Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə34/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

 
106 
cəngavər  kimi  vuruşurdular.  Rivera  hələ  ayaq  üstə  dayana 
bilirdi. Bundan sonra iki dəqiqə də keçdi.  
    Sonra  hamını  heyrətə  gətirən  hadisə  baş  verdi.  Birdən  nəsə 
qarışıqlıq oldu, oyun dayandırıldı. 
    Rivera  tək  dayanmışdı.  Denni  -  dəhşətli  dərəcədə  qorxmuş 
Denni,  arxası  üstə  uzanmışdı.  Hakim  Riveranın  bir  əlindən 
tutub  geri  çəkdi  və  iki  qladiator  arasında  dayanıb  saymağa 
başladı. Hakim “beş” deyənə kimi Uordun gözü qarşısında hər 
şey fırlanırdı,  yeddi  saniyədə bir dizi  üstə dayanaraq dincəldi. 
O,  “doqquz”dan  sonra  “on”u  deməmiş  qalxmağa  hazırlaşdı. 
Əgər  “on”  deyəndə  onun  dizi  döşəməyə  dəyməzsə,  onda  bu 
“noqdaun”  hesab  edilir,  yaxudda  ki,  “nokaut”.  Əgər  diz 
döşəməni  tərk  edərsə,  “qalxmış”  hesab  olunur  və  bu  halda 
Riveranın  onu  yenidən  vurub  yıxmağa  icazəsi  var  idi. 
Riveranın  başqa  imkanı  yox  idi.  Uordun  dizləri  döşəmədən 
qalxan  kimi  Rivera  ona  zərbə  endirəcəkdi.  O  ətrafına  baxdı, 
hakim onun qarşısında dayanmışdı. Rivera bilirdi ki, hakim çox 
asta sayır. Hamı ona qarşı idi, hətta, hakim də.   
    Hakim  “doqquz”  deyən  kimi  cəld  hərəkətlə  Riveranı  geri 
itələdi.  Əlbəttə,  bu  ədalətsizlik  idi.  Bu  vaxt  Uordun  yerdən 
qalxmasına açıq imkan yarandı. Denni gülümsədi. 
    İkinci  və  üçüncü  raund  da  keçdi.  Dördüncü  raundda  Denni 
yenidən  noqdauna  düşdü.  Zaldan  qulaqbatırıcı  müxtəlif 
qışqırtılar, söyüşlər yağırdı. 
    Vuruşma  daha  əvvəlki  kimi  sürətli  getmirdi.  Hər  iki 
boksçunun  yorğunluğu  aydınca  görünürdü.  Bu  dəfə  Rivera 
noqdauna  düşdü.  Zalı  yenidən  sevinc  dolu  səslər,  qışqırtı 
bürüdü. Rivera bir dizi üstə duraraq dincəldi. O, bilirdi ki, indi 
hakim saniyələri çox tez-tez sayır. 
- Öldür onu, Denni! Öldür! – deyə hamı ayağa qalxıb qışqırırdı. 
    Bu  səslər  Riveraya  canavarların  ulaşmasını  xatırladırdı. 
Rivera isə yaşayırdı, beyni daha aydın işləyirdi. 
    Riveranın  xəyalında  yenidən  düşüncələr  qanad  açdı:  - 
qızmar  səhra  boyunca  uzanan  dəmiryolu,  Meksikanın  polis 
əsgərləri,  amerikan  polisləri,  həbsxanalar,  tətildən  sonra 


 
107 
acından  korluq  çəkən  kasıblar.  Və  birdən  gördü  ki,  parlaq  və 
ecazkar inqilab şəfəqləri bütün bu çirkabları doğma torpaqdan 
silib təmizlədi. Hər bir nifrətli baxış bir silah idi. O, silah üçün 
vuruşurdu.  İndi  Rivera  özü  silah  idi.  O,  inqilab  idi.  O,  bütün 
Meksika üçün mübarizə aparırdı. 
    Bu zaman fasilə elan olundu. Rivera dəsmal ilə tərini silmək 
əvəzinə ciyər dolusu dərindən nəfəs aldı. 
    Hamı  ona  qarşı  idi.  O,  satqınlarla  əhatə  olunmuşdu.  On 
dördüncü  raundda  Rivera  Uordu  yenidən  noqdauna  saldı. 
Hakim  yavaş-yavaş  sayırdı.  Rivera  isə  əllərini  yanına  salıb 
dincəlirdi. O biri küncdən isə astacadan pıçıltılar eşitdi. 
    Kelli işə qarışdı. O, irəli gəlib Rivera ilə danışdı: 
-  Yıxılın, oğlan. Mən sizə çempion olmağa kömək edəcəyəm. 
    Rivera cavab vermədi. 
    Qonq vurulanda Rivera nədənsə bir az qorxu hissi keçirdi. 
    Denni bütün zərbələri ehtiyatla işlədirdi. İki raund isə Denni 
Riveraya  çox  da  yaxınlaşmadı,  ancaq  hərdən  sərrast  zərbələr 
işlədirdi.  Bu  raundun  sonu  Denninin  ən  yaxşı  vuruşduğu 
dəqiqələr idi. Bütün tamaşaçılar ayaq üstə durmuşdu. Vuruşun 
nə ilə nəticələnəcəyi hamı üçün maraqlı idi. 
-    Nə  üçün  vuruşmursan?  –  deyə  tamaşaçılar  Riveradan  tələb 
edirdilər. Hamı qışqırırdı: 
-    Sən  fırıldaqçısan!  Kimliyini  gizlədirsən!  Öldür  onu,  Denni! 
Öldür! 
    Bu zalda yalnız Rivera soyuq adam olmuşdu onlarçün. 
    Rivera ağır zərbədən səntirlədi, aşağı oturdu və tez özünü ələ 
aldı.  O,  geri  çəkiləndə  əlləri  ixtiyarsız  yanlarına  düşmüşdü. 
Denni  düşündü  ki,  bu  onun  imkanı  idi,  ancaq  o,  oğlanın 
ürəyiyumşaqlığından  istifadə  etdi.  O,  Riveranı  qucaqlayaraq  
istirahət edirdi. Rivera hakimdən onu aralamağı tələb etdi. Geri 
çəkilən kimi  Denni   yıxıldı.  Ayağa qalxanda Rivera onun sağ 
çənəsindən və boynunun aşağı tərəfindən bir-birinin ardınca üç 
güclü zərbə vurdu. Hakim  bu zərbələri saymaya  bilməzdi.  Bu 
açıq-aydın ədalətsizlik olardı. 
-   Say! -  Rivera hakimin üstünə dəlicəsinə qışqırdı. 


 
108 
    Hakim  sayıb  qurtarandan  sonra  Denninin  sekundantı  onu 
yerdən götürüb öz  küncünə apardı. 
-   Kim qalib gəlir? - Rivera tələb etdi. 
    Hakim  könülsüz  halda  onun  əlindən  əlcəyi  çıxardı  və  əlini 
göyə qaldırdı. 
    Riveranı  heç  kəs  təbrik  etmədi.  O,  heç  nəyə  əhəmiyyət 
vermədən  öz  küncünə  tərəf  addımladı.  Onun  sekundantı  isə 
artıq  çoxdan  getmişdi.  O,  əyilib  kəndirin  arasından  keçəndə, 
ona  dikilmiş  minlərlə  qəzəbli  baxışlarla  rastlaşdı.  Onlar  bu 
gəlmələrə  o  vaxta  kimi  nifrətlə  baxacaqlar  ki,  bütün  on  min 
gəlmələri  süpürüb  atana  kimi.  Riveranın  dizləri  titrəyirdi, 
həyəcandan hıçqırırdı. 
    Bir  azdan  isə  Riveranın  gözləri  qarşısında  qəzəbli  baxışlar 
əriyib  yox olmuşdu. Təngnəfəslikdən başı hərlənsə də, o, irəli 
can atırdı. Bir zaman Rivera onlara silah xatırlatmışdı. Rivera 
onlar  üçün  qorxunc  bir  silah  idi,  çünki  inqilab  həqiqətə 
çevrilmişdi. 
    İndi  Rivera  hər  yerdə  şölənənən  inqilab  alovlarını  aydın 
görürdü...      
                                                                                               
                                                              Alar kəndi,  1985 - ci il.  
 
 
                           
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə