Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
14 
möhkəmlənəcək.  Hamilə  qadın  analıqla  bağlı  davranışlarını  əhatəsindəki 
körpələrlə münasibət quraraq sınaqdan keçirməli, əhatəsində olan uşaqları 
əzizləməli,  xoş  sözlər  deyərək  gələcəkdə  əldə  edəcəyi  ana‐övlad  münasi‐
bətlərində təcrübə qazanmalıdır
2

Hamiləlik  dövründə  qadın  düşünülmüş  bir  təlim  forması  keçməlidir. 
O,  özü  üçün  psixoloji  bir  sistem  yaratmalı  və  təlimi  planlı  şəkildə  həyata 
keçirməyə çalışmalıdır. Məsələn, insan mənəviyyatını saflaşdıran kitabları 
mütaliə  etməli,  intellektual  oyunlarla  məşğul  olmalı,  istirahət  edərkən 
musiqi dinləməli və ətrafındakı pozitiv insanlarla ünsiyyət qurmağa çalış‐
malıdır.  Gərginlik,  əsəbilik,  stres,  həyəcan  və  qorxu  kimi  hisslər  yaradan 
mühitdən çəkinməlidir. Daha çox açıq havada olmalı, həyat yoldaşı ilə xoş 
münasibətlər  qurmağa  çalışmalıdır.  Eyni  zamanda,  qadın  ailə  içində  baş 
vermiş  neqativ  hallara  qarşı  həssas  yanaşmamalıdır.  Qadın  əhvalında 
bədbinlik  və  ruh  düşkünlüyü  kimi  halları  pozitiv  düşüncə  ilə  aradan 
götürməlidir.  Elə  bu  nöqtədə  gələcəkdə  hər  baxımdan  sağlam  bir  övlad 
böyütmək  mövzusunda  hansı  yolu  seçməyin  lazım  gəldiyinin  əhəmiyyə‐
tinə gəlmiş oluruq. Daha vacibi isə uşağın tərbiyəsi ilə məhz hansı vaxtdan 
məşğul olunmağa başlamağı bilməkdir. Uşağın tərbiyəsinə körpənin dün‐
yaya gəldiyi andan etibarən, hətta, ana bətnində belə olarkən başlamaq va‐
cibdir desək, heç də yanılmarıq. Bəlkə də, ilk əvvəl tərbiyə deyərkən nəyin 
nəzərdə tutulduğunu qeyd etmək lazımdır. 
Bir gün bir nəfər, müdrik bir ağsaqqalın yanına gəlib dərdini ona söy‐
lədi: “Mənim üç övladım var. Övladlarımın ikisi qabiliyyətlidir, üçüncüsü 
isə  bütün  kəndi  cana  gətirib.  Birinin  toyuğunu,  o  birisinin  keçisini  oğur‐
layır.  Heç  kimlə  yola  getmir.  Bilmirəm  nə  edim?”  Ağsaqqal  deyir:  “İcazə 
verin, uşağın anası yanıma gəlsin”.  
Ana  ağsaqqalın  yanına  gəlib  hadisənin  cavabını  öyrənmək  istədikdə 
ağsaqqal  deyir:  “Sizin  böyük  bir  səhviniz  olub”.  Ana  etdiyi  səhvi  yadına 
sala bilmir. Bir qədər düşündükdən sonra yadına düşür ki, o, üçüncü uşa‐
ğına  hamilə  olan  zaman  könlündən  nar  keçib.  Evdə  nar  olmadığından 
qonşunun ağacının onların həyətinə düşən budağından icazəsiz nar dərib. 
Qonşuya isə bu haqda heç nə deməmişdir. 
“Hər bir şeyin halallığını almaq vacibdir,” – deyə ağsaqqal dilləndi. 
Yuxarıda  verilən  rəvayətdə  əsas  məqsəd  odur  ki,  ana  hərəkət  və  dav‐
ranışlarına diqqətlə və məsuliyyətlə yanaşmalı, atdığı hər bir addımını yüz 
ölçüb,  bir  biçməlidir.  Alimlərin  tədqiqatlarına  görə,  körpə  ana  bətnində 
olduğu  zaman,  onlar  arasında  psixo‐fizioloji  proses  keçir.  Yəni  körpə  ana 
                                                 
2
   A.İbrahimov, H.Xəlilov, “Sağlam Övlad, Düzgün Tərbiyə ,Təmiz Nitq” (səh. 5) 


Dünyaya insan gəlir... 
 
 
15 
bətnində yalnız bioloji olaraq inkişaf etmir, eyni zamanda, ruhi olaraq ana 
ilə əlaqə yaradır. 
Yuxarıda ifadə edildiyi kimi, ana‐atanın əsas vəzifəsi fiziki, psixoloji və 
zehni baxımdan da sağlam bir övlad böyütməkdir. Eyni zamanda da, ana 
yaşadığı cəmiyyətin mədəni dəyərlərini və qayda‐qanunlarını körpəyə öy‐
rətməklə gələcəkdə yaşayacağı cəmiyyətin qaydalarına uyğun sosial müna‐
sibətlər  qurmanın  yollarını  öyrədəcəkdir.  Uşaqböyütmə,  tərbiyəetmə  yol‐
ları  cəmiyyətdən‐cəmiyyətə,  mədəniyyətdən‐mədəniyyətə  fərqli  olduğun‐
dan  eyni  cəmiyyətdəki  ailələr  arasında  da  fərqlər  yarana  bilər.  Məsələn, 
Amerikalı  və  Yapon  ailələr  uşaqlarını  fərqli  şüurla  böyüdürlər.  Amerikalı 
uşaqların olduqca müstəqil və rəqabətə dözümlü böyüdülmələrinin əksinə 
olaraq, Yapon uşaqları ümumilikdə əhatəsində olduqları qrupların mənafe‐
lərini diqqətə alaraq və daha asılı olaraq böyüdülürlər. Ruslar isə uşaqlarını 
həyata  individual  olaraq  yetişdirməyi  seçirlər  və  onların  sosial  cəmiyyətə 
qatılmasına  daha  çox  üstünlük  verirlər.  Ümumiyyətlə,  misal  çəkilən  xalq‐
larda uşaqlara itaətkarlıq şüuru meyar olaraq aşılanmır və uşaqlar da gənc‐
lik yaş dövrünə gəldikdə valideynlərinə itaətetmə prinsiplərindən yan ke‐
çirlər.  Yəni  şəfqət,  fədakarlıq  və  itaətkarlıq  kimi  hisslər  uşaqlara  az  təbliğ 
olunur. 


 
16 


 
17 
 
 
 
I FéSİL     YeniyetmŠlik dövrünŠ baxış  
 
 
Şəxsiyyətin  yaş  dövrlərini  və  psixoloji  inkişaf  mərhələlərini  öyrənmək 
elm  üçün  həmişə  ən  vacib  məsələlərdən  biri  hesab  olunur.  Alimlər  yaş 
dövrlərini araşdırmış, sonra onları psixoloji baxımdan mərhələlərə bölmüş 
və  hər  biri  üçün  ayrı‐ayrılıqda  mərhələlərə  görə  təhlillər  aparmışlar.  Bu 
təhlilləri  əsasən  Qərb  alimləri  ilə  Azərbaycan  psixoloq  alimlərinin  fikirlə‐
rini  müqayisə  edərək  ortaya  maraqlı  faktlar  çıxartdıq.  Belə  ki,  bu  mövzu‐
nun əhəmiyyətliliyini nəzərə alaraq uşaqların yaş dövrlərini geniş araşdır‐
ma  predmeti  kimi  seçmiş  və  burada  təqdim  etmişik.  Uşaq  və  yeniyetmə‐
lərin  inkişaf  dövrləri  ilə  bağlı  aparılan  elmi  tədqiqatlar,  təcrübələr  göstər‐
mişdir ki, Z. Freyd, E. Erikson, Maslov, Elkonin, A. Adler, K. Junq, o cüm‐
lədən  Azərbaycan  alimlərindən  M.  Həmzəyev,  Ə.  Qədirov,  Ə.  Bayramov, 
Ə.  Ağayev  bu  problemlərə  müxtəlif  aspektlərdən  yanaşmış,  öz  araşdırma 
və tədqiqatları ilə elmə bir çox yeniliklər gətirmişlər.  
1.1. Psixoseksual inkişaf nŠzŠriyyŠsi 
Psixoanalitik konsepsiyanın əsası Ziqmund Freyd (1856‐
1939) tərəfindən qoyulmuşdur. Freydin təliminin əsasını fər‐
din psixoseksual inkişafı nəzəriyyəsi təşkil edir. Freydə görə, 
şüursuzluğun əsasını seksual instinktlər (libido) təşkil edir və 
o insanın psixi fəaliyyətini şərtləndirir. 
Psixoanalizin  yaradıcısı  Z.Freyd  1856‐cı  il  may  ayının  
6‐da Freyburq şəhərində kasıb yun tacirinin ailəsində doğul‐
muşdur. Freydin atası Yakob anası Amaliya Natansondan 20 
yaş böyük idi. 
1850‐ci ildə Freydlər ailəsi əvvəlcə Leypsiq, bir neçə ay sonra Vyana şəhərinə 
köçür və orada daimi məskunlaşırlar. 
Freyd  hələ  uşaqlıqdan  iti  ağlı  və  oxumağı  ilə  seçilirdi.  O,  17  yaşında  olarkən 
yunan, latın, fransız, ingilis, italyan və ispan dillərini bilirdi
3

                                                 
3
 Ramiz Əliyev “Psixologiya” (səh. 56‐57) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə