Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə33/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

 
103 
-   Yaxşı, bu belədir, - Kelli aydınlaşdırdı. 
-    Sən  dubliyorsan,  məhşur  da  deyilsən.  İyirmi  faiz  sənin, 
səksən faiz isə Denninin. Bu əladır, elə deyilmi, Robert? 
-  Çox yaxşıdır, Rivera, - Robert razılaşdı. – Görürsən, sən hələ 
tanınmamısan. 
-  Çeklə altımış beş faiz nə qədər edəcək? – Rivera tələb etdi. 
-  Ola bilsin ki, beş min, yaxud da daha çox, səkkiz min, - deyə 
Denni aydınlaşdırdı. – Buna yaxındır. Payına düşən məbləğdən 
ya  min,  ya  da  min  altı  yüz  də  ad-sanımla  bölüşməlisən.  Nə 
deyirsən? Razısan? 
    Rivera dərindən köks ötürdü. 
-  Qalib  gələn  hamısını  götürür,  -  deyə  Rivera  qəti  son  sözünü 
dedi. 
    Aralığa dərin bir sükut çökdü. 
    Denni acıqla bağırdı: 
-    Nəyə  görə,  balaca  küçük?!  Dəli  şeytan  deyir,  vur  bunun 
başını əz indi. 
-    Qalib  gələn  hamısını  götürür,  -  Rivera  qaşqabaqlı  halda 
təkrar etdi. 
-    Nə üçün bu yolu təkid edirsən? – Denni soruşdu. 
-    Mən sənə qalib gələcəyəm. - Rivera birbaşa cavab verdi. 
 Bura bax, balaca sarsaq, - Kelli mübahisəyə qoşuldu. – Sən 
hələ  heç  nəsən.  Denninin  isə  dərəcəsi  var.  Səni    Los-
Ancelesdən kənarda heç kim tanımır. 
-    Bu  vuruşdan  sonra  hamı  tanıyar,  -  Rivera  çiyinlərini 
tərpədərək cavab verdi. 
-  Düşünürsən  ki,  bir  saniyə  müddətində  mənə  qalib  gələ 
bilərsən? – Denni birdən dedi. 
    Rivera başını yırğaladı. 
-  Sən mənə heç min il bundan sonra da qalib gələ bilməzsən, - 
Denni onu əmin etdi. 
-  Onda bəs nə üçün  əlini ölçürsən? – Rivera dedi. – Əgər pul 
qazanmaq  bu  qədər  asandırsa,  nəyə  görə  onun  dalısıyca 
getməyəsən? 


 
104 
-    Yaxşı,  mən  sənə  göstərərəm!  –  Denni  dəlicəsinə  bağırdı.  – 
Mən  səni  rinqdə  ölənə  kimi  əzişdirəcəyəm.  Sənin  axmaqlığını 
mən  bu  yolla  həll  edəcəyəm.  Kelli,  elanı  ver!  Qalib  gələn 
hamısını götürür! Balaca küçük, mən sənə göstərəcəyəm!  
    Riveranın  rinqə  çıxmasını  soyuq  bir  tərzdə  qeyd  etdilər. 
Bəziləri də könülsüz halda əl çalırdı, bu da çox uzun sürmədi. 
Tamaşaçıların  heç  birisi  ona  ümid  bəsləmirdi,  çünki  Rivera 
Denninin  “nəhəng”  əlləri  qarşısında  quzunu  xatırladırdı. 
Bundan başqa, zaldakılar çox məyus görünürdülər, çünki onlar 
Denni  Uordla  Billi  Kartinin  görüşünü  gözləyirdilər.  İndi  isə 
onlar bu balaca uşağa tamaşa etməliydilər. 
    Meksikalı  oğlan  öz  küncündə  oturub  sakitcə  gözləyirdi.  Bu 
nifrətli  oyun  təzə  boksçunu  son  dərəcə  daha  çox  hiddət-
ləndirmişdi. 
    Başqa  boksçular  məşqçilərinin  rəhbərliyi  altında  boksun 
sirlərinə  yiyələnir,  daim  məşq  edirlər.  Əlbəttə,  boksa  yenicə 
başlayan  üçün  bu  əsas  şərtdir.  O  isə  bunları  etmədən  birbaş 
rinqə çıxmışdı, çünki o, ac idi. İnqilabi təşkilata qoşulana qədər 
o, heç vaxt pul üçün vuruşmamışdı.  
    Bu  döyüşdə  isə  onun  yeganə  məqsədi  qalib  gəlmək  idi, 
başqa  cür  də  ola  bilməzdi.  Çünki  Meksika  vətənpərvərlərinin 
edəcəkləri inqilabın gələcək taleyi bu vuruşmadan asılı idi. 
    Denni Uord isə həyatda yaşamağın ən asan yolunu seçmişdi, 
pul  üçün  vuruşmaq.  Ancaq  Riveranın  beynində  bundan  başqa 
elə bir dəhşətli döyüş səhnəsi alovlanırdı ki, bunu oturanlardan 
heç birisi hiss edib, görə bilməzdilər. O, gözlərini geniş açaraq, 
rinqin küncündə sakitcə oturub rəqibini gözləyirdi. 
    Rivera indi Rio Blanko fabrikinin ağ divarlarını, altı min ac 
fəhləni,  üz-gözündən  yorğunluq  süzülən  yeddi-səkkiz  yaşlı 
kiçik uşaqları görürdü. Səhərdən axşama qədər ağır işlər görən, 
əvəzində  isə  cəmi  on  sent  alan  balaca  uşaqlar  Riveranın 
gözünün  qabağından  getmirdi.Onun  xəyalında  ağır  işlərdən 
sonra  otaqlarda  ölmüş  insan  başları  canlanırdı.  O,  atasının 
“özünə qəsd” adlandırılmış ölümünü xatırladı. 


 
105 
    Riveranın  xəyalında  bundan  sonra  daha  çox  versiyalar 
alovlandı:  tətil,  aclıq,  meşələrdə  axtardıqları  giləmeyvələr, 
rastlarına  nə  gəldi  yedikləri  müxtəlif  bitkilərin  kökləri, 
boğazlarının  ağrıması,  gecələr  isə  fəhlələrlə  əsgərlərin  silahlı 
toqquşmaları, günahsız axıdılmış qanlar, ölmüş insan cəsədləri, 
- bütün bunlar elə bil ki, dünən olmuşdu. 
    Birdən  Riveranın  qulaqlarına  alqış  səsləri  gəldi,  dəniz  kimi 
dalğalanan alqış səsləri! 
    Bu  alqışlar  Denni  Uordun  ünvanına  idi.  Alqış  sədaları  beş 
dəqiqə çəkdi. 
    Rivera  Denni  Uordun  belə  sürəkli  alqışlarla  qarşılanmasını 
gözləmirdi. 
    Denni  öz  rəqibini  “qardaş”  kimi  salamladı.  Onun  dodaqları 
tərpəndi. 
-    Meksikalı  balaca  siçovul,  -  Denni  gülümsəyən  dodaqları 
altında mızıldandı. – Mən sənə göstərəcəyəm.         
    Rivera  eşitdiyi  sözlərə  heç  bir  əhəmiyyət  vermədi,  onun 
gözlərində  saysız-hasabsız  silahlar  göründü.  O,  Meksika 
sərhədi  boyunca,  ucsuz-bucaqsız  quru  düzənliklərdə  istidən 
əzab  çəkən  vətənpərvərləri  görürdü  ki,  onlar  da  əllərini  açıb 
silah istəyirdilər. 
    Qonq  vuruldu,  döyüş  başlandı.  Tamaşaçılar  sevinclərini 
gizlədə  bilmirdilər.  Hamı  Denni  Uordu  alqışlayırdı.  İndiyə 
kimi onlar belə heyrətləndirici açıq döyüş görməmişdilər. 
    Denni  məsafənin  dörddə  üç  hissəsini  elə  sürətlə  irəliləyirdi, 
elə  bil  ki,  bu  saat  Meksikalı  oğlanı  yeyəcəkdi.  Bununla  o,  bir 
növ meksikalıya məsləhət verdiyini nümayiş etdirirdi. Hər dəfə 
hücuma  keçəndə  Denni  bir-iki  zərbəylə  kifayətlənmirdi,  ardı-
arası  kəsilməyən  zərbələr  endirirdi  Riveraya.  Riveranın  geri 
çəkilməyə  yeri  yox  idi,  yeganə  imkanı  zərbələrdən  yayınmaq 
və müdafiə olunmaq idi. 
    Bu  boks  vuruşması  deyildi.  Bu,  elə  bil  bıçaqlaşma  döyüşü 
idi,  indicə  bir-birini  doğrayacaqdılar.  Belə  bir  vuruşma 
tamaşaçıları  heyrətləndirmişdi.  Bu  iki  boksçu  rinqdə  deyil, 
sanki  qarşı-qarşıya  dayanmış,  bir-birlərinin  qanına  susamış  iki 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə