Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

 
100 
Arelano  ona  iki  dollar  təklif  etmişdi.  O,  başını  yırğalamışdı. 
Vera işə qarışmışdı və pulu onun ovcuna qoymaq istəmişdi. Bu 
vaxt Rivera demişdi: 
-   Mən inqilab üçün çalışıram. 
    Yeni inqilab etmək üçün pul lazım idi. Təşkilat üzvləri bunu 
əsas  götürürdü.  Onlar  ağır  işlər  görür,  ac  qalmaqlarına  razı 
olur,  ancaq  nəyin  bahasına  olursa-olsun,  pul  əldə  etmək 
istəyirdilər.  Bəzən  onlar  bütün  günü  gördükləri  iş  üçün  yalnız 
bir neçə dollar alırdılar.  
    Bir  dəfə  sahibkar  onları  qaldıqları  otaqlardan  çıxaracağı  ilə 
hədələmişdi,  çünki  iki  ay  olardı  ki,  onlar  ev  kirayəsi  haqqını 
ödəyə bilməmişdilər. 
    Bu  zaman  ciddi  görkəmli,  nimdaş  paltarlı,  həmişə  otaqları 
silib  təmizləməklə  məşğul  olan  Filip  Rivera    Mey  Setbinin 
stolunun üstünə altımış dollar qızıl pul qoymuşdu. 
    Hələ  də  onlar  Filipi  başa  düşmür,  onu  yaxından  tanıya 
bilmirdilər.  Nəsə,    hələlik  Rivera  yoldaşlarda  heç  bir  inam 
yarada bilməmişdi. O, heç vaxt danışmır, heç bir şey soruşmur, 
heç  bir  şey  də  təklif  etmirdi.  Onlar  inqilab  barəsində  
danışanda,  xüsusən  söhbətlər  çox  qızğın  şəkil  alanda  Rivera 
sakitcə dayanıb onlara qulaq asır, onları yalnız soyuq baxışlarla 
süzürdü.  Bu  oğlan  vətənpərvərlər  üçün  bir  müəmma  olaraq 
qalırdı. Riveranın vaxtının çoxunu harada keçirməsi həqiqətən 
də bir sirr idi. 
    Bir  həftə  olardı  ki,  Rivera  görünmürdü.  Hər  dəfə  geri 
qayıdanda,  o,  heç  bir  söz  demədən    Mey  Setbinin  stoluna 
yaxınlaşır,  dinməzcə  cibindən  çıxardığı  qızıl  pulları  onun 
qabağına  qoyurdu.  Qalan  günləri  isə  Rivera  onlarla  birlikdə 
keçirirdi.  Bir  azdan,  o,  yenidən  yoxa  çıxır,  gecədən  xeyli 
keçəndən sonra geri qayıdırdı. 
    Krizis  dövrü  yaxınlaşdı.  İndi  həmişəkindən  daha  çox  pul 
lazım  idi.  Pulu  əldə  etmək  isə  daha  çətin  olmuşdu. 
Vətənpərvərlər  pulu  son  qəpiklərinə  qədər  verib  silah,  döyüş 
sursatı  almışdılar,  ancaq  bu  hələ  kifayət  deyildi.  Bəhanə 


 
101 
axtaran batalyonları da silahlandırmaq  lazım idi. Ancaq necə? 
Pul yox idi. 
-  Meksikanın azadlığını ya düşünmək mümkün olmayacaq, ya 
da bir neçə min dollar lazım olacaq, - deyə  Paulino Vera son 
sözünü dedi. 
    Bütün sifətləri ümidsizlik ifadəsi bürüdü. 
    Rivera dizi üstə çökərək otağın döşəməsini silirdi. O, dirsəyə 
qədər  çırmalanmış  çılpaq  qolunu  şotka  ilə  birlikdə  çirkli  suya 
salaraq dərin fikrə getdi. Sonra cəld şotkanı və əllərini sabunla 
yuyub, şotkanı yerindən asdı. 
-   Beş min dollar bəs edər? – Rivera soruşdu. 
    Hamı  ona  qımışdı.  Vera  başını  buladı  və  udqundu.  Rivera 
danışmadı, ancaq o, indi elə bil fövqəladə bir kəşf etmişdi. 
-  Silahları sifariş verin! Vaxt azdır. Üç həftədən sonra beş min 
dolları gətirəcəyəm. Bu yaxşı oldu. Vuruşmaq üçün hava daha 
isti  olacaq.  Bu  da  mənim  üçün  ən  yaxşı  fürsət  olar,  -  deyə 
Rivera yoldaşlarının heç bir vaxt səsini eşitmədiyi bir cəldliklə 
sözləri onlara çatdırdı. 
    O  ayağa  qalxdı,  paltarının  qolunu  aşağı  saldı  və  pencəyini 
geyindi. 
-   Silahları sifariş edin! – o dedi. – Mən gedirəm.        
    Uzun  telefon  söhbətlərindən,  danışıqlarından  sonra  axşam 
iclası    Kellinin  idarəsində  keçirildi.  O,  Nyu-Yorkdan  Denni 
Uordu  gətirmişdi.  Üç  həftə  bundan  əvvəl  Billi  Karti  və  Denni 
Uord  arasında  boks  görüşü  təşkil  etmək  nəzərdə  tutulmuşdu. 
Yarışa  isə  indi  iki  gün  qalırdı.  Bu  yarış  hələlik  idman 
jurnalistlərindən gizli saxlanılırdı. Ancaq məlum oldu ki, Karti 
bərk zədələnib, xəstə yatır. Onu əvəz edə bilən isə heç kim yox 
idi. İndi ümid üçün işıq ucu  görünürdü. 
-    Sizin  qeyri-adi  əsəbiniz  var,  -  deyə  Kelli  Riveraya  tərəf 
döndü və ilk baxışdan bir-birini tez anladılar. 
    Riveranın  gözlərində  nifrət  qığılcımları  parladı,  ancaq 
sifətində bunu hiss etdirmədi. 
-  Mən Uorda qalib gələcəyəm, - deyə Rivera hamıya bildirdi. 
-  Haradan bilirsiniz? Heç onun vuruşmasını görmüsünüzmü? 


 
102 
    Rivera başını yellədi. 
-  O sizi bir əli ilə gözünüzü yumub-açana kimi vuracaq. 
    Rivera çiyinlərini tərpətdi. 
-    Bir şey demək istəyirsiniz?  –  deyə  görüşü təşkil edən adam 
acıqla soruşdu. 
-   Mən ona qalib gələcəyəm! 
-    Yaxşı,  siz  Roberti  tanıyırsınız.  O  burada  olmalıdır,  dalıyca 
adam göndərmişəm. 
    Robert gələn kimi Kelli birbaş əsas məsələyə keçdi. 
-  Bura bax, Robert, siz bu kiçik meksikalı ilə lovğalanırdınız. 
Bilirsiniz  ki,  Kartinin  qolu  sınıbdır.  Yaxşı,  deyəsən  bu  kiçik 
südəmərin əsəbləri möhkəmdir və deyin  ki,  o, Kartinin  yerinə 
çıxış edəcək. Necə bilirsiniz? 
-  Yaxşı,  Kelli,  -  deyə  Robert  astaca  cavab  verdi.  –  O,  vuruşa 
bilər. 
-    Çox  yaxşı,  -  Kelli  katibinə  tərəf  döndü.  –  Uorda  zəng  et! 
Mən fikirləşdim ki, onu xəbərdar edim. Qiymət barəsində. 
    Denni Uord gəldi. İlk baxışdan sakit adama oxşayırdı. Onun 
rəhbəri  və  məşqçisi  də  onunla  idi.  Salamlaşdılar.  Denni  bir  az 
zarafat etdi, hamıya gülümsədi. 
-    Bu  oğlandır?  –  Denni  Riveranı  müştəri  gözü  ilə  süzdü.- 
Salam, “qoca oğlan.” 
    Riveranın  gözləri  qəzəbdən  alışıb  yandı,  ancaq  bunu  biruzə 
vermədi.  Hisslərini  güclə  cilovlayırdı.  O,  bütün  əcnəbilərə 
nifrət edirdi, onları görən gözü yox idi. 
-   Hansı uşaq bağçasından gəlmisən? – Denni soruşdu. 
-    Denni,  o,  yaxşı  oğlandır,  - Robert Riveranı  müdafiə   etdi.  – 
Göründüyü qədər də sakit oğlana oxşamır. 
-    Gəlin,  əsas  məsələyə  keçək.  –  Denni  bir  az  fasilə  verdi  və 
əlavə  etdi.-  Əlbəttə,  Karti  ilə  olduğu  kimi,  yığılanın  65  faizi 
çeklə.  Ancaq  bölgü  müxtəlif  olacaq.  80  faizi  mənə  çatacaq,  - 
deyə Denni rəhbərinə tərəf döndü. – Bu düzdür? 
     Rəhbəri onu təsdiq etdi. 
 Buyurun, bunu götürürsünüz? – Kelli Riveradan soruşdu. 
     Rivera başını yırğaladı. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə