82
Bacım düşünürdü ki, mən dəli olmuşam. Bunu bəzən özüm də
fikirləşirəm.
Bu, balacaboylu kişi ağlamağa başladı. Birdən Şerlok Holms
ayağa qalxaraq gedib qapını açdı.
- Çıxın! - Holms dedi.
- Nə..ə ser?! Oy, çox sağ olun!
- Heç bir söz lazım deyil. Çıxın, gedin!
Və o, heç bir söz demədi. Balacaboylu kişi sakitcə otaqdan
çıxıb və özünü tezliklə küçəyə çatdırdı.
- Bəli, Uotson, - Şerlok Holms dedi. - Əminəm ki, bu adam bir
daha belə iş görməyəcək. O, həm də çox qorxmuşdu.
Biz göy rəngli yaqut daşı sahibinə qaytaran kimi Horner
həbsdən azad olacaq.
Alar kəndi, 1983 - cü il.
85
Nümunəvi milyonçu
Pulun yoxdursa, lap dünya gözəli də olsan belə, bundan sənə
heç bir xeyir dəyməz. Yalnız dövlətlinin imtiyazına aid olan
sevgi macərası da kasıb girən kol deyil. Kasıbın qisməti əmək
və sıxıntıdır. Həmişə gəlirin varsa, bu, cazibədar olmaqdan
daha sərfəlidir. Bütün bunlar Hyuc Erskine üçün hələ əlçatmaz
olan əsl həyat həqiqətləri idi. Yazıq Hyuc! Etiraf etməliyik ki,
o, mənəvi cəhətdən bir o qədər də zəngin deyildi. Ömründə
nəsə qiymətli və bununla yanaşı nəzakətsiz bir şey də
söyləməmişdi. Amma o, çox gözəl idi. Şabalıdı cod saçları,
aydın siması və qonur gözləri ona xüsusi yaraşıq verirdi. O,
hətta kişilərin də sevimlisinə çevrilmiş, pul qazanmağı çıxmaq
şərti ilə, hər şeydə bəxti gətirmişdi. Atası öz döyüş qılıncını və
beş cildlik
“Yarımada müharibəsinin tarixi”ni ona vəsiyyət
etmişdi. Hyuc bunların birincisini aynasının üzərindən asmış,
digərini isə
“Xanı balıqları yol göstərir” və Cinayət
Məhkəməsinin jurnalı ilə birlikdə arxivə qoymuş və yaşlı
xalasının hər il ona verdiyi 200 funtla dolanmışdı. O özünü hər
şeydə sınamışdı. Altı ay fond birjasına gedib-gəlmişdi, lakin
sadə qəlbli Hyuc möhtəkir və alverçilərin arasında nə edə
bilərdi? Uzun müddət çay alveri ilə məşğul olmuşdu, lakin
tezliklə çay da onu təngə gətirmişdi. Sonra o,
xeres
*
(şərab
növü) satmağa başlasa da, bu da onu razı salmadı; şərab da onu
yamanca usandırdı və nəticədə heç nəyə nail ola bilmədi.
Zahirən qüsursuz, heç bir sənəti olmayan çox gözəl və uğursuz
bir gənc!
Bu qədər dərdin üstündən Hyuc hələ bir eşqə də düşmüşdü.
Onun sevdiyi qız, Hindistanda ikən əhvalı pozulmuş və mədə
pozğunluğu xəstəliyinə tutulduğuna görə istefada olan
polkovnik qızı Laura Merton idi. Laura Hyucu dəlicəsinə
sevirdi və Hyuc da onun çəkməsinin bağlarını belə öpməyə
hazır idi. Onlar Londonda bir-birlərinə çox gözəl uyğun
gəlirdilər; bir penni belə pulları da yox idi. Polkovnik də