Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

 
73 
ancaq  o,  əl  ağacını  qaldıranda  arxadan  vitrinə  dəyib  onu 
sındırır. 
...  Peterson  bu  hadisəni  görən  kimi  yad  adama  kömək  etmək 
üçün  ona  tərəf  qaçır.  Amma  həmin  adam  görür  ki,  vitrini 
sındırıb, həm də əynində forma olan bir nəfər ona tərəf qaçır. O 
bunu  görən  kimi  qorxur,  əlindəki  qazı  yerə  atır  və  kiçik  bir 
küçəyə dönərək qaçıb gözdən itir. Oğlanlar da Petersonu görən 
kimi yerə düşmüş şlyapanı və Milad bayramı üçün alınmış kök 
qazı orada qoyub aradan çıxırlar. 
-  Sonra Peterson şlyapa və qazı sahibinə qaytardı? 
-  Əziz  dostum,  burada  əsas  məsələ  var.  Qazın  sol  qıçına 
“Xanım  Henri  Beyker  üçün”  sözləri  yazılmış  kiçik  kağız 
bağlanmışdı.  Siz  bu  şlyapanın  içərisində  yazılmış  “H.B.” 
hərflərini  də  görə  bilərsiniz.  Amma  bu  şəhərdə  minlərlə 
Beykerlər,  yüzlərlə  Henri  Beykerlər  vardır.  Şlyapanı  və  qazı 
onlardan hər hansına qaytarmaq o qədər də asan deyildir. 
-  Peterson sonra nə etdi? 
-    Həmin  gün,  yəni  Milad  bayramı  günü  o,  şlyapa  və  qazı 
mənim yanıma gətirdi. Peterson düşündü ki, bu mənim üçün də 
maraqlı  olar.  Bu  səhərə  kimi  qazı  saxlamışdıq,  sonra  qərara 
aldıq  ki,  yaxşı  olar  ki,  qazı  Peterson  evlərinə  aparıb  bişirsin. 
Mənə  isə  Milad  bayramı  naharını  itirmiş  naməlum  cənabın 
şlyapası qaldı. 
-  Onun şlyapasında maraqlı bir şey tapa bildinizmi? 
    Şerlok Holms şlyapanı götürdü və ona diqqətlə baxdı. 
-   Buradan bir neçə şey göstərir ki, şlyapanın sahibi çox ağıllı 
bir adamdır. Həmçinin o, son üç ildə çox varlı olub, ancaq indi 
isə  həddindən  artıq  kasıblayıb.  İndi  o,  içir  və  arvadı  da  daha 
onu sevmir. 
-  Əzizim Holms, zarafat edirsiniz. 
-  Heç də yox. Onu da deyə bilərəm ki, o çox da cavan deyildir. 
Bu  adamın  saçı  sarışındır  və  son  yaxın  günlərdə  saçını 
qırxdırmışdır. 
-  Mən çox ağılsız olmalıyam, ancaq başa düşə bilmirəm ki, siz 
haradan bilirsiniz ki, bu adam çox ağıllıdır və daha nələr... 


 
74 
    Cavab vermək üçün Holms şlyapanı öz başına qoydu və onu 
burnunun üstünə endirdi.  
-  Görürsünüz,  bu  adamın  başı  böyükdür,  ona  görə  də  ağıllı 
olmalıdır. 
-  Və o, üç il bundan əvvəl varlı olub, indisə kasıb?  
-  Bu  növlü  şlyapalar  yalnız  üç  il  bundan  əvvəl  satılıbdır.  Bu 
şlyapa ucuz deyildir. Əgər bu müddət ərzində o, başqa şlyapa 
almayıbsa, deməli, indi onun çox az pulu vardır. Başqa faktlar  
ondan  ibarətdir  ki,  o,  cavan  deyildir,  saçını  yaxın  günlərdə 
vurdurmasını  şlyapadan  aydınca  görmək  olar,  çünki  vurulmuş 
bir neçə sarışın tük şlyapanın içərisində qalıbdır. 
-    Bəs  onun  arvadı?  Siz  dediniz  ki,  o,  ərini  o  qədər  də  çox 
sevmir. 
-  Bu şlyapa xeyli müddətdir ki, təmizlənməyib. 
-  Bəlkə o, heç evli deyil. 
-  Xeyr.  O,  bu  qazı  evə,  arvadına  aparırmış.  Qazın  ayağındakı 
yazılmış kağızı xatırla. 
-  Siz  hər  şeyə  cavab  verirsiniz,  ancaq  orada  heç  bir  cinayət 
yoxdur.  Sadəcə  olaraq  bir  qaz  itmişdir.  Bəs  nə  üçün  bütün 
faktları toplayırsınız? 
   Şerlok Holms ağzını açıb  cavab vermək istəyirdi  ki,  bu vaxt 
qapı açıldı və Peterson otağa daxil oldu. 
-  Cənab Holms, qaz!  Qaz, cənab! - o qışqırdı. 
-  Nə  olub?  Qaz  dirilib,  yoxsa  mətbəxin  pəncərəsindən  uçub 
gedib? 
- Oy, yox, cənab! Baxın, görün, arvadım onun çinədanından nə 
tapıb!. 
   O, əlini açdı və göy rəngdə parlaq bir daşı bizə göstərdi. 
- Yaxşıdır. - Şerlok Holms dedi.- Bu qiymətli daşdır. Bilirsiniz, 
nə  tapıbsınız?  Bu  Qrafinya  Morkarın  yaqutudur.  Bu 
“Kosmopolitan”  mehmanxanasında  itirilmişdi.  Onlar  bu 
qiymətli  daşı  tapana  1.000  funt  sterlinq  verəcəklərinə  söz 
veriblər. 
-  Min funt sterlinq? - Peterson heyrət içərisində dilləndi. - Bu 
çox böyük məbləğdir. Bunu nə vaxt itiriblər?    


 
75 
-    Beş  gün  bundan  əvvəl,  dekabrın  22-də.  Bir  xidmətçi,  Con 
Horner  xanımın  geyinmə  otağında  işləyirdi.  Bir  neçə  müddət 
Rider  adlı  başqa  bir  xidmətçi  də  onunla  birgə  işləyirdi.  Sonra 
onu harasa çağırıblar. Geri qayıdanda Ceyms görür ki, Horner 
yoxa  çıxıb,  Qrafinyanın  qiymətli  göy  rəngli  daşı  saxlanılan 
qutu isə boş halda stolun üstündə qalıb. Bu vaxt Rider həyəcan 
siqnalı  verir  və  həmin  axşam  Horner  həbs  olunur.  Həmin 
qiymətli  daş  isə  tapılmır.  Horner  əvvəllər  də  bir  dəfə  oğurluq 
üstündə  həbs  edilmişdi.  Buna  görə  də  bu  qiymətli  daşın  da 
onun  tərəfindən  oğurlanmasına  heç  kəs  şübhə  etmədi.  İndi 
Horner həbsdədir. 
-    Belə...  Görürsən,  Uotson,  -  Şerlok  Holms  davam  etdi.  -  biz 
indi  bu  daşın  mehmanxanadan  oğurlanıb,  sonra  isə  qazın 
çinədanına  necə  düşməsi  məsələsini  aydınlaşdırmalıyıq. 
Əvvəlcə,  biz  küçədə  şlyapasını  və  qazını  itirən  Cənab  Henri 
Beykeri  tapmalıyıq.  Bu  sirrin  bir  hissəsi  olacaq.  Biz  bütün 
axşam qəzetlərinə elan verəcəyik. Zəhmət olmasa, mənə qələm 
və  bir  vərəq  kağız  verin.  Oraya  aşağıdakı  sözləri 
yazacağam:“Oksford  küçəsinin  tinində  bir  qaz  və  bir  keçə 
şlyapa  tapılmışdır.  Cənab  Henri  Beyker  bu  axşam  saat 
6:30-da  Beyker  küçəsi,  22  b  ünvanına  gələrsə,  onları  geri 
ala bilər”. 
-  Peterson,  indi  aşağı  idarəyə  düş  və  de  ki,  bunu  bütün  axşam 
qəzetlərində  dərc  etsinlər.  Bir  də  ki,  geri  qayıdanda  bir  qaz 
alarsan.  Əgər  Cənab  Henri  Beyker  elana  cavab  olaraq  bura 
gəlsə, o, qazı ona verməliyik. 
-  Yaxşı, ser. Bəs bu daş? 
-  Onu seyfə qoyacağam. Qrafiniyaya yazarsınız ki, o, bizdədir. 
    Peterson gedəndən sonra  Şerlok Holmsdan soruşdum: 
-   Necə düşünürsünüz, Horner günahkar deyil? 
-   Hələlik deyə bilmərəm. 
-   Bəs Henri Beyker? 
-  Mənim  fikrimcə,  Henri  Beyker  günahkar  deyil,  qazın 
çinadanındakı qiymətli daşdan da xəbərsizdir. Ancaq mən buna 
yazdığım elana cavab alandan sonra  asanlıqla əmin olacağam. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə