Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   34   35   36   37   38   39   40   41   42

 
128 
-  Əlbəttə,  onlar  səni  görmək  üçün  xeyli  pul  xərcləyirlər.  – 
Kotman  yavaşca  dedi.  –  Əgər  bu  gecə  qorxub  bunu  yenidən 
təkrar etməsən, sabah bizim üçün yaxşı olmayacaq. 
-  Xeyr,  bu  olmayacaq.  Əsas  məsələ  budur  ki,  ikinci  dəfə 
tullanmaq  mənimçün  ölüm  deməkdir.  Çox  ləngidin,  əzizim. 
Cənab  Espinelə  de  ki,  bu  axşam  tamaşa  ikinci  dəfə 
göstərilməyəcək,  çünki  nədənsə  bu  gün  əsəbilərimi  cilovlaya 
bilmirəm. 
-  O  bununla  heç  vaxt  razılaşmayacaq,  çünki  adamların 
əksəriyyəti səni görmək üçün şam yeməyinə gəlirlər. 
-   Axı, bacarmaram! 
    Kotman  bir  anlığa  susdu.  Stellanın  sifətində  yenidən  göz 
yaşları göründü. O, başa düşürdü ki, Stella onu necə sevir. 
-   İndi mən getməliyəm, əzizim. Espinel məni görmək istəyir. 
-   Nə barədə? 
-      Bilmirəm.  Mən  ona  deyəcəyəm  ki,  sən  hər  gecə  yalnız  bir 
dəfə  bu  səhnəni  göstərə  bilərsən.  Görək,  o  buna  nə  deyəcək. 
Məni burada gözləyirsən? 
-   Xeyr, öz  otağıma gedirəm. 
    On dəqiqədən sonra Stella otaqda tənha dayanmışdı. O, indi 
şən görünürdü. 
-    Əzizim,  sənin  üçün  bir  şad  xəbər  gətirmişəm.  Onlar  gələn 
aydan  bizim  pulumuzu  ikiqat  artıracaqlar,  -  deyə  Kotman 
sevincək halda otağa daxil oldu. 
    O, Stellaya yaxınlaşıb öpmək istədi, amma Stella onu kənara 
itələdi. 
-   Bu axşam yenə də tullanmalıyam? 
-      Mən  də  qorxuram,  amma  sən  tullanmalısan.  Bunun  üçün 
onlar bizə ikiqat pul verəcəklər. 
    Stella yenidən ağlamağa başladı. 
-    Bacarmaram, Sid, bacarmaram!  Mən özümü öldürəcəyəm. 
    Bu  vaxt  Kotmanın  da  gözləri  yaşla  doldu.  Bu  göz  yaşları 
onun Stellaya qarşı olan hədsiz məhəbbətinin rəmzi idi. 
-   Əzizim,  bilirsən ki, bu nə deməkdir, yenə də köhnə həyat! - 
Kotman Stellaya toxtaqlıq verdi. 


 
129 
-   Hər şey bundan yaxşıdır. 
    Köhnə həyat! Hər ikisi bunu xatırladı. 
    Sid  on  səkkiz  yaşından  başlayaraq  rəqslə  məşğul  olurdu. 
Onun xarici görkəmi gözəl göründüyündən, hətta orta və yaşlı 
qadınlar  da  pul  verib  onunla  rəqs  edirdilər.  O  öz  işindən  razı 
idi.  O  zaman    bu  pis  həyat  deyildi,  yaxşı  da  gəliri  olurdu. 
Mehmanxanada  iki  və  ya  üç  adam  bir  otaqda  yaşayırdılar, 
çünki o zamanlar mehmanxanalarda kirayə haqqı çox ucuz idi. 
    Onlar  istədikləri  vaxt  yerdən  dururdular.  Günorta  yeməyini 
kafedə  edirdilər.  Sonra  saat  beşə  kimi  sərbəst  vaxtları  olurdu. 
Axşam  onlar  restorana  gedir,  yaxşıca  şam  edirdilər.  Yenidən 
rəqs başlayırdı. 
    Hər  gün  əlli  və  ya  yüz  frank  qazanmaq  olurdu.  O  günlərə 
gün  çatmazdı,  çünki  onda  hamıda  pul  vardı.  Sonra  iqtisadi 
böhran  başladı.  Hər  şey  dəyişdi.  Mehmanxanalar  boşaldı, 
müştərilər  daha  rəqs  edənlərə  pul  vermək  istəmədilər.  Sidin 
qazandığı  pullar  günü-gündən  azalır  və  nəhayət  tükəndi. 
Paltarların, ayaqqabıların qiymətləri  artdı. 
    Belə  bir  zamanda  Sid  Kotman  Stella  ilə  Fransada,  dəniz 
sahilində rastlaşdı.  O, çox gözəl  üzürdü. Stella avstraliyalı idi. 
O,  gözəl  üzgüçü  idi.  Kotman  hər  səhər  onu  dəniz  kənarında 
görürdü. 
    Bir  axşam  Stella  mehmanxanada  rəqs  edirdi.  Onların  ilk 
məhəbbət  macərası  da  buradan  başladı.  Fəslin  sonunda  onlar 
evləndilər. 
    Bu  vaxtlar  onlar  üçün  ağır  keçirdi.  Onların  hər  ikisinin 
mehmanxanada  yaşamaları  onlar  üçün  asan  olmadı.Bütün 
şeylərini  satdılar.  Nəhayət,    Nircaya  gəlib  marafon  rəqsinə 
daxil  olmağa  məcbur  oldular.  Onlar  iyirmi  dörd  saat  rəqs 
edirdilər. Hər saatdan bir on beş dəqiqəlik istirahət olurdu. Bu 
dəhşət idi. 
    On  birinci  gün  Stellanın  ürəyi  getdi.  Sonra  Sid  başqa  bir 
tərəf  müqabili  ilə  rəqsi  davam  etdirirdi.  Ancaq  sonra  Sidin 
xəyalına  bir  fikir  gəldi.  Stella  ona  həmişə  deyirdi  ki,  o,  kiçik 
suya hündür yerdən tullana bilir. Bu əsl möcüzə idi.  


 
130 
    Bir  dəfə  Sid  yolda  benzinin  alovlandığını  gördü.  Bu  zaman 
o,  əvvəlki  fikrini  tamamladı.  Alovlu  suya  tullanmaq  -  bu 
adamların xoşuna gələcək yeganə möcüzədir. 
    O  bu  barədə  Stellaya  danışdı  və  Stella  da  bu  fikri  bəyəndi. 
Kotman  dostuna  ləvazimat  almaq  üçün  pul  lazım  olduğunu 
yazdı. 
    Sidin dostu Parisdə sirkdə  bir nömrə göstərmək üçün sirkin 
müdiri ilə onlar arasında bir müqavilə bağlayır. Bu nömrə çox 
böyük  uğur  qazanır.  Sonra  onlar  dəniz  kənarındakı  bir  barla 
müqavilə  bağladılar.  Onlar  burada  yaxşı  pul  qazanırdılar. 
Əlbəttə, qara gün üçün. 
    Belə  bir  vaxtda,  şöhrətin  yüksək  zirvəsində  olarkən  Stella 
bunu  birdən  dayandırmaq  istəyirdi.  Kotman  ona  daha  heç  bir 
söz  demək  istəmirdi,  çünki  onu  çox  sevirdi.  O,  Stellanı  heç 
vaxt qəmgin görmək istəmirdi. 
-   Əzizim,  bilirsən bu nə deməkdir. Bir az yığdığımız o pulu 
da  xərcləsək,  acından  ölə  bilərik.  Özün  bilirsən  ki,  burada 
başqa iş tapmaq  mümkün deyil.   
    Stella gözlərinin yaşını sildi və Sidə baxdı. 
 Bu nədir, əzizim? 
    O, ayağa qalxdı və paltar şkafına tərəf getdi. 
-    İndi  mənim  üçün  hazırlaşmaq  vaxtıdır.  Bəli,  tamaşaçılarımı 
intizarda qoymamalıyam! 
    Stella bu sözləri çox astadan dedi. 
                                                                           
                                                            Alar kəndi,  1982 - ci il. 
                                               
 
 
 
 
 
 
 
 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə