Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

I Fəsil. Yeniyetməlik dövrünə baxış 
 
 
25 
fiziki,  psixoloji  və  sosial  məhdudiyyətlərə  baxmayaraq,  həyatlarının  bu 
dövründə xoşbəxt və dincdirlər. Amma bundan əvvəlki dövrlərini sağlam 
yaşamayan  insanlar  isə  bu  dövrdə  tündxasiyyət,  qeyri‐sosial  biri  olaraq 
yaşayırlar. Nəticədə ömürlərinin boşa keçdiyini düşünsələr də, bu dövrdə 
ölüm qorxusuyla, ümidsizlik hissiylə yaşamağa davam edirlər
20
.  
1.3. Maslov vŠ tŠlŠbatlar iyerarxiyası 
Humanist  psixologiyanın  təşəkkül  tapmasında,  inkişaf 
etməsində  A.Maslovnun  (1908‐1970)  xidmətləri  əvəzsizdir. 
Elə  bu  səbəbdən  də  onu  humanist  psixologiyanın  “mənəvi 
atası”  adlandırırlar.  Humanist  psixologiyanın  başlıca  məsə‐
lələrini:  özünüfəallaşdırma,  şəxsiyyətin  inkişaf  mexanizmləri 
və tələbatın növləri problemlərini də A.Maslov işləmişdir. 
Maslou Viskonsin Universitetini bitirmiş və 1934‐cü ildə psixologiya elmləri 
doktoru  dərəcəsi  almışdır.  Onun  psixologiyaya  marağında  və  konsepsiyalarının 
inkişafında  Avropa  filosoflarının,  xüsusilə  ABŞ‐a  emiqrasiya  etmiş  alimlərin 
böyük  təsiri  olmuşdur.  M.Vertqeymerlə  tanışlığı  isə  Maslovun  “şəxsiyyətin  özü‐
nüfəallaşdırması  ”ideyasına  güclü  təkan  vermişdir.  1951‐ci  ildə  Maslov  Brenden 
Universitetinə  dəvət  olunur.  1968‐ci  ildən  ömrünün  sonunadək  psixologiya  böl‐
məsinn sədri olur.
21
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
20
 Yenə orada 
21
 Ramiz Əliyev “Psixologiya” (səh. 71) 
Özünü 
formalaş‐
dırma
Dəyər, uğur, özünə 
hörmət
 
Aid olma və sevgi, təhlükəsizlik,   
inam, doğruluq 
Aclıq, susuzluq 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
26 
Maslov  sağlam  bir  şəxsiyyətin  inkişaf  edə  bilməsi  üçün  lazımlı  olan 
ehtiyaclardan ibarət bir tələbatlar iyerarxiyası ortaya çıxarmışdır.  
Maslova görə, insanların davranışlarını istiqamətləndirən onların tələ‐
batlarıdır, ehtiyaclarıdır. Tələbatlar iyerarxiyasında insanın ilk və əsas məq‐
sədi,  əsas  ehtiyac  olaraq  bilinən  qidalanma,  bəslənmə  və  özünü  təhlükə‐
dən  qorumaqdır  (təhlükəsizlik).  Sevgi,  kiməsə  məxsusolma,  aidolma,  qə‐
buledilmə  kimi  digər  ehtiyaclara  isə,  vacib  iki  ehtiyacımızı  (bəslənmə  və 
təhlükəsizlik) ödədikdən sonra meyil edirik. Bu ehtiyaclarımızı da ödədik‐
dən sonra özünə hörmət üçün əsas şərt olan tanınma, dəstəklənmə, yararlı 
olmaq  ehtiyaclarımız  ortaya  çıxır.  Bunlardan  da  yuxarıda  özünüforma‐
laşdırma ehtiyacı mövcuddur. 
Tələbatlar  iyerarxiyasında  “özünüformalaşdırma  səviyyəsinə  gələnə 
kimi mütləq əvvəlki tələbatları ödəməlisən ki, sonrakılara nail olasan” de‐
yilsə də, bəzi istisnalar mövcuddur. Məsələn, günlərlə ac qalan insanın şeir 
yazmağa,  ya  da  sənətin  digər  sahələriylə  məşğul  olmağa  marağı  olmaz 
desək də, tarixdə əhəmiyyətli dərəcədə vacib, gözəl əsərləri olan bəzi filo‐
sof və elm adamları bu halları özləri xüsusi olaraq istəyirdilər. Günlərcə ac 
olsalar belə, dünya şöhrətli əsərlər yarada biliblər.  
Maslov  özünü  formalaşdırmaqda  olan  insanın  xüsusiyyətlərini  aşağı‐
dakı kimi sıralayır.  
Əvvəlcə  onu  deyək  ki,  tələbatlar  iyerarxiyasında  ən  üst  sırada  duran 
özünüformalaşdırma  anlayışına  görə,  insanın  davranışlarını  istiqamətlən‐
dirən  əsas  motiv  özünüformalaşdırma  istəyidir.  Bu  mənada  özünüforma‐
laşdırma heç şübhəsiz, insan üçün həyatı boyu davam edir.
22
 
                                                 
22
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 145‐146) 


I Fəsil. Yeniyetməlik dövrünə baxış 
 
 
27 
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar 
1.
 
Erkən  uşaqlıq  dövrünün  səciyyəvi  cəhətləri  nələrdir?  Fikrinizi  nümu‐
nələrlə izah edin.  
2.
 
Psixi inkişaf nəzəriyyəsinin banisi kimdir? Onun daha hansı elmi əsər‐
lərini tanıyırsınız? 
3.
 
Freydə görə, insan hansı yaş mərhələlərini qət edir? Yaş mərhələlərinin 
psixoloq üçün nə kimi əhəmiyyəti vardır.  
4.
 
Psixo‐sosial  inkişafla  bağlı  ən  geniş  və  əhatəli  nəzəriyyə  kimə  məx‐
susdur? 
5.
 
Eriksona  görə,  hansı  yaş  dövründə  uşaq  ətrafı  araşdırmağa,  dildən 
istifadəyə,  bilik  və  sosial  bacarıqlarını  inkişaf  etdirməyə  başlayır? 
Yaxın  qohumlarınızın  uşaqları  üzərində  araşdırma  apararaq,  bu  bilik‐
lərinizi təcrübə edin.  
6.
 
Maslovun tələbatlar iyerarxiyasında insanın psixoloji tələbatlarını ardı‐
cıllıqla sayın.  
édŠbiyyat  
1.
 
Muhammed Bozdağ “Sevgi Zekası” YAKAMOZ yayıncılık, 1. Baskı, 
Istanbul, 2007 
2.
 
A.İbrahimov, H.Xəlilov, “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq”, 
Misri, Bakı ‐ 2004 
3.
 
Ramiz Əliyev “Psixologiya”, Nurlan nəş. Bakı ‐ 2008 
4.
 
N. İsmailov, F. İsmailov “Tibbi psixologiya və psixoterapiya”,               
Maarif nəş. Bakı ‐ 2002 
5.
 
Editor Alim Kaya, Mehmet E. Sardoğan, Tevfik Fikret Karahan      
“Eğitim psikologisi” Pegem A nəş. Ankara – 2007 
6.
 
Ə.S. Bayramov, Ə. Ə. Əlizadə “Psixologiya”, Maarif nəş.– 1989,            
Çinar‐çap – 2006 
7.
 
Fikrət Hacıyev “Yaş Fiziologiyası və Məktəb Gigiyenası”, Maarif nəş         
K. Koffka, “Zihni İnkişafın Esasları”, Tərcümə edən: Suat Tavlan, 
Hüsnütabiat nəş. İstanbul ‐ 1959 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə