Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə29/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   25   26   27   28   29   30   31   32   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

düşmən qəbilələrin qurbanına çevrilirdi, icma üzvlərinin səhv hesab 

edilən hərəkətlərə yol verməməsi və ya belə hərəkətlərdən çəkinməsi 

üçün bir çox hallarda sadəcə ictimai məzəmmət və ya ağsaqqalların 

məzəmməti  kifayət  edirdi.  Hər  bir  qəbilə,  tayfa  öz  üzvlərini 

düşmənlərdən mühafizə edir və hər hansısa bir fərdin başqa icmanın 

üzvü  ilə  münaqişəsi  baş  verdikdə  qəbilələr  bir-birinə  qarşı  durmalı 

olurdu. 


Tayfalar  daxilində  ictimai  özünüidarəetmə  sistemi  bir  neçə 

yarımsistemlərdən-özünüidarəetməni  həyata  keçirən  qəbilələrdən 

ibarət idi. Belə bir sistemin qurulması nəticəsində həyati məsələlərlə 

bağlı  qərarlar,  demək  olar  ki,  bütün  icma  üzvlərinin  (müvafiq  yaş 

həddinə  çatmış)  iştirakı  ilə  qəbul  olunurdu.  A.İ.Kov-  lerin  sözləri  ilə 

desək, qeyd olunanlar bəşəriyyətin «qızıl dövrü» adlandırılan ibtidai 

icma  dövrünü  idealizə  etməyə  xidmət  etmir.  Belə  ki,  dövlətin 

yaranmasına  qədərki  dövrdə  icmalar  daxilində  ümumi  idarəçiliyin 

bütün üzvlərin iştirakı ilə həyata keçrilməsi sərt və amansız bir mühitlə 

mübarizədə insan birliklərinin qorunub saxlanması məqsədinə xidmət 

edirdi. Təbii ki, həmin icmalarda müasir mənada başa düşdüyümüz 

azadlıq yox idi və icma daxilində azad fərdlərin bərabərliyinin təmin 

edilməsindən söhbət gedə bilməzdi. Fərdin həyatının bütün sahələri, 

hər bir əhəmiyyətli sayılan hərəkəti bir çox hallarda sakral 

(«sakral» 

sözü  latın  mənşəli  olub  dini  rituallara  aid  edilən,  müqəddəs  hesab  edilən 

mənasını verir)

  xarakterə  malik  olan  normalar  vasitəsilə,  özü  də  çox 

ciddi  şəkildə  tənzimlənirdi.  Bu  cür  total  kolllek-  tivçilik  hər  bir  icma 

üzvünün  həyatının  digər  üzvlərin  nəzarəti  altında  olması  ilə 

tamamlanırdı. 

İbtidai  icma  quruluşunun  dövlətin  formalaşmasına  yaxın 

mərhələsində,  politogenezin  inkişaf  etməyə  başladığı  dövrdə  hərbi 

yürüşlərin,  köçlərin  intensivləşməsi  hərbi  başçıların  hakimiyyətinin 

güclənməsinə  səbəb  olmuşdur.  Buna  görə,  tədqiqatçıların  bir  çoxu 

ibtidai-icma dövrünün son mərhələsini başçılıq dövrü kimi xarakterizə 

edirlər.  Bu  dövr  icma  və  yaxud  qəbilə  demokratiyasının  zəifləməsi 

dövrüdür,  icmaların  böyüməsi,  tayfa  birliklərinin,  ittifaqlarının 

formalaşması qəbilə və tayfa üzvlərinin özünü 

87 



ilqar Məmmədov 

idarəetmə  işində  çətinliklər  yaratmışdır.  Qəbilə  icmaları  daxilində 

liderlik  ilk  növbədə  ağsaqqalara  məxsus  İdisə,  ərazi  üzrə  ictimai 

təşkilatlanmanın inkişafı nəticəsində liderliyə iddia edənlərin sayı bu 

təşkilatlanmaya daxil olan qəbilə, tayfa ağsaqqalarının, başçılarının, 

kahinlərin  hesabına  daha  da  artmışdır.  Əmlak  bərabərsizliyinin 

meydana  gəlməsi  ilə  varlanmış  şəxslər  də  həmin  qrupa  daxil 

olmuşdular.  Beləliklə,  tədricən  formalaşan  sosial  iyerarxiya  sosial 

liderliyin  və  maddi  zənginliyin  iyerarxiyasına  çevrilirdi.  Hakimiyyət 

sahəsində  bir  tərəfdən  qəbilə  və  Icmadaxill  əlaqələr,  sosial 

normalara  əsaslanan  ictimai  özünüidarəetmə  orqanları,  digər 

tərəfdən isə hərbi təşkilatlanmanın başında duran başçılar özünə yer 

alırdı. Böyüməkdə olan icmaların-tayfaların, tayfa ittifaqlarının bir-biri 

ilə  mübarizəsi  ictimai  hakimiyyətin  başçılığa  (çhifedom)  uyğun 

təşkilatlanmasına  təkan  verən  amillərdən  biri  idi.  Başçıların  əlində 

olan  məcburetmə  vasitələrinin  təkmilləşməsi  tədricən  ictimai 

təşkilatlanmanın  yeni  qaydalarını  yaratmışdır.  Bunun  nəticəsində 

ibtidai  icma  dövrünün  son  mərhələlərində  İsveç  alimi  E.Annersin 

«əmr hüququ» adlandırdığı yeni norma tipi yaranmışdır. 

Mülkiyyətin və təbii resursların, yəni suyun və torpağın bölgüsü 

üzərində nəzarəti ələ keçirən başçıların, onların ətrafında cəmləşən 

ibtidai  aristokratiyanın  məhkəmə  funksiyalarını  mənimsəməsi  bu 

qüvvələrin hakimiyyətinin güclənməsi demək idi. 

Xatırladaq  ki,  bütün  insan  birliklərində  olduğu  klml,  İbtidai 

icmalarda  da  insanlar  normativ  tənzimləyicilərə  tabe  idilər. 

Tədqiqatçıların  fikrincə,  ibtidai  icma  dövründə  insanların  həyatı 

cəmiyyətin inkişafının sonrakı mərhələləri ilə müqayisədə daha çox 

və  daha  ciddi  qaydada  sosial  normalara  bağlı  olmuşdur. 

Ümumiyyətlə, ibtidai icma insanının şüuruna hakim olan təsəvvürlər, 

bütövlükdə  düşüncə  tərzinin  özü  normativ  xarakterə  malik  idi. 

Tədqiqatçıların  bir  qismi  belə  hesab  edir  ki,  ibtidai  icma  dövründə 

sosial normalara və bu normaların əsasında duran təsəvvürlərə xas 

olan  cəhətlərdən  biri  də  sinkretizmdir.  Yəni  həmin  dövrdə  davranış 

qaydaları sosial tənzimlənmənin müxtəlif normalarına diferensiasiya 

olunmadığına görə onları mononor- 

88 



Dövlət və hüquq nəzəriyyəsi 

malar  kimi  xarakterizə  etmək  lazımdır.  Bu  səbəbdəndir  ki, 

sosionormativ  sahəyə  aid  olan  ənənələrdə,  adətlərdə,  miflərdə  və 

rituallarda instiktiv və idraki, təbii və sosial, real və mistik olan tərəflər 

bir  yerə  cəmləşmişdir.  Mononorma  ideyasını  tarixçi-  alimlərdən 

A.İ.Perşits  və  V.P.Alekseyev  irəli  sürmüş  və  sonradan 

hüquqşünas-alimlərdən bir çoxu bu ideyanı qəbul etmişdir.”' Həmin 

mövqedən  çıxış  edən  alimlərin  fikrincə,  mononormalar  davranışın 

diferensiasiya olunmamış ümumi qaydalarını ifadə etdiyindən ibtidai 

icma dövründə hüquqi, mənəvi, dini xarakterli normalar ayrıca olaraq 

fərqlənməmiş,  bütün  bu  sahələrin  tənzimlənməsi  ümumi  normalar 

vasitəsi  ilə  həyata  keçirilmiş  və  bu  cür  sinkretiklik  ictimai  şüurda, 

dünyagörüşünün  özündəki  sinkretikliyi  əks  etdirmişdir,  icma 

üzvlərinin  hüquq  və  vəzifələri  də  mononormalar  vasitəsilə  ifadə 

olunurdu. 

Hüquqşünas-alimlərin heç də hamısı mononorma ideyası ilə razı 

deyil.  Məsələn,  T.V.Kaşanina  hesab  edir  ki,  mononorma  alimlərin 

fantaziyasının  nəticəsi,  elmi  uydurmasıdır.  Əslində,  davranış 

qaydaları  bu  cür  ola  bilməzdi  və  o  dövrdə  də  insanların  davranışı 

mononormalar  tərəfindən  deyil,  müxtəlif  sosial  normalar  vasitəsilə 

tənzimlənirdi.^ 

Bu iki əks mövqelərin arasında orta mövqe tutan tədqiqatçılar da 

var.  Məsələn,  R.-M.Z.Zumbulidze  yazır  ki,  ibtidai  icmaların  demək 

olar  ki,  hamısında  insanların  qarşısında  duran  normativ  tələblər 

nəsildən-nəslə  ötürülən  ənənəvi  davranış  stereotipi  formasını 

qazanmışdır.  Bunu  izah  etmək  üçün  mononorma  konstruksiyası 

tamamilə  inkar  olunmamalıdır.  Onu  yalnız  nəzəri  abstraksiya  kimi 

qəbul etmək də olmaz. Belə ki, həmin konstruksiyadan çıxış edərək 

indinin özündə də daxilən dini, mənəvi və hüquqi sahələrə bölünən 

vahid  normaları  aşkarlaya  bilərik.  Məsələn,  «öldürmə»,  «oğurluq 

etmə»,  «yalan  söyləmə»  kimi  imperativlər  özündə  dini  xarakterli 

tələbi, mənəvi maksimanı və 

'  В  а 

X: 


Алексеев  В.П.,  Першнц  А.И. 

История  первобытного 

общества. М, 2004, з. 195. 

-

 Кашаннна Т.В. 

Происхождение государства и права. 8.210. 

89 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə