Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə15/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

II Fəsil. Xarakter və xasiyyət 
 
 
35 
Xasiyyət  anlayışında  isə  irsi  bir  xüsusiyyətdən  də  danışmaq  lazımdır. 
Hətta şəxsiyyəti səciyyələndirən xarakter, fərdin təbiəti əsas rol oynamaqla 
xarakterin ictimai və əxlaqi bir dəyər qazanmasında da böyük rol oynayır. 
Əsəbiləşmək, sevinmək, hirsli olmaq, soyuqqanlı olmaq kimi xüsusiyyətlər 
fərdlərdə irsi olaraq yaransa da, ictimai öyrənmə yolu ilə də qazanıla bilir. 
Təbiət,  başqa  bir  ifadə  ilə  desək,  fərdin  romantik  tarazlıq  vəziyyətidir. 
Duyğularının  meydana  gəlməsində  varislik  və  ətrafın  qarşılıqlı  təsirini 
ifadə  etməməsiylə  hər  hansı  bir  fərd  üçün  deyilənʺ  o  daima  şəndir,  onu 
asanlıqla  əsəbiləşdirə  bilməzsinizʺ  və  ya  ʺona  nə  etsəniz  də,  xoşbəxt  edə 
bilməzsinizʺ  şəklindəki  ifadələr  bu  insanların  xasiyyətləri  haqqında  mə‐
lumat verməklə, əslində, onların irsi xüsusiyyətləri və yaşadıqları cəmiyyət 
haqqında da bizə məlumat verir.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
36 
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar
 
1.
 
Xarakter nədir? 
2.
 
Xarakter necə müəyyən olunur? 
3.
 
Xarakterdəki psixoloji xüsusiyyətlər hansılardır? 
4.
 
Xarakter irsidirmi, yaxud sonradan yaranan haldır?  
5.
 
Xarakterin hansı xüsusiyyətləri vardır?  
6.
 
Xarakter dəyişə bilərmi? 
7.
 
E. From adamları bir şəxsiyyət kimi neçə tipə ayırır? 
8.
 
Bu tiplər hansılardır və onlar haqqında qısa məlumat verin. 
 
 
édŠbiyyat  
1)
 
Şükran Dədəyev, “Psixika”, Qanun nəş.‐2007 
2)
 
S. Seyidov, M. Həmzəyəv, “Psixologiya”, Nurlan nəş. Bakı‐2007 
3)
 
N. İsmailov, F. İsmailov, “Tibbi psixologiya və psixoterapiya”,            
Maarif nəş. Bakı‐2002 
4)
 
Arif Məmmədov, “Təlimin Psixoloji Əsasları”, Maarif nəş. Bakı‐1993 
5)
 
Shelley E. Taylor, Letitia Anne Peplau, David O. Sears, “Sosyal 
Psikoloji”, Tərcümə etdi: Ali Dönmez, İmge nəş. – 2007
 
 


 
37 
 
 
 
III FéSİL     éxlaq tŠrbiyŠsi
 
 
 
 
3.1. Uşaq vŠ yeniyetmŠlŠrin Šxlaq tŠrbiyŠsi  
Psixologiyada  əxlaqa  yanaşma  qaydaları,  yəni  əxlaqın  nə  zaman  və 
necə  yarandığı  əsrlərdən  bəri  filosof  və  psixoloqları  düşündürmüşdür. 
Uzun illər görkəmli alimlər bu suallara cavab tapmağa çalışmışlar. Psixolo‐
giya  elmində  bu  sualları  əhatə  edən  4  fərqli  fikir  var.  Bioloji  yanaşmaya 
görə, əxlaq doğuşdan mövcuddur. Durkinin (1995) dediyinə görə, Rousseau 
insanın doğularkən pak olduğuna, böyüdükdən sonra isə cəmiyyətə qarış‐
ması  ilə  bir  çox  problemlərin  ortaya  çıxmasına  inanır.  Bu  fikirlə  Komski 
(Chomsky) də razılaşır. Onun fikrincə, əxlaq doğuşdan yaranır və əgər cə‐
miyyət yaxşı təşkil edilərsə, uyğun şərait yaradılarsa, əxlaq inkişaf etdirilə 
bilər.  Nəticədə  insanların  bir‐birinə  olan  münasibəti  qarşılıqlı  hörmət 
əsasında qurulur.  
Psixoanaliz  nəzəriyyəsinin  yaradıcısı  Freydin  fikrincə,  insanlar  əxlaqa 
doğuşdan sahibdirlər. O, daha sonrakı yaş dövrlərindən etibarən müəyyən 
hisslərin  cəmiyyətin  təzyiqi  nəticəsində  formalaşdığını  deyir.
28
  Bu  məsələ 
ilə bağlı prof. Dr. Erol Güngörün də fikirləri üst‐üstə düşür. Onun yazdığı 
“Ahlak Psikolojisi ve Sosyal Ahlak”  kitabındakı araşdırmaları müqayisə 
etməyə dəyər.  
Şəxsiyyət  bizə  doğuşdan  verilir,  yoxsa  həyatda  yaşayaraq  qazanırıq? 
İnsan davranışlarında irsiyyətin bir  rolu  varmı? Varsa, bunun əhəmiyyəti 
və  böyüklüyü  nə  dərəcədədir?  Doğuşdan  sonra  qazandığımız  təcrübələr 
irsiyyətin  əhəmiyyətini  artırır,  yoxsa  azaldır?  Yox,  əgər  əxlaqi  şəxsiyyəti‐
miz doğulduqdan sonra yaranıb inkişaf edirsə, bu inkişafın ən əhəmiyyətli 
dövrləri  hansı  yaşlarda  özünü  büruzə  verir?  Hansı  həyat  tərzi  şəxsiyyəti‐
mizə yaxşı və ya pis istiqamətdə təsir edir? Bütün bu və buna oxşar sual‐
lara  konkret  cavablar  verə  bilsək,  insanlarda  istədiyimiz  ideal  əxlaqı  for‐
malaşdıra bilərik.
29 
                                                 
28
  Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba” (səh. 127‐128) Psk. Dr. Sevim Cesur 
29
  Erol Güngör “Ahlak Psikoloji ve Sosyal Ahlak” (səh 13) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
38 
Gəlin,  əxlaqın  nə  olduğunu  öyrənək.  Əxlaq  maddidirmi,  yaxud  meta‐
fizika  ilə  əlaqəsi  varmı?  Əxlaqlı  insan  özündə  hansı  keyfiyyətləri  daşıyır? 
Əxlaqlı insanın cəmiyyətdə faydası nədən ibarətdir? 
Ümumi təriflə desək, əxlaq – başqalarının yaxşılığını düşünən, hətta 
onun  üçün  fərdi  məsuliyyət  daşıyan  müsbət  insani  xüsusiyyətlər‐
dəndir. Əxlaq, təbiidir ki, maddi deyildir. Əxlaq həm mənəvi, həm də 
ümumbəşəridir. Əxlaqın metafizika ilə bağlılığı vardır (insanın nəf‐
sini saflaşdıran, kamilliyə aparan yol əxlaqdan keçir). N.Tusiyə görə: 
“İnsanın  gözəl  əxlaq  və  gözəl  xüsusiyyətlərində  olan  zəifliklərin 
köklü  şəkildə  aradan  qalxması  üçün  onun  kamilləşməsi  lazımdır. 
”Hər  varlığın  özünəməxsus  xüsusiyyəti  var.  O  bunun  vasitəsi  ilə 
başqa varlıqlardan ayrılır, amma elə xüsusiyyətləri də vardır ki, on‐
ların bəzisi heyvanat, bəziləri nəbatat, bir qismi də cansız cisimlərlə 
şərikdir (şəhvət, hirs və s. kimi). Lakin onun heç kəslə şərik olmayan 
xüsusiyyətləri isə danışmaq və düşünməkdir. Düşünmə xüsusiyyəti 
insana  yaxşını  pisdən,  gözəli  çirkindən,  şərəfi  şərəfsizlikdən  ayırd 
etməyə,  iradənin  təsiri  vasitəsilə  bunları  dəyişdirməyə  imkan  verir. 
Deməli, kim bu qüvvədən düzgün istifadə edib öz səy və iradəsi nəti‐
cəsində arzu edilən səviyyəyə çatsa (elə bu qüvvə əsasən, bu məqsəd 
üçün  yaradılmışdır)  xoşbəxt,  bu  qüvvədən  düzgün  istifadə  edə 
bilməsə, yaxud əksinə istifadə etsə, bədbəxt olacaqdır.  
Xalqımızın  böyük  astronomu  və  pedaqoqu  N.  Tusiyə  görə,  insanın 
ideallaşmasının  qarşısında  duran  ən  böyük  maneə  onun  heyvani  arzu  və 
istəklərə yönəlməsidir. Belə hallar cismani qüvvə və hisslərin ən çox meyil 
etdiyi  eyş‐işrət,  kef  məclisləri,  qadın  düşkünlüyü  kimi  əxlaqa  zidd  olan 
şeylərə, rəğbət göstərmək (bu zaman şəhvət qüvvələri üstün gəlir), yaxud 
hirslənmək, qəzəblənmək, intiqam almaq (bu zaman qəzəb hissi üstün gə‐
lir)  kimi  işlərlə  məşğul  olduqda  baş  verir  və  zəifliyə  dəlalət  edir.  İnsanın 
böyüklüyü o zaman daxili qüvvədən əyani fəaliyyətə çevrilə bilər ki, o öz 
şəxsiyyətini  qorusun  və  bu  mənfi  hallardan  uzaqlaşsın.  Əgər  insan  öz 
nəfsini bu kimi onu zəiflədən şeylərdən qoruya bilsə, zəruri olaraq nəfsin 
daxili  qüvvəsi  hərəkətə  gələr,  məhz  ona  lazım  olan:  elm  öyrənmək,  həqi‐
qəti  dərk  etmək,  maarifə  yiyələnmək  kimi  fəaliyyətlərə  başlar,  xoşbəxtlik 
və  səadətə  çatar.  İnsanların  fitrətində  yaradılışdan  yaxşılıq  və  pislik  yan‐
yana  olduğuna  görə  onların  peyğəmbərlər,  filosoflar,  imamlar,  rəhbərlər, 
tərbiyəçi  və  müəllimlər  tərəfindən  faydalı  və  lazımlı  işlərə  iradələri  ilə 
istiqamətləndirməyə, fəzilət, elm, təhsil əldə edərək səviyyəni yüksəltməyə 
ehtiyacları vardır.
30
  
                                                 
30
  Journal of Qafqaz university, (səh 20) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə