Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə37/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   33   34   35   36   37   38   39   40   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dövrlərdən  onun  ayrılmaz  atributu  olmuşdur."'  T.V.Kaşaninanın 

fikrincə,  hüququn  «uşaqlıq  dövrü»  ibtidai  icmanın  hələ  tam 

dağılmadığı  dövrdən  başlayır.  O,  «uşaqlıq  dövründə»  olan  hüququ 

arxaik hüquq adlandırır. T.V.Kaşanina yazır ki, arxaik hüququn əsas 

xüsusiyyəti onun lokal, yerli xaratkerə malik oiması ilə bağlıdır. Yəni 

bu  hüquq  kənd,  icma,  tayfa,  xalq  hüququ  idi.  Arxaik  hüquq 

«aşağıdan», xalqın özü tərəfindən formalaşdırılmışdır. Odur ki, arxaik 

hüququn  normaları  daha  çox  adət  xaraterli  olmuş,  yəni  bir  çox 

nəsillərin  təcrübəsindən  keçərək  tarixən  formalaşan  davranış 

qaydaları kimi təzahür etmişdir. Məhz buna görə də, arxaik hüququn 

bir  alternativ  adı  da  «adət  hüququdur».  Bu  cür  adətlər  müəyyən 

dövrdən  sonra  başçılar,  kahinlər  və  s.  «orqanlar»  tərəfindən 

mühafizə  olunmağa  başlamış  və  bunun  nəticəsində  onlar  «adi 

adətlərdən» hüquqi adətlərə çevrilmişdir. Nəticədə də adət hüququ 

meydana 


gəlmişdir.2

 

Arxaik  hüququn  «adət  hüququndan»  başqa  «ənənəvi  hüquq», 



«primitiv  hüquq»  kimi  sinonimləri  də  var.  Həmin  yanaşmanın 

tərəfdarları adət hüququnu hüququn müstəqil tarixi tipi hesab edirlər. 

Bu  hüququn  «arxaik  hüquq»,  «protohüquq»,  «ibtidai  hüquq» 

adlandırılması  isə  onun  müasir  hüquqdan  fərqləndiyini  vurğulamaq 

məqsədi güdür. 

Qərb  hüquqşünaslarının  və  etnoqraflarının  da  bir  çoxu  belə 

hesab edir ki, hüquqi tənzimetmə cəmiyyətin olduğu hər bir yerdə var 

və  onun  mövcudluğu  birbaşa  cəmiyyətlə  bağlıdır.  Məsələn,  fransız 

alimləri  R.Pento  və  M.Qravitsinin  fikrincə,  «hər  bir  insan  cəmiyyəti 

hüquqla  şərtlənir  və  heç  bir  cəmiyyət  müəyyən  hüquq  qaydası 

olmadan mövcud ola bilməz».^ 

Tədqiqatçılar 

hüquqi 

xarakterli 



normaların 

dövlətin 

yaranmasından əvvəl də mövcud olduğunu əsaslandırmaq məqsədi 

ilə adət hüququnun normalarını digər normativ tənzimləyicilərdən 

'Алексеев C.C. Право: опыт коллективного исследования. 

S.

 



185

.

 



^Кашанпиа Т.В. 

Происхождение государства и права. 

S.212. 

Кашанина Т.В. 



Происхождение государства и права. 

S.16.


 

111 



ilqar Məmmədov 

fərqləndirən cəhətləri aydınlaşdırmağa çalışırlar. Hüquq normalarının 

digər  normativ  tənzimləyicilərdən  fərqləndirilməsi  üçün  normanın 

pozulması  aktı  ilə  normanı  pozan  şəxsə  sanksiya  tətbiq  edilməsi 

arasında əlaqə məsələsinə xüsusi diqqət verilir. Misal üçün göstərilir 

ki,  dövlətəqədərki  cəmiyyətlərdə  qanunlar,  məcəllələr  olmasa  da, 

məlum  idi  ki,  bir  şəxs  başqa  bir  şəxsə  zərər  vurarkən  əməlinin 

xarakteri  və  zərərin  həcmi,  ağırlıq  dərəcəsi  nəzərə  alınmaqla  ona 

hansı sanksiyalar (hamı tərəfindən məzəmmət, qəbilədən qovulma, 

ölüm cəzası və s.) tətbiq ediləcəkdir. Lap qədim dövrlərdən hüquqi 

xarakterli 

adətlər 


məhz 

bu 


əsasda 

formalaşmışdır. 

Y.İ.Semyonovanın  fikrincə,  «adət  hüququnun  əsasında  bir  insan 

qrupunun başqa bir qrupa yetirdiyi zərər anlayışı durur».'' 

ilk  dövlətlərin  hüquqi  xarakterli  münasibətlər  sahəsinə 

müdaxiləsi,  əksər  hallarda,  səthi  və  sporadik  xarakter  daşıyırdı. 

Dövlətin  hüquq  qaydasını  təmin  etməsi  də,  daha  çox  hüquqi 

xarakterli 

adətlərin 

normativ 

materiallarına 

əsaslanırdı. 

Mərkəzləşdirilmiş  hakimiyyət  orqanlarının,  dövlətçiliyin  təməl 

strukturunun yaradılması çox güman ki, əvvəl-əvvəl hüquqi xarakterli 

adətlərin  cəmiyyətdəki  mövqeyinə  və  roluna  zəif  təsir  göstərirdi. 

Lakin dövlət ictimai münasibətlərin hüquqi tənzimlənməsi sahəsinə 

daha  dərindən  müdaxilə  etdikcə  məhkəmə,  cəza,  sanksiya  və  s. 

institutlar  mexanizminə  də  tam  şəkildə  yiyələnməyə  marağı  artırdı. 

Adətlərin dövlət tərəfindən sanksiyalaşdırılması dövlətin adət hüququ 

vasitəsi  ilə  ictimai  münasibətləri  tənzimlənməsinə  xidmət  edirdi. 

Dövlətlərin  bir  çoxunda  sanksiyalaşdırılmış  adətlər  tədricən 

sistemləşdirilir  və  yazıya  alınır,  sonra  yeni  tələblərə  və  şəraitə 

uyğunlaşdırılırdı. Babilistanda Hammurapi qanunları. Qədim Romada 

XII  Cədvəl  Qanunu,  franklarda  «Salik  Hüququ»  və  s.  bilavasitə 

dövlətin iştirakı olmadan formalaşmış və sonradan dövlət tərəfindən 

kompilyasiya edilmiş normalardan təşkil olunmuşdur. İngiltərədə isə 

bu proses daha da irəli getmiş və adətlər 

1 Обычай в праве. Сборник. / Зумбулидзе Р.-М.З. Обычное право как 

источник гражданского права./ 8.15. 

112 



Dövlət və hüquq nəzəriyyəsi 

əsasında ümumi hüquq adlandırılan xüsusi bir sistem yaradılmış və 

bu  sistem  həmin  ölkənin  sonrakı  inkişaf  dövrlərində  də  öz 

əhəmiyyətini itirməmişdir. 

Adət  hüququ  şifahi  hüquq  kimi  yaranmışdır.  Bu  hüquq  xalq 

şüurunun  ayrılmaz  tərkib  hissəsi  olduğundan  hamı tərəfindən  başa 

düşülən səviyyədə idi. Adət hüququnun normaları insanların inamına 

və vərdişə əsaslandığından könüllü həyata keçirilirdi və şifahi olaraq 

nəsildən-nəslə  ötürülərək  qorunub  saxlanırdı.  Lakin  buna 

baxmayaraq,  normaların  təmin  edilməsi  üçün  məcburiyyət 

tədbirlərindən  də  istifadə  edilirdi.  Ümumiyyətlə,  adət  hüququ 

sistemləşdirilməmiş  hüquq  forması  idi.  Dövlətlərin  ərazisinin 

genişlənməsi,  əhalinin  sayının  çoxalması  «şifahi  hüququn» 

cəmiyyətə  təsir  imkanlarını  məhdudlaşdırmış  və  dövlət  tərəfindən 

normaların  tətbiq  olunmasını  çətinləşdirmişdir.  Belə  ki,  normaların 

şifahiliyi  və  şifahi  ünsiyyətin  özü  həm  coğrafi,  həm  də  sosial 

baxımdan  fərdlərin  bir-birinə  yaxın  olmasını  tələb  edir.  Odur  ki, 

dövlətin  ərazisi  genişləndikçə,  əhalinin  sayı  artıqca  və  ictimai 

münasibətlər  mürəkkəbləşdikcə  «şifahi  hüququn»  bütün  dövlət 

ərazisində  effektiv  işləməsi  də  çətinləşirdi.  Yazı  mədəniyyətinin 

yaranması  və  bunun  nəticəsində  hüquqi  adətlərin  yazıya  alınması 

geniş bir ərazidə yaşayan çoxlu insanlardan təşkil olunan cəmiyyətdə 

hüquqi 

yaddaşın 



güclənməsinə, 

hüquq 


yaradıcılığının 

təkmillləşməsinə,  normaların  sistemləşdirilməsinə  səbəb  olmuşdur. 

Yazılı  hüququn  sosial  təsirinin  effektivliyini  xarakterizə  edərkən 

fransız  alimi  Norber  Rulan  yazır:  «Həqiqətən  də  şifahi  ünsiyyətlə 

müqayisədə yazı zaman üzərində daha dərindən və daha asan hökm 

etməyə imkan yaradır. O, özünün anonimliyinə görə hakimiyyət üçün 

daha sərfəli alətə çevrilir və mürəkkəb, güclü tərzdə iyerarxiyalaşmış 

cəmiyyətlərə asan uyğunlaşır».^ 

S.S.Alekseyev  yazır  ki,  hüququn  əsl  tarixinin  başlamasından 

əvvəlki mərhələlərdə hüquqi tənzimetmə, bütövlükdə sosial tən- 

71

.

 



Pyjıan Hop6ep. 

lOpHnHnecKaa anxporıoaorHfl. MocKBa, 



2000, s.

 

113 




Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə