Dövlət və hüquq nəzəriyyəsi
çilər isə hesab edirlər ki, dövlət və hüquq nəzəriyyəsinin ümumi
metodologiyası
məsələsində
birtərəfli
yanaşma
olmamalı,
«metodoloji plyuralizm» mövqeyindən çıxış edilməlidir. Həmin
yanaşmaya görə, hər bir əsaslı fəlsəfi konsepsiya metodoloji
funksiyanı həyata keçirə bilər. Ona görə də dialektik materializm
yeganə fəlsəfi metod kimi qəbul edilməməli və buna zərurət
yarandıqda digər fəlsəfi sistemlərə əsaslanan metodlar da nəzərə
alınmalıdır. Buna əsasən də İ.P.Malinova yazır ki, «metodoloji
plyuralizm metodoloji interpretasiyanın invariantlığını tələb edir».''
Bəzi nəzəriyyəçilər belə hesab edirlər ki, dialektikadan əlavə
digər fəlsəfi cərəyanların-neohegelçiliyin, neokantçılığın, ekzis-
tensializmin və s. də dövlət və hüquq nəzəriyyəsi çərçivəsində
aparılan elmi tədqiqatların metodoloji əsası kimi qəbul edilməsi
mümkündür. Digər elm sahələri tərəfindən yaradılmış biliklərin və
metodların əxz olunması da dövlət və hüquq nəzəriyyəsinin
inkişafının vacib əsaslarından biri hesab olunur. Qeyd edilən
məsələyə xüsusi diqqət verən V.S.Nersesyans digər elm
sahələrindən hüquqşünaslıq üçün əhəmiyyətli olan biliklərin əxz
olunmasının iki əsas formasını fərqləndirir: 1) digər elmlərin
metodlarının (və bütövlükdə elmi idrakın üsul və vasitələrinin) hüquqi-
ləşdirilməsi və 2) hüquqşünaslıqla digər elmlərin qovşağında hüquqla
bağlı yeni biliklər sahəsinin (hüququn fəlsəfəsi, hüququn
sosiologiyası və s.) yaradılması.
Ümumi metod məsələsi ilə əlaqədar müasir dövlət və hüquq
nəzəriyyəsində fikir müxtəlifliyinin yaranmasına baxmayaraq,
materialist dialektikanın əsasında duran prinsiplərin, kateqoriyaların
və qanunların, dialektik materializmin mühüm müddəalarının dövlət
və hüquq nəzəriyyəsinin metodologiyasının ayrılmaz tərkib hissəsinə
çevrildiyini inkar etmək olmaz. Hal-hazırda da dövlət və hüquq
hadisələrinin yaranması və inkişafı, dövlətin və hüququn sosial
təyinatı, mahiyyəti, formaları öyrənilərkən dialektik materializmin,
dialektikanın kateqoriyaları, qanunları əsas
Марченко M.H. Проблемы теории государства и права. S. 28.
63
ilqar Məmmədov
götürülür. Dialektik materializmin və dialektikanın forma və məzmun,
səbəb və əlaqə, struktur və element, mücərrəddən konkretə keçid,
bazis və üstqurum münasibətləri, ictimai-iqtisadi formasiya, siniflər
və s. kateqoriyalarından geniş istifadə olunur. Dialektik materializmə
görə, varlıq öz maddi təzahürləri ilə tamlıqda obyektiv olaraq, bizim
şüurumuzdan asılı olmadan mövcuddur. Müasir nəzəriyyəçilər
dövlət-hüquq gerçəkliyini öyrənərkən bunu qəbul etməli olurlar.
A.F.Çerdantsev yazır kl, materialist nəzəriyyə dövlət və hüquq
nəzəriyyəsinin metodoloji əsası kimi çıxış edir və həmin nəzəriyyədən
irəli gələn aşağıdakı müddəalar hamı tərəfindən qəbul olunur.
Materialist nəzərəriyyəyə görə:
-
idrakın obyekti kimi çıxış edən şeylər, varlığın ayrı-ayrı hissələri
idrakın subyektindən asılı olmadan, maddi dünyada obyektiv olaraq
mövcuddur;
-
biliklərin məzmunu obyektiv olaraq mövcud olanla, varlığın
reallığı ilə müəyyənləşir;
-
biliklərin yeganə mənbəyi duyğulardır;
-təfəkkür obyektivdir, çünki o dialektikdir, məntiqin qanunlarına
uyğun gəlir;
-
idrak prosesində «dünyanın ikiləşməsi» baş verir, yəni bir
tərəfdən dünya real gerçəkliyin, digər tərəfdən isə ideal qanunları və
qanunauyğunluqları əks etdirən nəzəriyyələr, anlayışlar dünyası kimi
qəbul edilir və s.’'
Dialektik materializmin elə müddəaları var ki, müasir dövrdə
onlar ciddi tənqid olunur. Ən çox tənqid olunanlardan biri «ictimai
varlıq ictimai şüuru şərtləndirir» müddəasıdır. Nəzəriyyəçilərin bir
çoxu belə hesab edir ki, insan şüurunun, dünyagörüşünün
(stereotiplərinin, təsəvvürlərinin, ehkamlarının, dəyərlərinin və s.)
yalnız yaşadığı mühit tərəfindən müəyyənləşməsi, şərt- lənməsi fikri
yanlış nəticələr doğurur. Onların fikrincə, fərdin ruhi- mənəvi aləminin
istisnasız olaraq onun məişət, ailə və sosial mühiti ilə
müəyyənləşməsini iddia etmək profanasiyadan başqa bir şey deyil.
Hep^aHueB A.O.
TeopHH
rocyflapcTBa
H
npasa. S. 27-28.
64
Dövldt və hüquq nəzəriyyəsi
Fəlsəfi metodlarla bərabər tədqiqat prinsipləri də dövlət və
hüquq nəzəriyyəsinin metodoloji sisteminin mühüm komponenti
hesab olunur. Prof. M.N.Marçenkonun yazdığı kimi, dövlət və hüquq
bütün dünyada müxtəlif yanaşmalardan çıxış edərək öyrənilmiş və
hal-hazırda da həmin müxtəliflik qalmaqdadır. Lakin siyasi və ideoloji
müxtəliflik, fərqli fəlsəfi yanaşmalar və dünyagörüşü münasibətləri
dövlət-hüquq materiyası barəsində obyektiv biliklərin əldə
olunmasında müxtəlif elmlərə və tədris fənnlə- rinə aid ümumi
prinsiplərin istifadəsini istisna etmir, əksinə onları ehtiva edir.
Dövlət və hüququn hadisələrinin ümumnəzəri yöndən tədqiq
edilməsinin prinsiplərini aşağıdakı kimi açıqlamaq olar:
1.
Komplekslilik prinsipi.
Dövlət və hüququn öyrənilməsində rəhbər
tutulan komplekslilik prinsipi nəzəri-hüquqi tədqiqatların aparılması
zamanı politoloji, fəlsəfi, sosioloji, kulturoloji və s. elmlərə aid
biliklərdən istifadə olunmasını və predmetin hərtərəfli və dərindən
öyrənilməsini ehtiva edir. Dövlət və hüquq hadisələrinin kompleks
öyrənilməsi ictimai həyatın dövlət və hüquqla yaxından əlaqəsi olan
bir çox xüsusi sahələrinə aid hadisələrin də nəzərə alınmasına,
dövlət-hüquq mexanizminin ən ümumi məsələlərinin xüsusi
problemləri ilə əlaqədə öyrənilməsinə və problemlərin optimal həlli
yolunu müəyyənləşdirməyə imkan verir. Komplekslilik prinsipinin
tətbiq edilməsi elmi materiallardan geniş həcmdə istifadə etməklə
dövlət və hüququn genezisinin bütövlükdə tədqiq edilməsinə, dövlət
və hüquq tiplərini bir-birindən fərqləndirən bütün əsas cəhətlərin
nəzərə alınmasına imkan yaradır.
2.
Tarixilik prinsipi.
Bu prinsip, dövlət və hüquq hadisələrinin tarixi
inkişafda
öyrənilməsi,
həmin
hadisələrin
inkişaf
qanunauyğunluqlarının üzə çıxarılmasını tələb edir. Beləliklə, dövlət
və hüququn yaranmasının və mövcudluğunun əsas səbəbləri,
əsasları, onların tarixi inkişafının mühüm faktorları, gələcək inkişafın
əsas tendensiyaları və perspektivləri kimi məsələlər vacib elmi
problemlər kimi tədqiq olunur.
3.
Elmi obyektivlik prinsipi.
Dövlət və hüquq hadisələrinin obyektiv
gerçəkliyə uyğun öyrənilməsi, onların barəsində obyek
65
Dostları ilə paylaş: |