Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

 
66 
-  Əlbəttə! 
-  Siz  öz  sualınızın  cavabını  özünüz  verdiniz.  Siz  çox  yaxşı 
bilirsiniz ki, mən sizi nə üçün  izləyirdim. 
    Knyaz  oturduğu  yerdən  dik  atıldı  və  onun  əli  cibinə  tərəf 
getdi. 
-  Əyləşin, cənab, əyləşin! Bu ən vacib cavabdır. Mən brilyantı 
istəyirəm! 
    Knyaz narahat halda gülərək oturdu. 
-   Mən bilmirəm, siz nəyin haqqında danışırsınız, - o dedi.  
-    Bu  doğru  deyil,  bilirsiniz  ki,  mən  sizi  izəyirdim.  Çünki 
brilyantı  sizdən  almaq  istəyirdim.  Siz  buraya  gəlmisiniz  ki, 
mən  bunu  necə  öyrənmişəm.  Əgər  mən  bunu  daha  yaxşı 
bilsəydim,  onda  məni  öldürmək  qərarına  gələcəkdiniz.  Yaxşı, 
mən  sizə  bütün  hadisələr  haqqında  dəqiq  məlumatlar 
verəcəyəm, ancaq bir şeydən başqa. 
 -  Bəli, icazə verin soruşum ki, o bir şey nədir? 
 -  Mən bilmirəm, brilyant tac haradadır. 
 -  Bəs mən sizə onun harada olduğunu necə deyə bilərəm? 
 -  Siz  bilirsiniz  və  onu  da  mənə  deyəcəksiniz!  Mən  sizin 
fikirlərinizi oxuya bilərəm, sizin ağlınızdakı hər şeyi görürəm. 
 -  Əlbəttə, siz brilyantın harada olduğunu da görürsünüz. 
    Holms güldü: 
 -  Deməli, siz onun harada olduğunu bilirsiniz. 
   Holms şkafa tərəf getdi və oradan kiçik bir kitabça çıxartdı. 
-  Bilirsiniz, bu kitabda nələr saxlamışam? 
-  Xeyr, cənab, bilmirəm . 
-  Siz! 
-  Mən?  
-  Bəli, cənab, siz! Sizin həyatınızda olan hər bir təhlükəli anlar 
və etdiyiniz cinayətlər buradadır! 
-  Ehtiyatlı ol, Holms! - Knyaz alışıb, yanan gözlərilə baxırdı,- 
ehtiyatlı olun! Artıq sizə qulaq asmaq istəmirəm 
-  Hər  şey  burdadır,  Knyaz!  Xanım  Karoldun  öldürülməsi 
haqqında  dəqiq  məlumatlar.  O,  bütün  pullarını  sizə  vermişdi, 
hansı ki, siz bu pulları kart oynunda uduzmusunuz. 


 
67 
-  Siz sayıqlayırsınız. 
-  Xanım Verenderin bütün həyatının tarixi. 
-  Siz mənim onunla əlaqədə olduğumu sübut edə bilməzsiniz. 
-  Burada  yeni  bir  məlumat  var.  Məsələn,  fevralın  13  -də 
Parisdən yola düşən qatardan yoxa çıxan qızıl. 
-    Həmin  hadisə  vaxtı  mən  qatarda  olmamışam.  Bu  dəfə  siz 
səhv etdiniz. 
-  Qalan məlumatlara görə tamamilə haqlıyam. 
-  Siz  çox  danışdınız!  Bəs  brilyant  tac  haqqında  nə  deyə 
bilərsiniz? 
-  Yavaş,  Knyaz,  tələsmə!  Mən  əhvalatı  öz  bildiyim  kimi 
danışmalıyam. Sizə göstərməliyəm ki, sizin və Sam Mertonun 
haqqında hər şeyi bilirəm. 
-   Hissiyatsız! 
-  Mən  muzeyə  getmək  üçün  tutduğunuz  taksi  sürücüsünü  də 
tanıyıram. Sürücünün sizi Mikey Sandersin evinə apardığını da 
bilirəm. Onu da bilirəm ki, Sanders bu haqda polisə danışmışdı. 
Siz oyunu uduzmusunuz, Knyaz! 
    Knyazın  qara  sifəti  qəzəbdən  qızardı.  Onun  gözlərində 
qığılcım parladı, o, ağzını açdı, lakin danışa bilmədi. 
-    Görürsünüz, Knyaz,  kartım  necə  də  güclüdür,  ancaq mənim 
üçün  ən  zəruri  olan  kartı  hələ  almamışam.  Çünki  brilyantın 
harada olduğunu bilmirəm. 
-   Və siz bunu heç vaxt bilməyəcəksiniz! 
-  Yox? Vəziyyətə baxın, Knyaz. Yoxsa, iyirmi il həbs cəzasına 
məhkum  olunarsınız.  Həmçinin  Sam  Merton  da  sizinlə.  Ola 
bilsin ki, sizə kömək etdim. Mənə nə siz, nə də  Merton lazım 
deyil.  Əgər  brilyantı  mənə  versəniz,  mən  bu  məlumatlar 
yazılmış kitabçanı  yandıracağam  və heç kim bir  daha  bu işlər 
haqqında bilməyəcək. Bu sizin  axırıncı şansınızdır, Knyaz! 
-   Əgər mən bunu rədd etsəm? 
-    Əgər  siz  brilyantı  qaytarmasanız,  onda  biz  sizi  həbs 
edəcəyik. Knyaz, seçin! 
    Holms zəngə toxunan kimi Billi qapıda göründü. 


 
68 
-  Məncə,  Knyaz,  siz  bunu    dostunuz  Sam  Mertona  da 
deməlisiniz  və  o  da  bizim  “Konfransımızda”  iştirak  etməlidir. 
Billi,  siz  bayır  qapının  ağzında  ucaboylu,  kobud  sifətli  bir 
adam görəcəksiniz. Ona deyin ki, içəri buyursun. 
-   Əgər  o gəlmək istəməsə? 
-  Onu məcbur etmə, Billi. Əgər desəniz ki, sizi Knyaz Silviyus 
istəyir, əminəm ki, o gələr. 
    Billi gedən kimi, Knyaz ayağa qalxdı və əlini cibinə apardı. 
Ancaq yenidən Holmsın gözləri onu bu fikirdən yayındırdı. 
-    Silaha  toxunma,  Knyaz!  –  Holms    sakit  səslə  dedi.  –  Mən 
sizə  onu  cibinizdən  çıxartmağa  vaxt  verərəm,  ancaq    onu 
işlətmək çox təhlükəlidir. Bu bina adamla doludur, tapançanın 
səsi  də  çox  yüksək  çıxır!  A...a!  Dostumuzun  ayaq  səslərini 
eşidirəm. Günortanız xeyir, cənab Merton! Düzü, sizin küçədə 
belə uzun müddət diqqətlə gözlədiyinizdən qorxuram. 
    Ağır  çəkili  boksçu  mavi  gözlərini  Holmsdan  çəkərək  öz 
dostuna baxdı və vəziyyəti başa düşməyə çalışdı. 
-   Hər şey doğrudur, Knyaz? - O, soruşdu. 
    Knyaz heç bir şey demədi və onun  əvəzində bu suala Holms  
cavab verdi. 
-  İcazə  verin  aydınlaşdırım.  Cənab  Merton,  siz  oyunu 
uduzmusunuz. 
    Sam Merton Knyaz Silviyusla danışmağını davam etdirdi: 
-   Bu adam özünü şən göstərməyə çalışır? 
    Holms yenidən sualına cavab verdi: 
-    Xeyr,  Merton,  mən  ona  görə  çalışmıram  və  indi  siz  tezliklə 
görəcəksiniz ki,  burada heç bir şey yoxdur. Knyaz Silviyus, siz 
hər  şeyi  dostunuza  izah  edə  bilərsiniz.  Mən  skripka  çalmaq 
üçün  yataq otağıma  keçirəm və beş dəqiqədən sonra cavabım 
üçün  yenə  də  qayıdacağam.  Əminəm  ki,  sualları  unut-
mamısınız. İkiniz birlikdə qərara gəlin: ya siz, ya da brilyant!  
    Holms  yataq  otağına  getdi  və  küncdə  qoyulmuş  skripkanı 
götürdü.  Bir  dəqiqə  keçdi,  Silviyus  və  Merton  bağlanmış 
qapıdan skripkanın nazik səsini eşitdilər. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə