9
- Həmkarımın dediyi kimi,- Lord Esteyr davam etdi,-
xoşbəxtlikdən o iş yaxşı qurtarıb, güllə yan keçibdir. Məni
daha çox ikinci cəhd narahat edir.
- Onda bu işdə ikinci cəhd də olub?
- Bəli, baxmayaraq ki, eyni işdir, ancaq Mister Puaro, Baş
Nazir yoxa çıxıb.
- Nə?!
- Onu oğurlayıblar!
- Ola bilməz! – Mən həyəcanlı halda qışqırdım.
Puaro mənə çəpəki bir nəzər saldı. Bu, o demək idi ki,
ağzımı yumum.
- Adama elə gəlir ki, bu heç cür ola bilməz, ancaq təəssüflə
bildirirəm ki,
bu doğrudur, - Mister Doc davam etdi.
Puaro Mister Doca baxdı.
- Siz indicə dediniz ki, vaxt gözləmir. Siz bununla nə demək
istəyirsiniz?
Onlar bir-birlərinə baxdılar, sonra Lord Esteyr dedi:
- Mister Puaro, siz Müttəfiqlərin Konfransının keçirilməsi
gününün yaxınlaşması haqqında eşitmisinizmi?
Dostum başını yırğaladı.
- Bu konfrasın harada və nə vaxt keçirilməsi haqqında hələlik
heç bir məlumat verilməyibdir. Ancaq bunu mətbuatdan gizlin
saxlanılmasına
baxmayaraq, diplomatik idarələrdə hamı bilir..
Konfrans sabah - cümə axşamı - Versalda keçirilməlidir.
İndi siz bilirsiniz ki, necə çətin vəziyyət yaranmışdır. Mən
sizdən gizlətmirəm.Baş Nazirin bu konfransda iştirakı həyati
bir zərurətdir. Sakit Okean təbliğatı ölkəmizdəki alman
casusları tərəfindən xeyli gücləndirilmişdir. Bunu hamı bilir ki,
konfransdakı fikir dəyişkənliyi yalnız Baş Nazirin güclü
şəxsiyyəti altında mümkün ola bilər. Onun bu konfransda
iştirak etməməsi isə ən böyük ciddi nəticəyə , yəni sülh üçün
çətin təhlükə yaranmasına gətirib çıxara bilər. Onun yerinə
göndəriləsi isə heç kimimiz yoxdur. İngiltərəni yalnız o, təmsil
edə bilər.
Puaronun sifəti ciddi görkəm almışdı.
10
- Sizcə, Baş Nazirin oğurlanmasına əsas səbəb onun
konfransda iştirakına mane olmaqdır?
- Mən buna daha çox əminəm. O, Fransaya gedərkən yoxa
çıxıbdır.
- Konfrans keçirilmişdir?
- Sabah gecə saat 9-da.
Puaro cibindən saatını çıxarıb baxdı.
- İndi doqquza on beş dəqiqə qalır.
- İyirmi dörd saatdan sonra... – Mister Doc fikirli halda
dilləndi.
- On beş dəqiqəni də yaddan çıxarmayın, bu da əhəmiyyətlidir.
İndi bunu bilmək lazımdır. – Nazir İngiltərədə, yoxsa Fransada
oğurlanıbdır? – Puaro əlavə etdi.
- Fransada. Mister Mak Adam Fransaya bu səhər keçibdir. O,
axşam Baş komandanın qonağı olmalı, sabah isə Parisə yola
düşməli idi. Baş Nazir Kanalı eskadra minonosunun
müşayiəti
altında keçmişdi. Onu Buloyn limanında Baş Qərargahın
göndərdiyi şəxsi yavəri qarşılaşmışdı.
- Yaxşı, bəs sonra?
- Sonra onlar Buloyndan yola düşüblər, ancaq gəlib mənzil
başına çatmayıblar.
- Nə?
- Mister Puaro, Naziri qarşılayan qondarma maşın olmuşdur,
həmçinin yavəri də. Əsl maşın yolun kənarında tapılmışdır.
Sürücünün və yavərin ağzını bağlayaraq aparıblar.
- Bəs, o saxta maşın?
- Hələlik məlum deyil.
Puaro narahatcasına əl-qolunu yellədi.
- İnanılası şey deyil! Bunun nəzərdən yayınmasına doğrudan
da əminsinizmi?
- Fransanın həmin hissəsi hərbçilərin ixtiyarındadır. Biz belə
aydınlaşdırdıq ki, maşın bu ərazidə uzun müddət nəzarətsiz
gedə bilməzdi, çünki bu, Fransa polisi, bizim Şotland Yardın
işçiləri və hərbçilərin nəzərindən heç cürə yayına bilməzdi. Bu