Dövlət və hüquq nəzəriyyəsi
Ümumiyyətlə, dövlət yarandığı ilk dövrlərdən başlayaraq bir qrup
insanın digərləri üzərində həyata keçirdiyi təşkilatlanmış siyasi
hakimiyyət kimi özünü göstərmişdir. İlk dövlətlərin yarandığı dövrdə
politogenez tayfaların, tayfa ittifaqlarının hərbi-iyerar- xik formada
təşkilatlanması, pasionar başçının hərbi liderləri özünə tabe edərək
işğalçı müharibələr yolu ilə daha çox ərazi və əhali üzərində
hakimiyyət əldə etməsi, başçıların, aristokratiyanın mühüm ictimai
funksiyaları inhisara almaqla təşkilatlanmış siyasi qüvvəyə
çevrilməsi, başqa cür desək, cəmiyyətin üzərində duran siyasi
hakimiyyət strukturlarının yaranması ilə müşayiət olunmuşdur. Lakin
ilk dövlətlərin strukturu dayanıqsız və zəif idi. ilk dövlətlər, daha çox,
bir neçə və ya bir çox yaxın tayfaların, icmaların siyasi-hərbi
inteqrasiyası nəticəsində yaranmışdır. Belə bir inteqrasiyanın
əsasında isə iqtisadi, dini və hərbi, başqa sözlə desək, işğalçılıq
siyasətindən irəli gələn maraqlar kompleksi dururdu. Yaranmış siyasi
forma ya tədricən özündə inkişaf imkanlarını müəyyənləşdirən və bu
imkanları təkmilləşdirən, inkişaf etdirən dövlətə çevrilir, ya da, onun
enerjili yaradıcısının ölümündən sonra parçalanaraq yenə də
başçıların hakimiyyəti dairəsi ilə məhdudlaşan daha bəsit sistemlərə
bölünürdü. Dövlət inkişaf etdikdə isə «başçılar» müəyyən bir
iyerarxiyaya uyğun qaydada hakimiyyət strukturunda özlərinə yer alır
və dövlət həyatının sonrakı dövrlərində də mərkəzləşdirici və
mərkəzdənqaçma qüvvələrin qarşıdurmasına xüsusi təsir göstərən
siyasi qüvvəyə çevrilirdilər.
İlk dövlətlər ibtidai icma dövründəki hakimiyyətdən bir sıra
mühüm əlamətlərinə görə fərqlənirdi. Belə ki, ibtidai icmalarda
hakimiyyət ictimai-kütləvi xaratkerə malik olduğu halda, ilk
dövlətlərdə hakimiyyət siyasiləşərək ayrıca bir qrupun əlində
cəmləşmişdir. Siyasi hakimiyyəti həyata keçirən və daimi olaraq
fəaliyyət göstərən orqanlar meydana gəlmiş və beləliklə, siyasi
hakimiyyət aparatı müstəqil fəaliyyət göstərməyə başlamışdır. Bu isə
hakimiyyətin institutlaşması demək idi. Həmin institusio- nal sistem
daxilində ayrı-ayrı dövlət institutları (hökmdar institutu, vəzir institutu,
dövlət dəftərxanası institutu, xəzinadarlıq institutu və s.) peşəkarlıq
əsasında hakimiyyətin həyata keçiril-
dd
ilqar Məmmədov
məsini təmin edirdi. Siyasi elita daxilində də təbəqələşmə getmiş və
həmin təbəqələr arasında səlahiyyət bölgüsü aparılmışdır.
Hakimiyyət həm də idarəetmə səviyyələrinə görə funksional
diferensiasiyaya məruz qalmışdı. Bunun nəticəsində müxtəlif dövlət
vəzifələri, müxtəlif səviyyəli dövlət orqanları meydana gəlmiş və onlar
arasında səlahiyyət və əmək bölgüsü yaranmışdır. Dövlət hakimiyyəti
müəyyən ərazi daxilində yaşayan bütün əhalini özünə tabe edən bir
hakimiyyətə çevrilmiş və şəhərlərdə mərkəzləşmişdir. Əsas orqanlar,
bürokratik aparat da şəhərlərdə yerləşdirilmişdir (təbii ki, bunlar ilk
növbədə oturaq mədəniyyət daxilində yaranan dövlətlərə aiddir).
Xüsusi məcburetmə mexanizmi yaradılmış və bu mexanizm
hakimiyyətin əlində cəmləşmişdir. Hakimiyyət bu mexanizmdən
istifadə edərək həm əhalini özünə tabe edir, həm də maddi yöndən
özünü təmin etmiş olurdu. İlk dövlətlərdən başlayaraq dövlətin maddi
yöndən təmin olunmasının ən əsas üsulu vergilər olmuşdur. Odur ki,
elə ilk dövrlərdən də başlayaraq vergilərin yığılması üçün xüsusi
aparat təşkil olunmuşdur.
Yuxarıda qeyd etdik ki, ilk dövlətlərdən başlayaraq hakimiyyət
daimi əsasda fəaliyyət göstərən orqanlarda cəmləşərək institutsional
xarakter qazanmışdır. Belə bir institusional sistem daxilində ali
hakimiyyəti monarxiya institutu (firon, luqal, şahənşah, imperator,
kral və s.) təmsil edirdi. Dövlət hakimiyyəti, həmçinin xüsusi dövlət
dəftərxanası, xəzinadarlıq və s. digər inzibati-təsərrüfat və nəzarət
orqanları vasitəsi ilə maddiləşmiş və ictimai həyatın bütün sahələrinə
təsir göstərməyə başlamışdır. Dövlətlər möhkəmləndikcə, müstəqil
məcburetmə orqanları (ordu, hakimlər, cəlladlar və s.) da formalaşır
və hakimiyyətin həyata keçirilməsində mühüm vasitəyə çevrilirdi.
Hakimiyyətin təşkili keyfiyyət baxımından təkmilləşdikcə və
cəmiyyətə təsir imkanları genişləndikcə onun idarəetmə, tənzimləmə
və nəzarət, mühafizə və hərbi funksiyaları da inkişaf edirdi.
Bunlardan əlavə, dövlətin informasiya, sudan istifadə, irriqasiya
qurğularının idarə olunması, tikinti işlərinin təşkili və s. funksiyaları da
meydana gəlmişdir.
100
Dövlət və hüquq nəzəriyyəsi
Məlumdur ki, politogenezlə etnogenez bir-birilə qarşılıqlı əlaqəsi
olan proseslərdir. Politogenezlə etnogenezin qarşılıqlı əlaqəsi
dövlətin yaranmasına da öz təsirini göstərmişdir. Belə ki, icmalar,
qəbilə və tayfalar arasındakı mədəni yaxınlıq, dil birliyi onların bir
ittifaqda birləşməsinə təsir göstərən mühüm amillərdən biridir. Eyni
dildə danışan, bir mədəniyyəti bölüşən, ümumi dünyagörüşünə malik
olan qəbilə və tayfaların bir-birilə yaxınlaşması, konsolidasiyası bir
çox hallarda dövlətin yaranması ilə nəticələnmişdir. Hərbi ittifaqlar
yarandığı halda belə həmin ittifaqların bir çoxu etnik baxımdan
bir-birinə yaxın olan tayfalardan təşkil olunurdu. Ümumiyyətlə, ibtidai
icma quruluşunun dağılması dövründə müxtəlif sosiumlar, qəbilə və
tayfalar arasındakı etnik yaxınlıq insan birliklərinin inteqrasiyasının
«təbii» əsası kimi çıxış etmişdir. Ona görə də, böyüməyə meylli olan
qruplar, ilk növbədə, özlərinə yaxın olan digər qruplarla inteqrasiyaya
can atırdı. Tədqiqatçılar, bunu, etnogenezin politogonezə təsiri kimi
qiymətləndirirlər. Bununla yanaşı, ibtidai icma quruluşunun
dağılmasından sonra yaranan siyasi birliklərin də yeni etnosların
formalaşmasında aktiv rolu olmuşdur. Bu isə politogenezin etno-
genezə göstərdiyi təsirin bir təzahürüdür.
Beləliklə, deyə bilərik ki, dövlət yarandığı ilk dövrlərdən etnosun
möhkəmlənməsini təmin edən mühüm bir quruma çevrilmişdir.
Etnosun öz varlığını qoruyub saxlamaq, inkişaf etdirmək və böyümək,
güclənmək iradəsi dövlət hakimiyyəti vasitəsilə ifadə olunur və
həyata keçirilirdi. Bu səbəbdəndir ki, o dövrlərdən başlayaraq
etnosun varlığının qorunub saxlanması, etnosun güclü ola bilməsi,
digər etnoslardan asılı olmadan yaşaması siyasi-ideoloji məsələyə,
siyasi strukturlar isə etnososial orqanizmi öz ətrafında toparlayıb
təşkil edən nüvəyə çevrilmişdir. Dövlətin formalaşması və inkişaf
etməsi ilə etnik proseslər arasında tamamlayıcı əlaqələr yaranmışdır.
Etnik prosesin siyasi iradənin ifadə olunması və maddiləşməsinə
göstərdiyi təsir isə siyasi təşkilatlanmanın xarakterində öz əksini
tapmışdır. Buna görə də, L.Kubbel yazır ki, etnik prosesin xarakteri ilə
cəmiyyətin
101
Dostları ilə paylaş: |