayan  uluslara  bir  sıra  ağalıq  hüquqlarının 

olmasını düşünən adamlar deyə bilər. 

Tarixin  dağıntıları  içindən  romanovlar  ailəsinin  imperiya-

sını diriltmək istəyənlər də olmaqla, kimsəyə düşüncəsini söy-

ləmək  yasaq  deyildir.  Qoy  istəsinlər,  bu  onların  huququdur. 

Ancaq yaxşı olardı onlar bu arada vicdanlarını itirməsinlər. 

Kamalizmdən,  onun  saldırıcı  planlarından  danışırlar.  Biz 

isə  işdə  nə  görürük?  Kamalizm  «Misaq-i  Milli»  [Ulusal  An-

laşma]  sınırlarından  qıraqda  qalan  bütün  Osmanlı  topraq-

larından kəsinliklə, ünlə əl çəkdi, bu tarixi gerçəkliyə uydu. 

Ona yapışdırılmağa çalışılan «panturanizm» planları «pan-

rusistlər»in dəyirmanına su tökmək istəyənlərin çox bic taktiki 

gedişindən başqa bir şey deyildir. 

Varlığı ilə Sovet Ġttifaqında türk ellərinin ulusal, doğal 

axınlarını yaxĢı yöndə etkiləyən çağdaĢ, gerçəkçi «türkizm» 

sözsüz, «panrusizm»in yağısıdır. 

Panslavizmin Avstriya-Macarıstan İmperiyasında oynadığı 

rolu  ola  bilsin  «türkizm»  də  Rusiya  İmperiyasının  yeni  biçimi 

olan Sovet İttifaqında oynasın. Axı, təkcə Avstriya-Macarıstan 

İmperiyasının  dağılması  ilə  «slavyanofilçiliyin»  keçmiş 

romantiklərinin çoxdankı istəkləri gerçəkləşmədi. 

Panturanizm  özünün  romantik  biçimində  panslavizmdən 

daha  gücsüzdür.  Bu,  Kerenski  kimi  ağalara  yaxşı  bəllidir. 

Ancaq  onların  anlamı  bizə  aydın  olan  taktikaları  vardır: 



28 

Qafqazın  türk  olmayan  uluslarını  qorxuzmaq,  rus  ulusunda 

şovinist ruh oyatmaq! 

Biz - «Prometey» etdiyi kimi - Kerenski kimi ağalara onlar 

rus  ulusunda  şovinizmi  dəstəkləməklə,  ancaq  keçmiş  Rusiya 

İmperiyasının indi özgürlüyünü əldə etməyə çalışan uluslarının 

yox,  dünən  Rusiyadan  ayrılmışları,  eləcə  də  imperializmin 

saldırıları  altında  sürəkli  qalmış  ölkələrin  də  quraşdırılacaq 

Rusiyaya  qorxu  ilə  baxacağı,  onlardan  heç  kimin  «nə  rus 

uyqarlığına  peyin,  nə  də  rus  dövlətinə  material  olmaq 

istəməyəcəyi»ni qazanacaqlarını deyirik. 

 

 

 

 



29 

 

PANTURANĠZM. QAFQAZ SORUNU

1

 

 



 

Böyük dövlətçilərin boĢboğazlığı

 

 

Rus basınının bir-birinə yağı olan iki düşərgəsi son çağlar-



da  Rusiyaya  qorxu  olub,  «Turan  topraqları»nı,  başqa  sözlə, 

Sovet  İttifaqının  türklər  yaşayan,  siyasi  yönətimcə  özəl  ulusal 

quruluşlara  ayrılmış  bölgələrini  ondan  qoparmağa  çalışan 

panturançılıq axınından əlbirliyilə çox danışmağa başlamışdır. 

Sovet  reciminin  başdan-ayağa  çürüdüyü,  komunist  parti-

yasının aşındığı çağda Rusiyanın ən böyük gerçəklərindən biri 



uklonizmdir

Uklonizm  Rusiyanın  özündə  sosial-sinfi  özəllikli  olsa  da, 

Sovet  İttifaqının  rus  olmayan  ucqarlarında  bəlli  nədənlərlə 

ulusal-siyasi  özəllik  qazandığından,  burada  Sovet  komunist 

diktaturasına qarşı çıxanların sosial kimliyi ulusla bütövləşir. 

Sinfi,  eləcə  də  ulusal  uklonçuluqla  savaşan  bolşeviklər 

boşboğazlıq  etmədən  keçinəmirlər.  Onlar  köylü  axınının 

ideoloqları  ilə  geniş  demokratik  yenidənqurmaların  dönməz-

lərini  çox  ara  iri  topraq  mükiyətçiliyində,  monarxiyanın  dir-

çəldilməsində suçlayıb, əkinçiləri yenidənquranların öc alacağı 

ilə qorxuzurlar. 

Onlar  ulusal  axınların  öncüllərini  «Rus  ulusu  üzərində 



diktatura»

2

 qurmaq istəyən «şovinist»lər kimi göstərdiyindən, 



                                                           

1

Paris, mart 1930-cu il. 



2

Deyim Kerenskinin yazısının başlığından alınmışdır. 




30 

adlarının  çəkilməsi  belə  rus  ulusunun  ulusalçı  kəsimlərində 

çaxnaşma  burulğanı  yaradır,  Sovet  Ağalığını  istəməsələr  də, 

Rusiyanın  bütövlüyünü,  onu  böyük  kapitalist  dövlətlərin 



«Gürcüstanda  menĢeviklərin,  Azərbaycanda  müsavatçıla-

rın,  Ukraynada  petlyurovçuların,  Turküstanda  basmaçıla-

rın,  eləcə  də  baĢqa  seperatçı  axınlarını  ustalıqla 

dəstəkləyib»  «öldürmə»sindən  qoruyan  tək  gerçək  güc  kimi 

görürlər. 

Moskva qəzetləri son dönəmdə belə uklonlardan birini Ta-

tarıstan  Respublikasının  komunistləri  içində  tapmışlar.  Bol-

şeviklərin  dediyinə  görə,  Tatarıstanın  uklonçu  komunistləri 

Sovet  İttifaqının  bütün  türk  ellərini  birləşdirəcək  «Turan 

dövləti»  yaratmağa  girişiblər.  Panturançı  komunistlər  guya 

panturançı istəklərinə görə dış güclərlə, basmaçılarla, eləcə də 

Türküstandakı  Ənvər  paşanın  axını  ilə  ilişkisi  olan,  1923-cü 

ildə  partiyadan  qovulmuş  tatar  komunisti  Sultan  Qaliyevin

1

 

göstərdiyi yolla getmişlər.  



Sovet  basınının  gerçək  özəlliyi  olan  boşboğazlıq  indi  rus 

sığınmaçı  basınında  geniş  hay-küy  yaratmışdır.  Sovet 

publisistlərinin  Moskvada  «sultanqaliyevçilik»dən  yaratdıqları 

quramanı Parisdə əlbirliyilə  «kerenskiçilər» sürdürdülər. Öncə 

Xondkaryan ağa, ardınca Kerenski özü bu olaydan yararlanaraq 

olduqca  biryönlü  yazılarında  rus  demokratiyasının  gözünü, 

istəyi  Rusiyanı  bölüb  «Rus  ulusu  üzərində  diktatura 

qurmaq»  olan  «panturanizm»in  yaxınlaĢan  qor-xusuna 

yönəltməyə çalışdılar. 

                                                           

1

Sultan  Qaliyev  ixtisasca  öyrədəndir.  1923-cü  ildə  onu  Sovet  Ağalığına 



qarşı  gizli  işləməkdə,  ulusalçılıq  uklonunda  suçlayıb  güllələnmə  verdilər. 

Sonralar  partiya  qurultayı  devrimə  etdiklərini  gözə  alıb  bağışladı,  ancaq 

partiyadan çıxardı.  



Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə