Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

 
30 
    Biz  qızın  təklifini  qəbul  edib,  dərhal  taksi  ilə  oraya  getdik. 
Mister  Filip  Ricvey  bizdən  qabaq  orada  idi.  O,  nişanlısını  iki 
naməlum  adamla  görəndə,  əlbəttə,  təəccüblənməyə  bilməzdi. 
O, xoş baxışlı, ucaboylu, şux geyimli bir adam idi. Boz rəngli 
tükləri  gicgahına  tökülmüşdü.  Ona  otuz  yaşdan  artıq  vermək 
olmazdı. Miss Farkuhar  irəli yeriyərək onun qoluna girdi. 
-  Filip,  səninlə  məsləhətləşmədən  hərəkət  etdiyim  üçün  məni 
bağışla.- deyə qız öz səhvini boynuna aldı. İcazə ver haqqında  
tez-tez eşitdiyin Mister Herkuli Puaronu və onun dostu kapitan 
Hastinqsi sənə təqdim edim. 
    Ricvey  təəccüblü görünürdü. 
-  Əlbəttə,  mən  sizin  haqqınızda  eşitmişəm,  Mister  Puaro,- 
Ricvey  onların  əlini  sıxdı.  Ancaq  Esminin  mənim,  daha 
doğrusu,  bizim  bu  xoşagəlməz  iş  barəsində  sizinlə 
məsləhətləşməyini ağlıma belə gətirməzdim. 
-    Filip,  mən  qorxurdum  ki,  sən  razı  olmayasan,-  Miss  Filip 
bunu təəccüblə qeyd etdi. 
-  Mən ümid  edirəm ki, Mister Puaro bu qeyri-adi işdə bir işıq 
ucu  tapacaq.  Açıq-aydın  boynuma  alıram  ki,  öz  fikirlərimi 
tamamlaya  bilmir  və  bunun  üçün  narahatlıq  hissi  keçirirəm. 
Onun  sifətinə  fikir  verdim,  üzündə  ağır  yük  götürmüş 
adamların  sifətində  olduğu  kimi  tarım  çəkilmiş  cizgilər 
görünürdü. 
-  Yaxşı,  -  Puaro  dedi  -  gəlin  lanç  edəyin,  lançdan  sonra  bu 
məsələ barədə birlikdə baş sındırarıq. Mən baş vermiş hekayəni 
Mister Ricveyin öz ağzından eşitmək  istəyirəm. 
    Biz  toqqaların  altını  bərkidəndən  sonra  Filip  Ricvey  baş 
vermiş hadisəni bütün təfsilatı ilə danışdı. Onun hekayəsi Miss 
Farkuharı  tamamilə  razı  salmışdı,  çünki  hekayədə  qızın 
danışdıqlarına  heç  bir  əlavə  edilməmişdi.  Filip  söhbətini 
qurtaran kimi Puaro suala başladı: 
- Mister Ricvey, siz nədən bilirsiniz ki, istiqrazlar oğurlanıbdır? 
Filip acı-acı gülümsədi. 
-  Açılmış  sandıqdan  bildim,  Mister  Puaro.  Mən  onu  itirə 
bilməzdim  ki.  Kayutumdakı  çarpayının  altında  yerləşdirdiyim 


 
31 
sandığı  yarı  açılmış  halda  gördüm.  Onlar  kilidi  sındırmağa 
çoxlu  güc  sərf  etmişdilər.  Bunu  sandıqdakı  cırmaq  izləri  də 
sübut edirdi. 
-  Bəlkə, sandığı açarla açıblar? 
 -  Bu  elədir.  Onlar  açarla  açmağa  çalışıblar,  ancaq 
bacarmayıblar. Axırda isə necə olubsa, onu aça biliblər. 
 -  Qəribədir,-  Puaro  dedi.  Onun  gözləri  təəccübdən  yaşıl  işıq 
kimi alışıb yanırdı. – Çox qəribədir! Onlar sandığı açmaq üçün 
çoxlu vaxt sərf ediblər. Vaxta bir bax! Sonra başa düşüblər ki, 
hər  açar  Habsın  düzəltdiyi  bu  nadir  kilidinə  düşə  bilməz. 
Sandıq da elə həmin bu açarla açılıbdır. 
-  Bu necə ola bilər, açar bütün günü məndə olubdur, axı. 
-  Siz buna əminsiniz? 
-  Mən buna görə and içə bilərəm. Bundan başqa, əgər onlarda 
da  həmin  açardan  var  idisə,  nəyə  görə  kilidi  açmaq  üçün  bu 
qədər vaxt  sərf ediblər? 
 -  Belə...  Əgər  mənə  qarşı  hücuma  keçmək  fikriniz  yoxdursa, 
onda  icazə  verin,  daha  bir  sual  da  verim.  Siz  buna  dəqiq 
əminsiniz ki, sandığı açıq qoymamısınız? 
     Filip Ricvey ona baxdı. Puaro əlinin işarəsi ilə üzr istədi və 
sonra əlavə etdi. 
-  A!...Bütün bunlar ola bilər, sizə inanıram! Çox yaxşı, deməli, 
istiqrazlar  sandıqdan  oğurlanıbdır.  Oğru  onları  neyləyə  bilər? 
O, istiqrazlarla sahilə necə çıxara bilər? 
 -  A!...  –  deyə  Ricvey  qışqırdı.  –  Necə?  Söz  gedib  yüklərin 
saxlandığı  yerin  rəbərlərinə  çatmışdı.  Gəmidəki  adamları  diş 
şotkasına kimi yoxlayıb buraxırdılar. 
-   Məncə, istiqrazlar bir bağlamada olubdur. 
-    Əlbəttə.  Onlar  göyərtədə  onu  heç  cür  gizlədə  bilməzdilər. 
Hər  halda  bizə  məlumdur  ki,  istiqrazlar  göyərtədə  olmayıbdır, 
çünki  “Olimpiya” gəmisinin ora çatmasına  yarım  saat  qalmış 
ona  qarşı  üzməyə  başlamışlar.  Əvvəlcədən  mən  teleqram 
almışdım, sonra məbləği göstərən rəqəmləri onlara göndərdim. 
Hətta, bir dəllal and içdi ki, o da “Olimpiya”ya minməmişdən 
əvvəl bu teleqramların bir neçəsini almışdır. 


 
32 
- Gəminin yanına dartı gəldimi? 
-  Dartıda  ancaq  xidmətçilər  idi.  Bu  təhlükə  siqnalı  veriləndən 
sonra  olmuşdu.  Mən  özüm  də  bu  yola  nəzarət  edirdim.  İlahi, 
Mister  Puaro,  bu  iş    məni  dəli  eləyəcək!  Deyirlər  ki,  guya 
istiqrazları mən oğurlamışam. 
-  Düşdüyünüz yeri axtardınızmı?- Puaro nəzakətlə soruşdu. 
-  Bəli. 
    Filip tutulmuş halda ona göz yetirdi. 
-  Mən  görürəm  ki,  siz  mənim  düşündüyümü  tuta  bilmirsiniz,- 
deyə  Puaro  anlaşılmaz  halda  gülümsədi.  İndi  mən  bankdan  da 
bəzi məlumatlar almaq istərdim. 
   Ricvey görüş vərəqinə bir neçə söz yazıb ona təqdim etdi. 
-  Bunu  orada  göstərərsiniz,  dayım  sizi  dərhal  qarşılayacaq. 
Puaro  ona  təşəkkür  edib  Miss  Farkuharla  xudahafizləşdi.  Biz 
London  və  Şotland  Bankının  Trednild  Stritdə  yerləşdiyi  baş 
idarəsinə yola düşdük. 
    Ricveyin  görüş  vərəqəsinə  baxdıqdan  sonra  bizi  orada 
işləyən  xidmətçilərin  tez-tez  girib-çıxdıqları  idarənin  ikinci 
mərtəbəsinə  gətirdilər.  Orada  bizi  ciddi  görkəmli  iki  centlmen 
qarşıladı.  Mister  Vavasourun  qısa,  ağ  saqqalı  var  idi.  Mister 
Şounun isə üzü təmiz qırxılmışdı. 
- Mən  başa düşürəm ki, siz xüsusi təhqiqat idarəsindənsiniz? – 
Mister  Vavasour  dedi.  -  Tamamilə  elədir,  tamamilə  elədir. 
Əlbəttə, biz həm də Şotland Yardın əlindəyik, ona tabeyik. Bu 
işi  inspektor  MkNeyl  öhdəsinə  götürübdür.  O,  çox  bacarıqlı 
işçidir, mən ona inanıram. 
-    Mən  də  inanıram,-  deyə  Puaro  nəzakətlə  təsdiq  etdi.  Əgər 
icazə versəydiniz, bacınız oğlu adından bir neçə sual verərdim. 
Bu kilidi  Habsa kim sifariş vermişdi? 
- Bunu mən özüm sifariş etmişdim,-  Mister Şou cavab verdi. 
-  Mən  işdə  heç  kimə  bel  bağlamıram.  Açarlara  gəlincə  isə, 
onlardan biri Mister Ricveydə, biri mənim həmkarımda, biri isə 
məndə idi. 
-  Bu  açarları  heç  bir  xidmətçi  əlinə  keçirə  bilməzdi?-  Mister 
Şou sual dolu nəzərlərlə Vavasoura tərəf döndü. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə