Dövlət və hüquq nəzəriyyəsi
yazır ki, «hakimiyyət-mülkiyyət münasibətləri» adlandırıla biləcək
hadisə meydana gəlmiş və bu qədim şərq dövlətlərinin ümumi
cəhətlərindən, xüsusiyyətlərindən birinə çevrilmişdir. Şərq tipli
cəmiyyətlər icmaçıların əməyi üzərində qurulmuşdur. Dövlət və icma
mülkiyyətinin idarə olunması üçün nəhəng məmur aparatı
yaranmışdır. Bu aparatın başında isə çox geniş səlahiyyətlərə malik
olan monarx dururdu.
İnsanlar arasında hüquqi və iqtisadi mənada bərabərsizliyin və
asılılığın olması qədim şərq cəmiyyətlərinin əsas xüsusiyyətlərindən
biri idi. ictimai həyatın bütün sahələrində münasibətlər bərabərsizlik,
asılılıq üzərində qurulmuşdu. Bazar münasibətlərinin zəif inkişaf etdiyi
bir şəraitdə hakimiyyət inzibati-amirlik üsulu ilə fəaliyyət göstərən
aparata arxalanmaqla dövlət idarəetməsini həyata keçirən şəxslərə
cəmiyyətdə «seçilmişlər» statusu qazandırmış və onlara insanlar
üzərində ağalıq etmək imkanı, həmçinin əlavə iqtisadi preroqativlər
vermişdir. Həyatın bütün sahələrində ənənəviliyin hökm sürdüyü
qədim şərq cəmiyyətlərində sosial münasibətlərdə bərabərsizlik,
«kiçiyin» «böyüyə» tabeçiliyi ümumi bir qayda idi. Patriarxal-avtoritar
ənənələrə, müvafiq normalara, dəyərlərə, təsəvvürlərə və tərbiyə
sisteminə əsaslanan bu cəmiyyətlərdə təbəənin hökmdara, müvafiq
əsaslara görə kiçik hesab edilən şəxslərin daha yüksək statusa malik
olan subyektlərə mütləq tabeçiliyi patriarxal-paternalist konsepsiyalar
vasitəsi ilə stereotipləşdirilirdi. Odur ki, həmin cəmiyyətlərdə antik
dövlətlərdə olduğu kimi vətəndaşlıq hüququna malik olma mənasında
hüquq bərabərliyi, azadlıqlar yox idi. Bu mənada, bəşəriyyətin
inkişafını xalqlar və dövlətlər müstəvisində azadlığın pozitivləşməsi ilə
əlaqələndirən Hegelin «şərqdə azadlıq yalnız bir kəsdədir, yunan və
Roma dünyasında bəzilərin- dədir, alman dünyası isə hər kəsin
azadlığını tanıyır»’' fikrini əsassız hesab etmək olmaz.
Tədqiqatçılar qədim şərq dövlətləri üçün ümumi oian bir cəhəti
də mütləq monarxiya ilə əlaqələndirirlər. Tədqiqatçıların
rere.ıı>. O
HJIOCOC
|)H51
HCTOPHH
. MocKBa-JIenHnrpa.U, 1935, s. 98.
105
ilqar Məmmədov
bir qismi belə hesab edir ki, həmin dövlətlərin bir çoxunda despotik
rejimdən başqa bir rejim olmamışdır. Bu mövqedən çıxış edən alimlər
«şərq despotizmi» deyərkən, şəxsiyyəti mü- qəddəsləşdirilən,
ilahiləşdirilən monarxın irsi xarakterli, heç nə ilə məhdudlaşmayan
hakimiyyətini nəzərdə tuturlar.
Qədim şərq dövlətlərində dövlət başçısının hakimiyyətinin
məhdudlaşdırılması hallarının olduğunu da unutmamalıyıq. Məsələn,
Mesopotamiyanın şəhər dövlətlərində, Finikiyada bir müddət
respublika idarəetmə formasının bir çox elementləri mövcud
olmuşdur. Lakin bu, təkmil bir idarəetmə forması deyildi, lokal və
keçici xarakter daşıyırdı. Hakimiyyət gücləndikdən sonra isə
monarxiya idarəetmə forması ilə əvəz olunmuşdur.
Qədim şərq dövlətlərinin ümumi cəhətlərindən biri də, onların
eyni qaydada formalaşmasıdır. Qədim şərq dövlətlərinin eyni
qaydada formalaşması deyərkən, qədim şərqdə kiçik tayfa
birliklərinin böyüyərək güclü şahlıqlara, daha sonra isə
mərkəzləşdirilmiş imperiyalara çevrilməsi nəzərdə tutulur. Həmin
imperiyalardan hər biri müxtəlif etnoslardan təşkil olunmuşdur.
Tədqiqatçıların fikrincə, dövlətin qərb üsuluna uyğun
formalaşması Qədim Yunanıstanda və Romada monarxiyanın
respublika idarəetmə forması ilə əvəz olunması və respublikaların
inkişaf etməsi ilə müşayiət olunmuşdur. Afinada və Romada aşağı
təbəqənin öz hüquqları uğrunda apardığı mübarizə nəticəsində
demokratik institutlar formalaşmış və inkişaf etmişdir. Demosun
üzvləri, yəni aristokratik təbəqəyə mənsub olub-olmamasından asılı
olmayaraq polisin (şəhər dövlətin) bütün vətəndaşları hakimiyyətə
təsir etmək, onun təşkilində və fəaliyyətində iştirak etmək hüququ
qazanmışdılar. Aşağı təbəqənin inadkarcasına apardığı mübarizə
nəticəsində vətəndaşların hüquq bərabərliyi təmin edilmiş və
hakimiyyət üzərində aristokratiyanın inhisarçı- lığına son
qoyulmuşdur.
Dövlət hakimiyyətini xalqın hakimiyyəti kimi qəbul edən düşüncə
tərzi qədim yunanların və Romalıların «ictimai həyat yaradıcılığının»
nəticəsidir. Afinada və Romada qanunların xalq yığıncağı tərəfindən
qəbul edilməsi tarixdə ilk dəfə ictimai müna
106
Dövlət və hüquq nəzəriyyəsi
sibətlərin
vətəndaşların
iradəsilə
yaradılan
qanunlarla
tənzimlənməsini təmin edən təkmil bir sistemin formalaşmasına
gətirib çıxarmışdır. Bu sistem istisnasız olaraq hər bir kəsin, həmçinin
dövlətin də qanunlara tabe olmasını tələb edirdi. Adətlərin yox, məhz
xalqın ixtiyarında olan qanunvericiliyin hüquqyaradıcılığı- nın əsas
formasına çevrilməsi həmin dövlətlərdə hüquqi dövlətin müəyyən
elementlərinin yaranmasına səbəb olmuşdur.
Qədim Yunanıstanda və Romada azadlıq problemi siyasi-hüquqi
nəzəriyyənin, həmçinin siyasi-hüquqi münasibətlər təcrübəsinin əsas
predmeti olmuş və insan (vətəndaş) azadlığı cəmiyyətin fundamental
dəyərlərindən
birinə
çevrilmişdir.
Alman
hüquqşünas-alimi
G.Yellinekin sözləri ilə desək, «müasir dövlətdə olduğu kimi, antik
dövlətdə də fərdə dövlətdən asılı olmadan, azad şəkildə öz
şəxsiyyətini ifadə etmək imkanı yaradılmışdır...».'' Lakin antik
dövlətlərdə bütün insanlar deyil, yalnız həmin dövlətlərin vətəndaşları
tam azad idilər. Vətəndaş olmayanların, yadellilərin, qulların statusu
başqa idi. Qullar ümumiyyətlə, azadlıqdan məhrum olan bir təbəqəni
təşkil edirdilər. İnsanlar arasında bu cür bərabərsizlik onunla
əsaslandırılırdı ki, güya ellinlər, Romalılar digər xalqlardan
üstündürlər. Hətta Aristotel də belə hesab edirdi ki, barbarlar təbiətcə
kölədirlər, ona görə də onları qul etmək olar.
Afinada və Romada hakimiyyətin ifadə etdiyi əsas maraqlardan
biri də xüsusi mülkiyyətin və mülkiyyət sahiblərinin maraqlarının,
xüsusi mülkiyyət hüququnun qorunması ilə bağlı idi. Xüsusi
mülkiyyətin cəmiyyətdə mühüm rol oynaması iqtisadi münasibətləri
incəliklərinə qədər tənzimləyə biləcək, həmçinin vətəndaş
cəmiyyətində özünə yer alan digər tələbatları ödəyə biləcək hüququn
yaranmasına xüsusi təsir göstərmişdir. Hüququn gələcək inkişafı
baxımından bütün dünyada əvəzedilməz bir rol oynamış Roma
hüququ da məhz bazar münasibətlərinin və bu münasibətlər
sistemində özünə yer alan ticarət dövriyyəsinin təsiri ilə inkişaf
etmişdir.
' Еллннек Георг.
Общее учение о государстве. Санкт-Петербург,
2004, S.308.
107
Dostları ilə paylaş: |