Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə24/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   20   21   22   23   24   25   26   27   ...   205

ilqar Məmmədov 

3)

 



elmi idrakın həm empirik, həm də nəzəri səviyyəsində tətbiq 

edilən empirik-nəzəri tədqiqat metodları; abstraktlaşdırma, analiz və 

sintez, induksiya və deduksiya, sistemli-struktur yanaşma, tarixi və 

məntiqi metodlar, modelləşdirmə.’’ 

Məlum olduğu kimi, elmi biliklər iki səviyyədə-empirik və nəzəri 

biliklər səviyyəsində özünü göstərir. Empirik səviyyədə olan biliklərə 

elmi faktlar-hadisə və predmetlərin, şeylərin empirik olaraq müşahidə 

olunan xassələri haqqındakı həqiqi biliklər, empirik qanunlar-hadisə 

və  şeylərin  inkişaf  tendensiyaları  haqqında  biliklər  və  s.  aiddir. 

Müşahidə,  eksperiment,  ölçmə  və  bir  sıra  başqa  metodlar  empirik 

səviyyədə olan biliklərin əldə olunmasında tətbiq olunur. Ancaq elmi 

idrakın  empirik  səviyyəsində  faktların  elmi  kateqoriyalar  və 

anlayışlarda  qeydə  alınması  ilə  yanaşı  onların  ümumiləşdirilməsi, 

müqayisəli  təhlili,  təsnifləşdirilməsi  və  sistemləşdirilməsi,  analiz  və 

sintezi də həyata keçirilir. 

Nəzəri səviyyədə isə elmi hipotezalar irəli sürülür, elmi qanunlar 

aşkarlanır,  idrak  obyektinin  mahiyyətini,  onun  daxili,  zəruri 

əlaqələrini,  inkişaf  qanunlarını  əks  etdirən  ideal  obrazlar  yaradılır. 

Buna  görə  də,  elmi  idrakın  nəzəri  səviyyəsində  yaradılan  nəzəri 

biliklər  obyekti  izah  edib  onun  mühüm  əlamətlərini,  strukturunu, 

funksiyalaşma  qanunlarını,  inkişaf  meyllərini  açıb  göstərir. 

Nəzəriyyənin qərarlaşması və inkişafı isə müvafiq idrak metodlarının 

tətbiqi  ilə  bağlıdır.  Nəzəri  biliklərin  əldə  olunması  üçün 

abstraktlaşdırma  (mücərrədləşdirmə),  ideallaşdırma,  abs-  traktdan 

konkretə  yüksəlmə,  modelləşdirmə,  analiz  və  sintez,  induksiya  və 

deduksiya, sistemli-struktur yanaşma və s. metodlar tətbiq olunur. 

Dövlət və hüquq nəzəriyyəsi tərəfindən elmi idrakın həm empirik 

səviyyəsinə, həm də nəzəri səviyyəsinə uyğun olan ümumi metodlar 

tətbiq  olunsa  da,  bu  sahəyə  aid  tədqiqatlarda  nəzəri  və 

empirik-nəzəri metodlar əsas rol oynayır. 

^  Məmmədov  Əziz,  Zahidov  Təvəkkül. 

Dilektik  idrak  və 

eksperimental metod. S.38. 

72 



Dövlət və hüquq nəzəriyyəsi 

Dövlət və hüquq nəzəriyyəsi ictimai və nəzəri elm olduğundan 

dövlət  və  hüquq  hadisələrinin  öyrənilməsi  üçün  tez-tez  konkretdən 

mücərrədə və mücərrəddən konkretə keçmək zərurəti yaranır. Odur 

ki,  abstrakt-elmi  (məntiqi)  metod  dövlət  və  hüquq  nəzəriyyəsinin 

vacib  ümumi  metodlarındandır.  Məntiq  elminin  özü  «mücərrəd 

təfəkkür mərhələsində nəzəri idrakın formaları, üsulları, metodları və 

bu metodların əsasını təşkil edən qanunlar haqqında, həmçinin idrak 

vasitəsi  kimi  dil  haqqında  ümumelmi  xarakter  daşıyan  elmdir»."' 

Dövlət-hüquq  gerçəkliyinin  dərk  edilməsində  müxtəlif  məntiqi 

əməliyyatlardan  (analiz,  sintez,  induksiya,  deduksiya,  analogiya, 

modelləşdirmə,  mücərrədləşdirmə,  ümumiləşdirmə  və  s.)  və 

məntiqin qanunlarından geniş istifadə olunur. 

Analiz 


- tamın tərkib hissələrə, elementlərə bölünməsi və onların 

ayrılıqda öyrənilməsidir. Başqa sözlə desək, cismin, hadisənin onun 

öz əlamətlərinə, tərkib hissələrinə görə fikrən ayrılmasıdır. Bu zaman 

şərti olaraq bir-birindən ayrılan hissələr ayrılıqda tədqiq edilir. 

Sintez 

isə  ayrı-ayrı  elementlərin  öyrənilməsi  nəticəsində  əldə 



olunmuş  biliklərin  tam  daxilində  ümumiləşdirilməsidir.  Məntiq 

elmində  deyildiyi  kimi,  sintez-predmetin  əlamətlərinin  bir  bütövdə 

fikrən  birləşdirilməsi  və  onların  arasındakı  qarşılıqlı  əlaqəni 

öyrənməkdir.  Sintez  nəticəsində  öyrənilən  predmetin,  hadisənin 

oxşar əlamətləri ümumiləşdirilir, onların arasındakı qarşılıqlı əlaqələr 

öyrənilir  və  bunun  nəticəsində  mücərrədləşmə  səviyyəsində 

müəyyən elmi konstruksiyalar İşlənib hazırlanır, müəyyən biliklər əldə 

olunur. Təbil ki, sintez pərakəndə, eklektik (ziddiyyətlər ifadə edən) 

ümumiləşdirmə  deyil.  O  özündə  dialektik  tamlıq  ifadə  edir.  Misal 

olaraq qeyd edə bilərik ki, hüququn ayrı-ayrı sahələri haqqında biliklər 

sintez edilməklə bütövlükdə hüquq haqqında müvafiq ümumi-nəzəri 

bilik yaradılır. 

İnduksiya 

ümumini  dərk  etməyin  vasitələrindən  biri  olmaqla 

ayrı-ayrı faktlardan, hadisələrdən ümumiyə məntiqi keçid əməliyyatını 

ifadə edir. İnduksiyanın ən yüksək növlərindən biri 



1 i 

Israfilov M.M. 

Məntiq kursu. Bakı, 2001, s.13. 

73 



ilqar Məmmədov 

elmi induksiyadır. «Elmi induksiya elə əqli nəticədir ki, məntiqi sinfə 

aid  olan  predmetlərln  hissələrinin  zəruri  əlaqələrinin,  yaxud  zəruri 

əlamətlərinin əsasında bu sinfin bütün predmetləri haqqında ümumi 

nəticə çıxarılır». 

Elmi induksiya zəruri, qanunauyğun və səbəbli əlaqələrə diqqət 

verdiyindən  o,  həqiqi  biliklərin  alınmasına  yönəlmiş  əqli  nəticə  kimi 

özünü göstərir. Ayrı-ayrı predmet və hadisələrin müqayisə edilməsi 

və  tutuşdurulması  onlarda  ümumi  əlaqə  və  münasibətləri  aşkara 

çıxarmağa imkan verir. Bunlardan birinin səbəb, digərinin nəticə kimi 

meydana  gəlməsini  müəyyən  etmək  üçün  ayrı-ayrı  faktlardan, 

hadisələrdən  ümumiyə  məntiqi  keçid  əməliyyatından  istifadə  edilir. 

Xüsusidən  ümumiyə  həmin  keçid  əməliyyatı  induksiya  vasitəsilə 

həyata  keçirilir.  Burada  idrak  prosesi  məlum  faktların  tədqiqindən 

naməluma  doğru  gedir.  İnduktiv  ümumiləşdirmə  nəticəsində 

faktlardan,  təcrübədən  empirik  qanunlar  alınır.  Dövlət  və  hüquq 

hadisələri tədqiq edilərkən induksiyanın tətbiq olunması nəticəsində 

həmin  hadisələr  müqayisə  edilir  və  tutuşdurulur,  xüsusi  biliklər 

əsasında ümumi bilik əldə edilir, yəni ilkin olaraq dövlət və hüququn 

ayrı-ayrı  tərəfləri,  hadisələri  dərk  edilir  və  sonra  da  əldə  olunan 

biliklər əsasında müxtəlif səviyyəli ümumiləşdirmələr aparılır. 

Deduksiya 

məntiqi  əməliyyatın  bir  növü  olmaqla  idrak 

prosesində  ümumi  biliklərdən  xüsusi  biliklərə,  ümumidən  təkcəyə, 

konkretə, xüsusiyə gedişi ifadə edir. Buna görə də, deduksiya idrak 

prosesini  induksiyanın  əks  istiqamətində  aparır.  Təfəkkür  prosesi 

induksiyada  təkcədən,  xüsusidən  ümumiyə  doğru  getdiyi  halda 

deduksiyada əksinə, ümumidən az ümumiyə, xüsusiyə doğru gedir. 

Düzgün  təfəkkürün  ümumbəşəri  formalarından  biri  kimi,  deduksiya 

gerçəkliyin dərk olunmasında və hadisələr haqqında həqiqi biliklərin 

əldə  edilməsində  mühüm  rol  oynayır.  Deduksiya  reallığı  anlamağın 

səmərəli  tədqiqat  metodlarından  biri  hesab  olunur.  Deduksiyada 

ümumi biliklər əqli nəticənin çıxış hökmləri kimi götürülür və bir sıra 

məntiqi  qaydalar  tətbiq  edilməklə  onlardan  zəruri  nəticələr  çıxarılır. 

Deduksl- 

1 i İsrafilov M.M. Məntiq kursu. S.375. 



74 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə