Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
8
Hüseyn Xəlilovun müəllifi olduğu “Uşaq və yeniyetmələrin inkişafının
sosial‐psixoloji məsələləri” kitabı psixoanaliz gözü ilə qiymətləndirmək
istəyirəm:
Şəxsiyyətin formalaşmasında uşaqlıq dövrünün önəmini hər bir əsərin‐
də vurğulayan Z. Freyd gənclərlə iş aparan pedaqoqlara da təsir etmişdir.
O dövrdə gənclərlə iş aparan pedaqoqlar, gənclərin normal və qeyri‐adi
davranışları ilə necə bir şəxsiyyətə sahib olduqlarını başa düşməyə çalışır‐
dılar. Hər iki metod uşaq və gəncin davranışlarının başa düşülməsində
ictimaiyyət və klinikanın birlikdə işləməsinin faydalı olacağı nəticəsinə
gəlinmiş və bu istiqamətdə aparılan işlər getdikcə artmışdır.
İnsanı anadan olandan başlayaraq uşaqlıq, həddi‐büluğ dövrünə, ora‐
dan da gənclik dövrünə uzanan inkişafı müddətində fərqli nöqtələrdən
tədqiq edən psixoanaliz və təhsil psixologiyasının ortaq obyekti vardır ki,
bu da insandır.
Təhsil psixoloqları uşağın o andakı halı ilə məşğul olarkən, psixoanali‐
tiklər şəxsiyyətin davranışı ilə maraqlanırlar. Z.Freyd pedaqogika ilə psi‐
xoanalizin bir‐birinə təsir etdiyindən bəhs edərək pedaqoqların işiylə də
maraqlanmış və 1920‐ci ildən başlayaraq psixoanaliz və mədəniyyət ara‐
sında əlaqədən daha çox antropoloji bir düşüncə ilə əlaqəsi istiqamətində
inkişaf etdirmişdir.
Bu düşüncə hər iki metodun tətbiqinin mümkün olmadığını irəli sü‐
rənlərə də bir cavab olmuşdur. Şəxsiyyət fikri üzərində dayanan və bu isti‐
qamətdə bütün insanları ələ alan düşüncənin necə ortaq nöqtəsi ola bilər?
Cavab isə çox sadədir: hər şagirdin bir‐birindən fərqli ruh dünyası və sinif
xaricində fərqli davranışları vardır. Elə isə bu fərdlərə eyni tərzdə yanaşma
və onlarla ünsiyyətqurma necə ola bilər? Əsas çətinlik buradan irəli gəlir.
Hər şagird ayrı bir dünyadır, amma çətin bir vəziyyət olduğunda: məsə‐
lən, həddi‐buluğla gələn sıxıntı zamanı, ümumi səbəblərə sığınaraq davra‐
nışlarını haqlı göstərmək istəyərlər. Burada təlimatçının rolu bir mənada
eyni ilə psixoanalitikin roluna oxşayır ki, hadisələrə hakim olsun, ruhi
davranışlarında möhkəm dayansın. Pedaqoq həm ənənəvi olanı qoruma‐
ğa, həm də uşaq və gəncdəki yeni olanı kəşf etməyə çalışacaq, fərqli olana
da zərər verməyəcək. Bax, bu iş psixoanalizin işinə oxşayır. Təlimatçıların
valideyn və uşaq arasındakı bu vasitəçilik rolu psixoanalizin nəzəri yanaş‐
ma metodu ilə dəstəklənərsə, daha da faydalı olacağına inanırıq.
Dos. Dr. Tevfika Tunaboylu‐İkiz
İstanbul Universiteti Ədəbiyyat bölümü
10 mart, 2009
Kitab haqqında
9
Sağlam cŠmiyyŠ yolu
sağlam uşaq böyütmŠkdŠn keçir…
Uşaqlar bir yandan şəxsiyyət olmaq üçün bütün potensiallarını ortaya
çıxarmağa çalışarkən, bir yandan da içində yaşadıqları cəmiyyətin mənəvi
dəyərlərini və ənənələrini öyrənməkdədirlər. Onların göstərdikləri fərdi
inkişaf səyləri ilə ictimai tələblər arasında müxtəlif problemlərin meydana
çıxdığı istisna deyil. Məhz bu baxımdan, başda valideynlər olmaq şərti ilə
tərbiyəçilərin, təlimatçıların və əlaqədar təşkilatların üzərinə ciddi bir
məsuliyyətin düşdüyünü unutmamaq lazımdır. Bu məqamda bir Çin ata‐
lar sözünü xatırlamaq yerinə düşər: ʺUşağın təlim və tərbiyəsi doğumun‐
dan 20 il əvvəl başlayırʺ… Bu söz, sağlam uşaq böyütmək üçün əvvəlcə
valideynlərin və cəmiyyətin şüurlandırılmasının vacibliyini vurğulayır.
Həqiqətən də, uşaqların keçirdikləri yaş dövrünə uyğun inkişaf xüsusiy‐
yətlərini, onların ehtiyac və qabiliyyətlərini bilən həssas valideyn və
təlimatçılar olmalıdır ki, bir tərəfdən uşaqların sağlam böyüməsinə, digər
tərəfdən də sağlam bir cəmiyyətin formalaşmasına xidmət etsinlər.
“Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri” kitabı
tam bu məqsədə xidmət edəcək, uşaq və gənclərin inkişaf xüsusiyyətlərini,
yaşadıqları problemləri və onların səbəblərini, həlli yollarını ortaya qoya‐
caq və bu problemlərdən böyüklərin xəbərdar olmasını təmin edə biləcək
səviyyədə hazırlanmış qiymətli bir materialdır. Bu kitabın başda valideyn‐
lər və təlimatçılar olmaq şərti ilə, mövzuyla əlaqədar bütün təşkilatların
uşaq və gəncləri başa düşmələrinə köməkçi olacağına inanıram.
Hüseyn Xəlilov bu mövzuda yazılmış bir çox mənbələrə müraciət
etmişdir. Onun müəllifi olduğu “Uşaq və yeniyetmələrin inkişafının sosial‐
psixoloji məsələləri” kitabı, eyni zamanda, təhsil sahəsində yetişən şagird
və tələbələr üçün də əhatəli bir mənbə olacaq və bu sahədə mövcud olan
boşluğu dolduracaqdır. Hüseyn Xəlilovu göstərdiyi bu əvəzsiz xidmətinə
görə səmimi qəlbdən təbrik edirəm.
Psixoloq Dos. Dr. Gül Şəndil
İstanbul Universiteti, Psixologiya Fakültəsi,
İnkişaf Psixologiyası Bölməsinin Rəhbəri,
25 Yanvar, 2009
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
10
«Bizim Hüseyn müŠllim!»
Şərq sosial‐fəlsəfə təliminin əsas ümumiləşdirici tezislərindən birinə
görə, qeyri‐kamil «mən»lərdən(şəxsiyyətsizlik!) ibarət kamil cəmiyyətin
mövcudluğuna, hətta ən mükəmməl sosial‐siyasi və hüquqi‐inzibati təsi‐
satlar vasitəsilə belə nail olmaq mümkün deyil. Çin filosofu An Sinyanın
«sənaye cəmiyyəti» kimi xarakterizə etdiyi Qərb sivililaziyasının son üç
yüz illik inkişaf tarixi, başqa sözlə, sosial tərəqqinin Qərb modeli və onun
meydana çıxardığı qlobal mənəviyyat böhranı bu tezisin doğruluğunu bir
daha sübut etdi. Daxili insani məzmundan məhrum, yalnız maraqlardan
ibarət yeni insan tipinin («fəlsəfi zombi») yaranması qorxusundan indi
yalnız psixoloqlar deyil, filosoflar, sosioloqlar da həyəcanla bəhs etmək‐
dədirlər. Bəşəriyyətin neçə min illik sosial tərəqqisinin nəticəsi kimi mey‐
dana gəlmiş unikal «şəxsiyyət fenomeni» sözün həqiqi mənasında tarixin
arxivinə gömülmək təhlükəsi ilə üz‐üzədir. Belə bir şəraitdə müasir
ictimai‐humanitar elmi düşüncənin və oun ayrı‐ayrı sahələrinin üzərinə
əvvəlki dövrlərlə müqayisə olunmayacaq xüsusi bir məsuliyyət düşür:
şəxsiyyəti böhrandan çıxartmaq! Şəxiyyət isə heç şübhəsiz, müəyyən mü‐
hitin, sosial sistemin, nisbətən lokal çevrədə isə tərbiyə siteminin nəticəsi
olaraq formalaşır. Onun formalaşması üçün şəxsiyyətdən cəmiyyətə, cə‐
miyyətdən şəxsiyyətə mənəvi dəyərlərin ötürülməsini təmin edən geniş
mənada götürülən və böyük həriflə yazılmağa layiq «Milli Məktəb» ol‐
malıdır. Biz Azərbaycan ailəsində doğulan körpəni kamil bir şəxsiyyətə,
layiqli Azərbaycan vətəndaşına çevirmək üçün lazımi məktəbi formalaş‐
dıra bilmişikmi? Genetik kodunda potensial olaraq etnik‐milli dəyərləri
daşıyan Azərbaycan uşağının həmin potensiyasının açılması, onun vətən‐
daş‐şəxsiyyətinin mahiyyətini təşkil etməsi üçün ümummilli səviyyədə
funksional sistem yarada bilmişikmi? Təəssüf ki, bu suallara tam olaraq
müsbət cavab vermək mümkün deyil.
Oxuculara təqdim olunan bu kitab belə bir sistemin yaradılması mis‐
siyasının həyata keçirilməsi istiqamətində atılmış bir addım olmaqla xü‐
susi aktuallıq və mili əhəmiyyət kəsb edir.
Araşdırmanın qiymətləndirilməyə layiq cəhətlərindən biri müəllifin
uşaq və yeniyetmələrin tərbiyəsi ilə bağlı müasir dünya psixologiyasında
mövcud olan elmi yenilikləri, gəlinən nəticələri Azərbaycan elmi fikir döv‐
riyyəsinə daxil etməsidir. Burada vahid bir problem ətrafında dünyanın ən
müxtəlif psixoloqlarının mülahizələri, nəzəri qənaətləri, praktiki nəticələri
geniş əks olunmuşdur. Müəllif fərqli fikir və mülahizələri vahid bir pixo‐
loji problematika ətrafına sistemli olaraq toplamağa nail olmuşdur.
Dostları ilə paylaş: |